MəKTƏBLƏRDƏ MÜASİr psixoloji XİDMƏTİn təŞKİl ediLMƏSİ VƏ TƏNZİMLƏNMƏSİ



Yüklə 237,85 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix23.09.2017
ölçüsü237,85 Kb.
#1326
1   2   3   4   5   6   7   8

Qiymətləndirilmə  mövcud  qanunvericiliyə  əsaslanıb,  insan  hüquqlarını  və  ədaləti 

dəstəkləyən prinsiplərə uyğun olmalıdır ki, şagirdlərin hüquq və rifahları qorunsun. 

 

Q6 - Tənzimlənmiş qiymətləndirmə 



Qiymətləndirmə nəticələri şagirdin həm güclü həm də zəif xüsusiyyətlərini üzə çıxartmalıdır 

ki, güclü xüsusiyyətlər inkişaf etdirilsin, zəif xüsusiyyətlər isə aradan qaldırıla bilsin. 



 

Faydalılıq standartları 

Faydalılıq  standartları  şagird  qiymətləndirilməsinin  nəticələrinin  məlumatlı,  vaxtı  vaxtında  və 

nüfuzlu olduğunu təmin edir. 

 



F1 - Konstruktiv istiqamətləndirmə 

Şagirdin  psixoloji  qiymətləndirilməsi  konstruktiv  olmalıdır  ki,  onun  nəticələrinə  əsaslanan 

qərarlar şagirdin maraqlarına xidmət edə bilsin. 

 



F2 - Müəyyənləşdirilmiş istifadəçilər və istifadə. 

Şagirdin  qiymətləndirilməsi  nəticələrindən  istifadə  edənlər  və  nəticələrin  istifadə  yolları 

konkret  təyin  edilməlidir  ki,  qiymətləndirmə  şagirdin  təlimi  və  ümumi  inkişafına  müvafiq 

şəkildə xidmət etsin. 

 

F3 - Məlumat dairəsi 



Şagirdin  psixoloji  qiymətləndirilməsi  zamanı  toplanılan  məlumat  məqsədyönlü  və  dolğun 

olmalıdır  ki,  qiymətləndirmə  məsələlərini  cavablandırıla  bilsin  və  şagirdin  ehtiyaclarına 

ünvanlansın. 

 



F4 - Qiymətləndirənin ixtisası  

Şagirdləri  qiymətləndirən  psixoloq,  müəllim  və  başqaları  lazımi  bilik  və  bacarıqlara  malik 

olmalıdırlar ki, qiymətləndirmə kompetent şəkildə aparılsın və nəticələr etibarlı olsun. 

 



F5 - Aydın əsaslar 

Şagirdin  psixoloji  qiymətləndirilməsinin  planlaşdırılması  və  keçirilməsində  qiymətləndirmə 

əsasları  tam  aydın  olmalıdırlar  ki,  müəllim  və  digərləri  tərəfindən  verilən  qiymətlərin 

səbəbləri şəffaf olsun. 

 

F6 - Effektiv hesabat-vermə 



Şagirdlərin  psixoloji  qiymətləndirilməsi  haqqında  hesabatları  aydın,  vaxtı-vaxtında,  səliqəli 

və  relevant  olmalıdır  ki,  onlar  şagird,  valideynlər  və  başqa  hüquqlu  şəxslər  üçün  faydalı 

olsun. 



 



F7 – Davamlı xidmət 

Psixoloji  qiymətləndirilmədən  sonra  baş  verən  proseslərə  diqqət  yetirilməli  -  şagird, 

valideynlər  və  başqa  hüquqlu  şəxslər  qiymətləndirmə  nəticələrini  tam  anlamalı  və  onlara 

əsaslanıb  qərar  verə  bilməlidir.  Bunun  üçün  hər  tələb  olunan  məsləhətləşmə  və  digər 

xidmət davamlı nəzərdə tutulmalıdır. 

 

 

Mümkünlük standartları 

 

Mümkünlük  standartları  şagirdin  qiymətləndirilməsini  planlaşdırılmış  şəkildə  yerinə  yetirilməsini 

təmin edir. Bunu üçün qiymətləndirmə praktik və diplomatik olmalıdır. 

 



 

M1 - Praktik istiqamətləndirmə 

Şagirdin qiymətləndirilməsi üsulları praktik olmalıdır ki, onlar məktəbdəki digər proseslərə 

ziyan vurmadan lazım olan məlumatı effektiv və çevik yollarla əldə etməyi mümkün etsin. 

 



M2 - Siyasi incəlik 


Qiymətləndirilmə  prosesi  valideyn,  şagirdlər  və  digər  hüquqlu  şəxslər  tərəfindən  yarana 

bilən maraq və sualları əvvəlcədən nəzərə almalıdır ki, bu suallar effektiv cavablandırılsın, 

və tələb olunan əməkdaşlıq səviyyəsi əldə edilsin və qorunsun. 

 



M3 - Qiymətləndirmənin dəstəklənməsi 

Psixoloji  qiymətləndirilmə  uyğun  vaxt  və  resurslarla  təchiz olunmalıdır  ki,  qiymətləndirmə 

effektiv  planlaşdırılıb  həyata  keçirilə  bilsin,  nəticələr  tam  şəkildə  bildirilsin  və  sonrakı 

davamlı xidmətlər həyata keçirilə bilsin. 

 

 

Dəqiqlik standartları 

 

Dəqiqlik standartları şagirdlərin inkişafı və halları haqqında toplanılan məlumatların düzgünlüyünü 



təmin edir. 

 



 

D1 – Düzgünlüyə yönəldilmə 

Şagirdin  psixoloji  qiymətləndirilməsinin  inkişafı  və  həyata  keçirilməsi  əldə  edilən 

məlumatların birmənalılığına yönəldilməlidir ki, şagird haqqında çıxarılan nəticələrin yanlış 

şərhi mümkün olmasın. 

 

D2 - Şagirdlər üçün müəyyənləşdirilmiş amillər 



Şagirdin  inkişafını  əks  etdirəcək  amillər  və  gözləntiləri  onlar  üçün  aydın  şəkildə 

müəyyənləşdirilməlidir ki, qiymətləndirmə nəticələri dəqiq və əhəmiyyətli olsun. 

 

D3 - Kontekst təhlili 



Şagirdin fəaliyyətinə təsir edə bilən müxtəlif mühit amilləri müəyyənləşdirilməli və nəzərə 

alınmalıdır ki, şagirdin inkişafı əsaslandırılmış şəkildə izah edilə bilsin. 

 

D4 - Sənədləşdirmiş prosedurlar 



Şagirdin  həm  planlaşdırılmış,  həm  də  hazırda  aparılan  qiymətləndirmə  prosedurları  yazılı 

sənədlərdə təsvir olunmalıdır ki, prosedurlar izah oluna və müdafiə edilə bilsin. 

 

D5 - Müdafiə oluna bilən nəticələr 



Əldə  edilən  qiymətləndirmə  nəticələri  o  səviyyədə  əsaslı  olmalıdır  ki,  onların  dəqiqliyi 

müdafiə edilə bilsin.  

 

D6 - Məlumatların etibarlılığı 



Prosedurlar  elə  müəyyənləşdirilib  yerinə  yetirilməlidir  ki,  əldə  edilən  məlumatlara  əsasən 

effektiv qərar vermək mümkün olsun. 

 

D7 - Qərəzsizliyin təmin edilməsi 



Prosedurlar təmin etməlidir ki, şagirdin psixoloji qiymətləndirilməsi qərəzsizdir və nəticələr 

ədalətlidir.  

 

D8 - Məlumatın emalı və keyfiyyətə nəzarət 



Şagirdlər haqqında toplanmış, emal edilmiş və çatdırılmış məlumat sistemli şəkildə nəzədən 

keçməli,  lazım  gəldikdə  düzəldilməli  və  məxfi  saxlanılmalıdır  ki,  üzərində  qurulan  təhlil 

dəqiq olsun. 

 



D9 - Məlumatın təhlili 

Şagirdin  qiymətləndirilməsi  üçün  toplanmış  məlumat  sistematik  şəkildə  təhlil  olunmalıdır 

ki, qiymətləndirmə məqsədləri səmərəli yerinə yetirilsin. 

 



D10 - Əsaslandırılmış nəticələr 

Şagirdin  nailiyyətləri  haqqında  qiymətləndirmə  nəticələri  aydın  şəkildə  əsaslandırılmalıdır 

ki, şagirdlər, valideynlər və başqaları onlara etimad göstərə bilsin. 

 



D11 – Qiymətləndirmənin qiymətləndirilməsi 


Yüklə 237,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə