Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə68/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   74

237 
nəzərə alaraq, „vilayət” və „yarımvilayət” rayonlaşdırma vahidləri 
qəbul edilmişdir. 
Məlum    olduğu    kimi,    qrunt  sularının  axıma malik  olduğu 
sahələrdə suvarma onların rejiminə çox  təsir etmir və torpaqların 
hidrogeoloji-meliorativ vəziyyəti pisləşmir. Axının zəif olduğu və 
ya  praktiki  olaraq    axımsız  zonalarda,  qrunt  sularının  dərin  yatı-
mında  belə,  torpaqların  şorlaşması  prosesi  sürətlə  inkişaf  edir  və 
mürəkkəb  hidrotexniki  meliorasiyaya  zərurət  yaranır.  Bu  məq-
sədlə,  ərazinin  təbii  drenləşmə  dərəcəsinə  görə  rayonlaşdırılması 
böyük əhəmiyyət kəsb edir və belə rayonlaşdırma vahidi „rayon”  
qəbul edilmişdir. Bu baxımdan, Şimali Muğan tamamilə „axımsız 
zona” hesab edilir. 
Meliorativ  tədbirlərin istiqamətinin müəyyən  edilməsi  üçün 
ərazinin  qrunt  sularının  rejim  tiplərinə  görə  rayonlaşdırılması 
böyük  əhəmiyyət  kəsb  edir.  Bu  məqsədlə  rayonlaşdırmada 
yarımrayon” vahidi ayrılmışdır. 
Suda  və  süxurlarda  duzların  miqdarının  xarakteristikası  yu-
ma  normalarının  hesablanması  üçün  istifadə  olunduğuna  görə, 
ərazinin qrunt sularının kimyəvi tərkibi, minerallaşma dərəcəsi və 
torpaqların  şorlaşması  nəzərə  alınmaqla  rayonlaşdırılması  vacib 
məsələlərdən  biridir.  Bu  səbəbdən  həmin  məsələləri  özündə 
birləşdirən „sahə” rayonlaşdırma vahidi qəbul edilmişdir. 
Ərazinin  qrunt  sularının  yatım  dərinliyinə  görə  rayonlaş-
dırılması  drenajdan  istifadə  etmədən  suvarmanın  aparılmasının 
mümkün  olduğu  zaman  müddətinin  təyininə  və  meliorativ  təd-
birlərin  həyata  keçirilməsi  üzrə  planın  əsaslandırılmasına  imkan 
verir.  Bu  məqsədlə  ayrılan  „yarımsahə”  vahidi  qrunt  sularının 
yatım  dərinliyinə  görə  ərazinin  rayonlaşdırılması  məsələlərini 
işıqlandırır. 
Hidrogeoloji-meliorativ  rayonlaşdırmanın  ayrı-ayrı  ele-
mentləri  mövcud  olan  bütün  təsvir  vasitələrindən:  müxtəlif  işa-
rələr, rənglər və s.  istifadə etməklə xəritəyə köçürülür  (şək.42). 


238 
 
Cədvəl 44  
Şimali Muğanın hidrogeoloji-meliorativ rayonlaşdırma 
vahidlərinin taksonomik sxemi.   
Hesabi sahə  150 min ha  (2014) 
 
Rayonlaşdır-
ma vahidləri 
 
Taksonomik ranqın 
vahidləri hansı əsasla 
ayrılmışdır 
 
Xəritədə 
işarəsi 
 
Əhatə 
etdiyi 
sahə,% 
 
Xarakteristikası 
və   adı 
Əyalət 
 
Struktur-tektonik 
quruluş 

 
100 
 
Alp qırışıqlıq sistemi 
 
Yarıməyalət 
İqlimin tipi 

100 
Mülayim-isti-yarımsəhra 
Zona 
 
 
Hidrodinamik şərait 
 
 

 
 
100 
 
 
Qrunt suyu səviyyəsi 
təzyiqli    su  səviyyəsindən 
yuxarıda yerləşir 
Vilayət 
 
Geosüzülmə  quruluşu-
təbəqələrin quruluşu 

 
100 
 
İkitəbəqəli quruluş 
 
Yarımvilayət 
 
 
 
 
 
Layların  quruluşu  və 
onların modifikasiyası 
 
 
 
 
II-1-a 
0,7 
İkitəbəqəli birlaylı 
II-2-a 
4,2 
İkitəbəqəli ikilaylı 
II-2-b 
5,0 
İkitəbəqəli ikilaylı 
II-2-v 
15,8 
İkitəbəqəli ikilaylı 
II-3 
51,7 
İkitəbəqəli üçlaylı 
II-n-a 
17,5 
İkitəbəqəli çoxlaylı 
Rayon 
 
Təbii  drenləşmə  dərə-
cəsi 

 
100 
 
Axımsız 
 
Yarımrayon 
 
 
 
 
Qrunt  sularının  reji-
minin tipləri 
 
 
 

13 
İqlim 
II 
10 
Hidroloji 
III
1
 
2,3 
İrriqasiya 
III
2
 
56,7 
İrriqasiya-suvarma-drenaj 
III
3
 
18 
Drenaj 
Sahə 
 
 
 
 
 
 
 
Qrunt  sularının  kim-
yəvi 
tərkibi 
nəzərə 
alınmaqla  minerallaş-
ması  (eyni  zamanda 
torpaqların  tipləri,  ae-
rasiya  zonası  süxur-
larının  şorlaşması  nə-
zərə alınmaqla) 
A-1 
 
 
 
6,1 
 
 
 
Minerallaşma  dərəcəsi  3 
q/l-dən kiçik, kimyəvi 
tərkibi  -    H-K(N), 
H-S-N(M); 
A-2 
61,8 
3-10 q/l,  S-N, X-S-N 
A-3 
 
7,0 
 
10-25 q/l,  X-S-M-N, 
S-X-M-N,X-N; 
A-4 
15,1 
25 q/l-dən böyük, X-M-N 
Yarımsahə 
Qrunt  sularının  yatım 
dərinliyi 
B-1 
7,9 
1 m-dən kiçik 
B-2 
67,7 
1-2 
B-3 
24,0 
2-3 
B-4 
0,1 
3 m-dən böyük 
 
Q  E  Y  D:    suların  kimyəvi  tərkibi  üzrə:  H-hidrokarbonat;    N-natrium;  
S-sulfat;  M- maqnezium;  X-xlor;  K- kalsium. 
          


239 
 
Yuxarıda  göstərilənlər  nəzərə  alınmaqla,  Şimali    Muğanın 
suvarılan  torpaqlarının  hidrogeoloji-meliorativ  vəziyyəti  rayonlar 
üzrə qiymətləndirilmişdir: 
B-1  -„Yaxşı”  -  qrunt  suyu  səviyyəsi  3  m-dən  dərində  rast 
gəlir,  minerallaşma  dərəcəsi  1  q/l-ə  qədərdir,  torpaqlar  şorlaş-
maya məruz qalmamışdır. Qrunt sularının rejimi «drenaj» tiplidir, 
belə vəziyyət ərazinin mərkəz hissəsində müşahidə olunur, 3 min 
ha sahəni əhatə edir; 
B-2 -„Kafi” - qrunt suyu səviyyəsi  1,5-2 m-dən dərində rast 
gəlir,  onların  minerallaşma  dərəcəsi  1-3  q/l-dir,  torpaqlar  şor-
laşmamış və ya zəif şorlaşmışdır. Qrunt sularının rejimi «qarışıq» 
tiplidir. Belə vəziyyət 108 min ha sahədə müşahidə olunur
B-3  -„Qrunt suyu səviyyəsinə görə qeyri-kafi” - qrunt suyu 
səviyyəsi 1,5  m-ə qədər dərinlikdə yerləşir, onların minerallaşma 
dərəcəsi 3-10 q/l-ə qədərdir, torpaqlar zəif və  orta  dərəcədə şor-
laşmışdır.  Qrunt  sularının  rejimi  «irriqasiya»  tiplidir.  Belə 
vəziyyət 3,5 min ha sahəni əhatə edir
B-4  -  „Torpaqların  şorlaşmasına  görə  qeyri-kafi”  -  qrunt 
suyu  səviyyəsi  1,5  m-dən  dərində  yerləşir,  suların  minerallaşma 
dərəcəsi  10  q/l-dən    böyükdür.  Torpaqlar  orta-,  güclü-  və  çox 
güclü  şorlaşmaya  malikdir.  Qrunt  sularının  rejimi  «irriqasiya-
suvarma-drenaj»  tiplidir.  Belə  vəziyyət  3,5  min  ha  sahəni  əhatə 
edir; 
B-5-  „Qrunt  suyu  səviyyəsinə  və  torpaqların  şorlaşmasına 
görə  qeyri-kafi”  -  qrunt  suyu  səviyyəsi  1,5  m-ə  qədər,  mineral-
laşma dərəcəsi 10 q/l-dən yüksəkdir, torpaqların şorlaşması güclü  
və    çox  güclüdür,  qrunt  suları  «iqlim»  və  «irriqasiya-suvarma-
drenaj»  rejim  tipləri  ilə  xarakterizə  olunur.  Belə  vəziyyət  32  min 
ha sahəni əhatə edir. 
Beləliklə,  müəyyən  edilmişdir  ki,  2014-cü  ildə  Şimali  Mu-
ğan  ərazisinin  74    faizi  əkinə  yararlı,  qalan  26  faizi  isə  yararsız 
(ərazinin cənub və cənub-şərq hissəsi) vəziyyətdə  olmuşdur ki, bu 
sahədə  də  meliorativ  tədbirlərin  həyata  keçirilməsi  zərurət  təşkil 
edir. 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə