Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə3/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   74


 
sanlar    sonralar    bu    torpaqların    kütləvi    surətdə    şorlaşmasına  
gətirib  çıxardı. 
Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  ka-
nal və  mühəndisi  qurğuların bərpası,  yenidən  qurulması  və  ge-
nişləndirilməsi işlərinə  başlanıldı.  Torpaqların  meliorativ  vəziy-
yətinin  yaxşılaşdırılması  işlərinin  layihələndirilməsi  üçün  1930 
–1931-ci  illərdə  Muğan  təcrübə-meliorativ  stansiyası  (MTMS)  
yaradıldı və  stansiyada  aralarındakı  məsafə  350-580 m  olan  12 
qapalı  dren    tikildi,  o    cümlədən  dərin  Cəfərxan    kollektoru    is-
tifadəyə verildi.  Drenaj  suyu Cəfərxan  kollektor-nasos stansiya-
sı  vasitəsilə  Gür-Gür  qobuya,  oradan  isə  Agçala  dərəsinə  axı-
dırdı.  
Stansiyada  kollektor-drenaj  sisteminin  effektivliyi  öyrəni-
lirdi.  KDS  -  nin  effektivliyi,  eyni  zamanda,  Şimali  Muğanda  
Saatlı    rayonunun    Kalinin    adına    kolxozunda    (Otruba    kəndi),  
Cənubi Muğanda  Suvorovka  kəndində  də  öyrənilirdi.  Bu  mən-
təqələrdə  şoran  torpaqların  yuyulması  və  istismarı  drenaj  sis-
temlərinin    fonunda    sınaqdan    keçirilirdi.    Nəticədə    yuyulmuş  
sahələrin    hər    hektarından    35-40  s    pambıq  məhsulunun    əldə 
edilməsinin  mümkün  olduğu  təsdiq  edildi.  Drenləşmiş  sahələr-
də qrunt  sularının  yatım dərinliyi  yer  səthindən 3 – 6 m – ə  çat-
dırıldı. 
Təcrübələrin    nəticəsi    olaraq,    əkin    sahələrinin    suvarıl-
ması,  şoran  torpaqların  isə  yuyulması  üçün  suya  olan  təlabatı  
ödəmək  məqsədilə  Dövlət  tərəfindən  1937 – ci  ildə  Mingəçe-
vir    su    anbarının,    kollektor-drenaj    və    suvarma    şəbəkələrinin  
tikilməsi  üçün  qərar  qəbul  olundu. Lakin  aparılan  işlər  1939 – 
cu  ildə dayandırıldı  və  yalnız  II  Dünya  müharibəsindən  sonra  
yenidən  bərpa  edildi.  Az  sonra,  1952 - ci  ildə  su  təsərrüfatı  
tikintisinin  dondurulması  haqqında  yenidən  qərar  qəbul  olun-
du. 
II    Dünya    müharibəsindən    sonra,    1945  –  ci    ildə    Kür  – 
Araz  ovalığında  irriqasiya – meliorativ  şəbəkələrinin  tikintisinə  
başlanıldı.  İlk    dəfə    Şimali    Muğanda,    Salyanda    və    Cənub  – 



 
Şərqi    Şirvanda,    Mil    düzənliyində  -    Xan  qızı    kanalının    təsir  
zonasında belə  obyektlərin  tikintisinə  başlanıldı. Meliorativ  iş-
lərə dərin KDS-nin, təsərrüfatlararası  və  təsərrüfatdaxili  suvar-
ma  kanallarının,  üzən  nasos  stansiyalarının,  drenaj  sutullayıcı  
nasos  stansiyalarının  tikintisi,  əkin  sahələrinin  hamarlanması,  
şoran  torpaqların  yuyulması  və  s.  daxil  idi. 
Suvarma    kanallarının    tikintisinə    əsasən    1900-1901  –  ci  
illərdən  başlanılmışdır.  Hələ  Cəfərxan  drenaj  sisteminin  sına-
ğına  qədər  Muğan düzənliyində  bir  sıra  suvarma  kanalları  isti-
fadədə  idi.  1955 – ci  ildə  Mingəçevir  su  anbarı  istismara  ve-
rildikdən  sonra   Yuxarı  Qarabağ,  Yuxarı  Şirvan  magistral  ka-
nalları,  daha  sonralar  isə  Tərtər,  Xaçın  çayları  məcrasında  su  
anbarları  tikildi.  Bununla  suvarılan  sahələrin  su  təchizatı  əsas-
lı  surətdə  dəyişildi.  KDS  isə  kanalların  istismarından  10 – 15 
il  sonra  istifadəyə  verildi. 
Respublikada, xüsusilə  Kür – Araz  düzənliyində  1936- cı  
ildən  1966-cı  ilə  qədər  23  KDS  vasitəsilə  650  min  ha  sahə-
dən dənizə 398,6  mlrd.m
3
  su  və  bununla  birlikdə  3,7  mlrd. ton  
duz  axıdılmışdır (deməli,  suvarılan-drenləşən  sahələrdən dənizə 
5,98  mln.m
3
/ha    su    və    müvafiq    olaraq,  5,75    min    t/ha    duz    
axıdılmışdır).  Bu  da  KDS – nin  səmərəliliyini bir  daha  təsdiq  
edir. 
Əhalinin  sayının  artması  ilə  suvarılan  ərazilərə  olan tələbat 
da  artır. Dünya üzrə suvarılan ərazi  1800-ci ildə – 8,    1900-cu 
ildə – 225, 1950-ci ildə – 92 , 1960 – cı ildə  - 149,  1970-ci ildə – 
225,  1980-cı ildə – 235 , 1985 – ci ildə 240,  2000-ci ildə  isə 300  
mln ha –a yaxın (ildə təxminən 2,43 mln ha sürətlə artımla) təşkil 
etmişdir. 
Regional kəsilişdə 69% suvarılan torpaqlar tarixən əkinçilik 
inkişaf  edən  Asiyada,  xüsusilə  Hindistan,  Koreya  və  Pakistanda 
yayılmışdır. Qərb  yarımkürəsində analoji şəraitə  Şimali və Mər-
kəzi Amerika malikdir ki, bu ölkələrdə də suvarılan sahələr 11%-
dən  çox  təşkil  edir.  Hazırda  MDB  ərazisində  ümumi  (2240  mln 
ha)  ərazinin  arid  zonada  yerləşən  8,5%-  i  suvarılır  ki,  onun  da 


10 
 
yalnız 46%-i süni drenajla təmin olunmuşdur, qalan ərazidə drenaj 
layihələndirilir. Aşağıda MDB respublikaları üzrə  ümumi (və su-
varılan)  sahələr  (mln  ha-la)  göstərilmişdir:  MDB  -  2240  (18,92); 
Rusiya –1707,54 (5,41);  Ukrayna–60,34  (2,18);  Moldova – 3,97 
(0,24);  Ermənistan  –  2,98  (0,28);  Gürcüstan  –  6,97  (0,43); 
Azərbaycan – 8,66 (1,36);  Özbəkistan – 44,96 (6,16);  Qazaxıstan 
–  271,51  (2,11);  Qırğızıstan  –  19,85  (1,41);  Tacikistan  –  14,31 
(0,93); Türkmənistan – 48,81 (1,12).  
Azərbaycanda drenajla təmin edilmiş ərazinin ümumi sahəsi 
562,6  min  ha  təşkil  edir,  o  cümlədən:  Muğan-Salyan  düzənliyi  – 
217,0 ; Şirvan düzənliyi – 130,0; Mil-Qarabağ düzənliyi – 168,9; 
Arazboyu zona –2,3; Naxçıvan MR – 13,1 ; Gəncə-Qazax zonası 
– 0,2 ;  Alazan-Əyriçay zonası – 6,4 ;  Lənkəran-Masallı zonası –
7,4; Samur-Abşeron zonası – 17,3 min ha. 
Arid  və  yarımarid  zonalar  ekvatorun  hər  iki  tərəfi  üzrə  10-
20

 -dən 50

- yə qədər  en dairəsində şimal yarımkürəsində, 10

-
dən 40-50

-dək isə  cənub yarımkürəsində yayılmışdır. Dünyanın 
38  ölkəsi  üzrə  arid  zonaların  ümumi  sahəsi  4536  mln  ha,  o 
cümlədən ekstraarid zona – 580, arid –2160 və  yarımarid - 1796 
mln  ha  təşkil  edir;  ondan  Afrikada  –  1400,  Asiyada  –  1200, 
Avstraliyada – 620,  Şimali Amerikada – 380, Cənubi Amerikada 
– 29, Avropada – 907 mln ha qeyd olunur. 
Əksər hallarda suvarılan torpaqlar təkrar şorlaşmaya məruz 
qalır.  Torpaqların  şorlaşması  yer  kürəsinin  bütün  qitələrində 
müşahidə olunur. Dünya üzrə şoran torpaqların sahəsi 953 mln ha, 
o cümlədən Şimali Amerikada – 17,2; Cənubi Amerikada – 129,2; 
Afrikada – 80,6;  Asiyada – 318; Avstraliyada – 357,2; Avropada 
– 50,8 mln ha təşkil edir ki, bu da arid zonaların ümumi sahəsinin  
11%- i   qədərdir. 
Şoran  torpaqların  istifadəsi  və  köhnə  suvarılan  torpaqların 
meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün  120 mln ha sahədə 
süni drenaj qurulmuşdur. Ondan: 62 mln ha  arid zonada, o cüm-
lədən:  1,58  –  Avstraliyada;  1,94  –  APE-də;    5,68  –  Hindistanda;  


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə