Psixoloqun etik kodeksi
Etik kodeksin əsas məqsədi psixoloqun peşə fəaliyyətinin xüsusiyyətlərindən irəli gələn etik
hüquq və vəzifələrin təyin edilməsidir. Kodeks psixoloun müştəri ilə işin planlaşdırılması və
qurulmasında, həmçin psixoloqun peşə fəaliyyəti prosesində üzə çıxan problemli və münaqişəli
məsələlərin həlli zamanı psixoloqa oriyentir olaraq xidmət edir. Kodeks müştəriləri və bütövlükdə
cəmiyyəti psixoloji biliklərin nəzarətsiz və qeyri-peşəkar istifadəsi nəticəsində yaranan
problemlərdən qoruyur, psixoloq və praktik psixologiyanın nüfuzunu qoruyur. İnkişaf etmiş
ölkələrdə Etik kodeksinin pozulması mütəxəssisin birbaşa diskvalifikasiyasına, işdən azad
edilməsinə və hətta məhkum edilməsinə səbəb ola bilir.
Xüsusi qeyd: “Müştəri” termini psixoloqun qəbuluna gələnləri və psixoloji xidmətindən
yararlanan hər bir kəsi əhatə edir. Geniş (və əsl) mənada məktəbin bütün şagirdləri, onların
valideyinləri və məktəbin heyəti psixoloqunun müştəriləridir.
-.-.-.-.-
MƏKTƏB PSİXOLOQUNUN ETİK KODEKSİ
Ümumi müddəalar.
Hazırki kodeks etik prinsiplərdən ibarətdir. Etik prinsiplər aşağıdakı məsələləri təmin etməlidir:
-
Peşə vəzifələrini etik normalara uyğun yerinə yetirilməsini;
-
Psixoloqla peşəkar əlaqəyə daxil olan (bundan sonra “müştəri” adlanılacaq) insanların
(şagird, müəllim, valideyn, rəhbər, tədqiqatçı və s.) hüquqlarının müdafiəsini;
-
Psixoloq və müştəri arasında etibarlılığın qorunmasını;
-
Psixoloji xidmətin nüfuzunun şagird, müəllim, və pedaqoji ictimaiyyətin arasında
möhkəmləndirilməsini.
Əsas etik prinsiplər:
1.
Məxfilik prinsipi.
2.
Kompetentlilik prinsipi.
3.
Məsuliyyətlilik prinsipi.
4.
Etiket və hüquqi səlahiyyətlik prinsipi.
5.
Psixologiyanın peşəkar təbliğatı prinsipi.
6.
Müştərinin rifahı prinsipi.
7.
Peşəkar əməkdaşlıq prinsipi.
8.
Müştərini müayinənin məqsəd və nəticələri haqqında məlumatlandırma prinsipi.
1.
Məxfilik prinsipi.
1.1.
İşin gedişatı zamanı psixoloq tərəfindən alınan məlumat qəsdən və ya təsadüfən
yayılmamalıdır, üçüncü şəxsə məcburiyyət qarşısında çatdırılma zamanı isə elə bir formada
təqdim olunmalıdır ki, bu məlumatı müştərinin əleyhinə istifadə etmək mümkün olmasın.
1.2.
Psixoloji tədqiqat, treninq və digər tədbirlərdə iştirak edən şəxslər başqa şəxslərə və ya
müəssisələrə
çatdırılacaq
məlumatın
həcmi
və
xüsusiyyətləri
haqqında
məlumatlandırılmalıdırlar.
1.3.
Müştərilərin psixoloji proseduralarda (diaqnostika, məsləhətləşmə, korreksiya və s.) iştirakı
şüurlu və könüllü olmalıdır.
1.4.
Əgər müştəridən alınan məlumat ekspertlər tərəfindən tələb olunursa, bu məlumat
müştərinin şəxsiyyətinin açıqlanmaması şərtilə təqdim olunmalıdır. Bunun üçün müştəri
haqqında bütün məlumat qeyd olunur və tam məxfilik şəraitində saxlanılır.
1.5.
Peşə fəaliyyətinin hesabatı, tədqiqatların nəticəsi və nəşrlər elə formada hazırlanmalıdır ki,
müştərinin şəxsiyyətinin təyin olunması bu müştərilə işləyən mütəxəssislər sırasına aid
olmayan ətrafdakı insanlar üçün mümkün olmasın.
1.6.
Diaqnostika və məsləhətləşmə zamanı üçüncü şəxsin iştirakına müştəri və ya ona
cavabdeh olan şəxs (müştərinin 16 yaşı tamam olmadığı halda) razılıq verməlidir.
1.7.
Psixoloji tədqiqatını sifariş edən təhsil müəssisəsinin rəhbərliyi peşə sirrinin qorunması
haqqında xəbərdar olunmalıdır. Rəhbərliyə tədqiqatın nəticələri və rəyi təqdim edərkən
psixoloq müştəriyə zərər gətirə bilən və tədris prosesinə aid olmayan məlumatları
çatdırmaqdan vaz keçməlidir.
2.
Kompetentlik prinsipi.
2.1.
Psixoloq öz kompetentlik sərhədini müəyyən edir və nəzərə alır.
2.2.
Psixoloq proseduranın və müştərilə iş üsullarının seçiminə görə məsuliyyət daşıyır.
3.
Məsuliyyətlilik prinsipi.
3.1.
Psixoloq müştəri və cəmiyyət qarşısında öz peşə fəaliyyətinə görə peşə və şəxsi məsuliyyət
daşıyır.
3.2.
Tədqiqat apararkən psixoloq ilk növbədə insanların rifahını düşünür və işin nəticələrini
onların ziyanına istifadə etmir.
3.3.
Psixoloq apardığı işin inzibati xüsusiyyətlərindən asılı olmayaraq hazırki kodeksə
məsuliyyətli şəkildə əməl edir.
3.4.
Psixoloq psixoloji mövzulara aid kütləvi informasiya vasitələrində və auditoriya qarşısında
çıxışlar zamanı işlətdiyi ifadələrinə görə məsuliyyət daşıyır.
3.5.
Kütləvi çıxışlar zamanı psixoloq yoxlanılmamış məlumatlardan istifadə etməməli, insanları
öz təhsil və kompetentliyi barədə aldatmamalıdır.
3.6.
Psixoloq psixoloji proseduraların həqiqi məqsədləri haqqında müştərini yalnız bu
məqsədlərə çatmağın alternativ yolların olmadığı halda məlumatlandırmaya bilər.
3.7.
İş bacarığı olmayan şəxslərə (həddi-buluğa çatmamış, kəskin stress vəziyyətində olan
şəxslər, müraciət zamanı psixoloqa məlum olan psixi pozuntu diaqnozu olan xəstələr və s.)
psixoloji yardımın göstərilməsinə aid qərarın qəbul edilməsində psixoloq seçdiyi və istifadə
etdiyi müdaxilənin aqibətinə görə məsuliyyət daşıyır.
4.
Etiket və hüquqi səlahiyyətlik prinsipi.
4.1.
Psixoloq hər işini qüvvədə olan qanunvericilik və psixoloji fəaliyyətin aparılmasına aid
tələblərə uyğun planlaşdırır və keçirir.
4.2.
Hazırki Kodeksin normaları və təhsil müəssisəsinin rəhbərliyi tərəfindən üzərinə qoyduğu
vəzifələr arasında ziddiyyət yarandığı halda psixoloq hazırki Kodeksin normalarına
əsaslanır. Bu hal psixoloqun işlədiyi müəssisənin rəhbərliyinə və peşəkar psixoloji
ictimaiyyətə (peşəkar və metodiki birliklərinə) çatdırılmalıdır.
4.3.
Hazırki Kodeksin normaları yalnız psixoloqla müştərinin və iş prosesinin digər subyektləri
ilə peşə münasibətlərini əhatə edir.