Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə9/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   74

29 
 
zən  altında  inkişaf  edən  bitki  örtüyünün  təsirindən bu  örtüklər  
zədələnir. 
Asvaltbeton  üzlüklər  aşağıdakı  hallarda  istifadə  olunur:      
1)  beton    örtüyün    hazırlanması    üçün    inşaat    yerində    qum    və  
çınqıl olmadıqda;  2) inşaat  rayonunda asvaltbeton  istehsal  edən  
zavodlar  olduqda  və  60  km – dən  yaxında  yerləşdikdə;  3) la-
zımı  mexanizmlər  olduqda;  4)  inşaat  işləri  aparılacaq  rayonun  
iqlim  şəraiti  uyğun  olduqda. 
Polimer üzlük kimi polietilen,  polivinxlorid,  supervinil və  
s.  polimer  materiallar  tətbiq  olunur. Bu  məqsədlə,  əvvəlcə ka-
nalların    yatağı    hamarlanaraq    kipləşdirilir,  sonra    onun  üzərinə  
polimer  üzlük  çəkilir  və  üzəri  10-30 sm  qalınlığında  qoruyucu  
qrunt  təbəqəsi  ilə  örtülür.  Yatağı  yüksək  sukeçiriciliyə  malik  
qruntlardan  (qum,  çaqıl,  çınqıl  və  s.)  təşkil  tapmış kanallarda  
bu  üzlüyün   çəkilməsi  üçün  əvvəlcə  kanalın  dibinə 10-15 sm  
qalınlıqda  gilli  qum  səpilməlidir, daha  sonra    polimer  üzlük  
çəkilməlidir.     
Kanalların  yatağına  beton  və  dəmirbeton  üzlüklərin  çə-
kilməsi    üçün  markası    150-200  –  dən   az    olmayan  hidrotexniki  
betondan  istifadə  olunur. Beton üzlüyün  qalınlığı  (m)  kanalda-
kı  su  layının  qalınlığına  (h)  görə  təyin  edilir. Belə ki,  kanalda  
su  layının qalınlığı  h=1 m –ə  qədər  olduqda  üzlüyün  qalınlığı  
m=8-10 sm; h=1-2 m  olduqda      m=10-12 sm;  h>2 m   olduqda  
m=12 – 15 sm  qəbul  edilir.  Bu  üzlüklərdən  baş  verməsi  ehti-
mal olunan  sızmanın  qarşısının  alınması  üçün  üzlüyün  üzərinə  
yüksək  markalı  sement  təbəqəsi  çəkilir.  
Kanallardan  baş  verən  infiltrasiyanın  qarşısının  alınması  
üçün  kolmotaj  üsulu  da  tətbiq  oluna  bilər.  Bu üsulun  tətbiqi  
üçün  kanalın tikintisindən  sonra    onun su  ilə  ilkin  doldurul-
ması zamanı içərisinə suda  həll  olunmuş  gil əlavə  edilir.   Axarı 
olmayan  suda  gil  hissəcikləri  kanalın  dibindəki yüksək  sukeçi-
riciliyə    malik    süxurların    üst    layının    məsamələrinə    dolur    və  
qalınlığı  1-10 sm  olan  sukeçirməyən  qat  yaradır.  Beləliklə, ka-


30 
 
nalın  yatağındakı qruntun sukeçiriciliyi  azalır.  Bu  üsulun  qum-
lu  süxurlarda  tətbiqi  daha  səmərəli  hesab  olunur. 
Su  itkisini  azaltmaq  məqsədilə kanalın yatağındakı  qrunt-
ların  kipləşdirilməsi  üsulundan  da  istifadə  edilir.  Bunun  üçün  
laboratoriya  şəraitində  qruntun  optimal  sıxlaşma  nəmliyi  təyin  
edilir.  Bu,  qruntun  elə  nəmlik  həddidir  ki,  həmin  nəmlikdə    
üzərinə  düşən  dinamiki  yük  vasitəsilə  qruntu  maksimal  dərə-
cədə    sıxlaşdırmaq    mümkündür.    Bu    üsuldan    strukturu   pozul-
muş  və  pozulmamış - dispers  hissəciklər  iştirak  edən  qruntlar-
da (löss,  gilli  qum,  qumlu  gil,  gil)  istifadə  edilməsi  daha   sər-
fəlidir,  çünki  kipləşdirmə  zamanı  qruntun  məsamələri  tutuldu-
ğundan sukeçiricilik kəskin azalır və  kanalda  suyun  hərəkəti  za-
manı  qruntun  yuyulması  prosesi,  yəni  yatağın  deformasiyası  
azalır. 
Kimyəvi  tədbirlərdən  şüşə  məhlullarının  və  digər  kim-
yəvi  strukturyaradıcı  birləşmələrin  inyeksiya  üsulu  ilə kanalın  
yatağına  təsirini  misal  göstərmək  olar. 
 
 
 1.6.Suvarma üsulları  və  texnikası 
 
Suyun  suvarma  sahələrinə  verilməsi  və  paylanması  üsulları 
suvarma üsulları, bu məqsədlə istifadə olunan texniki vasitələr isə 
suvarma texnikası adlanır.  Suvarma texnikası  müxtəlif suçiləmə  
aparatlarından, suçiləmə və  suvarma  maşınlarından  ibarətdir. 
Kənd  təsərrüfatı  bitkilərinin  suya  olan  tələbatından,  su 
mənbəyinin xüsusiyyətlərindən, torpaq örtüyü və iqlim şəraitindən 
asılı olaraq, suvarmanın  iki  növü ayrılır: 
  1) müntəzəm suvarma
  2) bir dəfə aparılan  suvarma. 
Müntəzəm  suvarmada  kənd  təsərrüfatı  bitkilərinin  suya 
tələbatına  uyğun  olaraq,  su  mənbəyindən  tələb    olunan  miqdarda 
suvarma  suyu  sahələrə  verilir.  Suvarma  suyu  su  mənbələrindən 
suvarma  kanalları  və  boru  kəməri  vasitəsilə  öz  axımı  ilə  və  ya 


31 
 
mexaniki  üsulla  suvarılacaq  sahələrə  çatdırılır.  Belə  suvarma 
geniş yayılmışdır. 
Bir dəfə aparılan suvarma əsas yerli axın (ərimiş qar suyu), 
yaz  və  yay  daşqınları  hesabına  yığılan  sularla  aparılır.  Belə 
suvarma  ilə  yer    səthindən  1,5-2,0  m-lik      torpaq  qatında  nəmlik 
ehtiyatı yaradılır. 
Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının 80%-i 
suvarılan  torpaqların  payına  düşür.  Suvarma  suyu  torpağa  müx-
təlif üsullarla verilə bilər.  
Suvarma  üsulunun  və  texnikasının  seçilməsi  kənd   təsərrü-
fatı əkinlərinin növündən, iqlim, torpaq, relyef, hidrogeoloji şərait 
və digər amillərdən asılıdır. 
Müntəzəm  suvarmada  tətbiq  olunan  əsas  suvarma  üsulları 
aşağıdakılardır. 
 Yerüstü  suvarmanın  (səth  suvarması)  ən  mütərəqqi  üsulu 
şırımlarla suvarmadır   (şək 4). Digər suvarma üsullarından fərqli 
olaraq,  bu  üsulun  tətbiqi  zamanı  torpağın  strukturu  pozulmur  və 
az suvarma norması tələb olunur.
 
Əsasən cərgələr  üzrə  becərilən 
kənd  təsərrüfatı  bitkilərinin      (pambıq,  qarğıdalı,  bostan,  tərəvəz 
bitkiləri  və  s.)    suvarılmasında  şırımlarla  suvarma    üsulu    tətbiq 
edilir.  Üzüm  və  meyvə  bağları,  yaşıllıqlar  da  şırımlarla  suvarılır. 
Şırım    istiqamətində  yer  səthinin  mailliyi  0,002-0,02  olan    yaxşı 
hamarlanmış sahələrdə bu üsulla suvarmanın tətbiqi  əlverişlidir. 
 
    
 
Şəkil  4.  Şırımlarla suvarma  üsulu.  
 
 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə