Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə8/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   74

25 
 
Cədvəl 1 
Magistral suvarma kanallarının istismara verilmə tarixi və 
onların morfometrik göstəriciləri 
 
Ka
na
ll
ar
ın 
adlar
ı 
Qida
lanma
 
m
ənb
əyi
 
İs
ti
smar

ve
ril
m
ə 
tar
ixi
 
S
ər
fi,
 m
3
/s
 
Uz
unlu
ğu,
 
km
 
Xidm
ət 
et
-
diyi
 s
ah
ə, 
mi

ha
 
Ye
rl
əşm
ə 
sa
h
əsi
 
Sarıcalılar 
Araz çayı 
1901 

28 
35 
Muğan  
düzənliyi 
Qolisin 
Araz çayı 
1908 
30 
55 
68 
Muğan  
düzənliyi 
Aşağı Muğan 
(Sabir adına) 
Araz çayı 
1911 
37 
70 
56 
Muğan  
düzənliyi 
Yuxarı Muğan 
(Əzizbəyov 
adına) 
Araz çayı 
1912 
35 
101 
46 
Muğan  
düzənliyi 
Orta Muğan 
(Nərimanov 
adına) 
Araz çayı 
1917 

45 

Muğan  
düzənliyi 
Mexaniki    su-
varma (üzən 
nasos stansi-
yaları) 
Kür, Araz 
çayları 
1919 
100 
166 
170 
Muğan  
düzənliyi 
Sabir (əvvəlki 
Myasnikov 
adına) 
Araz çayı 
1928 
26 
45 
21 
Mil düz. 
Xan qızı 
Araz çayı 
1933 
15 
51 
35 
Mil düz. 
Yuxarı 
Qara-
bağ 
Kür çayı 
1955 
114 
172 
60 
Mil-Qara-
bağ düz. 
Yuxarı Şirvan 
Kür çayı 
1958 
78 
123 
127 
Şirvan 
düzənliyi 
Baş Mil 
Araz çayı 
1962 
69 
42 
34 
Mil düz. 
Baş Muğan 
Araz çayı 
1967 
52 
31 
56 
Muğan 
düzənliyi 
Sol və Sağ sa-
hil 
Xaçınçay 
1978 
25 
36 
39 
Qarabağ 
düzənliyi 
Sol və Sağ sa-
hil 
Tərtərçay 
1979 
30 
35 
44 
Qarabağ 
düzənliyi 


26 
 

 

 
Şəkil    3.    a)  Suvarma  və    kollektor-drenaj    şəbəkəsinin    sxemi 
(Muğan   düzənliyi):   1- magistral  kanal;  2 – təsərrüfat  xarakterli  paylayıcı  
kanal;  3 - təsərrüfatdaxili paylayıcı  kanal;  4 – təsərrüfatlararası  kollektor;  5 - 
təsərrüfatdaxili  kollektor;    6  –  hidrotexniki    qurğunun    qovşağı;    7  –  akveduk 
(latın dilindən tərcümədə aqua — su  və  duco — aparıram) — suaparan (kanal, 
boru) - suyu  yaşayış məntəqələrinə, suvarma  və  hidroenerji  sistemlərinə daha  
yüksəkdə  yerləşən mənbədən ötürmək  üçün);   
b) Yuxarı Şirvan  kanalı  (Şirvan  düzənliyi). 


27 
 
1.4.Azərbaycan Respublikasında suvarma sistemlərinin 
qrunt sularının rejiminə təsiri 
 
Respublikada  1,4  mln.  ha  suvarılan  ərazidə  205  suvarma 
sistemi  fəaliyyət  göstərir  ki,  onun  da  ümumi  uzunluğu  434  min 
km, o cümlədən: təsərrüfatlararası – 130 min km, təsərrüfatdaxili 
– 304 min km təşkil edir. 
Mövcud  suvarma  sistemləri  aşağıdakı  çatışmazlıqlarla  xa-
rakterizə  olunur:  suvarma  mənbələri  axınlarının  tənzimlənmə-
sinin kifayət qədər olmaması, onların suölçən qurğularla zəif təc-
hizatı,  kanalların  yatağına  süzülməyə  qarşı  üzlüklərin  çəkilmə-
məsi.  Bütün  tip  kanallar  üçün  ümumi  çatışmazlıq  -  qeyri-məh-
suldar süzülmə itkisinin olmasıdır ki, bunun da nəticəsində yeraltı 
suların  səviyyəsinin  qalxması,  torpaqların  şoranlaşması,  onların 
meliorativ vəziyyətinin pisləşməsi müşahidə olunur. 
Çoxillik  müşahidələr  göstərir  ki,  qrunt  sularının  qidalan-
masına  hər  il  suvarma  sisteminin  başlanğıcına  verilən  suyun 
həcminin 50-75%-i, magistral kanallardan suyun ümumi həcminin 
75-80%-i,  paylayıcı  və  suvarma  kanallarından  isə  15-25%-i  sərf 
olunur. 
Kanallardan baş  verən süzülmə itkisi nəticəsində  suvarılan 
ərazilərdə qrunt sularının rejimi kəskin dəyişikliyə  məruz  qalır. 
Belə  ki,  1950-2000-ci  illər    ərzində    qrunt  suyu  səviyyəsi  2  m 
qalxmış,  onların minerallaşma  dərəcəsi  isə  şirin    suvarma    suları  
hesabına  13 q/l   azalmışdır. 
Azərbaycanın  müxtəlif  bölgələrində    suvarma  sistemlərinin 
qrunt  sularının  rejiminə  təsiri  müxtəlifdir.  Belə  ki,  dağətəyi  zo-
nalarda  qrunt  sularının  stabil  rejimi,  mütənasib  su-duz  balansı 
müşahidə olunur. Bu zona  yeraltı axınla yaxşı təmin olunduğuna  
görə, qrunt sularının səviyyəsi 6-20 m, minerallaşma dərəcəsi 0,8-
1,5  q/l  –  dir.  İri  suvarma  kanalları  və  çay  arteriyaları  boyunca,  o 
cümlədən yeni suvarma sahələrində qrunt suyu səviyyəsinin qalx-
ması, minerallaşma dərəcəsinin azalması müşahidə olunur, hazır-
da qrunt suyu səviyyəsi  0,5-4,5 m, minerallaşma dərəcəsi 0,5-5,5 


28 
 
q/l  təşkil  edir,  yerüstü  sularla  qarışma  qrunt  sularının  şirinləş-
məsinə  səbəb  olur.  Köhnə  suvarılan  və  zəif  drenləşməyə  malik 
ərazilərdə  qrunt  suyu  səviyyəsinin  qalxması  ilə  onların  mineral-
laşma  dərəcəsi  azalır.  Suvarılan  və  drenləşməmiş  zonalarda  isə 
qrunt  suyu  səviyyəsinin  qalxması  ilə  onların  minerallaşma  də-
rəcəsi artır. 
 
 
1.5.Kanallardan  su  itkisinə  qarşı  mübarizə  tədbirləri 
 
Təcrübə    göstərir    ki,    yatağı      orta    sukeçiriciliyə    malik  
qruntlardan  təşkil  tapan  kanal  sukeçirməyən  üzlüklə  mühafizə 
olunmamışdırsa,  bu  halda  30-100 m
3
 /san  su sərfinə  malik   ka-
nalın  1  km  uzunluğuna  düşən  infiltrasiya  itkisi  hesabi  sərfin  
0,2-0,5%-i  qədər  ola  bilər  ki, bu  itkinin də qarşısının  alınması  
məqsədilə  aşağıdakı   tədbirlər  həyata  keçirilir: 
-  kanalların  dibinə  və  yamaclarına  süni    üzlüklərin    çə-
kilməsi  (texniki  tədbir); 
- kanalların dibindəki süxurların sıxlaşdırılması, kipləşdiril-
məsi  və  hamarlaşdırılması  (mexaniki  tədbir); 
-  kanalların  yatağına  kimyəvi    maddələrlə    təsir  (kimyəvi  
tədbir). 
Kanallardan    baş    verən    su    itkisinin    qarşısının    alınması  
üçün  texniki    tədbir    kimi  kanalların    dibinə    və    yamaclarına  
polimer,  asfaltbeton,  dəmirbeton,  polimer   üzlüklər  və s.  çəki-
lir.  
Yüksək    sukeçiriciliyə    malik    qruntlarda    adətən  kanalın  
yatağına  beton, dəmirbeton  və  asfaltbeton  üzlüklər  çəkilir.  Be-
lə  üzlüklər  kanallardan  baş  verən infiltrasiya  itkisinin  qarşısını  
tam  alır. 
Qalınlığı  5-8 sm  qəbul  edilən asfaltbeton üzlüklər   univer-
sal  hesab  olunur.  Beton  üzlüklərlə  müqayisədə,  onlar yüksək  
dərəcədə  sukeçirməzliyi  və  elastikliyi  ilə  fərqlənir,  lakin  bə-


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə