Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə15/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   74

53 
Təbii süzgəc    qalınlığı 10–15 sm    olmaqla,  əsasən    çınqıl-qum  
qarışığından yaradılır. Süzgəclər    drenaj    borusunun lillənmədən  
mühafizəsini  təmin  etməklə    bərabər,    onun    suyu    qəbuletmə  
qabiliyyətini    də artırır.  Süzgəc    kimi    sintetik    materiallardan  
(şüşə  lifli    stekloxolst  VV-T  ,    VV-Q,    VV-K,    bazalt    döşəkləri  
və  s.)  da  istifadə  olunur. 
Drenaj  borusu  onun  ətrafındakı  süzgəclərlə  birlikdə  yer-
altı  suları  qəbul  etməklə  bərabər,  onun  suqəbulediciyə  kimi  
axımını  da  təmin  edir. Lakin  bu  halda  süzgəcin  süzülmə  əm-
salı  drenin  altındakı qruntun süzülmə əmsalından 5-10  dəfə   bö-
yük olmalıdır. Suyu açıq konstruksiyalı  sutoplayıcıya tökülən  qa-
palı drenaj qurğularının  mənsəb  hissələrində  (50-150 m)  və  qa-
palı sutoplayıcıların tam  uzunluğu  boyunca yeraltı  suların  qəbu-
luna ehtiyac  olmadığından  süzgəc  tətbiq  olunmur. Drenaj  boru-
larının diametri  100-200  mm  qəbul  olunur  və  mənbədən  mən-
səbə  doğru  ayrı-ayrı  hissələrdə  diametr  artırılır.  
Drenaj qurğularının normal  iş  rejimini  təmin  etmək  məq-
sədilə,  drenaj  üzərində  mənsəb  qurğusu, baxış  və  yuma  quyu-
ları  tikilir.  Baxış  quyuları  arasındakı  məsafə  200-400 m  qəbul  
olunur və  əlavə  olaraq,  onlar  döngələrdə,  diametrlərinin  dəyiş-
diyi  və  s.  yerlərdə quraşdırılır. 
Horizontal  drenaj  daimi-,  suvarma  sisteminin  bütün  is-
tismarı müddətində işləyən- və müvəqqəti olur. Müvəqqəti drenaj 
şoran  torpaqların  yuyulması  müddətində  yaradılır  və  daimi  dre-
najla eyni  zamanda  işləyir. 
Suvarılan sahədə yerləşmə xarakterinə görə  horizontal  dre-
najın:  sistematik,  seçmə  və  xətti  növləri  ayrılır. Sistematik  dre-
najda  qurğu  sahə  üzrə  bərabər,  seçmə  drenajda  - qeyri-qənaət-
bəxş  hidrogeoloji  və  torpaq  şəraitinə malik  ayrı-ayrı  sahələrdə, 
xətti  drenajda  - drenləşən  ərazinin  daxilində  və  ya  onun  xari-
cində qrunt  sularının  qidalanma  sahəsi  üzrə   yerləşdirilir. 
Sistematik    drenajın    qoyulma    dərinliyi    drenləşən    bütün  
sahə    üzrə    təxminən     eyni  olub,    2-4  m    təşkil    edir,    birpilləli,  
dərin  -    adlanır.  Zəif    sukeçirici    ağır    qruntlarda    effektivliyinin  


54 
artırılması  və  şoran  torpaqların  yuma  müddətinin  qısaldılması  
üçün    dərin  sistematik  drenaj    iki  qonşu  dərin  drenlər  arasın-
da hər  20-50- m-dən  bir olmaqla, 0,8-2,0 m  dərinlikdə  qoyulan  
xırda  drenlərlə  tamamlanır. Belə  drenaj  ikipilləli  adlanır.  Xırda  
drenaj  açıq  tipli  müvəqqəti  və  qapalı  tipli  daimi  ola  bilər.  
Açıq  tipli  drenaj  üçün  böyük  torpaq  itkisi  (suvarılan  sahədə  
20%-ə    qədər),  yamaclarının    dağılması   və      alaq   otlarının    bit-
məsi  kimi  bir  sıra  çatışmazlıqlar  mövcuddur  ki,  nəticədə  də  
drenin  dərinliyi  azalır,  işinin  effektivliyi  aşağı  düşür,  yatağı-
nın  təmizlənməsi  zərurəti  yaranır.   
10 (a,b)  saylı şəkildə drenaj borularının qoyulma sxemi, 11 
(a,b,c)  saylı  şəkildə  isə  horizontal  drenajın  sxemləri    göstə-
rilmişdir. 
a


55 
b
Şəkil 10.  Drenaj  borularının qoyulma  sxemi  (a,b). 
a


56 
b
c
Şəkil 11. Horizontal  drenaj  (a,b,c). 
Sulu    kompleks    ikihorizontlu    quruluşa    malik  olarsa    və  
altda    yatan    horizontun    sukeçiriciliyi    100    m
2
/sut-dan    böyük  
olarsa, o cümlədən qrunt suları təzyiqli  sularla  qidalanarsa,  şa-
quli  drenajın  tətbiqi  məqsədəuyğun  hesab  olunur  (Behbudov  
Ə.K.,  Cəfərov  X.F.). 
Şaquli  drenaj  sisteminin   əsas  elementi  quyudur  (şaquli  
quyuları  bəzən  drenaj  quyuları  da  adlandırırlar). Şaquli  drenaj  
quyuları  aşağıdakı  konstruksiyaya  malik  olur:  bərkidici  sütun,  
süzgəc   borusu,  təbii  süzgəc (çınqıl–qum),  nasos  avadanlığı  və 
elektrik  enerjisini  idarəetmə  qurğusu.    Drenləşdirilən    massivin  
hidrogeoloji  şəraitindən  asılı olaraq,  quyuların  dərinliyi  25-100 
m,  diametri  500-1000 mm,  süzgəcin  işçi  hissəsinin  uzunluğu  
8-30 m, onun qoyulma  dərinliyi  isə  25-70 m  qəbul  edilir.  Şa-
quli  drenajın  hər bir  quyusu  40-150  ha  və  daha  böyük  sahəyə  
xidmət  göstərə  bilər. Drenaj  axınının  modulu  0,1-0,3 l/san/ha, 
quyuların  istismar  müddəti  isə  15  ildir. 
Şaquli  drenaj  -  suyundan  təkrarən  suvarmada  istifadə 
edilməsi  imkanı  olduğundan  iqtisadi  cəhətdən  səmərəli  hesab 
edilir. 
Bu  drenaj  torpaqların  meliorasiyası  ilə  yanaşı,  həm  də   
yeraltı  su  ehtiyatlarından  səmərəli  istifadə  edilməsi  üçün  ən  
müasir  mühəndisi – texniki  qurğu  hesab  olunur. Respublikada  


57 
Mil düzənliyində  fəaliyyət  göstərən şaquli  drenaj  aşağıdakı  his-
sələrdən  ibarətdir: 
- diametri  750 mm,  dərinliyi  70 m – ə  qədər  olan  drenaj  
quyusu; 
- ESB  tipli  dərinlik  nasosu;  
- elektrik enerjisini idarəetmə  qurğusu; 
- suaparıcı  beton  kanal. 
Şaquli    drenaj    işə    salındıqda  elektrik  enerjisini  idarəetmə  
qurğusundan  nasos  qidalandırılır,  sovrulan  su  boru  vasitəsilə  
suaparıcı  kanala,  oradan  isə  kollektor  və  ya  sutoplayıcıya  axı-
dılır.   
Kombinə  olunmuş  drenajın tətbiqi  – zəif  sukeçirici  sü-
xurlardan    ibarət  (0,1-0,5  m/sut)    kiçik    qalınlığa  malik    (15-20  
m-ə  qədər)  üstdəki  horizont və  qalınlığı  50 m-dən  az  olmayan 
yaxşı  sukeçiriciliyə  malik  altdakı  horizontdan  ibarət, zəif  təz-
yiqli  qrunt  suları  yerləşən ikihorizontlu sulu  kompleksdə   məq-
sədəuyğun  hesab  olunur.  Üstdəki  horizont  adətən  gilli  süxur-
lar, altdakı horizont  isə  qumlu-çınqıllı  süxurlarla  təmsil  olunur.  
Kombinə  olunmuş  drenaj  horizontal  (açıq,  qapalı)  dren-
lərdən  ibarət  olub,  uzunu  boyu  şaquli  quyuların  qazılması  ilə 
xarakterizə  olunur.  Bu  quyular  zəif  sukeçiriciliyə  malik  örtük 
çöküntülərin  altında  yerləşən  horizontda  qazılır.  Quyudan  su  öz 
axımı  ilə  drenə  daxil  olur.  Quyuların  dərinliyi  adətən  15-25  m-i 
aşmır. 
Drenajın  növü  suvarma  sistemlərinin  təbii-təsərrüfat  şəraiti 
və texniki-iqtisadi müqayisə əsasında seçilir. 
Drenajla  çəkilən  su  kimyəvi  tərkibindən  asılı  olaraq,  ya 
həmin tərkibdə, ya da yerüstü sularla qarışdırılaraq suvarma üçün 
istifadə  olunur.  Yüksək  minerallaşmaya  malik  drenaj  suları 
kollektor şəbəkəsi vasitəsilə suvarma massivindən kənara çıxarılır. 
Suvarma  üçün  suların  yararlılığı  onlarda  həll  olan  duzların 
ümumi  konsentrasiyasından,  natriumun  kalsium  və  maqneziuma 
nisbətindən,  xlor  və  digər  komponentlərin  miqdarından  asılıdır. 
Suvarma  sularında  natriumun  karbonat  və  biokarbonatlarının, 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə