Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə66/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   74

229 
 
Torpağa  verilən  mineral  turşuların   zəif  məhlulları   tor-
paqdakı CaCO
3
–n  tərkibində  olan  Ca  ionunu  sıxışdırıb  çıxarır,  
bu  isə,  öz   növbəsində,  həm  torpağın   qələviliyini   ləğv   edir,  
həm  də  uducu  kompleksdə  Na - u  əvəz  edir.  
Bozqır  və  yarımsəhraların  şorakət  torpaqlarında  quru  və  
isti  iqlim  şəraitində  dəmyə  əkinçiliyində  meliorasiyanın  səmə-
rəsi  çox  aşagıdır. Buna  səbəb  torpaqda  nəmlik  çatışmazlığı ilə  
əlaqədar  suvarmaya  olan  təlabatdır.  Suyun   çatışmadığı  mühit-
də fiziki–kimyəvi  reaksiyalar  tam  gedə  bilmir,  fəal  təsir  edən  
meliorantların  tətbiqi  mümkün  olmur   və  kənd  təsərrüfatı  bit-
kiləri  üçün  zərərli  olan  maddələrin  torpaqdan  yuyulub  çıxarıl-
ması  baş  vermir. Ona görə  də  isti  və  quraq  iqlimə  malik ra- 
yonlarda  əsasını  dərin  şum  təşkil  edən  aqrobioloji   meliorativ  
üsulu   tətbiq  etmək  məqsədəuyğundur.  Bu  üsulun  tətbiqi  za-
manı  az  vəsait  və  əmək  sərfi  tələb  olunur. 
Aqrobioloji  kompleksin  tətbiqində   əsas  məqsəd  şorakət-
altı  torpaq  qatının Ca  duzlarını  əkin  qatına  cəlb  etmək və  bər-
kimiş  şorakət  qatı  yumşaltmaqdan  ibarətdir.  Bu  zaman  torpaq  
qatında  boşluqların  həcmi  artır, atmosfer  çöküntülərinin  və  su-
varma  sularının dərinliyə  süzülməsinə  yaxşı  şərait  yaranır,  tor-
paqda    nəmlik    ehtiyatı    artır,    fiziki  –  kimyəvi    proseslər    sürət-
lənir və  mübadilə  prosesi nəticəsində  əmələ  gələn  zərərli  mad-
dələrin  torpaqdan  yuyulması  asanlaşır. 
 
 
 
 
 
 
 
 
 
 
 


230 
IV.
HIDROGEOLOJİ-MELİORATİV
RAYONLAŞDIRMANIN  ƏSASLARI 
4.1. Meliorasiya olunmuş ərazinin hidrogeoloji şəraiti 
Meliorasiya  olunmuş  ərazinin  hidrogeoloji  şəraitinin 
amilləri və göstəriciləri aşağıdakılardır. 
İqlim  şəraiti.  Boz  torpaqlarda  qrunt  suları  təbii  şəraitdə 
(suvarmaya qədər) dərində  yatır.  Həmin torpaqlar avtomorf olub, 
çox  münbitdir  və  suvarma  üçün  geniş  istifadə  edilir.  Suvarma 
zamanı    qrunt  suyu  səviyyəsi  qalxır  və  torpağın  su-duz  rejimi 
dəyişir. 
Səhra  və  yarımsəhra  rayonlarda  qruntlarda  bütün  il  boyu 
infiltrasiya  gedir.  Atmosfer  çöküntüləri  fəsillər  üzrə  bərabər 
paylanır. 
„Kifayət  qədər  nəmliyə  malik  rayonlar”  „az  nəmliyə  malik 
rayonlar” və „nəmlik çatışmayan rayonlar”dan iqlim şəraitinə görə 
fərqlənir. Xüsusilə, havanın temperaturunda və atmosfer çöküntü-
lərində  bu  fərq  daha  aydın  nəzərə  çarpır.  İqlim  şəraitinin  müxtə-
lifliyi  səth  və  qrunt  sularıında,  torpaq  örtüyündə  duzyığılma  pro-
seslərinin intensivliyini müəyyən edir. Meşə zonasından çöl zona-
sına  doğru  getdikcə  atmosfer  çöküntülərinin  intensivliyinin  azal-
ması  və  buxarlanmanın  intensivliyinin  artması  ilə  əlaqədar  baş 
verən duztoplanma prosesləri intensivləşir. 
Torpaqların təbii drenləşməsi – ərazinin geostruktur şəraiti, 
geoloji  quruluşu,  geomorfoloji  şəraiti,  relyefi,  qrunt  sularının 
yerüstü  su  hövzələri  ilə,  o  cümlədən  təzyiqli  sularla  əlaqəsi  ilə 
təyin  olunur.  Bu  amillər  suvarılan  və  qurudulan  massivin  geo-
süzülmə sxemində də öz əksini tapır. 
Geoloji  quruluşun  xarakterinə  görə  aşağıdakı  geosüzülmə 
sxemlərini  ayırmaq  mümkündür:  birtəbəqəli,  ikitəbəqəli,  çoxtə-
bəqəli və suyadavamlı.  
Geosüzülmə  sxemində  təbəqənin  parametrlərinin  kəmiyyət 
xarakteristikası üçün aşağıdakı göstəriciləri bilmək lazımdır. 


231 
 
Horizontal  drenin  iş  şəraiti  nöqteyi-nəzərindən  təbəqənin 
süzülmə  keyfiyyəti  aşağıdakı  kimi  xarakterizə  olunur:  əlverişli 
şərait  üçün  süzülmə  əmsalı  –  0,5  m/sut-dan  böyük,  orta  şərait 
üçün  0,1-0,5  m/sut,  əlverişsiz  şərait  üçün  isə  0,1  m/sut-dan 
kiçikdir. 
Şaquli  drenajın  işinin  effektivliyini  qiymətləndirmək  üçün 
əsas  parametrlərdən  biri  çöküntülərin  sukeçiriciliyidir.  İki–  və  
çoxlaylı  təbəqədə  sukeçiricilik  aşağıdakı  kimi  ifadə  olunur:  100 
m
2
/sut-dan  kiçik,  100-200,  200-500,  500-1000,  1000  m
2
/sut-dan 
böyük. Sukeçiricilik artdıqca şaquli drenajın iş şəraiti yaxşılaşır. 
Geosüzülmə sxeminin mühüm elementi qrunt sularının altda 
yatan  təbəqələrarası  sulu  horizontla  əlaqəsinin  xarakteridir.  Aşa-
ğıdakı  hallar  mümkündür:  1) qrunt  sularının  formalaşdığı  rayon; 
2) qrunt,  təzyiqli  və  subtəzyiqli  vahid  sulu  komplekslərin  for-
malaşdığı rayon. 
Qrunt  suyu  səviyyəsi  üzərində  pyezometrik  səviyyənin 
artması və təzyiqli suların qrunt sularını qidalandırması şəraitində 
aşağıdakı  sahələri  ayırmaq  məqsədəuyğundur:  zəif  təzyiqli 
qidalanma – ildə  100 mm-ə qədər, orta –100-200, intensiv - 200-
300, çox intensiv -  ildə 300 mm-dən çox. 
Qrunt sularının irriqasiya qidalanmasına görə 5 zona ayrılır: 
1. Təbii intensiv drenləşmə zonası – yeraltı axının potensial 
miqdarı 500  mm/ildən  böyük; 
2. Orta drenləşmə zonası – 300-500 mm/il; 
3. Zəif drenləşmə zonası – 150-300 mm/il; 
4. Olduqca zəif drenləşmə zonası – 50-150 mm/il; 
5. Praktiki olaraq axımsız zona – 50 mm/ildən kiçik. 
Aerasiya  zonası  -  yer  qabığı  kəsilişinin  0-dan  (şoran  mas-
sivlərdə)  100  m  və  daha  çox  qalınlığa  malik,  yer  səthi  ilə  qrunt 
sularının sərbəst səthi arasında yerləşən üst hissəsidir. 
Meliorativ  tikinti  gedən  rayonlarda  aerasiya  zonası    süxur-
larının litoloji tərkibi və qalınlığı geniş diapazonlarda dəyişir. 
Suvarılan  rayonlarda  aerasiya  zonası  süxurlarının  litoloji 
tərkibi dağətəyi zonalarda gətirmə konuslarının zirvə hissələrində 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə