MəKTƏBLƏRDƏ MÜASİr psixoloji XİDMƏTİn təŞKİl ediLMƏSİ VƏ TƏNZİMLƏNMƏSİ



Yüklə 237,85 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix23.09.2017
ölçüsü237,85 Kb.
#1326
1   2   3   4   5   6   7   8

4.4.

 

Psixoloq rəsmi ekspert vəzifələrini qanuna uyğun olaraq yerinə yetirə bilər. Bu işin 



aparılmasını da hazırki Kodeksin normaları əhatə edir. 

 

5.



 

Psixologiyanın peşəkar təbliğatı prinsipi. 

5.1.


 

Psixoloji təhsili olmayan şəxslərə hər hansı bir peşəkar məlumatları çatdırdığı zaman 

psixoloq onun işinin peşə metodlarının məzmununu açıqlayan artıq dərəcədə 

məlumatlandırıcı ifadələrdən qaçınmalıdır. Bu kimi məlumatlar yalnız mütəxəssislərə 

ünvanlandırıla bilər. 

5.2.


 

Bütün məlumatları psixoloq praktik psixologiyanın metodlarının imkanlarını real vəziyyətə 

uyğun əks etdirməlidir. Psixoloqdan əsassız gözləntilərlə nəticələnən hər hansı bir 

ifadələrdən çəkinmək lazımdır. 

5.3.

 

Psixoloq psixologiya elminin nailiyyətlərini peşəkar səviyyədə və elmin hazırki vəziyyətinə 



uyğun təbliğ etməlidir. 

 

6.



 

Müştərinin rifahı prinsipi. 

6.1.


 

Peşə fəaliyyətində psixoloq müştərilərin rifahına istiqamətlənir və iş prosesinin bütün 

subyektlərinin hüquqlarını nəzərə alır. Psixoloqun vəzifələri ilə etik normaları arasında 

ziddiyyət yaranırsa psixoloq həmin münaqişələri “zərər verməmə” prinsipinə əsaslanaraq 

həll edir. 

6.2.


 

Psixoloq peşə fəaliyyətində sosial status, yaş, cinc, milliyyət, din, intellekt səviyyəsi və digər 

fərqlənmələrə görə ayrı-seçkiliyə yol verməməlidir. 

6.3.


 

Psixoloqun peşə fəaliyyətində uşaq təhsil prosesinin əsas subyekti sayılır və onun hüquq və 

maraqları üstün tutulur. 

6.4.


 

Psixoloq müştəriyə qarşı xeyirxah və qərəzsiz mövqe tutur. 

 

7.

 

Peşəkar əməkdaşlıq prinsipi. 

7.1.


 

Psixoloq öz nəzəri və metodik yanaşmalarından asılı olmayaraq başqa mütəxəssislərə və 

onların iş üsullarına hörmət ilə yanaşır. 

7.2.


 

Psixoloq müştəri və müəyinə apardığı şəxslərin yanında həmkarlarının işinin metod və 

üsullarını açıq şəkildə qiymətləndirmək və tənbeh etməkdən çəkinir. 

7.3.


 

Münaqişəli hallarda (etik pozuntusunun qeyri-formal yolla aradan qaldırılması mümkün 

olmadığı halda) psixoloq problemi peşəkar birliyinin müzakirəsinə, və ya psixoloji 

xidmətinin elmi-metodik şurasına çıxara bilər. 

 

8.

 

Müştərini müayinənin məqsəd və nəticələri haqqında məlumatlandırma prinsipi. 

8.1.


 

Psixoloq müştərini onunla aparılan psixoloji işin məqsəd və məzmunu, istifadə olunan 

metod və vasitələr barəsində məlumat verir ki, müştəri bu işdə iştirak etməyinə razılıq 

versin. Psixoloji proseduraların 16 yaşa çatmamış uşaqlarla aparıldığı halda uşağın 

iştirakına razılığı onun valideynləri və ya onları əvəz edən şəxslər verməlidir. 

8.2.


 

Peşə fəaliyyəti prosesində psixoloq öz fikirlərini bildirir və vəziyyətin müxtəlif aspektlərini 

müştəri tərəfindən müstəqil şəkildə qərarları qəbul etmək imkanlarını məhdudlaşdırmayan 

formada qiymətləndirir. Psixoloji yardım işinin gedişatı zamanı müştəri tərəfindən 

könüllülük prinsipi tam təmin olunmalıdır (bənd 1.3). 

8.3.


 

Psixoloq müştərilərin nəzərdə tutulmuş işdə iştirak edib etməmək qərarının qəbul 

etməklərinə təsir edən amillər barəsində məlumatlandırmalıdır:  fiziki risk, diskomfort, 

xoşa gəlməyən emosional təcrübə və s. 

8.4.

 

Müştərinin psixoloji işə razılığını almaq üçün psixoloq aydın terminologiyadan və sadə 



sözlərdən istifadə etməlidir. 


8.5.

 

Müayinənin nəticələri üzrə rəy qəti xarakter daşımamalıdır, rəy müştəriyə yalnız tövsiyyə 



formasında təqdim olunmalıdır. Tövsiyyələr dəqiq olmalıdır və yerinə yetirilə bilməyən 

şərtləri əhatə etməməlidir. 

8.6.

 

Müayinə zamanı psixoloq müştərinin imkan və bacarıqlarını müəyyən edib vurğulamalıdır. 



 

-.-.-.-.- 

 

 

Şagirdlərin və heyətin qiymətləndirməsi standartları 

Qiymətləndirmə – test, sorğu, müsahibə və müşahidə nəticələrinin istifadəsi ilə xüsusi 

şkalalara əsaslanaraq müştərinin o və ya digər xüsusiyyətinin kəmiyyət və keyfiyyət amillərinin 

müayinəsidir. İnsanın psixoloji incəlikləri haqqında məlumatı əldə etmək qabiliyyəti kollektivdə 

çalışan məktəb psixoloqunun qarşısında əlavə tələblər qoyur. Bu iş istiqamətinə dair tələblər 

beynəlxalq təcrübədə “standart” aldlandırılır. 

Burada biz Sizlərə iki cür standartları təqdim edirik:  

-

 



Şagirdlərin qiymətləndirilməsi standartları 

-

 



Heyətin qiymətləndirilməsi standartları. 

 

-.-.-.-.- 



 

ŞAGİRDLƏRİN PSİXOLOJİ QİYMƏTLƏNDİRİLMƏSİ STANDARTLARI 

Standartların icmalı 

 

Qanunilik standartları 

Qanunilik standartları təmin edir ki, şagirdlərin qiymətləndirilməsi düzgün və dəqiq aparılsın, və 

qiymətləndirmə nəticələrinin şagirdlərə və digər iştirakçılara təsiri etik normalara müvafiq olsun.  

 



Q1 - Şagirdlərə xidmət 

Şagirdlərin  psixoloji  qiymətləndirilməsi  təhsilin  əsas  prinsiplərinə,  Məktəbin  missiyasının 

icrasına, şagirdin effektiv inkişafına xidmət etməlidir ki, şagirdin təhsil ehtiyacları ödənilsin. 

 



Q2 - Müvafiq siyasət və prosedurlar 

Qiymətləndirmənin  müntəzəm,  bərabərhüquqlu  və  ədalətli  olduğunu  təmin  edilməsi 

məqsədilə  bütün  prosedurları  əks  etdirən  sənədlər  işlənilməli  və  təsdiq  olunmalıdır.  Bu 

sənədlərin var olması şagird, valideyin və heyətə məlum olmalıdır. 

 

Q3 - Qiymətləndirmə nəticələrinin məxfiliyi  



Şagird  qiymətləndirmənin  nəticələri  ilə  təmin  olunmalıdır,  lakin  bu  məlumat  şagird  və 

başqalarına rəsmi-qanuni şəkildə bildirilməlidir ki, bu yolla şəxsi məlumatların məxfiliyi və 

mənəvi heysiyyət qorunmalıdır. 

 



Q4 - Şagirdlərə münasibət 

Şagirdlərə  qiymətləndirilmənin  istənilən  mərhələsində  hörmətlə  yanaşmaq  gəkəkdir  ki, 

onların psixoloji və təhsil imkanları gələcəkdə də inkişaf etdirilsin. 

 



Q5 - Şagirdin hüquqları 


Yüklə 237,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə