MəKTƏBLƏRDƏ MÜASİr psixoloji XİDMƏTİn təŞKİl ediLMƏSİ VƏ TƏNZİMLƏNMƏSİ



Yüklə 237,85 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix23.09.2017
ölçüsü237,85 Kb.
#1326
1   2   3   4   5   6   7   8

 

Dəqiqlik standartları 

 

Dəqiqlik standartları heyət üzvlərinin peşəkar inkişafına xidmət edir və mövcud vəziyyət  haqqında 



toplanılan məlumatların düzgünlüyünü təmin edir. 

 



 

D1 – Düzgünlüyə yönəldilmə 

Heyət üzvünün psixoloji qiymətləndirilməsi prosesində  əldə edilən məlumatlar  birmənalı  

nəticələrin çıxarılmasına  yönəldilməli, onların  yanlış şərhini  mümkünsüz etməlidir.. 

 



D2 - Heyət üzvləri üçün müəyyənləşdirilmiş amillər 

Qiymətləndirmə  nəticələri  dəqiq  və  əhəmiyyətli  olmalı,  heyət  üzvünün  inkişafını  əks 

etdirəcək amillər və gözləntilər  onlar üçün aydın şəkildə müəyyənləşdirilməlidir,   

 



D3 - Kontekst təhlili 

İnkişaf istiqamətlərinin  əsaslandırılmış şəkildə heyət üzvünə izah edilə bilməsi üçün onun 

fəaliyyətinə təsir edən  müxtəlif mühit amilləri müəyyənləşdirilməli və nəzərə alınmalıdır.. 

 



D4 - Sənədləşdirmiş məqsəd və prosedurlar 

Qiymətləndirmə  prosedurlarının  aydın    izah  oluna  və  müdafiə  edilə  bilinməsi  üçün  heyət 

üzvünün  mövcud  və  planlaşdırılan    qiymətləndirmələr  üzrə  prosedurlar,  və  məqsədlər  

yazılı sənədlərdə təsvir olunmalıdır.   

 

D5 - Müdafiə oluna bilən nəticələr 



Qiymətləndirmənin  obyektivliyi  və  dəqiqliyinin  müdafiə  edilə  bilinməsi  üçün  əldə  edilən 

qiymətləndirmə nəticələrinin  tam  şəkildə əsasllandırılması təmin  olmalıdır. .  

 

D6 - Məlumatların etibarlılığı 



Əldə  edilən  məlumatlar    əsasında  səmərəli  qərarların  verilməsi  üçün  dəqiq  prosedurlar   

müəyyənləşdirilib yerinə yetirilməlidir.. 

 

D7 - Qərəzçiliyin aradan qaldırılması. 



Qiymətləndirmə  prosedurları          psixoloji  qiymətləndirmənin  qərəzsiz,        nəticələrin  isə 

ədalətli olmasını təmin etməlidir.  

 

D8 - Məlumatın emalı və keyfiyyətə nəzarət 



Heyət  üzvləri  haqqında  toplanmış,  emal  edilmiş  və  çatdırılmış  məlumat  sistemli  şəkildə  

tərtib edilməli, lazım gəldikdə düzəlişlər üçün imkan verməli və məxfi saxlanılmalıdır.  

 

D9 - Məlumatın təhlili 



Heyət  üzvünün  qiymətləndirilməsi  üçün  toplanmış  məlumat  sistematik  şəkildə  təhlil 

olunmalı,  qiymətləndirmə məqsədlərinin səmərəli yerinə yetirilməsinə zəmin yaratmalıdır. 

 

D10 - Əsaslandırılmış nəticələr 



Heyət  üzvünün  nailiyyətləri  haqqında  qiymətləndirmə  nəticələri  aydın  şəkildə 

əsaslandırılmalı, özünün  və digər səlahiyyətli şəxslərin  etimadını qazanmalıdır. 

 

D11 – Qiymətləndirmənin qiymətləndirilməsi 



Qiymətləndirmə prosedurlarının müntəzəm  təkmilləşdirilməsi üçün bu və ya digər müvafiq 

standartlardan istifadə etməklə qiymətləndirmə prosedurları vaxtaşırı nəzərdən keçirilməli,  

aşkar esiləm qüsur və çatışmazlıqlar aradan qaldırılmalı, müvafiq düzəlişlər aparılmalıdır. 

-.-.-.-.- 

 

 

Xüsusi qeydlər:  



-

 

“Diplomatik” sözü nəzakətliliyi və cəmiyyətdə ünsiyyətin digər incəliklərinə diqqətlə 



yanaşmasını nəzərdə tutur – xarici əlaqələri deyil. 

-

 



“Qanunilik” sözünün istifadəsi ondan irəli gəlir ki, bu məsələlərin bir çoxu Avropa və 

Amerikada “Praktiki psixoloji fəaliyyət, Psixoloji məsləhətləşmə və Psixoterapiya 




haqqında Qanun” ilə tənzimlənir, və bu standartların pozulması halları ilə əlaqəli 

şikayətlər məhkəmədə baxılır. 

 

 

Psixoloji xidmətə müraciət kartı 

İndi isə keçək procedur məsələlərinə. Hər hansı bir müştəri psixoloqa birbaşa müraciət edə 

bilər, lakin yaşı həddibuluğa çatmamışların yerinə bu qərarı onların valideynləri və ya (validynlərin 

məlumatlı  icazəsi  ilə)  müəllimləri  verə  bilər.  Məktəb  çərçivəsində  baş  verən  bu  proseslərin 

şəffaflığını  və  dəqiqləyini  təmin  etmək  məqsədilə  hər  hansı  bir  müəllim  tərəfindən  şagirdin 

psixoloji xidmətə ehtiacını bildirilməsi rəsmiləşdirilir. Bu məqsədə müəllim və çagirdin tyutoru\sinif 

rəhbəri  tərəfindən  doldurulan  Müraciət  kartı  hidmət  edir.  Bu  sənədin  formatının  saxlanılması 

məqsədilə one əlavədə təqdim edirik - bax Əlavə 1.  

Kartın birinci səhifəsi müəllim və sinif rəhbəri tərəfindən doldurulur; ikinci səhifəsində 

şagird “Ev, ağac, adam” testinin rəsmini çəkir və bununla psixoloq kifayər qədər çoxşaxəli məlumat 

toplayır.  

Burada Sizlərə təqdim edilən forma (struktutrun qorunması şərti ilə) şübhəsiz ki dəyişdirilə 

və təkmilləşdirilə bilər: müşahidələrin qeyd olunmasını asanlaşdıran təriflərin siyahısı daha incə 

aspektləri ifa edən təriflər ilə tamamlana bilər; “Ev, ağac, adam” testi konret psixoloq tərəfindən 

üstünlük verilən test\sorğu ilə əvəzləndirilə bilər. Eyni zamanda, bu proyektiv testinin aşkar etdiyi 

məlumatların dəyərli olduğunu nəzərə alaraq, əlavə sorğu və test blankının aşağıda Sizlərə təqdim 

edəcəyimiz Müayinə kartının ikinci səhifəsində yerləşdirmək imkanından istifadə etməyi daha çox 

məsləhət görərdik. 



Xüsusi qeyd: şagirdin haqqında kartın doldurulması, onun psixoloqa çatırılması, rəsm 

testinin (psixoloqun kabinetində) keçirilməsi – bu və bütün digər procedurlar tam konfidensiallıq 

şəraitində keçirilməlidir. Ən çox müşahidə olunan səhv – müəllim tərəfindən digər insanların 

qarşısında şagirdə deyilən “Mən səni psixoloqun yanına aparacağam” sözləri – həm problemi həm 

də onun həllini əsaslı şəkildə mürəkkəbləşdirir. 

 

Şagirdin müayinə kartı 

Müraciət kartı ilkin məlumatları psixoloqa təqdim etiyinə baxmayaraq, bunlar əsaslı qərar 

vermək və müvafiq tədbirlərin planlaşdırılması üçün kifayət deyil. Buna görə, psixoloq şagird ilə 




görüş zamanı öz müşahidələri və müayinələrin nəticələrini toplayaraq Müayinə kartında qyed edir 

– bax Əlavə 2. 

Sizlərə təqdim etdiyimiz bu forma sadə və intuitiv şəkildə təşkil edilmişdir ki, şagird ilə 

söhbət zamanı müşahidə olunanlar və ya aşkar edilənlər qeydə alına bilsin. Sadə test problar ilə 

yanaşı, bu məlumatları əldə etmək məqsədinə ən uyğun olan söhbət mövzuları aşağıdakılardır: 

-

 



Şagirdin ailəsinin tərkibi; 

-

 



Bacı-qardaş və baba-nənələri ilə münasibətlər; 

-

 



Son zamanlarda ailədə baş vermiş\baş verən dəyişiklik\yeniliklər; 

-

 



Keçirtdiyi xəstəliklər və ya travmalar; 

-

 



Uşaqlıq yaddaşları; 

-

 



Dostları və onlar ilə münasibətlər; 

-

 



Sevimli məşquliyyət. 

Müayinə kartının sonunda qeyd olunacaq rəy sadə və yığcam şəkildə olaraq bütün 

toplanılmış məlumatları nəzərə almalı və təhlilini təqdim etməlidir. Rəyin tərkibinə dair konkret 

standartlar verilmir və hər konkret mütəxəssis öz təcrübəsinə əsaslanaraq rəyi tərtib edir. 



Xüsusi qeyd: Psixoloji xidmətin heyəti tərəfindən gündəlik keçirilən hər bir görüş, müsahibə 

və ya digər tədbir xidmətin gündəlik jurnalında qeyd edilməlidir (Tarix\Vaxt\Müştəri\Tədbirin 

izahı\Nəticələr). Tədbirləri sənədləşdirən formalar siniflər üzrə təşkil edilmiş şəkildə 

arxivləşdirilməlidir və bütün bu məlumat və sənədlər yuxarıda təqdim etdiyimiz Etik kodeksi və 

Qiymətləndirmə standartlarına uyğun olaraq konfidensial saxlanılmalıdır. 

 

ƏLAVƏ QEYDLƏR 



İctimai intellekt testinin istifadəsi 

 

Məktəb psixoloqların qarşında “Hansı psixoloji amilləri qiymətləndirmək lazımdır?” sualı 



vardır. Bir çox əsas psixi funksiyaları – hafizə, diqqət, intellekt, və s. – qiymətləndirilməsi kifayət 

qədər çox vaxt apara bilən prosedurdur. Eyni zamanda, kompleks amillər haqqında məlumat verə 

bilən şəxsiyyət testləri ibtidai siniflərdə istifadə edilə bilməz, yuxarı siniflərdə isə bu metodların 

tətbiqi etik nöqteyi nəzərdən şübhəlidir. 




Bütün bunları nəzərə alaraq, biz bir neçə testləri təcrübədən keçirdəndən sonra ilk öncə 

İctimai intellekt testlərinə üstünlük verdik. Qəbul edilmiş tərifə əsasən, ictimai intellekt – müxtəlif 

ünsiyyət şəraitlərində digərləri anlamaq və özünü anlatmaq qabiliyyətidir. Bu qabiliyyətin təhsil-

tədris prosesində qazanıla bilən müvəffəqiyyətlər səviyyəsi ilə birbaşa əlaqəsi və bağlantısı vardır. 

Şagirdlərin testləşdirilməsində istifadəsi ilə yanaşı bu qabiliyyətin müəllimlərdə də 

qiymətləndirilməsi məqsədə uyğundur. 

 

Biz istifadə etdiyimiz test O’Salivan-Gilford testidir (O’Sullivan et al, 1976; Azərbaycan 



adaptasiyası - Cavad Əfəndi, 1999-2009) – bu testə növbəti nəşrlərimizdə ayrıca diqqət yetirəcəyik. 

İctimai intellekt üzrə digər testlər də istifadə edilə bilər, lakin onların tam prosedura yuğun şakildə 

tərcümə, adaptasiya və validizasiyası vacibdir.  

 

Xüsusi qeyd: testlərdən istifadə etdən məktəb psixoloqların arasında ən çox yayılmış səhv – 

digər ölkədə hesablanmış və ya ümummilli normativlərindən istifadədir. Testdən asılı olmayaraq, 

nəticələrinin qiymətləndirmə şkalaları hər məktəbdə artıq oxuyan şagirdlərin göstəricilərinə əsasən 

hesablanılmalıdır – siniflər üzrə şagirdlərin test nəticələrinin normallaşdırılması üsulu ilə. 

Normallaşdırma (bəzən “normalızasiya”) prosesi Qaussun normal paylanma və “üç sigma” 

qaydasına əsasən hesablanılmalıdır. 

 

Məktəbin müəllim heyətinə dəstək 

Psixoloji xidmətin vacib iş istiqamətlərindən biri məktəbin müəllim heyətinə dəstəkdir. 

Metodologiya nöqteyi nəzərdən, buraya dərslərin müşahidəsi, məsləhətləşmələr və təlimlər 

daxildir.  Biz təlimlərə xüsusi diqqət yetirməyi məsləhət görürük. 

Təlim zamanı təlimi aparan psixoloq müəllimlərin davranış xüsusiyyətlərini müşahidə edir, 

praktiki qabiliyyətlər nöqteyi nəzərdən müəllimlərin tələbatlarını aydınlaşdırır,  həm də aşkar 

edilmiş tələbatlara uyğun şəkildə nəzəri yanaşmaları və konkret bacarıqları öyrədə bilir. 

Ən çox tələb edilən psixoloji təlimlərin mövzuları aşağıdakılardı: 

-

 



Stressin idarə edilməsi (stress menecment); 

-

 



Ünsiyyət bacarıqları; 

-

 



Auditoriya qarşısında çıxış etmək bacarıqları və natiqlik; 

-

 



Uşağın inkişafı və yaş psixologiyasının əsasları (ən müasir verilənlərin əsasında). 


Bu təlimlərin hazırlanması üçün tələb edilən mənbələri aşağıda verilən Ədəbiyyat 

siyahısında tapa bilərsiniz. 



Xüsusi qeyd: bu təlimlər yalnız və ancaq interaktiv şəkildə aparıldığı zaman istənilən müsbət 

nəticə verə bilər. Klassik leksiya şəklində aparılan təlim, əksinə, psixoloq və heyət üzvləri arasında 

psixoloji məsafənin böyüməsinə gətirib çixara bilər. 

 

ƏDƏBİYYAT 

1.

 

B.Əliyev, K.Əliyeva, R.Cabbarov "Pedaqoji psixologiya



2.

 

Ə.S.Bayramov, Ə.Ə. Əlizadə "Psixologiya", B., 2009 



3.

 

A.Həsənov, Ə Ağayev "Pedaqogika", B., 2007 



4.

 

İ.Ə. Məmmədov "Azərbaycan məktəblərində psixoloji xidmətin təşkili təcrübəsi və elmi-



metodik problemləri", B., 1996 

 

5.



 

Fagan, T. K. & Wise, P. S. (2007). School Psychology: Past, present, and future, (3rd ed.). 

Bethesda, MD: National Association of School Psychologists. 

6.

 



Merrell, Kenneth W.; Ervin, Ruth A.; Gimpel, Gretchen (2006). School Psychology for the 

21st Century: Foundations and Practices. Guilford Press. 

7.

 



Oritz, Samuel O. (2008). Best Practices in School Psychology V: Best Practices in 

Nondiscriminatory Assessment Practices. National Association of School Psychologists. 

8.

 



O'Sullivan, M. &. Guilford, J.P. (1976). Four factor tests of Social Intelligence (behavioral 

cognition): manual of instructions and interpretations. Sheridan Psychological Services.  

9.

 



Phillips, Beeman N. (1990). School Psychology at a Turning Point: Ensuring a Bright Future 

for the Profession. San Francisco: Jossey-Bass. 

10.


 

Ysseldyke, J.E.; Schakel, J.A. (1983). "Directions in school psychology". In ed. by Hynd, 

G.W. The school psychologist : an introduction (1st ed. ed.). Syracuse N.Y: Syracuse 

University Press 

 

11.


 

Абрамова Г.С. Практическая психология. – М.: Издательский центр «Академия», 

1997.  

12.


 

Аронсон Э., Уилсон Т., Эйкерт Р. Социальная психология. Психологические законы 



поведения человека в социуме. СПб.: Прайм-Еврознак, 2002. 

13.


 

Ахола Т., Фурман Б. Психотерапевтическое консультирование. Беседа, 



направленная на решение. СПб.: Речь, 2001.  

14.


 

Берковиц  Л. Агрессия: причины, последствия и контроль. СПб: Прайм-Еврознак, 

2001. 

15.


 

Берн Э. Игры, в которые играют люди. Люди, которые играют в игры. М., 1988 

16.

 

Введение в практическую социальную психологию. Учебное пособие для высших 



учебных заведений /Под ред. Ю.М.Жукова, Л.А.Петровской, О.В.Соловьевой. – 2-е 

изд.- М.: Смысл, 1996.  




17.

 

Детская практическая психология; Учебник /Под ред. Т.Д.Марцинковской. – М.: 

Гардарики, 2000.  

18.


 

Общая психодиагностика. Под ред. Бодалева А. А., Столина В. В. — М., 1987. 

19.


 

Практическая психология образования. Под ред. Дубровиной И.В.

 

4-е изд., перераб. 



и доп. - СПб.: Питер, 2004 

20.


 

Франкл В. Человек в поисках смысла. — М., 1990. 

21.

 

Хухлаева O.: Школьная психологическая служба. Работа с педагогами. Генезис, 2009. 



 

 

 



 

 

 



 

 

 



 

 

 


Əlavə 1 

PSİXOLOJİ XİDMƏTƏ MÜRACİƏT KARTI  

 

        №_________ 

 

Şagird  _________________________________________________________________ Sinif _____   



Müraciətin səbəbi   ________________________________________________________________  

________________________________________________________________________________ 



 

 

MÜŞAHİDƏLƏRİN



 

NƏTİCƏLƏRİ 

 

Şagirdin dаvrаnış хüsusiyyətləri  

qаpаlı,  utаncаq,  küsəyən,  yorğun,  hövsələsiz,  «məsаfə  hissinin»  оlmаmаsı,  nümаyişкаrаnə 

hərəкətlər,  аqrеssiv,  pаssiv,  diqqətsiz,  irаdəsiz,  səliqəsiz,  məsuliyyətsiz,  yalançı,  intizаmsız, 

dеyingən, tərs, və s. _______________________________________________________________ 

 

ünsiyyətli,  ürəyi  аçıq,  irаdəli,  səbrli,  nəzakətli,  səliqəli,  акtiv,  düzdаnışаn,  аyıq,  məsuliyyətli, 



intizаmlı, еtibаrlı, diqqətli, sözə baxan, və s. ____________________________________________ 

 

Şagirdin sinif yoldaşları ilə münаsibətləri  

аcıdil, qаrаqəlbli, tənbəl, еqоist, dаvакаr, paxıl __________________________________________  

хоşrəftаr,  mеhribаn, əməкsеvər, ünsiyyətli ____________________________________________ 

 

Müraciət edən ___________________________________________________________________ 

 

’_____’ _______________ 20 __ il 



 

 

 



TYUTORUN\SİNİF

 

RƏHBƏRİNİN

 

RƏYİ

 

Şagirdin fərdi хüsusiyyətləri:  

а) Müsbət ____________________________________________________________________ 

b) Mənfi  _____________________________________________________________________ 



 

Sinfin tyutoru  ___________________________________________________________________ 

 

’_____’ _______________ 20 __ il 



 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yuxarıda, zəhmət olmazsa, bir EV, bir AĞAC, bir də ADAM şəklini çəkin. 

 

BU RƏSM İMTAHANI DEYİL – BACARDIĞINIZ KİMİ ÇƏKİN ! 



 

 

 

 

 

 

 



Şagird 

 __


________________________________________________________________________ 

 

’_____’ _______________ 20 __ il 



 

 

 




Əlavə 2 

МÜАYİNƏ КАRТI 

     

 

 

                    №_________ 

Мüayinə N______ 

Şagirdin öz şikayətləri ______________________________________________________________ 

________________________________________________________________________________ 



 

МÜAYINƏNIN NƏTICƏLƏRI: 

Davranış хüsusiyyətləri  

+ _______________________________________________________________________ 

-  _______________________________________________________________________ 

 

Nitq (adi, ətraflı, qısa, monoton, mürəkkəbləşdirilmiş): ___________________________________ 



Diqqət (davamlı, yayınan, zəiflənən): _________________________________________________ 

Hafizə (normal, zəif): ______________________________________________________________ 

İntеllеkt (normal, aşağı səviyyəli, yüksək): _____________________________________________ 

Еmosional sahə (sabit, qеyri-sabit,): __________________________________________________ 

________________________________________________________________________________ 



Yuхu pozuntuları (yuхusuzluq, səthi yuхu, gеcə vahimələri):  _______________________________ 

________________________________________________________________________________ 



Digər psiхoloji pozuntular: __________________________________________________________ 

________________________________________________________________________________ 

________________________________________________________________________________ 

 

Proyеktiv tеstin nəticələri: __________________________________________________________ 

________________________________________________________________________________ 

________________________________________________________________________________ 

 

Rəy: ____________________________________________________________________________ 

________________________________________________________________________________ 

________________________________________________________________________________ 

________________________________________________________________________________ 



 

 

 

İmza: ___________________                          ’_____’ _______________ 20 __ il 

Yüklə 237,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə