Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə71/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   74

248 
Muğan  kollektorunun  təsir  zonasında  əlavə  drenaj  tikintisinə 
ehtiyacı olan sahələr müəyyənləşdirilmişdir. 
Sahələrin  əsaslı  hamarlanması  torpaqların  suvarılması  və 
duzlardan  yuyulması  üçün  aparılan  işlərin  səmərəliliyinə  təsir 
göstərən  əsas  amillərdən  biridir.  Əsaslı  hamarlama  işlərinin 
düzgün  həyata  keçirilməsi  suvarma  sularından  daha  səmərəli 
istifadə  edilməsini,  yuma  zamanı  isə  sahələrin  bərabər  surətdə 
duzlardan  təmizlənməsini  təmin  edir.  Əsaslı  yuma  aparılacaq 
sahələr  yumadan  əvvəl  kifayət  qədər  hamarlanmalıdır.  Səthin 
hamarlanması  yuma  işlərində  zəruri  tədbirdir.  Yumanın  effektiv 
olması və gələcəkdə ərazinin təkrar şorlaşmasının qarşısının alın-
ması üçün sahələrin hamarlanması zamanı cizgilər fərqi 

10  sm-
dən  artıq  olmamalıdır.  Hamarlama  işləri  düzgün  aparıldıqda 
yumadan  sonra  sahələrdə  ləkələr    şəklində  yuyulmamış  sahələrin 
qalma  ehtimalı  azalır.  Baş  Mil-Muğan  kollektorunun  təsir  zona-
sında əsaslı hamarlama tələb edən sahələr müəyyənləşdirilmişdir. 
46 saylı  cədvəldə Baş Mil-Muğan kollektorunun təsir zona-
sında yerləşən suvarılan torpaqların meliorativ vəziyyətinin yaxşı-
laşdırılması üçün görülməsi zəruri olan meliorativ tədbirlər  (Qa-
rabağ massivi üzrə)  verilmişdir. 
Torpaqların artıq duzlardan təmizlənməsi üçün tələb olunan 
yuma norması bir çox amillərdən asılıdır və onları yuma işlərində 
nəzərə almaq vacibdir. 
Respublikanın müxtəlif təşkilatlarında şorlaşmış torpaqların 
yuyulmasına  dair  aparılmış  çoxillik  tədqiqatların  nəticələrinin 
təhlili  respublikanın  əsas  zonaları  üçün  yuma  normalarının 
ümumiləşdirilməsinə imkan vermişdir. 
Respublikanın  bütün  bölgələri  üzrə  yuma  normalarını  he-
sablamaq üçün vacib olan amillər və göstəricilər haqqında məlu-
matlar  vardır.  Əsaslı  və  cari  yuma  normalarını  təyin  etdikdə 
həmin  məlumatlardan  istifadə  edilməsi  və  drenaj  fonunda  əsaslı 
yuma işlərinin güclü, çox güclü şorlaşmaya malik torpaqlarda və 
şoranlıqlarda  aparılması  nəzərdə  tutulmuşdur.  Kollektorun  təsiri 


249 
boyunca  əsaslı  yuma  aparılmasına  ehtiyac  olan  sahələr  müəy-
yənləşdirilmişdir. 
Cədvəl  46 
Baş Mil-Muğan kollektorunun təsir zonasında yerləşən 
suvarılan torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması 
üçün görülməsi zəruri olan meliorativ tədbirlər  (Qarabağ massivi) 
B
ölg
əl
ər
 
Ye
ni 
dr
ena

şə
b
ək
əs
ini
n
 
ti
kil

m
əs
i,
 ha
 
Ə
sa
slı
 ha
-
mar
lama

ha
 
Dr
ena

fo
-
nunda
 ə
sa
slı
 
yuma,
 
ha
 
C
ar

yuma,
 
ha
 
Yuma
 t
əsi
rli 
suva
rma

lar

ha
 
Yevlax 
19136 
6000 
2563 
9130 
9596 
Bərdə 
13007 
5000 
1590 
3653 
1315 
Ağdam 
1225 
4800 
620 
5293 
10405 
Tərtər 
7340 
2500 
1000 
4610 
6085 
47  saylı    cədvəldə    şorlaşmış  torpaqların  ümumiləşdirilmiş 
yuma normaları, m
3
/ha (Qarabağ massivi üzrə)  verilmişdir. 
Cədvəl 47 
Qarabağ massivi üzrə  şorlaşmış torpaqların 
ümumiləşdirilmiş yuma normaları, m
3
/ha  
Şorlaşmanın 
növü 
Şorlaşma dərəcəsi 
Zəif 
Orta 
Güclü 
Çox güclü 
Şoranlıqlar 
Xlorlu 
7000 
12500 
18000 
21500 
23500 
Sulfatlı-xlorlu 
4000 
11500 
16500 
20000 
21500 
Xlorlu-sulfatlı 
2500 
7000 
15000 
19000 
21500 
Sulfatlı 
2000 
2500 
7000 
12000 
14500 
Şirvan düzənliyinin  hidrogeoloji-meliorativ  şəraiti (2012). 
Hidrogeoloji-meliorativ  şəraitin  formalaşması  amillərinin  
qiymətləndirilməsi.  Məlum    olduğu    kimi,  suvarılan  torpaqlarda 
hidrogeoloji-meliorativ şərait kompleks qarşılıqlı təbii, irriqasiya-
təsərrüfat  və  digər    amillərin    təsiri    nəticəsində    yaranır.  Burada  
təbii    amillərin,  xususilə,    iqlim,  hidroloji,  geomorfoloji  şəraitin,  


250 
relyef,  geoloji  quruluş,  hidrogeoloji  şərait,  torpaq-bitki  örtüyü  
və  ərazinin  təbii  drenləşməsinin  mühüm  rolu  vardır. 
Məlumdur  ki,  torpağın  meliorativ  şəraitinin  əsas  göstə-
riciləri  qrunt  sularının  yatım  dərinliyi,  minerallaşması,  kimyə-
vi  tərkibi    və    torpaq-qruntların    şorlaşmasından    ibarətdir.    Son 
zamanlar mühüm  əhəmiyyət  kəsb  edən  suvarma  sularının  key-
fiyyəti  də  bu  göstəricilər  sırasına  daxil  edilmişdir. 
Torpaqların tipi, duzların kimyəvi tərkibi,  relyefin  element-
ləri, onunla  bağlı  litologiya  və  torpaqda  üstünlük  təşkil  edən  
qruntların  qranulometrik  tərkibi, qrunt  sularının  yatım  dərinliyi  
və minerallaşması,  həmçinin yerüstü suların minerallaşması, kənd 
təsərrüfatı    bitkilərinin    növü  (onların  vegetasiya  müddəti  nəzərə 
alınmaqla),  suvarma    norması  –  bütün    bunlar  kompleks  halda 
meliorativ şəraiti təyin edir  və  lazımı  aqromeliorativ  tədbirlərin 
görüldüyü  ərazidə    kənd    təsərrüfatı    məhsuldarlığının    səviyyə-
sini,  eyni  zamanda    torpaqların    meliorativ    vəziyyətinin  qiymət-
ləndirilməsi  meyarlarının  əsasını  təşkil  edir.  
İqlim  və  hidroloji  amillər  suvarılan    torpaqlarda    su-duz  
rejiminin  formalaşmasında böyük təsirə malikdir. İqlim  amilləri  
arasında  daha  çox  əhəmiyyətli sayılan temperaturun dinamikası, 
havada nəmlik çatışmazlığı, atmosfer  çöküntülərinin  illik  həcmi,  
buxarlanma  və  onun  illik  kəsilişdə  paylanmasıdır. 
Hidroloji  amillərə  suvarmada  istifadə  olunan  çayların  və  
Yuxarı  Şirvan kanalının  mövsümü,  illik  və çoxillik  su  təmina-
tının və  onların  suyunun duz  tərkibinin  dəyişməsini  aid  etmək  
olar.  
Yeraltı  suların  qidalanmasında  və  drenaj    axınının    forma-
laşmasında  yerüstü  sular  (çaylar  və  kanallar) mühüm  mənbə-
lərdir. 
Ərazinin əsas suvarma kanalları, o  cümlədən  Yuxarı  Şir-
van kanalının  yatağı   yerli qruntlardan  inşa  olunduğundan yük-
sək  sukeçiricilyə  malikdir.    Bu,      səth  və  yeraltı  suların  qarşılıqlı 
əlaqəsində    axın    boyu  birinin    digərini    qidalandırmasını  təmin 
edir.  Yuxarı    Şirvan    kanalı   və    Şirvan    düzənliyinin    çayları  öz 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə