4.4.
Psixoloq rəsmi ekspert vəzifələrini qanuna uyğun olaraq yerinə yetirə bilər. Bu işin
aparılmasını da hazırki Kodeksin normaları əhatə edir.
5.
Psixologiyanın peşəkar təbliğatı prinsipi.
5.1.
Psixoloji təhsili olmayan şəxslərə hər hansı bir peşəkar məlumatları çatdırdığı zaman
psixoloq onun işinin peşə metodlarının məzmununu açıqlayan artıq dərəcədə
məlumatlandırıcı ifadələrdən qaçınmalıdır. Bu kimi məlumatlar yalnız mütəxəssislərə
ünvanlandırıla bilər.
5.2.
Bütün məlumatları psixoloq praktik psixologiyanın metodlarının imkanlarını real vəziyyətə
uyğun əks etdirməlidir. Psixoloqdan əsassız gözləntilərlə nəticələnən hər hansı bir
ifadələrdən çəkinmək lazımdır.
5.3.
Psixoloq psixologiya elminin nailiyyətlərini peşəkar səviyyədə və elmin hazırki vəziyyətinə
uyğun təbliğ etməlidir.
6.
Müştərinin rifahı prinsipi.
6.1.
Peşə fəaliyyətində psixoloq müştərilərin rifahına istiqamətlənir və iş prosesinin bütün
subyektlərinin hüquqlarını nəzərə alır. Psixoloqun vəzifələri ilə etik normaları arasında
ziddiyyət yaranırsa psixoloq həmin münaqişələri “zərər verməmə” prinsipinə əsaslanaraq
həll edir.
6.2.
Psixoloq peşə fəaliyyətində sosial status, yaş, cinc, milliyyət, din, intellekt səviyyəsi və digər
fərqlənmələrə görə ayrı-seçkiliyə yol verməməlidir.
6.3.
Psixoloqun peşə fəaliyyətində uşaq təhsil prosesinin əsas subyekti sayılır və onun hüquq və
maraqları üstün tutulur.
6.4.
Psixoloq müştəriyə qarşı xeyirxah və qərəzsiz mövqe tutur.
7.
Peşəkar əməkdaşlıq prinsipi.
7.1.
Psixoloq öz nəzəri və metodik yanaşmalarından asılı olmayaraq başqa mütəxəssislərə və
onların iş üsullarına hörmət ilə yanaşır.
7.2.
Psixoloq müştəri və müəyinə apardığı şəxslərin yanında həmkarlarının işinin metod və
üsullarını açıq şəkildə qiymətləndirmək və tənbeh etməkdən çəkinir.
7.3.
Münaqişəli hallarda (etik pozuntusunun qeyri-formal yolla aradan qaldırılması mümkün
olmadığı halda) psixoloq problemi peşəkar birliyinin müzakirəsinə, və ya psixoloji
xidmətinin elmi-metodik şurasına çıxara bilər.
8.
Müştərini müayinənin məqsəd və nəticələri haqqında məlumatlandırma prinsipi.
8.1.
Psixoloq müştərini onunla aparılan psixoloji işin məqsəd və məzmunu, istifadə olunan
metod və vasitələr barəsində məlumat verir ki, müştəri bu işdə iştirak etməyinə razılıq
versin. Psixoloji proseduraların 16 yaşa çatmamış uşaqlarla aparıldığı halda uşağın
iştirakına razılığı onun valideynləri və ya onları əvəz edən şəxslər verməlidir.
8.2.
Peşə fəaliyyəti prosesində psixoloq öz fikirlərini bildirir və vəziyyətin müxtəlif aspektlərini
müştəri tərəfindən müstəqil şəkildə qərarları qəbul etmək imkanlarını məhdudlaşdırmayan
formada qiymətləndirir. Psixoloji yardım işinin gedişatı zamanı müştəri tərəfindən
könüllülük prinsipi tam təmin olunmalıdır (bənd 1.3).
8.3.
Psixoloq müştərilərin nəzərdə tutulmuş işdə iştirak edib etməmək qərarının qəbul
etməklərinə təsir edən amillər barəsində məlumatlandırmalıdır: fiziki risk, diskomfort,
xoşa gəlməyən emosional təcrübə və s.
8.4.
Müştərinin psixoloji işə razılığını almaq üçün psixoloq aydın terminologiyadan və sadə
sözlərdən istifadə etməlidir.
8.5.
Müayinənin nəticələri üzrə rəy qəti xarakter daşımamalıdır, rəy müştəriyə yalnız tövsiyyə
formasında təqdim olunmalıdır. Tövsiyyələr dəqiq olmalıdır və yerinə yetirilə bilməyən
şərtləri əhatə etməməlidir.
8.6.
Müayinə zamanı psixoloq müştərinin imkan və bacarıqlarını müəyyən edib vurğulamalıdır.
-.-.-.-.-
Şagirdlərin və heyətin qiymətləndirməsi standartları
Qiymətləndirmə – test, sorğu, müsahibə və müşahidə nəticələrinin istifadəsi ilə xüsusi
şkalalara əsaslanaraq müştərinin o və ya digər xüsusiyyətinin kəmiyyət və keyfiyyət amillərinin
müayinəsidir. İnsanın psixoloji incəlikləri haqqında məlumatı əldə etmək qabiliyyəti kollektivdə
çalışan məktəb psixoloqunun qarşısında əlavə tələblər qoyur. Bu iş istiqamətinə dair tələblər
beynəlxalq təcrübədə “standart” aldlandırılır.
Burada biz Sizlərə iki cür standartları təqdim edirik:
-
Şagirdlərin qiymətləndirilməsi standartları
-
Heyətin qiymətləndirilməsi standartları.
-.-.-.-.-
ŞAGİRDLƏRİN PSİXOLOJİ QİYMƏTLƏNDİRİLMƏSİ STANDARTLARI
Standartların icmalı
Qanunilik standartları
Qanunilik standartları təmin edir ki, şagirdlərin qiymətləndirilməsi düzgün və dəqiq aparılsın, və
qiymətləndirmə nəticələrinin şagirdlərə və digər iştirakçılara təsiri etik normalara müvafiq olsun.
Q1 - Şagirdlərə xidmət
Şagirdlərin psixoloji qiymətləndirilməsi təhsilin əsas prinsiplərinə, Məktəbin missiyasının
icrasına, şagirdin effektiv inkişafına xidmət etməlidir ki, şagirdin təhsil ehtiyacları ödənilsin.
Q2 - Müvafiq siyasət və prosedurlar
Qiymətləndirmənin müntəzəm, bərabərhüquqlu və ədalətli olduğunu təmin edilməsi
məqsədilə bütün prosedurları əks etdirən sənədlər işlənilməli və təsdiq olunmalıdır. Bu
sənədlərin var olması şagird, valideyin və heyətə məlum olmalıdır.
Q3 - Qiymətləndirmə nəticələrinin məxfiliyi
Şagird qiymətləndirmənin nəticələri ilə təmin olunmalıdır, lakin bu məlumat şagird və
başqalarına rəsmi-qanuni şəkildə bildirilməlidir ki, bu yolla şəxsi məlumatların məxfiliyi və
mənəvi heysiyyət qorunmalıdır.
Q4 - Şagirdlərə münasibət
Şagirdlərə qiymətləndirilmənin istənilən mərhələsində hörmətlə yanaşmaq gəkəkdir ki,
onların psixoloji və təhsil imkanları gələcəkdə də inkişaf etdirilsin.
Q5 - Şagirdin hüquqları