Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə4/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   74

11 
 
2,65  -    İraqda;    1,68  –  Meksikada;    1,95  –  Pakistanda;    8,71  -  
MDB-də  və  37,81  – ABŞ – da  yerləşir. 
Azərbaycanda  meliorasiyanin  müasir  vəziyyəti.  Azər-
baycan  ərazisi  mürəkkəb  relyef  və  təbii  iqlim  şəraitinə  malik, 
qədim  suvarma  əkinçiliyi  diyarıdır.  Ölkənin  kənd  təsərrüfatına 
yararlı  torpaqları  isti  və  az  yağıntılı  iqlimi  ilə  səciyyələnən 
düzənlik - arid iqlimə malik zonada yerləşir. Yayın isti, qışın  az 
yağıntılı  keçməsi  torpaqda  kifayət  qədər  nəmlik  ehtiyatının 
yaranmasına imkan  vermədiyindən,  eləcə  də  qrunt  sularının  təbii 
axımının  zəif  olması    ilə  əlaqədar    torpaqları  şorlaşmaya  meyilli 
olduğundan,  əkinçiliyin  yalnız  süni  suvarmalar  fonunda  aparıl-
ması  və  bu  məqsədlə  müvafiq  meliorasiya  və  irriqasiya  təd-
birlərinin  həyata  keçirilməsi  tələb  olunur.  Ölkənin  suvarılan  tor-
paq  sahələri  kənd  təsərrüfatına  yararlı  torpaq  sahələrinin  üçdə 
birini  (1424,4  min  ha)  təşkil  etsə  də,  kənd  təsərrüfatı  məhsul-
larının  90–95  faizi məhz  bu torpaqlarda becərilir  (pambıq,  tütün, 
tərəvəz və s.). 
Suvarılan  torpaqlar  yüksək  texniki  və  mühəndisi  səviyyədə 
inşa  edilmiş  meliorasiya  və  irriqasiya  fondları  ilə  təchiz  olun-
muşdur. Bu torpaqların 609 min ha-da kompleks meliorasiya işləri 
aparılmış,  288  min  ha  sahə  açıq,  309  min  ha  sahə  qapalı    tipli  
horizontal,  13  min  ha    sahə  şaquli  drenaj  şəbəkələri  ilə  təchiz 
edilmişdir.  Suvarılan  sahələrdə  52,6  min  km  suvarma  kanalları, 
31,9  min  km  kollektor–drenaj  şəbəkələri  qurulmuş,  onların 
üzərində  125  min  hidrotexniki  qurğu,  1046  nasos  stansiyası  inşa 
edilmişdir. 
Məlum  olduğu  kmi, hələ 1969–cu ildə kənd təsərrüfatının 
inkişaf  etdirilməsi  haqqında  Mərkəzi  Komitə  və  İttifaq  höküməti  
tərəfindən    bir  neçə  tarixi  qərarlar  qəbul  olundu:  “Azərbaycanda 
kənd təsərrüfatının inkişaf etdirilməsi tədbirləri haqqında” (1970–
ci  il),  “Azərbaycanda  kənd  təsərrüfatı  istehsalının  daha  da  inten-
sivləşdirilməsi  tədbirləri  haqqında”(1975–ci  il),  “1976–1980–cı 
illərdə  torpaqların  meliorasiyası  və  meliorasiya  olunmuş  torpaq-
ların  istifadəsinin  yaxşılaşdırılması  tədbirləri  haqqında”  (1976–cı 


12 
 
il)  qərarları.  Bu  qərarlarla  kənd  təsərrüfatı  istehsalının  yüksəl-
dilməsi,  onun  inkişafının  intensivləşdirilməsi  və  ixtisaslaşdırıl-
ması əsasında respublika iqtisadiyyatının gələcək dinamik inkişaf 
proqramları qəbul olunmuşdu. 
1970–ci  ildə  keçmiş  SSRİ  Meliorasiya  və  Su  Təsərrüfatı 
Nazirliyinin  tabeçiliyində  xüsusi  tikinti  təşkilatı  -  “Azərsutikinti” 
Baş  idarəsi  yaradıldı.  Respublikanın  meliorasiya  və  su  təsərrü-
fatına  İttifaq  hökuməti  tərəfindən  sərmayə  qoyuluşu  artırıldı. 
1970–1980–cı  illərdə  bir  sıra  mühüm  əhəmiyyətli  meliorasiya  və 
su təsərrüfatı obyektləri inşa edilib istismara verildi. 
Həmin  illərdə  Sərsəng,  Madagiz,  Araz,  Arpaçay,  Sirab  su 
anbarları  və  su  elektrik  stansiyaları,  Mil–Muğan  hidroqovşağı, 
Tərtərçay,  Baş  Mil–Muğan  hidroqovşağı;  Tərtərçay,  Baş  Mil, 
Yuxarı  Mil,  Yeni  Xan  qızı,  Caqar–cibir  magistral  kanalları; 
Naxçıvan  MR–də  üçpilləli  Qaraçuq  və  ikipilləli  Arpaçay  nasos 
stansiyaları; Naxçıvan suvarma sistemi, Abşeron suvarma sistemi, 
Zaqolovoçay  su  anbarı,  Lənkərançay  su  anbarı  kompleksi;  Mər-
kəzi  Muğan  və  Cənub–Şərqi  Şirvan  qış  otlaqlarının  su  təminatı 
sistemləri və s. kimi yüzlərlə obyekt tikilib istifadəyə verildi ki, bu 
da  respublikanın  müxtəlif  zonalarında    kənd    təsərrüfatı  sahələ-
rindən yüksək məhsuldarlığın  əldə  edilməsinə imkan verdi. 
1969–1982–ci illərdə meliorasiya və su təsərrüfatı komplek-
sinə  Sovet  hakimiyyəti  dövrünün  əvvəlki  50  ili  ərzində  qoyulan 
vəsaitdən  2  dəfə  artıq  vəsait  yönəldilmişdir.  Həmin  illərdə  apa-
rılmış  geniş  quruculuq  işləri  nəticəsində  suvarılan  torpaqların 
ümumi  sahəsi  1,5  dəfədən  çox artmış,  kənd  təsərrüfatı  sahəsində 
böyük nailliyyətlər əldə olunmuşdur. 
1993–cü ildə meliorasiya  və su təsərrüfatı sahəsi öz inkişa-
fının yeni mərhələsinə qədəm qoydu, bu  sahəyə diqqət və dövlət 
qayğısı  bərpa  olundu,  mövcud  meliorasiya  potensialının  dağıdıl-
masının qarşısı alındı, ondan daha səmərəli istifadə olunması yol-
ları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. 
Ölkə  iqtisadiyyatında  yaranmış  gərginliyə  baxmayaraq,  hər 
il meliorasiya  və su təsərrüfatı sistemlərinin istismarına müəyyən 


13 
 
miqdarda  vəsait  ayrılaraq,  onların  işlək  vəziyyətdə  saxlanılması 
üçün tələb olunan təmir-bərpa və təmizləmə işləri həyata keçirildi 
və bu vəsaitin həcmi ildən-ilə  artırıldı. 
Aqrar  sahədə  aparılan  islahatlarla  paralel  meliorasiya  və  su 
təsərrüfatı  sahəsində  də islahatların aparılmasına başlanıldı. Əv-
vəlcə  islahatların  normativ-hüquqi  bazası  yaradıldı.  Meliorasiya 
və  irriqasiya  sahəsində  fəaliyyətin  hüquqi  əsaslarının  müəyyən-
ləşdirilməsi  və  su  münasibətlərinin  tənzimlənməsi  məqsədi  ilə 
1996–cı  ildə  “Meliorasiya  və  İrriqasiya  haqqında”  Qanun,  1997–
ci  ildə  isə  “Azərbaycan  Respublikasının  Su  Məcəlləsi”,  2003–cü 
ildə  “Hidrotexniki  qurğuların  təhlükəsizliyi”  haqqında  Qanun 
qəbul edildi. 
Kolxoz,  sovxoz  və  digər  kənd  təsərrüfatı  müəssisələrinin 
ləğv  olunması  ilə  əlaqədar,  onların  balansında  olmuş  təsərrüfat-
daxili  meliorasiya  və  irriqasiya  sistemləri  Meliorasiya  və  Su 
Təsərrüfatı  Açıq  Səhmdar  Cəmiyyətinin  balansına  köçürüldü  və 
onların təmir-bərpasına  və  təmizlənməsinə  başlanıldı.  Bu  sistem-
lərin  cəmiyyətin  yerli  istismar  idarələrinin  balansına  köçürülməsi 
onları  tam  məhv  olmaq  təhlükəsindən  xilas  etdi.  Ötən  dövrdə 
respublika  büdcəsindən  ayrılmış  vəsait  hesabına  onların  bir  his-
səsində təmir-bərpa işləri aparılmışdır. 
Bu dövrdə xarici sərmayələr  ilk növbədə meliorasiya və su 
təsərrüfatı sahəsinə yönəldildi. Sahəyə sərmayə qoyuluşnun səmə-
rəliliyini  təmin  etmək  məqsədi  ilə  tikintisi  yarımçıq  qalmış  11 
obyekt seçildi və onlardan, birinci növbədə,ölkə iqtisadiyyatı üçün 
son dərəcə vacib olan üç obyektin: Baş Mil-Muğan kollektorunun 
tikintisinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulma-
sının və Naxçıvan MR-də Vayxır su anbarının tikintisinin maliy-
yələşdirilməsi qərara alındı. 
Baş Mil-Muğan Kollektorunun tikintisinə 1985–ci ildə baş-
lanılmış və onun ümumi uzunluğundan 90 km–lik birinci buraxılış 
obyektinin  tikintisi  1994–cü  ildə  istismara  verilmişdir.  Kollek-
torun  52,7  km–lik  ikinci  hissəsinin,  kollektorun  Araz  çayı  ilə 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə