Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə10/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   74

32 
 
Şırımlar  dərinlikləri,  en  kəsiyinin  formaları,  uzunluqları, 
şırımlararası    məsafələri,  şırımda  suyun  axım  sürəti  və  torpağa 
hopma xassələrinə və s. görə müəyyən qruplara bölünür.  
Dərinliyinə görə şırımlar: dayaz (dərinliyi 8-12 sm), orta də-
rinlikli (12-16 sm) və dərin (16 – 22 sm); uzunluğuna görə: qısa, 
orta uzunluqlu və uzun olur.  
En  kəsiyinin  formasına  görə  şırımlar:    parabola,  üçbucaq, 
trapesiya şəkilli və yuvalı olur. Daha  çox istifadə olunan üçbucaq
trapesiya  formalı şırımlardır. Bu şırımların dibdən olan eni 10 sm 
-ə  qədər təşkil  edir. 
Axarlıq xassəsinə görə şırımlar: axar və kor   kimi  iki  növə  
bölünür.  Axar  şırımlarda  suvarma  suyu  şırımla  axaraq,  tədricən 
torpağa  hopur.  Axar  şırımlar  öz  növbəsində  suvarma  suyunun 
suvarma aparılan şırımlardan aşağı sahələrə verilməsinə və ya ve-
rilməməsinə  görə  də  iki  yerə  bölünür.  Suvarma  suyu  aşağı  sa-
hələrə  verilmədikdə  suvarılan  şırımın    uzunluğunun  85-90  %-i 
qədər  su  axıdıldıqdan  sonra  suyun  verilməsi  kəsilir.  Şırımın  is-
lanmış hissəsindəki su tədricən axaraq, onun sonuna  qədər  çatır. 
Bu halda şırım boyunca torpaq qatı qeyri-bərabər islanır; 
Ləklərin tam  (fasiləsiz)  doldurulması  ilə suvarmada  (şək.5) 
su qravitasiya cərəyanları formasında dərinliyə sızır.  
 
a
 


33 
 
b
 
 
Şəkil  5  (a,  b).  Ləklərin  tam  doldurulması  (fasiləsiz)  ilə  suvarma  
üsulu (çəltiyin suvarılması). 
 
 
Suvarmanın bü növü əsasən çəltiyin becərilməsində, o cüm-
lədən şoran torpaqların yuyulmasında tətbiq edilir. Bu suvarmada 
yerli daşqın sularından istifadə olunur. 
Bu  üsulla  suvarma  aparmaq  üçün  suvarılacaq  sahədə  ətrafı 
xüsusi  tirələrlə  əhatə  olunan  ləklər  düzəldilir.  Ləklərin  sahəsi 
yerin  mailliyindən,  torpağın  növündən,  sukeçirmə  qabiliyyətin-
dən, sahəyə veriləcək suvarma suyunun normasından asılı olaraq, 
0,1-1,0 ha qəbul  edilir. Düzən sahələrdə və sukeçirmə  qabiliyyəti 
zəif  olan  torpaqlarda  ləklərin  sahəsini  5  və  hətta  25  ha  –a  qədər  
artırmaq olar. Ləklər  adətən  düzbucaq şəkilli düzəldilir. 
Ləklərin  ətrafında  yer    səthinin  mailliyi  istiqamətində  uzu-
nuna,  maillik  az  olan  istiqamətdə  isə  eninə  tirələr  düzəldilir. 
Tirələrin hündürlüyü 0,35-0,50 sm-ə qədər qəbul  edilir ki, bu da 
suvarma  və  ya  yuma  zamanı  ləkə  veriləcək  suyun  miqdarından 
asılı  olaraq  müəyyən  edilir.  Suvarma  zamanı  ləkə  10-15  sm-ə 
qədər,  yuma  zamanı  isə  daha  çox  (20-30  sm)  su  doldurmaq 


34 
 
lazımdır.  Tirələr,  xüsusi  tirədüzəldən  KZU-3  markalı  maşınla 
düzəldilir. 
Ləklərin  tam  (fasiləsiz)  doldurulması  ilə  suvarma  üsulu  ilə 
fasiləsiz suvarma  aparıldıqda (çəltiyin suvarılması və  yuma apa-
rılan sahələrdə) torpağın strukturu pozulur, əkin  qatında olan qida 
maddələri yuyularaq torpağın alt qatlarına aparılır. Bundan başqa, 
torpağın  istilik,  hava  rejimi  və  s.  də  pozulur.  Belə  torpaqlarda 
məhsul yığımından sonra kompleks aqrotexniki və meliorativ təd-
birlər  tətbiq  etməklə  onların  su-fiziki  xassələrinin  yaxşılaşdırıl-
ması, münbitliyinin artırılması tələb olunur. 
Eni 10-30 m olan zolaqlarla suvarma   (şək.6) isə çoxillik ot 
və  taxıl  bitkilərinin  becərilməsində  istifadə  edilir.  Zolaqlarla  
suvarma üsulunun  özünəməxsus müsbət və mənfi cəhətləri vardır. 
Müsbət  cəhətlərinə:  suvarma  zamanı  zolaqlar  boyunca  torpaq 
qatının  bərabər  islanması,  suvarmanın  texniki  cəhətdən  asanlaş-
ması,  kənd  təsərrüfatı  maşınları  üçün  əlverişli  iş  şəraitinin  təmin 
edilməsi, suvarmada əmək məhsuldarlığının yüksəldilməsi   və  s. 
aiddir.  Mənfi  cəhətlərinə  isə  suvarma  zamanı  torpağın  strukturu-
nun,  torpaqda    hava  və  qida  rejiminin  müəyyən  qədər  pozulması 
aiddir. 
 
 
 
Şəkil  6.  Zolaqlarla   suvarma   üsulunun  tətbiqi üçün  əkin sahələ-
rinin hazırlanması.
  


35 
 
Zolaqlar  öz  növbəsində  eni  və  uzunluğuna  görə  qruplara 
bölünür.  Belə  ki,  eninə  görə  zolaqlar:  ensiz  və  enli  olur.  Ensiz 
zolaqların eni sahədəki kənd təsərrüfatı maşınlarının ölçülərindən 
asılı  olaraq  bir-birindən  fərqlənir  (1,8;  3,6;  7,2  m-ə  qədər),  enli 
zolaqların  eni  isə  20-30  m-ə  qədər  qəbul  edilir.  Zolaqların  enini 
seçəndə onun eni istiqamətində  yer  səthinin mailliyi nəzərə alın-
malıdır. Eninə istiqamətdə maillik çox olduqda ensiz, az olduqda 
isə enli zolaqlar şəkilir. Enli zolaqlarda  torpaqdan istifadə əmsalı 
da  (TIƏ)  müəyyən  dərəcədə  azalır.  Buna  görə  də  mailliyin  opti-
mal olduğu  sahələrdə enli zolaqlardan istifadə edilməsi daha əlve-
rişli hesab olunur. 
Yer    səthinin  mailliyindən,  hamarlanmanın  keyfiyyətindən, 
sahəyə  verilən  suyun  sərfindən  asılı  olaraq,  zolaqlar  uzunluğuna  
görə:  qısa  və  uzun  ola  bilər.  Qısa  zolaqların    uzunluğu    50  m-ə, 
uzun zolaqların  uzunluğu  isə 400-500 m-ə qədər layihələndirilə 
bilər. 
Zolaqlara  suyu  müvəqqəti  arxlardan,  daimi  fəaliyyət    gös-
tərən  kanallardan  vermək  olar.  Zolağa  su  bilavasitə  onun  başlan-
ğıcından verilir. Zolaqları səpinqabağı müddətdə və səpin müddə-
tində çəkmək olar. Zolaqların yanlarında onların  uzunluğu boyun-
ca hündürlüyü 10-25 sm olan tirələr çəkilir. Tirələr  xüsusi tirə dü-
zəldən  KZU-0,3,  KZU-0,5  və  s.  markalı  maşınlarla  müvəqqəti 
düzəldilir; 
-
 
çiləmə üsulu ilə suvarmada suvarma suyu nəqledici kanal 
və  boru  kəməri  ilə  sahəyə  çatdırıldıqdan  sonra  çiləyici  maşın, 
qurğu  və  aparatlar  vasitəsilə  yağış  şəklində  yer  səthinə  çilənir.
 
Çiləmə  üsulu  ilə  suvarma  səhra  və  o  cümlədən,  humid  iqlim 
zonalarında  tətbiq  olunur.  Bu  halda  suvarma  norması  500  m
3
/ha 
qəbul edilir. Küləyin sürəti 5-6 m/san – dən böyük olduqda,  çılə-
mə üsulunun tətbiqi çətinləşir. Çiləmə üsulu suvarmanın mexanik-
ləşdirilməsini  və  avtomatlaşdırılmasını,  suvarma  suları  ilə  gübrə-
lərin  verilməsini  və  s.  təmin  edir.  Yerüstü  suvarma  üsulundan 
fərqli  olaraq,  bu  üsul  qrunt  sularının  qidalanma  intensivliyini 
azaldır. 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə