Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə1/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   74


E.A.MƏMMƏDOVA 
MELİORATİV   HİDROGEOLOGİYA 
Ali məktəblərin  bakalavr  pilləsi  üçün dərslik 
Azərbaycan Respublikası Təhsil 
Nazirliyi Bakı Dövlət Universitetinin  
18.03.16  tarixli  R-33 saylı əmri  ilə 
dərslik  kimi  təsdiq  olunmuşdur. 
BAKI-2016 


Elmi  redaktoru:
 
Meliorasiya  və  Su  təsərrüfatı  ASC-nin 
Hidrogeoloji-meliorativ  xidmət  idarəsi, “Hidrogeoloji-meliorativ  
məlumatlar və Innovasiyalar mərkəzi”nin rəisi t.e.f.d.  S.Ə.Əliyev 
Rəy verənlər:
 
  Az.Hidrotexnika və Meliorasiya EİB-nin “Meliorasiya 
olunmuş torpaqların mənimsənilməsi” bölməsinin  müdiri:  a.e.f.d.  
E.İ.Rufullayev  
     AMEA Torpaqşünaslıq və Aqrokimya Institutunun  “Tor-
paqların meliorasiyası” laboratoriyasının rəhbəri: a.f.d.  
M.Q.Mustafayev   
Meliorasiya  və  Su  təsərrüfatı  ASC-nin Hidrogeoloji-meli-
orativ  xidmət  idarəsinin  baş  mühəndisi:  t.e.f.d.  Ş.M.Əmişov     
Az. Hidrotexnika və Meliorasiya EİB-nin  aparıcı  elmi 
işçisi: g.m.f.d. Ç.C.Gülməmmədov 
Məmmədova  Esmiralda  Allahverdi  qızı. Meliorativ hid-
rogeologiya.  Dərslik.Bakı, “Ləman nəşriyyat poliqrafiya”MMC, 
2016,268s. 
«Meliorativ  hidrogeologiya»  fənninin tədrisi zamanı meliorativ  hidro-
geologiyanın  əsasları,  meliorasiya  olunmuş  torpaqların  hidrogeoloji  şəraiti 
və  yeraltı  suların  rejimi  və  balansının  formalaşmasının ümumi qanunauy-
ğunluqları, torpaqların şorlaşması və  şorəkətləşməsinin  əsasları, hidrogeolo-
ji-meliorativ rayonlaşdırmanın  prinsipləri  haqqında ətraflı  şərh  olunur.  
M  1801000000-24 
 2016 
  ©
“Ləman nəşriyyat poliqrafiya” MMC,2016 



ÖN  SÖZ 
Təqdim  edilən  dərslik  050603  Hidrogeologiya  mühəndisliyi 
ixtisaslı  bakalavrlar  üçün  işçi  tədris  planında  İPFS-B01  şifrli    Peşə 
hazırlığı üzrə seçmə fənn kimi  tədrisi nəzərdə tutulmuş «Meliorativ 
hidrogeologiya»  fənni  üzrə  dərsliyin  yazılması  sahəsində  ikinci 
təşəbbüsdür. 1997-ci ildə Ə.K.Əlimov və müəllif tərəfindən “Melio-
rativ hidrogeologiya” adlı dərs vəsaiti kiril qrafikası ilə çap olunmuş-
dur. Lakin  sonradan  həmin dərs vəsaitinə  bir  sıra  yeni elmi məlu-
mat  və  materialların əlavə  edilməsi ilə  eyni  adda, lakin tamamilə 
yeni  bir formatda dərslik hazırlanmışdır. Bu dərslik «Hidrogeologiya 
mühəndisliyi»  ixtisaslı  bakalavr  hazırlığı  üçün  müəllif  tərəfindən 
nəşr edilmiş tədris proqramına  tam  uyğun  hazırlanmışdır. 
Dörd  fəsildən ibarət olan dərslik, meliorativ hidrogeologiyanın 
müxtəlif problemlərinin araşdırılmasına və həllinə həsr olunmuşdur. 
Dərsliyin hazırlanmasında D.M.Kats və V.M.Şestakovun «Me-
liorativ hidrogeologiya», o cümlədən S.M.Kazımov, A.V.Səfərov və 
Q.Ş.Şirinovun “Su təchizatı və mühəndisi meliorasiya”, Ə.K.Əlimov, 
E.A.Məmmədovanın  “Meliorativ  hidrogeologiya”,  Ə.K.Əlimovun 
bir  sıra  elmi  əsərlərindən  (ədəbiyyat  siyahısı  təqdim  olunur), 
E.A.Məmmədovanın  “Su  təchizatı  və  meliorativ  hidrogeologiya”, 
“Hidrogeoloji tədqiqat üsulları” və “Yeraltı suların dinamikası” kimi 
dərsliklərindən,  R.H.Məmmədov,  X.F.Cəfərov,  A.C.Həşimov,  Os-
manov  T.Ə.,  Ə.Ə.Verdiyevin  “Azərbaycanda    torpaqların    meliora-
siyası”  adlı  elmi  əsərindən,  o  cümlədən  müəllifin  şəxsi  tədqiqatla-
rının nəticələrindən  istifadə edilmişdir. 
Materialların  ifadəsində  meliorativ  hidrogeologiyanın  –  hid-
rogeoloqların istehsalatda həll etməli olduğu  bir sıra təcrübi məsələ-
lərinin təhlilinə  xüsusi yer verilmişdir. 
Nəzəri material təcrübi məşğələlərlə müşayiət olunmalıdır. 
Dərsliyin  keyfiyyətinin  gələcəkdə  daha  da  yaxşılaşdırılması  üçün 
rəylər,  tənqidi  iradlar  və  təkliflər  müəllif  tərəfindən  minnətdarlıqla 
qəbul olunacaqdır. 
Müəllif 



 
GİRİŞ 
 
MELİORATİV HİDROGEOLOGİYANIN 
MƏZMUNU, MƏQSƏDİ  VƏ İNKİŞAF 
MƏRHƏLƏLƏRİ 
 
Meliorativ hidrogeologiya” - hidrogeologiya elminin tətbi-
qi  qoludur,  məqsədi  -  meliorasiyanın  hidrogeoloji  əsaslandırıl-
masıdır.   
Meliorativ  hidrogeologiya  torpaqların  məhsuldarlığının    ar-
tırılması  və  kənd  təsərrüfatı əkin  sahələrindən yüksək və daya-
nıqlı məhsulun əldə  olunması məqsədilə hidrogeoloji şəraitin  öy-
rənilməsi və onun  yaxşılaşdırılması  üçün  tədbirlərin  işlənib  ha-
zırlanması  ilə  məşğul olur.  
Meliorasiyanın hidrogeoloji əsaslandırılması aşağıdakı mər-
hələlərdə həyata keçirilir: 
1. Meliorasiya  obyektlərinin  mövcud  hidrogeoloji  şəraitinin 
öyrənilməsi və qiymətləndirilməsi; 
2. Optimal layihə həllinin seçilməsi məqsədilə  layihələndi-
rilən  meliorasiyanın  təsiri  altında  hidrogeoloji  şəraitin  dəyişmə 
proqnozunun tərtibi; 
3. Həyata  keçiriləcək  meliorativ  tədbirlərin    (suvarma,  dre-
naj və  digər) layihələndirilməsi; 
4. Meliorasiya məqsədilə sugötürücülərin  hesablanması; 
5. Torpaqların meliorativ vəziyyətinə nəzarət. 
Meliorasiyanın hidrogeoloji əsaslandırılması prosesində bü-
tün mərhələlərdə geoloji mühitin mühüm elementlərindən olan su 
və torpaq ehtiyatlarının mühafizəsi məsələsi həll olunur. 
“Meliorativ  hidrogeologiya”  -  hidrogeologiyanın    digər  sa-
hələri – “Regional hidrogeologiya”, “Yeraltı  suların dinamikası”, 
“Hidrogeokimya”,  “Yeraltı  suların  rejim  və  balansı”,  eyni  za-
manda    meliorativ  elmlə  –  “Meliortaiv  torpaqşünaslıq”,  “Melio-
rativ  coğrafiya”  və  “Suvarılan  torpaqların  hidrogeologiyası”  ilə 
sıx əlaqədardır. 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə