Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə74/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   74

259 
Şəkil  48. Yenicə  meliorasiya  olunmuş   və  əkin  dövriyyəsinə  daxil 
edilmiş  suvarılan  sahə.   
Uzunmüddətli  müşahidələr  göstərir  ki,  Şirvan  düzənliyi-
nin  136,4  min  ha və  ya  59%  intensiv drenləşmiş  torpaqlarının  
suvarılması,  torpaqda  və  aerasiya  zonasında  şorlaşmanın    müşa-
hidə olunmadığı və  ya  zəif,  qrunt  sularının  minerallaşma  dərə-
cəsinin    kiçik  və  suvarma  sularının   keyfiyyətinin    yaxşı    olduğu  
şəraitdə    torpağın  meliorativ    vəziyyətinin    pisləşməsi    ehtimalı 
istisnadır. Bu ərazilərdə  suvarma qrunt sularının  səviyyəsini  qal-
dırır, lakin kritik qiyməti (2,2-2,5 m) aşmır. Nəzərə  almaq  lazım-
dır ki,  qrunt  suyu  səviyyəsinin  yer  səthinə  yaxın  yerləşməsi  
(qalxması)  torpaqların    meliorativ  vəziyyyətini    pisləşdirə    bilər  
və əgər suvarma sularının  tərkibi  cod  və  minerallaşması  yüksək  
olarsa, torpağın şorlaşması və şorakətləşməsi  təhlükəsi  qaçılmaz  
ola  bilər  (S.Ə.Əliyev). 
Müxtəlif  hidrogeoloji-meliorativ  şəraitə  malik  hər  bir  sa-
hə  üçün  torpaqların  meliorativ  şəraitini  yaxşılaşdırmaq,  məh-
suldarlığı  artırmağa  xidmət  edən  kompleks  meliorativ  tədbir-
lər:  kollektor  –  drenaj    sisteminin  (KDS)    təmiri,  onun    yenidən  
qurulması və  zəruri  hallarda- və yerlərdə yeni  KDS - nin  tikil-
məsi,  suvarma  rejiminə  riayət  edilməsi  və s.  nəzərdə  tutulur. 


260 
Ş
ək
il
 
4
9.
 Ş
ir
van
 
düz
ən
liyi
n
in
 
sx
em
a
ti
k
 
h
id
rog
eol
oj
i-
m
el
io
rat
iv 
 r
ayon
la
şd
ır
m

 x
ər
it
əs

 
(E
.A.
M
əmm
əd
ova,
 
2012)
. 
Suv
ar
ıl
an 
 tor
paqlar
ın 
 hidr
oge
oloj
i-
me
li
or
ati
v 

ziyy
əti

 1 
-  
yax
şı,
  

-  
ka
fi

  
3
 -
  
qe
yr
i-
kafi

 4
 -
  
koll
ek
tor
-
dr
enaj 
 ş
əb
ək
əs
i,
  

– 
kanal

 6 
-  
çay
,  

-  
quy
u.
 


261 
      Salyan    düzənliyinin    hidrogeoloji  –  meliorativ    şəraiti.
 
Sal-
yan  allüvial-prolüvial düzənliyi  Araz  çayı,  Kür  çayı  və  Xəzər 
dənizi  ilə,    cənubdan    Viləşçay,  qərbdən    isə    İranla  olan  Dövlət 
sərhədi  ilə  hüdudlanır.  Bu  düzənliyin  geoloji  quruluşunda    kon-
tinental  və  dəniz  mənşəli  çökmə  süxurlar    iştirak  edir.  Allüvial 
çöküntülər  əsasən  ərazinin  qərbində  intişar  tapmışdır.  Dəniz 
mənşəli  süxurlar  əksər  sahələrdə  yayılmışdır.  Dördüncü  dövr 
çöküntülərində qrunt suları və iki təzyiqli sulu horizont formalaşır. 
Qrunt  suyu  horizontu  düzənliyin    bütün  sahəsini  əhatə  edir 
və onun  yatım dərinliyi   10-15 m-dən     1-3 m-ə qədər dəyişir  və 
əksər  hallarda  yer  səthinə  yaxın  yerləşir.  Ümumiyyətlə,  qrunt  
sularının  yatım istiqaməti qərbdən-şərqə doğru qeyd olunur. Yer-
altı  axın  Kür  çayı  və  Xəzərə  doğru  yönəlmiş    və    0,01-0,001    və 
daha az hidravlik  mailliklə xarakterizə olunur. Düzənlikdə yatım 
dərinliyi 1-5 m arasında dəyişən qrunt  suları  daha  çox yayılmış-
dır. Bu  suların  qidalanmasında  çaylardan və suvarma  kanalla-
rından, əkin sahələrindən  olan  süzülmə  itkisi,  kondensasiya  su-
ları və  təzyiqli sular  əsas  rol  oynayır  və  bu  amillərin  təsiri  al-
tında  qrunt  sularının  səviyyəsi  kollektor-drenaj  sisteminin  fəa-
liyyətinə  qədər  ildən-ilə  artmışdır. Qeyd etmək lazımdır ki, şirin 
və  az  minerallaşmaya  malik    (1  q/l-ə    qədərdən  1-3  q/l-ə    qədər) 
sular Salyan-Neftçala zonasında  çox məhdud sahələrdə – ərazinin  
cənub-şərq və şimal-qərb hissəsində  lokal  sahələrdə yayılmışdır. 
Bu  suların    kimyəvi  tərkibi  hidrokarbonatlı  və  hidrokarbonatlı-
sulfatlı-kalsiumludur. Yeraltı suların hərəkəti  istiqamətində  onla-
rın minerallaşması birdən artır və əksər sahələrdə,  xüsusilə  mər-
kəz  hissədə 1-50 q/l-dən artıq qeyd olunur. Cənub-şərq  və  qərb  
hissələrdə  isə,  bir  qayda  olaraq,  minerallaşma  dərəcəsi  3-5 ,  
5-10,  10-25 ,  25-50  q/l  olan  qrunt  suları  geniş  yayılmış-dır. 
Qrunt  suları – gil,  gilli  qum  və  qum  süxurlarından  ibarət  mü-
asir  allüvial çöküntülər qatında  yayılmışdır. Qrunt  sularının  qi-
dalanmasında    çaylardan  və  suvarma  şəbəkəsindən  olan  infilt-
rasiyadan  əlavə,  suvarma  suları, təzyiqli  sular  və  atmosfer  çö-
küntüləri  də  iştirak  edir. 


262 
 
Qrunt  sularının  yatım  dərinliyi  və  minerallaşma  dərəcəsi 
müqayisə edildikdə (yanvar və dekabr ayları üzrə) məlum  olmuş-
dur  ki, qrunt sularının 2010-cu ildə səviyyəsi 0,08-0,38 m enmiş, 
minerallaşma  dərəcəsi  isə  0,52-7,11  q/l  azalmışdır.  Səviyyənin  
maksimum enməsi Baş Mil-Muğan Kollektoruna (BMMK) yaxın, 
minimum isə daha uzaqda yerləşən zonada müşahidə olunmuşdur. 
Minerallaşma  dərəcəsinin  böyük  qiyməti  kollektora  yaxın  
və kiçik qiyməti isə kollektordan uzaqda yerləşən quyularda aşkar 
edilmişdir. 
Müşahidələrin  nəticələri  göstərir  ki,  BMMK-nun  təsir  ra-
diusu  650-780-820  m  arasında  dəyişir.  Qrunt  sularının  mine-
rallaşma dərəcəsi BMMK-nun axarı istiqaməti üzrə 1,5 dəfə artır 
(4,73-6,96  q/l).  Qrunt  sularının  rejimi  ilə  əlaqədar  olaraq,  drenaj 
sularının  minerallaşma  dərəcələri  və  kimyəvi  tərkibləri  də 
dəyişmişdir.  Kollektorun  təsiri  boyu  olan  ərazilərdə  onun  isti-
fadəyə  verilməsindən  əvvəl,  həmin  sahələrdə,  əvvəllər  bəzi  yer-
lərdə  qrunt  sularının  səviyyəsi  çox  yüksək  olmuş  və  hətta  yer 
səthinə  çıxaraq  lokal  şəkildə  kiçik  bataqlıqlar  əmələ  gətirmişdir. 
Kollektor istifadəyə verildikdən sonra isə həmin sahələrdə müsbət 
dəyişiklik  müşahidə  olunmuşdur.  Burada  meliorativ  vəziyyəti 
qeyri-kafi olan torpaqların müəyyən edilməsi üçün qrunt sularının 
buraxıla  bilən yatım dərinliyi, torpaqların şorlaşması, qrunt sula-
rının  buraxıla    bilən  yatım  dərinliyi  və  torpaqların  şorlaşmasının 
birgə təsiri kimi  amillər nəzərə alınmışdır.  
Beləliklə, müəyyən edilmişdir  ki, ərazidə  meliorativ  cəhət-
dən    yaxşı    hesab    olunan    torpaqların    sahəsi    2722  ha,    kafi  – 
19647  ha,    yeraltı  suların  buraxıla    bilən  dərinliyinə  görə  qeyri-
kafi  –  4500    ha,  torpaqların  şorlaşmasına  görə  qeyri-kafi  –  3585 
ha,    yeraltı  suların  buraxıla    bilən  dərinliyinə  və  torpaqların  şor-
laşmasına görə qeyri-kafi –  6293 ha  təşkil  edir.  
Torpaqların  meliorativ  vəziyyətinin  yaxşılaşdırılması  üçün 
Salyan düzənliyində meliorativ tədbirlərin həyata keçirilməsi tələb 
olunur.  
 
 


263 
 
Ə D Ə B İ Y Y A T 
1. Алиев С.А. Системный  подход в  обосновании  мероприятий  по  
улучшению  мелиоративной    обстановки    на    орошаемых    землях    (на  
примере Ширванской  степи Азербайджанской  республики). Диссертация  
на  соискание  ученой  степени  кандидата  технических  наук.  Киев, 1991. 
2.  Алимов  А.К.  Ирригационные  каналы  и  их  влияние  на  эко-
логическую обстановку.- Баку, Элм, 996. 191 с. 
3.  Алимов  А.К.,  Магомедов  А.М.,  Майылов  Г.Ю.  Гидрогео-
логические  основы  регулирования  водно-солевого  режима  орошаемых 
земель аридной зоны. – Баку, Элм,  1996.  381 с.  
4.  Алимов  А.К.,  Мамедова  Э.А.    Водно-солевой  режим  покровной 
толщи  Северной  Мугани  и  гидрогеологические  прогнозы.  –  Баку,  Элм, 
1995.  98 с. 
5.  Əlimov  Ə.K.,  Məmmədova  E.A.  Meliorativ  hidrogeologiya.  –  Bakı, 
Elm, 1997.  90 s. 
6.  Гюльмамедов  Ч.Дж.  Закономерности  формирования  солевых  
запасов  подземных  вод  континентальной  толщи  четвертичных  от-ло-
жений Турианчай-Ахсучайского междуречья  Ширванской степи.  Диссер-
тация на соискание ученой степени кандидата геолого-мине-ралогических  
наук.  Баку, 1987. 
7.Кац  Д.М.,  Шестаков  В.М.  Мелиоративная  гидрогеология.  Изд. 
МГУ, 1981. 296 с. 
8.Майылов Г.Ю., Магомедов А.М., Алимов А.К. Баланс  грунтовых  
вод  конусов  выносы  речных  артерий  и  их  регулирования. Баку- Элм, 
1995.  340 с. 
9.Mammadova  E.A.  Hidrogeological  -  meliorativ  districting    of    the  
territory    of   the    Northern  Mughan  of    the   Azerbaijan    Republic.    American 
Journal  of  Science  and  Technologies. №1 (21), January-June, 2016. Volume 
III. “Princeton  Univercity Press”, 2016.  P. 311-319. 
10.Мамедова  Э.А.Водно-солевой  режим  орошаемой  и  дренирован-
ной  территории  Северной  Мугани.  Сб.Аз.НИИ  Водных  проблем,  1993, 
Баку. С.108-112. 
11.Мамедова  Э.А.  Гидрогеолого-мелиоративное  состояние  оро-
шаемых  и  прилегающих  к  ним  земель  Северной  Мугани.  BDU-nun 
xəbərləri. Təbiət elmləri seriyası, №1-2,1997. С.166-169. 
12.Мамедова  Э.А.Геохимические  основы  формирования  режима 
подземных  вод  Муганской  степи.  Jurnal:Az.Res.Təhsil  Nazirliyi.  Aspi-
rantların  və  gənc  tədqiqatçıların  Resp.Elmi  Konfransının  materialları.    11-12 
fevral, 1998. s.128. 


264 
 
13.Мамедова  Э.А.Генетические  особенности  химизма  подземных 
вод  Муганской  степи.  Az.resp.Təhsil  Cəmiyyəti.  Fizika,  Riyaziyyat,  Yer 
elmləri. №2,  2000. S.82-85. 
14.  Мамедова  Э.А.,  Алиев  С.А.  Влияние  оросительной  и  осущи-
тельной  мелиорации  на гидрогеологическое  условие  Мугано-Сальянской 
степи  Азербайджанской  Республики.  Институт  Водного   хозяйства   Гру-
зинского  технического    университета.  Сборник    научных    трудов    №66. 
Тбилиси,  2011. С.159-162. 
15.  Мамедова  Э.А.,  Алиев  С.А.  Оценка  эколого-мелиоративного 
состояния орошаемых земель Ширванской степи  Азербайджанской  рес-
публики.  Информационно-аналитический  журнал:  Актуальные    проб-
лемы    современной    науки.  Москва,  «Издательство    «Спутник+»,  2012, 
№1(63). С.148-151. 
16. Мамедова Э.А., Алиев С.А. Причины  засоления  почвогрунтов 
Ширванской  степи  Азербайджанской  республики  и  влияние    его  на  ме-
лиоративноe состояниe орошаемых  земель. Журнал «Альманах современ-
ной  науки  и  образования».  Москва,  Изд.  «Грамота».,    2013,    №  3(70)  ,  
с.102-104. 
17.  Мамедова    Э.А.  Геофильтрационное    районирование    террито-
рии  Муганской    степи.  Azərbaycan  xalqının  ümummilli    lideri  Heydər  
Əliyevin    anadan  olmasının  91-ci  ildönümünə  həsr  olunmuş  “Geologiyanın 
aktual  problemləri”  mövzusunda  Respublika  elmi  konfransının  material-
ları.Bakı, 2014-cü il.Bakı Universiteti nəşriyyatı, 2014. S.301. 
18.Məmmədov  R.H.,  Cəfərov  X.F.,  Həşimov  A.C.,  Osmanov  T.Ə., 
Verdiyev  Ə.Ə.  Azərbaycanda    torpaqların    meliorasiyası.  Bakı,  Qorqud  nəşr., 
2000. 184 s. 
19.  Məmmədova    E.A.„Su  təchizatı  və  meliorativ  hidrogeologiya”.  Ali 
məktəblərin  bakalavr  və  magistr  hazırlığı  üçün      dərslik.  «Kür»  nəşriyyatı, 
2003. 220 s.. 
20.Məmmədova    E.A.Kollektor  -  drenaj    sisteminin    Muğan  –    Salyan  
düzənliyinin    hidrogeoloji-meliorativ  şəraitinə    təsirinin    qiymətləndirilməsi. 
BDU  Xəbərləri  Jurnalı, №3,  2007. S.112-115. 
21.Məmmədova  E.A.Hidrogeoloji  tədqiqat  üsulları  («Hidrogeologiya  
və   mühəndis  geologiyası»   ixtisaslı  bakalavr  hazırlığı  üçün  dərslik ).  BDU  
nəşriyyatı,  2008. 255 s. 
22.Məmmədova  E.A. Mil  düzənliyinin  hidrogeoloji-meliorativ  şəraiti. 
Ak.M.M.Əliyevin  anadan  olmasının  100  illik  yubileyinə    həsr  olunmuş 
«Azərbaycanın faydalı qazıntıları» mövzusunda Respublika Elmi Konfransının 
materialları . 2008.  S.33. 
23.Məmmədova  E.A.Abşeron  yarımadasındla  aerasiya  zonası  süxur-
larının  şoranlaşmasının  əsasları. BDU-nun  90  illik  yubileyinə  həsr  olunmuş 


265 
 
«Azərbaycanın    faydalı  qazıntıları»    mövzusunda    Elmi    konfransın    materi-
alları (26  may).Bakı-2009. S.10-12. 
24.Məmmədova  E.A.Salyan-Neftçala  zonasında  meliorasiyanın   inki-
şafı. BDU-nun 90 illik yubileyinə  həsr  olunmuş «Azərbaycanın  faydalı qazın-
tıları»  mövzusunda  Elmi  konfransın  materialları (26  may).Bakı-2009. S.61-
63. 
25.Məmmədova  E.A.Aqrar  sahənin  inkişafında  meliorasiyanın  rolu. 
Bakı    Universitetinin    Xəbərləri    Jurnalı.Təbiət   elmləri    seriyası.    №1,  2010. 
S.150-155. 
26.Məmmədova    E.A.Şəmkirçay-Gəncəçay  arası    sahənin    yeraltı    su-
larının    balansı    və    istifadə    perspektivliyi.  Bakı    Universitetinin    Xəbərləri  
Jurnalı.Təbiət  elmləri  seriyası.  №1, 2011. S.152-159. 
27.  Məmmədova  E.A.  Mil  düzənliyinin    yeraltı    sularınım    rejiminin  
formalaşmasına    təsir    edən    amillər.  Azərbaycan  xalqının  ümummilli    lideri 
Heydər    Əliyevin    anadan  olmasının  91-ci  ildönümünə  həsr  olunmuş  “Geolo-
giyanın  aktual  problemləri”  mövzusunda  Respublika  elmi  konfransının 
materialları.Bakı, 2014-cü il.Bakı Universiteti nəşriyyatı, 2014. S.310. 
 28.Məmmədova    E.A.Muğan-Salyan  düzənliyinin    yeraltı  sularının  və 
aerasiya  zonası  süxurlarının  duz  tərkibi.  Azərbaycan  Respublikasının  dövlət 
müstəqilliyinin  bərpasının  20-ci  ildönümünə  həsr  olunmuş  “Geologiyanın 
aktual  problemləri”  mövzusunda  Respublika  elmi  konfransının  materialları. 
Bakı, 31 may 2011-ci il.Bakı Universiteti nəşriyyatı, 2011. S.130. 
29.Məmmədova  E.A.Muğan  düzənliyinin  yeraltı  su  rejiminin  gene-
tik  xüsusiyyətləri. Heydər  Əliyevin  anadan  olmasının 89-cu ildönümünə həsr 
olunmuş  “Geologiyanın  aktual  problemləri”  mövzusunda  Respublika  elmi 
konfransının  materialları.Bakı,  2012-ci  il.Bakı  Universiteti  nəşriyyatı,  2012. 
S.154. 
30.  Məmmədova    E.A.,  Əliyev  S.Ə.Şirvan  düzünün    suvarılan  torpaq-
larında    hidrogeoloji-meliorativ  şəraitin  inkişaf  dərəcəsinə  görə  qiymətlən-
dirilməsi. Torpaqşünaslıq  və  aqrokimya, cild-20, №1, 2011. Bakı, Elm, 2011. 
S.406-410. 
 
 
 
 
 
 
 
 
 
 


266 
 
MÜNDƏRİCAT 
 
            
GİRİŞ. MELİORATİV HİDROGEOLOGİYANIN   
MƏZMUNU, MƏQSƏDİ VƏ İNKİŞAF  
MƏRHƏLƏLƏRİ.....................................................................................         4 
 
I.MELİORATİV  SİSTEMLƏR.............................................................        21 
 
1.1. Torpaqların  suvarılması və  qurudulması   
haqqında ümumi  məlumat.........................................................................        21 
1.2. Suvarma sistemi və onun elementləri..................................................       21 
1.3.Azərbaycanda suvarma kanallarının tikintisi........................................       24 
1.4.Azərbaycan Respublikasında suvarma sistemlərinin qrunt sularının  
ejiminə təsiri...............................................................................................        27 
1.5.Kanallardan  su  itkisinə  qarşı  mübarizə  tədbirləri............................       28 
1.6.Suvarma üsulları  və  texnikası.............................................................       30 
1.7.Suvarma  sahələrində  baş  verən  infiltrasiya  prosesi.........................       44 
1.8.Suvarmanın növləri...............................................................................       45 
1.9.Kənd  təsərrüfatı əkinlərinin  suvarma rejimi. Suvarma normaları.....         46 
1.10.Suvarma  sularının  keyfiyyətinə  qarşı  olan  təlabatlar.....................       47 
1.11.Suvarılan  sahələrdə  süni  drenaj........................................................       49 
1.12.Baş  Mil –Muğan   kollektorunun  tikilməsinin    zəruriliyi və   
onun  morfoloji  parametrlərinin  təyini.......................................................      60 
1.13. Drenaj  sistemləri................................................................................      69 
1.14.Torpaqların qurudulması üsülları və qaydaları. Qurutma  
sisteminin elementləri. Qurutma-nəmləşdirmə sistemləri...........................      78 
1.15.Azərbaycanda suvarma sahələrinin, irriqasiya qurğularının  
və kollektor-drenaj sistemlərinin müasir vəziyyəti (2010-2014-cü illər).....     84  
1.16.Azərbaycanda meliorativ tədbirlərin yeraltı sulara təsirinin  
müasir vəziyyəti............................................................................................     91 
 
II.MELİORASİYA OLUNMUŞ ƏRAZİDƏ  YERALTI  
SULARIN REJİMİ VƏ BALANSI............................................................     95 
 
2.1.Yeraltı suların rejim və balansının  öyrənilməsinin məqsəd və 
 məsələləri....................................................................................................      95 
2.2. Yeraltı suların rejiminin öyrənilməsi üsulları........................................     98 
2.3.Azərbaycanda  yeraltı  suların  rejimi.....................................................   105 
2.4. Suvarılan torpaqlarda qrunt suları rejiminin  
formalaşması qanunauyğunluqları..............................................................     129 


267 
2.5.Suvarılan ərazilərdə qrunt suyu səthinin qalxması.................................   132 
2.6.Suvarılan sahələrdə qrunt suyu rejiminin 
tənzimlənməsi prinsipləri..............................................................................   134 
2.7.Yeraltı su rejiminin proqnozu  və onun növləri......................................   135 
2.8.Yeraltı su rejiminin  proqnozunun üsulları.............................................   137 
2.9.Suvarılan  ərazilərdə qrunt  suyu  rejiminin 
proqnozu.......................................................................................................    142 
2.10.Qrunt suyu rejiminin genetik tipləri.....................................................    146 
2.11.Yeraltı suların su-duz balansı ..............................................................    156 
2.12.Yeraltı suların su-duz balansının öyrənilməsi  üsulları........................    158 
2.13.Aerasiya zonasında və yer səthində   rejim-balans 
müşahidələri..................................................................................................   161 
2.14.Əsas balans elementlərinin səciyyəsi....................................................   167 
III. AERASİYA  ZONASI  SÜXURLARINDA ŞORLAŞMA
VƏ  ŞORAKƏTLƏŞMƏNİN ƏSASLARI................................................   194 
3.1.Aerasiya  zonası  süxurlarında  şorlaşma.................................
...............  194 
3.2. Aerasiya  zonası  süxurlarında  şorlaşmaya  qarşı 
mübarizə  tədbirləri......................................................................................... 201 
3.3. Aerasiya  zonası  süxurlarında  şorakətləşmə.......................................... 221 
3.4.Aerasiya  zonası  süxurlarında  şorakətləşməyə  qarşı  
mübarizə  tədbirləri......................................................................................... 227 
IV. HIDROGEOLOJİ-MELİORATİV
RAYONLAŞDIRMANIN  ƏSASLARI....................................................... 230 
4.1. Meliorasiya olunmuş ərazinin hidrogeoloji şəraiti................................... 230 
4.2. Geosüzülmə quruluşunun xəritələnməsi...................................................232 
4.3. Hidrogeoloji-meliorativ rayonlaşdırmanın  prinsipləri.............................236 
ƏDƏBİYYAT.................................................................................................263 


Nəşriyyat direktoru: f.ü.e.d. Xanlar Həsənli 
Nəşriyyat redaktoru: Alparslan Öztürk 
Dizayner: Sahib Adilov 
E.A MƏMMƏDOVA 
       MELİORATİV HİDROGEOLOGİYA 
 Ali məktəblərin bakalavr pilləsi üçün dərslik 
Çapa imzalanmışdır 30.09.2016, Kağız formatı 60x84 1/16, 
Həcmi 16,75 ç.v.,Sayı 300 
“Ləman nəşriyyat poliqrafiya” MMC. 

Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə