Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə69/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   74

240 
Şə
kil  4
2
.  Şimali  Muğanın  s
xematik hidrogeoloji-
meliorativ  rayonlaşdırma  
x
ərit
əsi (E.A.M
əmm
ədova, 
2014): 
suvarılan  torpaqların  meliorati
v  v
əziyy
əti:
  

– 
yaxşı
;  2 - 
 kafi
;  3 
– 
 qeyri 
– kafi
.


241 
Hidrogeoloji-meliorativ    rayonlaşdırma    xəritəsi    ərazinin  
təbii    şəraitinin    meliorasiya    üçün    zəruri    olan    xüsusiyyətlərini  
hərtərəfli,  kompleks  şəkildə  əks  etdirir. 
Mil-Qarabağ  düzənliyinin  hidrogeoloji-meliorativ    şəraiti  
(2014). Mil dağətəyi düzənliyi  ümumi sahəsi  39000 km
2
 olmaq-
la,  qərbdən  Kiçik Qafqazönü, şimal-qərbdən Qarqarçay, şərqdən 
Kür  çayı,  cənub-şərqdən  isə  Araz  çayı  ilə  sərhədlənir.  Yeraltı 
suların  qidalanmasında  və  formalaşmasında  çayların  rolu  böyük-
dür. Bundan əlavə, Yuxarı Qarabağ, Mil və Xan qızı adına kanal-
lar  da  yeraltı  suların,  xüsusilə  qrunt  sularının  qidalanmasında 
aparıcı rol oynayır. 
Mil düzənliyində suvarılan torpaqların  ümumi sahəsi 131,8 
min ha təşkil edir ki, onun da 70 min ha-ı  və ya  53,1 %  sahəsi  
təsərrüfatdaxili  drenajla  təchiz  olunmuşdur.  Ərazinin  drenləşmiş 
sahəsində  üç  əsas magistral kollektor -  Mil-Qarabağ, Xan qızı və 
Mil-Muğan    -    fəaliyyət  göstərir.  Torpaqlar,    suyunu  Araz  çayın-
dan  götürən    Xan    qızı,  Baş  Mil,  Rəsularx,  Boztəpə  kanalları,  o 
cümlədən    Kiçik  Qafqazın  şimal-şərq  yamacının  kiçik  çayları 
vasitəsilə suvarılır. Mühəndisi sistemlərin  faydalı iş əmsalı   0,8-
0,85 ,  torpaq yatağa malik kanalların faydalı iş əmsalı  isə  0,55-i  
aşmır  ki,  bu  da  suvarma  kanallarından  böyük  su  itkisinin  baş 
verməsinə    gətirib  çıxarır,    nəticədə  bütün    ərazi  üzrə  qrunt  sula-
rının səviyyəsi  qalxır. 
Son  illərdə  (1985 – 2014)  massivin suvarılan torpaqlarında 
hidrogeoloji-meliorativ  şəraiti  formalaşdıran    parametrlərin  dina-
mikası tədqiq edilmiş  və müəyyən edilmişdir ki,  qrunt sularının  
səviyyə  rejimi    və  onların  şirinləşməsi  prosesinin  stabilləşməsi, 
suvarılan  torpaqların    böyük  sahələrdə    şorlaşmasının  azalması  
müşahidə olunur. 
Belə  ki,  son  30  (1985  –  2014)    ildə    orta  şorlaşma  dərə-
cəsinə malik torpaqların sahəsi  15% - dən 3 % - ə qədər  (ümumi 
ərazidən %-lə), güclü və çox güclü şorlaşmaya malik  torpaqların 
sahəsi isə  18,5 % -dən  1,5 % -ə qədər azalmışdır ki, bu da təsər-
rüfatdaxili drenajların intensiv fəaliyyəti və drenaj sularının sahə-


242 
lərdən  effektiv  çıxarılması  fonunda  suvarmanın  yuma  rejiminin 
yaradılması  nəticəsində  mümkün olmuşdur. 
2014-cü ilin sonuna  yatım dərinliyi kritik qiymətdən yuxarı 
olan  qrunt suları suvarılan torpaqların 38,8 % - ni, minerallaşma 
dərəcəsi  3 q/l-dən çox olan  qrunt suları isə  suvarılan torpaqların 
36,1 % - ni əhatə etmişdir. 
Son məlumatlara görə  müəyyən edilimişdir ki,  Mil düzən-
liyi  ərazisində    suvarılan  torpaqların  26,8  %-i  qeyri-qənaətbəxş 
hidrogeoloji-meliorativ şəraitlə xarakterizə olunur  (şək.43). Mas-
sivin təbii və su  təsərrüfatı şəraitinin xüsusiyyətləri, Araz və  Qar-
qarçayın gətirmə konusları hüdudlarında  təbii drenləşmiş torpaq-
ların  böyük sahələrinin yayılması və s. amillər  son zamanlar  əra-
zidə hidrogeoloji-meliorativ şəraitin yaxşılaşmasına təkan vermiş-
dir. Belə ki,  əgər 1985-ci ildə  qeyri-qənaətbəxş  meliorativ şərait 
suvarılan  torpaqların    36,9    ərazisində      müşahidə  olunurdusa, 
2014-cu ildə  bu göstərici   26,8 %  qeyd olunur.  
Meliorativ  şəraitin  yaxşılaşdırılmasında  Baş  Mil–Muğan  
kollektorunun  istismara  verilməsi  mühüm  meliorativ  tədbirdir.  
 
Mil  və  Qarabağ  bölgələrindən  kollektor-drenaj  sularının 
kənarlaşdırılması  Mil-Qarabağ  kollektoru  vasitəsi  ilə  həyata 
keçirilmişdir.  Bu  kollektorun  1953-cü  ildə  layihələndirilməsinə 
başlanılmış və 1955-ci ildə tikintisi başa çatdırılmışdır.  Layihəyə 
görə,  bu  qurğu  150  min  ha  sahənin  suvarılması  üçün  nəzərdə 
tutulmuşdur.  Kollektorun  uzunluğu  150  km,  sərfi  isə  25  m
3
/san 
təşkil etmişdir. Bununla bərabər, artıq 1983-cü ildə həmin zonada 
suvarılan  torpaqların  sahəsi  220  min  ha-a  qədər    artmış  və  onun 
sərfi  69  m
3
/san-yə  çatdırılmışdır.  Bunun  nəticəsində  kollektorun 
layihə  parametrləri  pozulmuş,  onun  xidmət  etdiyi  sahələrdə 
kollektor-drenaj şəbəkəsinin işi zəifləmiş və torpaqlarda şorlaşma 
prosesləri intensivləşməyə başlamışdır. 
Hazırda Mil, Muğan, Qarabağ düzənliklərində, o cümlədən 
Gəncə-Qazax  ərazisində  torpaqların  kənd  təsərrüfatı  bitkilərinin 
məhsuldarlığına  mənfi  təsir  göstərən  şorlaşma  dərəcəsinin  yük-
səlməsi   bir   problem  kimi  qarşıda durur. Belə  neqativ  prosesə  


243 
Şəkil  43.  Mil-Qarabağ  düzənliyinin  sxematik  hidrogeoloji-
meliorativ  rayonlaşdırma  xəritəsi  (E.A.Məmmədova,  2014).  Suvarılan 
torpaqların   hidrogeoloji-meliorativ  vəziyyəti:    1 – yaxşı;    2  -  kafi; 3  -  
qeyri-kafi. 


244 
təkcə  kollektor-drenaj  şəbəkəsi  ilə  təchiz  olunmamış  ərazilərdə 
deyil, çox zaman drenləşdirilmiş sahələrdə də rast gəlinir. 
Aparılan  işlərin  zəif  təşkili,  drenajın  işləməməsi  və  onun 
istismar  səviy-yəsinin  aşağı  olması  torpaqlarda  şorlaşmanın 
tədricən  artmasına  səbəb  olur.  Arid  iqlim  şəraitiinə  malik  olan 
İmişli,  Kürdəmir,  Bərdə,  Ağcabədi,  Saatlı  və  Sabirabad  kimi 
rayonlarda  torpaqların  şorlaşmasının  əsas  səbəblərindən  biri 
müxtəlif mine-rallaşmaya  malik qrunt sularının səviyyəsinin  yer  
səthinə  yaxın  olmasıdır. Bu regionlarda torpaqların lokal şəkildə 
şorlaşması  tez-tez  rast  gəlinən  haldır.  Bunun  nəticəsində  də 
torpaqların  mün-bitliyi  azalır,  onların  bir  hissəsi  kənd  təsərrüfatı 
dövriyyəsindən  çıxır  və  bu  torpaqlardan  itirilən  məhsulun  dəyəri 
hər il artır. 
Baş  Mil-Muğan  kollektorunun  təsir  zonasında  yerləşən 
torpaqların  meliorativ  vəziyyətinin  dəyişməsi  tempini  müəyyən 
etmək üçün seçilmiş xarakterik  yerlərdə çöl-tədqiqat işləri davam 
etdirilmişdir və xarakterik nöqtələrdən torpaq nümunələri götürül-
müşdür. 
Kollektorun təsiri boyu  ərazilərdə onun istifadəyə verilmə-
sindən  əvvəl  həmin  sahələrdə  torpaqların  ilkin  meliorativ  və-
ziyyətini  öyrənmək  üçün  məhdud  xarakterli  sosioloji  sorğu 
keçirilmiş    və  məlum  olmuşdur  ki,  əvvəllər  bəzi  yerlərdə  qrunt 
sularının səviyyəsi çox yüksək olmuş və   hətta yer səthinə çıxaraq 
lokal  sahələrdə  xırda  bataqlıqlar  əmələ  gətirmişdir.  Kollektor 
istifadəyə verildikdən həmin ərazilərdə mövcud vəziyyət yaxşılığa 
doğru dəyişmişdir. 
Burada meliorativ vəziyyəti qeyri-kafi olan torpaqların mü-
əyyən  edilməsi  üçün  qrunt  sularının  buraxıla    bilən  yatım  dərin-
liyi,  torpaqların  şorlaşması,  qrunt  sularının  buraxıla    bilən  yatım 
dərinliyi  və  torpaqların  şorlaşmasının  birgə  təsiri  kimi  amillər 
nəzərə  alınmışdır.  Qeyd  etmək  lazımdır  ki,  bəzi  bölgələrin 
yerləşdiyi  ərazilərin  meliorativ  xüsusiyyətlərindən  asılı  olaraq, 
suvarılan  ərazilər  tamamilə  drenləşdirilmişdir.  Həmin  ərazilərdə 
suvarılan  torpaqların  meliorativ  vəziyyətinin  yaxşılaşdırılması 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə