Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə7/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   74

22 
 
Suvarma  sistemini  layihələndirərkən  ərazinin  torpaq  və  iq-
lim  şəraiti,  geomorfoloji  və  hidrogeoloji  şəraiti,  su  mənbəyinin 
xüsusiyyətləri,  sahələrdə  tətbiq  ediləcək  suvarma  üsulları  və  su-
varma texnikası, həmçinin sistem daxilində tətbiq ediləcək dövrü 
əkin,  buna  müvafiq  olaraq,  yaradılacaq  suvarma  sahələri    (tarla-
lar),  onların  planda  ölçüləri,  sahələri  və  s.  xüsusiyyətləri  nəzərə 
alınmalıdır. 
Müntəzəm  suvarma  sistemlərinin  tərkibi  aşağıdakı  əsas 
hissələrdən ibarətdir: 
1) suvarılan ərazilər; 
2) su mənbəyi  (göl, çay, su anbarları, yeraltı sular və s.); 
3)  baş  qurğu  –  su  mənbəyindən  suvarma  suyunu  magistral 
kanala qəbul etmək üçün tikilən qurğu  (şlüz); 
4)  magistral  kanal  –  suvarma  sisteminin  əsas  kanalı  olub, 
suyu su mənbəyindən paylayıcı kanallara nəql etmək üçün  tikilir. 
Bu  kanalların  uzunluğu  bir  neçə  on  m  -  dən  min  m  və  hətta  bir  
neçə    km-ə  qədər  olur.  Magistral  kanal  başlanğıc  hissədən,  bila-
vasitə nəqledici və işçi hissələrdən ibarət olur; 
5)  magistral  kanaldan  suyu  ayrı-ayrı  təsərrüfatlara  axıdan 
paylayıcı  kanallar  şəbəkəsi  ayrılır.  Paylayıcı  kanallar  –  təsər-
rüfatlararası,  təsərrüfat  və  təsərrüfatdaxili  paylayıcı  kanallardan 
ibarətdir.  
Təsərrüfatlararası suvarma  şəbəkəsi  suyun  suvarma  sahə-
lərinə  çatdırılmasına və onun suvarma massivləri və təsərrüfatlar  
arasında paylanmasına xidmət edir. Təsərrüfatlararası şəbə-kə ma-
gistral kanal, təsərrüfatlararası paylayıcı kanallar və boru  kəmər-
ləri, müxtəlif  hidrotexniki  qurğulardan  ibarətdir. 
Təsərrüfatdaxili  suvarma  şəbəkəsi  suyun  əkin  sahələrinə  
paylanmasına və sahələr üzrə suvarma texnikasına  çatdırılma-sına  
xidmət  edir. 
Paylayıcı kanallardan su suvarma kanalı vasitəsilə sahələrə 
verilir;  
6)  sutoplayan  şəbəkə  -  suvarma  sahələrində  toplanan    artıq  
suları  sahələrdən kənarlaşdırmaq üçün nəzərdə tutulur


23 
 
7)  yol  şəbəkəsi  –  tarlalar,  təsərrüfatlar  və  yaşayış  məntə-
qələri  arasında  əlaqənin  yaradılması  və  suvarma  sisteminin  istis-
marı məqsədilə yaradılır; 
8) meşə zolağı və yaşıllıqlar; 
9) suvarma kanalları, sutoplayıcılar və yol şəbəkəsi üzərində 
olan hidrotexniki qurğular. 
Suvarma  şəbəkəsi  açıq  (açıq  kanallardan  ibarət)  və  qapalı 
(boru kəmərlərdən ibarət) ola bilər. 
Şəbəkənin  tipindən  (açıq,  qapalı)  asılı  olaraq,  suyun  bir 
hissəsi aerasiya zonasına süzülüb gedir, bir hissəsi kanalların açıq 
səthindən və ona qonşu olan sahələrdən buxarlanmaya sərf olunur.  
Suvarma  şəbəkəsinin  texniki  mükəmməlliyi  onun  faydalı  iş 
əmsalı  (FİƏ)  olub,  sahəyə  daxil  olan  suyun  həcminin  (brutto) 
sugötürücünün həcminə (netto) olan nisbəti ilə xarakterizə olunur 
(FİƏ=brutto/netto). 
Açıq,  torpaq  yatağa  malik  köhnə  suvarma  şəbəkələri  0,50-
0,55  FİƏ  ilə  xarakterizə  olunur.  Bu  halda  suyun  60-80  faizi 
süzülməyə  sərf  olunur.  Süxurlar  yüksək  sukeçiriciliyə  malik  ol-
duqda bu itkinin  həcmi daha da artır. Qapalı  suvarma şəbəkələri 
isə  0,95-0,97  FİƏ  ilə  xarakterizə  edilir  ki,  bu    da  suvarma  sula-
rının səmərəli istifadəsinə xidmət edir. 
Təcrübə  göstərir  ki,  su  ehtiyatlarından  səmərəli    istifadə  
edilməsi  üçün    bir  ha  sahəyə  düşən  daimi  suvarma  kanalları-
nın uzunluğu  20-30 m – dən  artıq  olmamalıdır.  Lakin   respubli-
kada  bu  göstərici bəzən  40  m – dən  artıq qeyd  olunur.  Suvar-
ma  kanallarının  sıxlığının (m/ha) böyük olması   öz  növbəsində  
su  itkisinin  artmasına,  torpaqdan  istifadə  əmsalının  azalmasına 
və suvarılan torpaqların meliorativ vəziyyətinin   pisləşməsinə  sə-
bəb  olur. 
Respublika üzrə hər  il  dövlət  suvarma  şəbəkələrindən  2,5 
– 3  mlrd. m
3
  su səmərəsiz - itkiyə sərf olunur. Bu isə nəinki  əkin  
sahələrinin  su  ilə  təminatını  çətinləşdirir,  həm  də  kanal-ların  
ətrafındakı  torpaq  sahələrinin  bataqlıqlaşmasına,  təkrar  şor-
laşmasına şərait yaradır. Belə vəziyyət  Yuxarı  Şirvan  və  Yuxarı 


24 
 
Qarabağ  kanalları    boyu    olan  sahələrdə    müşahidə    olunur.  
Respublikada  mövcud  olan  50  min  km  təsərrüfatdaxili  və  tə-
sərrüfatlararası  kanalların  yalnız  3600  km – nin  və  ya 7,2% - 
nin  yatağı  sukeçirməyən  materiallarla  örtülmüşdür. 
Azərbaycanda  Kür-Araz  düzənliyində  1905-1958-ci  illərdə 
tikilmiş  16  suvarma  şəbəkəsi  fəaliyyət  göstərir.  Belə  kanalların 
uzunluğu 32 m/ha təşkil edir. Kollektor-drenaj  şəbəkəsi isə  1954-
cü ildən işləyir. 
Respublikada  suvarılan  sahələr  1404,7  min  ha  təşkil  edir. 
Bundan 562,6 min ha (40,1%) drenajla təmin olunmuşdur ki, onun 
da 302,3 min ha  (53,7%)- horizontal-açıq,  248,7 min ha (44,2%) 
– horizontal-qapalı,  11,6 min ha (2,1%)  şaquli drenajdan ibarət-
dir.  
Azərbaycan ərazisində  iri magistral kanallar: Yuxarı Şirvan, 
Yuxarı  Qarabağ,  Baş  Muğan,  Baş  Mil,  Əzizbəyov,  Xan    qızı; 
kollektorlar:  Baş  Mil-Muğan,  Baş  Şirvan,  Muğan-Salyan,  Mil-
Muğan, Xanqızıdır. 
 
 
1.3.Azərbaycanda suvarma kanallarının tikintisi 
 
Elmi-tədqiqat  işlərinin  nəticələrinə  əsasən  suvarılan  sahə-
ləri  genişləndirmək  məqsədilə  XX  əsrin  əvvələrində  Kür-Araz 
düzənliyində suvarma kanallarının tikintisinə başlanılmışdır. Kür-
Araz  düzənliyində  16  suvarma  sistemi  tikilmiş  və  hazırkı    dövrə 
qədər  fəaliyyət  göstərir,  onların  ümumi  sərfi  620-650  m
3
/san, 
xidmət sahəsi isə 750-820 min hektar arasında dəyişir (cəd.1). 
 
Tikilmiş  kanalların  faydalı  iş  əmsalı  0,63-0,75  arasında 
dəyişir. Qeyd  etmək lazımdır  ki, kanallardan baş  verən süzülmə 
itkisi  və  hidrostatik  təzyiq  nəticəsində  qrunt  sularının  səviyyəsi 
sürətlə qalxmağa başlamışdır. 
3a  saylı  şəkildə    suvarma  və   kollektor-drenaj    şəbəkəsinin  
sxemi  (Muğan    düzənliyi)  və  3b  saylı  şəkildə    Yuxarı  Şirvan  
kanalı  (Şirvan  düzənliyi)  göstərilmişdir.  


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə