Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə11/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   74

36 
 
Çiləmə  üsulunun  tətbiqi  yüksək  sukeçiriciliyə  malik  sü-
xurlarda, yararsız mürəkkəb relyef, su ehtiyatının çatışmadığı və s. 
şəraitlərdə məqsədəuyğundur. 
Çiləmə  üsulu  ilə  suvarma  zamanı  müxtəlif  maşın  və  aqre-
qatlardan–səyyar, yarımstasionar və stasionar - istifadə olunur. Bu 
aqreqatların  seçilməsi  zamanı  əkinin  növü,  relyefin  xüsusiyyəti, 
torpaq  örtüyü,  hidrogeoloji  şərait  nəzərə  alınır.  Su,  çiləyici  apa-
ratlara  müvafiq  maşın  və  aqreqatların  köməyi  ilə  açıq  və  qapalı 
suvarma şəbəkəsindən verilir. Çiləyici aparatda yaradılan təzyiqin 
təsirindən suvarma suyu şırnaq şəklində atmosferə vurulur, oradan 
da kiçik damcılara çevrilərək süni yağış kimi yağdırılır. 
Çiləmə  üsulunun  digər  suvarma  üsullarından  üstünlükləri 
aşağıdakılardır: 
-suvarma  prosesi  bütövlükdə  mexanikləşdirilir  və  avtomat-
laşdırılır; 
-suvarma suyuna qənaət olunur; 
-suvarma kiçik normalarla və tez-tez aparılır; 
-suvarma  nəticəsində  torpaqla  bərabər  bitkinin  gövdəsi  də 
islanır;  
-yer səthinə yaxın atmosfer təbəqəsində əlverişli mikroiqlim 
yaradılır. Bu isə öz növbəsində ümumi buxarlanmanın azalmasına 
səbəb  olmaqla  bərabər,  bitkinin  normal  inkişafı  üçün  əlverişli 
şərait yaradır; 
-əsaslı  hamarlama  işləri  aparmadan  mürəkkəb  relyefli  və 
maili sahələrdə bu üsulun tətbiqi mümkündür
-torpaqdan  istifadə  əmsalı  və  sistemin  faydalı  iş  əmsalı 
yüksək olur; 
-suvarma zamanı torpağın strukturu pozulmur
-torpağın yalnız fəal layı  islanır; 
-sahələrə suvarma suyu  ilə  birlikdə  gübrənin verilməsi im-
kanı  da yaranır və s. 
  Çiləmə üsulu ilə suvarmanın çatışmayan cəhətləri: çiləyici 
qurğuların və aparatların  hazırlanmasına çoxlu  metal sərfi, əlavə 
istismar  xərclərinin  artımı,  küləkli  havada  suvarılan  sahədə  su-


37 
 
varma suyunun qeyri-bərabər paylanması və nəticədə suvarmanın 
effektivliyinin  azalması və s.-dən ibarətdir
-
 
narın dispers suvarma (şək. 7) çiləmə üsulu ilə suvarmanın 
bir növüdür. Bu suvarma üsulu xırda su damlaları yaradan xüsusi 
qurğularla  aparılır.  Bu  zaman  havanın  yerüstü  layı,  bitkilərin  yer 
səthində  olan  hissəsi  və  torpağın  səthi  nəmləşdirilir,    nəticədə 
mikroiqlim  yaxşılaşır,  bitkilərin  transpirasiyası  azalır.  Bu  üsul 
sitrus,  üzüm  və  digər  əkin  sahələrində  bitkiləri  donmadan  qoru-
maq, vegetasiya müddətini azaltmaq və bununla da məhsuldarlığı 
artırmaq üçün istifadə edilir
a
 
  
  
b
 
 
 
Şəkil  7.  Çiləmə  qurğusu:    a  -    impulsla  işləyən  çiləmə  qurğusu;         
b - nasosla işləyən  qövs üzrə çiləmə qurğusu. 


38 
 
Torpaqdaxili suvarmada su gübrə ilə birlikdə torpağın bitki 
kökü yerləşən layına, aralarındakı məsafə 1 m olmaqla, 45-60 sm 
dərinlikdə  yerləşən  borular  vasitəsilə  verilir.  Bu  zaman  torpağın 
strukturu  pozulmur,  əmək  sərfi  və  suvarma  norması  azalır,  kənd 
təsərrüfatı  işlərinin  mexanikləşdirilməsi  şəraiti  yaxşılaşır.  Lakin 
torpaqların şoranlaşması təhlükəsi istisna olunmur. 
Torpaqdaxili suvarmanın bir növü də damcı suvarmasıdır 
Damcı  suvarma  üsulunda  suvarma  suyu  qidalandırıcı  mad-
dələrlə  birlikdə    arasıkəsilmədən  mikrovericilər  vasitəsilə,  bitki-
lərin  fizioloji  təlabatı  nəzərə  alınmaqla,  fasiləsiz  olaraq  kiçik  su 
sərfləri ilə boru kəmərindən su qəbuledən xüsusi damcıladıcılarla 
torpağın  bitki və ya meyvə ağaclarının bilavasitə kök sisteminin  
inkişaf etdiyi hissəsinə  verilir. Bu  zaman süzülməyə və buxarlan-
maya  sərf  olunan  suyun  miqdarı  minimum  olur  və  yüksək  məh-
suldarlıq əldə edilir. Belə suvarma bağ,  üzümlüklər və sitrus bit-
kilərinin,  o  cümlədən  istixanalarda  güllərin  və  tərəvəzlərin  suva-
rılması üçün tətbiq olunur
Suyun  verilməsi  “damcı    şlanqı”  vasitəsilə  aparılır.  Belə  
şlanqlar  mikroməsaməli səthə  malik  olur,  həmin  şlanq  vasitə-
silə su damcı şəklində sovrulur və  bu  zaman  şlanq  sanki  “tərlə-
yir”.  “Damcı    şlanqı”  diametri  16-22  mm    olan  nazik    divarlı  
plastik    boru    olub,  daxildən  səthi    damcıladıcılardan    təşkil  
olunur   (şək.8). 
Bu  üsulun tətbiqi  mürəkkəb və yüksək mailliyə malik   rel-
yef şəraitində,  axar  qumlarda,  güclü  küləklərin  müşahidə  olun-
duğu  zonalarda  əlverişlidir. Bu  suvarma  üsulunun  tətbiqi  za-
manı,  çiləmə  üsulu  ilə  müqayisədə, suya  1,5-2,0  dəfə  qənaət  
olunur. 
 


39 
 
a
 
 
 
b
 
 


40 
 
c
 
 
d
 
  
Şəkil  8.  Damcı    suvarma    üsulu:    a,b,c  -  istixanalarda  güllərin  və 
tərəvəzlərin  suvarılması  üçün  tətbiq  olunan  damcı    suvarma    üsulu;    d  -   
“Damcı  şlanqı”.  
 
 
-subirriqasiya  və  ya  yeraltı  suvarma  zamanı  torpağın  bitki 
kökləri yerləşən layı nəmləşdirilir. 
Bu    suvarma  üsulu  şirin  qrunt  suları  yer  səthinə  yaxın  yer-
ləşdikdə,  qeyri-şoran    torpaqlarda,  aerasiya  zonası  yaxşı  kapill-
yarlıq xüsusiyyətinə malik olduqda tətbiq edilir. 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə