Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə13/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   74

47 
 
və,  düşən  atmosfer  çöküntülərinin,  havanın  nəmliyinin  və  s. 
dəyişməsi də nəzərə alınır. 
 
 
1.10.Suvarma  sularının  keyfiyyətinə   
qarşı  olan  təlabatlar 
 
Suvarma    sularının    keyfiyyəti    onların   bulanıqlığı,    mine-
rallaşma  dərəcəsi,  kimyəvi  tərkibi  və  temperaturu  ilə  xarak-
terizə  olunur. Dağ  çaylarının  suyu  daha  çox, yeraltı  sular  isə  
nisbətən az  bulanlıq   olur. 
Suvarma  sularının  temperaturu  15 – 30
0
C ,  pH  göstəricisi  
6,5-8,0 ,  minerallaşma  dərəcəsi  1,0-1,5  q/l   olmalıdır.  Mineral-
laşma  dərəcəsi  normadan  artıq  olduqda   suvarma  prosesi  tor-
paqların  şoranlaşması  təhlükəsini  aradan  qaldıran  tədbirlə  bir-
likdə  həyata  keçirilməlidir. 
Qeyd  etmək  lazımdır  ki,  suvarma  sularının  minerallaşma  
dərəcəsindən  əlavə,  onların  kimyəvi  tərkibi  də  mütləq  nəzərə  
alınmalıdır. Belə  ki, suvarma sularının  tərkibində  olan  ən  zərər-
li  duzlar  soda  (Na
2
CO
3
) ,  NaCl  və  Na
2
SO
4
  hesab  edilir. 
Yaxşı  sukeçiriciliyə  malik  torpaqlarda  bu  duzların  miq-
darı  aşağıdakı  həddi  keçməməlidir: 
-  soda (Na
2
CO
3
) <  0,1%  ; 
-  NaCl  <  0,2%  ; 
-  Na
2
SO
4
 <  0,5%  . 
Əgər suvarma  sularının  temperaturu  göstərilən  həddən  az  
olarsa,  bu  zaman  həmin  suyu  isitmək  üçün  xüsusi  anbarlar  
tikilməli  və  digər  tədbirlər  görülməlidir. 
Suvarma  sularının  keyfiyyəti onların  tərkibində  olan  Na– 
n  faizlə  miqdarı  (NFM) ,  Na – n  nisbi  potensial  adsorbsiyası  
(SAR),  Cl – n  və  Mq – n  miqdarı  və  o  cümlədən,  karbonat  və  
bikarbonat  codluğu  ilə  qiymətləndirilir. 


48 
 

 Kation tərkibindən asılı olaraq,  suvarma  sularının    bura-
xıla  bilən   minerallaşma  dərəcəsi  (M, q/l)  N.N.Antipov-Kara-
tayev  və  Q.A.Kader  düsturu  ilə   təyin  edilir: 
 
M
Na
Mg
Ca



23
,
0
 
 
Əgər  suvarma sularının  minerallaşma  dərəcəsi  yuxarıdakı  
şərti  ödəyirsə,  deməli  torpağın  şoranlaşma  təhlükəsi  yoxdur. 

 Na – n  faizlə  miqdarı  (NFM) aşağıdakı  kimi  təyin  olu-
nur: 
%
100





K
Na
Mg
Ca
Na
NFM
 
 
NFM>60%   olarsa,  su  suvarma  üçün  zərərli  hesab  edilir. 
Na  –  n    nisbi    potensial    adsorbsiyası    (SAR)    aşağıdakı  
düsturla  təyin  edilir: 
2
Na
Ca
Na
SAR


 
Burada  ionların  miqdarı  mq.ekv./l -  lə  ifadə  olunur. 
Na – n  nisbi  potensial  adsorbsiyası  (SAR)  Na - n  torpaq-
la  əlaqədə  olduqda  qarşılıqlı  mübadilə  reaksiyasını  və    Na  -  n  
fəallığını  göstərir: 
SAR<10  -   torpağın  şoranlaşma  təhlükəsi  zəifdir; 
SAR=10-18  -  torpağın  şoranlaşma  təhlükəsi  ortadır; 
SAR>18   -  torpağın  şoranlaşma  təhlükəsi  yüksəkdir. 

  Mq - n  miqdarı  artdıqda  torpağın  fiziki  xassələri  pis-
ləşir. Mq - n  miqdarı  aşağıdakı  kimi  təyin  olunur: 
 
%
100



Mg
Ca
Mg
Mg
 


49 
 
Mq>50%  və  Cl>20 mq.ekv./l  olduqda  su  suvarma  üçün  
yararsız  hesab  edilir. 

  Suvarma  suları  üçün  Stebler  əmsalı k
i
 (irriqasiya  əm-
salı) suların  tipindən  asılı  olaraq,  aşağıdakı  kimi  təyin  olunur: 
 
I  tip  sular  üçün:  Na  ,  k
i
=
Cl
5
288
   ; 
II  tip  sular  üçün: Cl+SO
4
 >Na>Cl   ,    k
i
=
Cl
Na
4
288

     ; 
 
III  tip  sular  üçün: Na > Cl+SO
4
  , k
i
=
4
9
5
10
288
SO
Cl
Na


 .      
İrriqasiya  əmsalına  (k
i
)    görə   suvarma   sularının   keyfiy-
yəti  aşağıdakı  kimi  qiymətləndirilir: 
1)  k
i
>18  , M ≤ 1,2  q/l   -  suyun  keyfiyyəti  suvarma  üçün   
çox  yaxşıdır; 
2)  k
i
=18-6  ,  M = 1,2 -3 q/l   -  suyun  keyfiyyəti  suvarma  
üçün    yaxşıdır; 
3)  k
i
=6 – 1,2  ,  M = 3 – 11  q/l   -  suyun  keyfiyyəti  suvar-
ma  üçün    kafidir; 
4)    k
i
  <1,2    ,    M  >  11    q/l      -    suyun    keyfiyyəti    suvarma  
üçün    yararsızdır. 
 
 
1.11.Suvarılan  sahələrdə  süni  drenaj 
 
Yığılan  artıq  suların  suvarma  sahələrindən  aparılmasını 
təmin  etmək  üçün  süni  drenajdan  istifadə  olunur  ki,  bununla  da 
qrunt sularının səviyyəsi aşağı düşür, minerallaşma dərəcəsi azalır 
və beləliklə, torpağın normal su-, duz- və hava rejimi tənzimlənir. 
«Drenaj» - ingilis sözü olub, «kənara çıxarmaq» deməkdir.     
Kollektor  şəbəkəsi  -  suvarma    sahələrindən  üst  tullantı  və  drenaj 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə