MəKTƏBLƏRDƏ MÜASİr psixoloji XİDMƏTİn təŞKİl ediLMƏSİ VƏ TƏNZİMLƏNMƏSİ



Yüklə 237,85 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix23.09.2017
ölçüsü237,85 Kb.
#1326
1   2   3   4   5   6   7   8

Qiymətləndirmə  prosedurları  vaxtaşırı  bu  və  ya  digər  müvafiq  standartlardan  istifadə 

edərək yoxlanılmalıdır ki, səhvlər aşkara çıxarılsın, dərhal düzəlişlər aparılsın və daha doğru 

qiymətləndirilmə prosedurları zamanla inkişaf etdirilsin. 

-.-.-.-.- 

 

Gördüyünüz  kimi,  bu  standartlar  qiymətləndiriləcək  şagirdlərin  psixoloji  rifahını 



qorumasına,  onların  hərtərəfli  inkişafının  təmin  edilməsinə  və  görüləcək  işin  yüksək  keyfiyyətini 

təmin edilməsinə yönəldilir.  Növbəti  icmal  eyni  yanaşmanın  heyətin  qiymətləndirilməsi  zamanı 

təmin  edir  –  ümumi  müddaalar  eyni  şəkildə  tərif  edildiyinə  baxmayaraq  xüsusi  bəndləri 

mühumdur. 

 

-.-.-.-.- 



 

HEYƏTİN PSİXOLOJİ QİYMƏTLƏNDİRİLMƏSİ STANDARTLARI 

Standartların icmalı 

 

Qanunilik standartları 

Qanunilik standartları heyət üzvlərinin qiymətləndirilməsinin düzgün və dəqiq aparılmasını,   

qiymətləndirmə nəticələrinin  onlara və və müvafiq səlahiyyətli şəxslərə təsirinin etik normalara 

uyğun olmasını təmin edir.  

 



Q1 - Heyət üzvlərinə xidmət 

Heyət  üzvlərinin  psixoloji  qiymətləndirilməsi  təhsilin  əsas  prinsiplərinə,  Məktəbənin 

missiyasının  həyata  keçirilməsinə,  hər  bir  heyət  üzvünün  peşəkar  inkişafına  xidmət 

etməlidir.  

 

Q2 - Müvafiq siyasət və prosedurlar 



Qiymətləndirmənin  müntəzəm,  eyni  qaydada  və  ədalətli  aparılmasını  təmin  etmək 

məqsədilə  bütün  prosedurları  əks  etdirən  sənədlər  işlənilməli  və  təsdiq  olunmalıdır. 

Qiymətləndirmənin  əsasları  haqqında  məlumat  heyət  üzvlərinə  metodik  tövsiyələr  

şəklində təqdim edilməlidir. 

 

Q3 - Qiymətləndirmə nəticələrinin məxfiliyi  



Şəxsi  məlumatların  məxfiliyi  və  mənəvi  heysiyyəti  qorumaq  məqsədilə  heyət  üzvlərinin 

qiymətləndirilməsi  nəticələri  və  müvafiq  məlumatlar  yalnız  xüsusu  icazəsi  və  səlahiyyəti 

olan şəxslərə açıqlana bilər. 

 



Q4 - Heyət üzvlərinə münasibət 

Qiymətləndirilmə    prosesi  elə  qurulmalıdır  ki,  istənilən  mərhələdə  heyət  üzvləri  özlərinə 

qarşı  hörmət  duysun,  bununla  yanaşı        qiymətləndirilən  şəxsin  heysiyyəti,  motivasiyası 

güclənsin,  özünün  peşəkar      nailiyyətlərinə  diqqəti  artsın  və  yaən  azı    qiymətləndirmə 

nəticəsində ona heç bir zərər yetirilməsin. 

 



Q5 - Tənzimlənmiş qiymətləndirmə 

Qiymətləndirmə nəticələri heyət üzvünün həm güclü, həm də zəif xüsusiyyətlərini üzə 

çıxarmalı,  güclü xüsusiyyətlərin inkişaf etdirilməsi, zəif xüsusiyyətlərin isə aradan 

qaldırılması  üçün zəmin yaratmalıdır. 

 

Q6 – Maraqların toqquşması 



Mövcud və ehtimal olunan maraqlar  toqquşması  halları əvvəlcədən  müəyyən olunmalı,    

qiymətləndirmə prosesi və nəticələrinin obyektivliyinə heç bir mənfi təsir göstərməməlidir. 

 

Q7 - Heyət üzvlərinin hüquqları 




Qiymətləndirmə mövcud əmək qanunvericiliyinə əsaslanmalı, insan hüquqlarına və ədaləti 

dəstəkləyən prinsiplərə uyğun olmalıdır.   



 

Faydalılıq standartları 

Faydalılıq  standartları  heyət  üzvlərinin  qiymətləndirmə  nəticələrinin    əhatəliliyini,  onun  vaxtı 

vaxtında keçirilməsini və etibarlılığını  təmin edir. 

 



F1 - Konstruktiv istiqamətləndirmə 

Heyət üzvünün psixoloji qiymətləndirilməsi konstruktiv olmalı,  onun nəticələrinə əsaslanan 

qərarlar heyət üzvünün maraqlarına xidmət etməlidir. 

 



F2 - Müəyyənləşdirilmiş istifadəçilər və istifadə. 

Heyət  üzvünün  qiymətləndirilməsi  nəticələrindən  istifadə  edənlər  və  nəticələrin  istifadə 

yolları konkret təyin edilməli ki, bu məlumatlar heyət üzvünün təlimi və ümumi inkişafına 

müvafiq şəkildə xidmət etsin. 

 

F3 - Qiymətləndirməni aparanın  ixtisası  



Qiymətləndirmənin  peşəkar  səviyyədə  aparılması  və  nəticələrinin  etibarlı  olması  üçün 

heyət üzvlərini qiymətləndirən psixoloq, yaxud müəllim   psixologiya sahəsində zəruri bilik 

və bacarıqlara malik olmalıdır. . 

 



F4 - Aydın əsaslar 

Heyət  üzvünün  psixoloji  qiymətləndirilməsinin  planlaşdırılması  və  keçirilməsində 

qiymətləndirmənin əsasları tam aydın göstərilməli, verilən qiymətlərin əsaslandırılması   isə 

müəllim və digər heyət üzvləri üçün şəffaf olmalıdır. 

 

F5 - Səmərəli hesabatvermə 



Heyət  üzvlərinin  psixoloji  qiymətləndirilməsi  haqqında  hesabatlar  aydın,  vaxtı  vaxtında, 

səliqəli  və  relevant  tərtib  ediməli,  r  heyət  üzvləri,  habelə    digər  qərarverən    şəxslər  üçün 

faydalı olmalıdır. 

 



F7 – Peşəkar inkişaf 

Qiymətləndirmə  heyət  üzvlərinin  peşəkarlıq  səviyyəsinin  artırılması  üzrə  ehtiyacların 

müəyyənləşdirilməsinə  yardım  etməli,  Məktəbin  məqsəd  və  vəzifələrinin,  işçinin  funksiya 

və öhdəliklərinin daha səmərəli yerinə yetirilməsinə   yönəldilməlidir. 

 

 

Mümkünlük standartları 



 

Mümkünlük  standartları  heyət  üzvünün  qiymətləndirilməsini  planlaşdırılmış  şəkildə  yerinə 

yetirilməsini təmin edir. Bunun üçün qiymətləndirmə praktik və diplomatik olmalıdır. 

 



 

M1 - Praktik istiqamətləndirmə 

Qiymətləndirmə  üsulları  praktik  xarakter  daşımalı,  Məktəbdə  cərəyan  edən  digər 

proseslərə ziyan vurmadan lazım olan məlumatları əldə etməyə imkan verməlidir. 

 



M2 - Siyasi incəlik 

Qiymətləndirmə  prosesindən  əvvəl  yarana  biləcək  suallar    və  maraqlar  əvvəlcədən 

proqnozlaşdırılmalı onların effektiv cavablandırılması yolları müəyyənləşdirilməlidir. 

 



M3 - Qiymətləndirmənin dəstəklənməsi 

Qiymətləndirmənin səmərəli planlaşdırılaraq həyata keçirilməsi, nəticələrin tam şəkildə üzə 

çıxarılması  və  sonrakı  fəaliyyətə  onlardan  düzgün  istifadə  edilə    bilinməsi  üçün  psixoloji 

qiymətləndirmə  adekvat  vaxt  çərçivəsində  aparılmalı  və  uyğun  resurslarla  təchiz 

olunmalıdır.  

 



Yüklə 237,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə