Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə6/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   74

18 
 
 
 
Şəkil 2. Vəlvələçay-Taxtakörpü kanalı. 
 
 
Bu kanalların  orijinallığı  ondan  ibarətdir  ki,  Samur-Abşe-
ron  kanalından  götürülən  su  Ceyranbatan  gölünə  qədər  dağlar 
boyunca yalnız öz axarı ilə hərəkət edir. Bu da hər il, orta hesabla, 
167  mln  kvat/saat  elektrik  enerjisinə  və  ya  13-15  mln  dollar 
məbləğində  vəsaitə  qənaət  olunması  deməkdir.  Taxtakörpü-Cey-
ranbatan kanalı üzərində mürəkkəbliyinə görə bir-birini üstələyən 
238 hidrotexniki qurğu inşa olunmuşdur. Dəmirbeton üzlüklü açıq 
kanalların uzunluğu 84 km-dən çoxdur. Dərinliyi 35-45 m-ə çatan 
dərələr  və  çaylarda  dəmir  və  dəmirbeton  dükerlər  quraşdırıl-
mışdır. Dağın altından keçən tunelin hündürlüyü 70 m, uzunluğu 
1454  m-dir.  Taxtakörpü-Ceyranbatan  kanalı  Bakı  və  ətraf  qəsə-
bələrin  sosial-iqtisadi  inkişafı  çərçivəsində  yenidən  qurulan  Ab-
şeron  kanalı  ilə  paytaxtın  qəsəbələrinə  suvarma  suyunun  veril-
məsinə də imkan yaradır.  
 


19 
 
Ölkədə iri taxılçılıq təsərrüfatlarının yaradılması ilə əlaqədar 
230 min hektardan artıq ərazidə az məhsuldar qış otlaq və dövlət 
torpaq  fondunda  olan  sahələr  və  onlarda  aparılacaq  kompleks 
meliorativ  tədbirlər  müəyyənləşdirilmişdir.  Hazırda  Ağcabədi  ra-
yonu  ərazisində  3300  ha  və  Beyləqan  rayonunda  1500  ha  pilot 
taxılçılıq  təsərrüfatlarının  yaradılması  məqsədi  ilə  Yuxarı  Mil 
kanalının 10,7 km–lik hissəsinin tikintisinə başlanılmışdır. 
Bütövlükdə son 10 ildə 1272 km uzunluğunda suvarma ka-
nallarının  və  874  km  uzunluğunda  kollektor-drenaj  şəbəkələrinin 
tikintisi,  təmir-bərpası  və  yenidən  qurulması  işləri  həyata  keçiril-
miş, 147 min ha sahədə suvarılan torpaqların meliorativ vəziyyəti, 
121  min  ha  ərazidə  yeni  suvarılan  sahələr  də  daxil  olmaqla  su-
varılan  torpaqların  su  təminatı  yaxşılaşdırılmış,  682  ədəd  subar-
tezian quyusu qazılıb istifadəyə verilmişdir. 
2012–ci  ildə  mühüm  dövlət  əhəmiyyətli  su  təsərrüfatı  ob-
yektlərində,  Yuxarı  Xanbulançay  su  anbarlarının  qülləli  subu-
raxıcı qurğusunda, Ağstafaçay sağ və sol sahil magistral kanalla-
rında,  Mil–Muğan  və  Samurçay  hidroqovşaqlarının  aşağı  byefin-
də,  Turyançay  hidroqovşağında,  Yuxarı  Qarabağ  kanalının  İncə-
çayla  kəsişmə    sahəsindəki  sutullayıcı  qurğuda,  Yuxarı  Şirvan 
kanalının Turyançay və Girdimançay dükerlərində, Şəmkir Maşın 
kanalının  I  və  II  pillə  nasos  stansiyalarında,  Göygöl  rayonunda 
Gəncəçay baş suqəbuledici qurğusunda, 51 ədəd hərəkətsiz və 33 
ədəd  üzən  nasos  stansiyasında,  59  ədəd  subartezian  quyusunda, 
Zərdab, Kürdəmir, Ağsu, Şamaxı və Xızı rayonlarının əraisindəki 
nov kanallarda, ayrı–ayrı rayonların qış otlaq sahələrində 21,1 km 
uzunluğunda  müxtəlif  ölçülü  boru  kəmərlərində,  dağ  çaylarında 
1100 p.m daş–beton mühafizə bəndlərində, Ağdam, Quba, Şabran, 
Xaçmaz,  Qazax,  Tərtər  və  Göyçay  rayonlarında  10  km–ə  yaxın 
suvarma  kanallarında  və  bir  sıra  digər  obyektlərdə  əsaslı  təmir, 
bərpa və yenidənqurma işləri həyata keçirilmişdir. Ölkə ərazisində 
iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması ilə əlaqədar Nazirlər 
Kabinetinin  11  aprel  2012–ci  il  tarixli  sərəncamının  icrası  olaraq 
“Yuxarı Mil  kanalının tikintisi layihəsi” çərçivəsində  kanalın  6,7 


20 
 
km-lik  hissəsinin  hidrotexniki  qurğularla  birlikdə  tikintisi  30 
avqust  2012–ci  il  tarixində  başa  çatdırılmışdır.  Onun  zonasında 
774  və  831  ha  sahələrdə  kompleks  meliorativ  tədbirlər  həyata 
keçirilmişdir.  Hacıqabul  rayonunun  Muğan,  Padar  və  Qarasu 
kəndlərində torpaq sahələrinin suvarılmasını təmin etmək məqsədi 
ilə  Padar  magistral  kanalının  hidrotexniki  qurğularla  birlikdə  3 
km–lik  hissəsinin  tikintisi  üzrə  işlər  yerinə  yetirilmişdir.  Hacı-
qabul rayonunda Pirsaat, Astara rayonunda  Ləvain, Şamaxı rayo-
nunda  Zoqalavaçay,  Tovuz  rayonunda  Tovuzçay  su  anbarında 
əsaslı  təmir  işləri  aparılmış,  Şəmkir  çayı  üzərində  dəryaçanın 
tikintisi  üzrə  işlər  davam  etdirilmişdir.  Bənddə  gil  və  daş-qaya 
tökmə  işləri,  elektrik  stansiyasında  və  paylayıcı  hovuzda  beton 
işləri yerinə yetirilmişdir. Su anbarının tikintisi kompleksinə daxil 
olan  nəqledici  magistral  kanalın  1945  p.m,  qidalandırıcı  kanalın 
6721 p.m, sol və sağ sahil Şəmkirçay magistral kanallarının 13535 
p.m  hissəsinin  qurğularla  birlikdə  tikintisi  tamamlanmışdır.  Su 
anbarından kanallara suyu ötürmək üçün tunelin 6902 p.m hissəsi 
qazılaraq  başa  çatdırılmış  və  onun  2500  p.m  hissəsi  betonlan-
mışdır.  Hazırda  respublikada   meliorasiya    işləri    intensiv  olaraq  
davam etdirilir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


21 
 
I.MELİORATİV  SİSTEMLƏR 
 
1.1. Torpaqların  suvarılması və  qurudulması  haqqında 
ümumi  məlumat 
 
Buxarlanmanın  atmosfer  çöküntülərinə  nisbətən  üstünlük 
təşkil  etdiyi  yarımçöl  və  çöl  rayonlarının  iqlimi  -  arid,  nəm  zo-
naların iqlimi humid,  buzlaq  zonaların  iqlimi  isə  nival  adlanır. 
Arid  iqlim  zonasında  suvarma  əsas  rol  oynayır.  Humid  iqlim  yer 
kürəsində daha geniş yayılmışdır.  
Suvarma  meliorasiyasının  məqsədi  atmosfer  çöküntülərinin 
olmadığı dövrdə optimal su rejimini təmin etmək üçün torpaqları 
əlavə  nəmləndirməkdən,  qurutma  meliorasiyasının  məqsədi  isə  
bitki  kökünün  inkişafına  mane  ola  biləcək  miqdarda  nəmlik 
olan  torpaqlarda qurutma  yolu  ilə optimal su rejimini təmin  et-
məkdən  ibarətdir.   
 
 
1.2. Suvarma sistemi və  onun elementləri 
 
Kanallar, boru kəmərləri və digər hidrotexniki və torpaqların 
suvarılmasına xidmət edən qurğular sistemi suvarma sistemi adla-
nır.  
Müntəzəm suvarma məqsədilə layihələndirilən suvarma sis-
temləri  -  suvarılacaq  ərazidən,  su  mənbəyindən,  suvarma  suyunu 
sahəyə  çatdırmaq  və  suvarma  aparmaq  üçün  müxtəlif  növ  ka-
nallardan,  onların  üzərindəki  hidrotexniki  qurğulardan  və  s.  iba-
rətdir.  Suvarma  sisteminin  layihələndirilməsində  əsas  şərt  bu  sis-
tem  vasitəsilə  kənd  təsərrüfatı  bitkilərinin  suya    olan  tələbatına 
tam uyğun şəkildə və onların suvarma rejimini nəzərə almaqla, tə-
ləb  olunan  vaxtda  lazımı  miqdarda  suvarma  suyunu  sahəyə  ver-
məkdən ibarətdir. Suvarma sistemi bir və bir neçə təsərrüfatın, ya 
bir neçə rayonun torpaq sahələrini suvarmaq üçün yaradıla bilər.  


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə