162
meteoroloqu De lya Hir tərəfindən bulaq sularının mənşəyinin
öyrənilməsi üçün aparılmışdır.
Rusiyada ilk dəfə 1893-cü ildə P.A.Kostıçev tərəfindən
yaxşı avadanlıqlaşdırılmış (yağışölçən qurğular və kənd təsər-
rüfatı botanika bağı daxil olmaqla) Şatilov təcrübə stansiya-
sında lizimetrik qurğular quraşdırılmışdır. 1903 –cü ildə
B.M.Velbel Plotyansk kənd təsərrüfatı təcrübə stansiyasında
Odessa vilayətinin tipik qaratorpaq şəraiti üçün
metal lizimetr-
lərin bir neçə konstruksiyasını işləyib hazırlamış və quraşdır-
mış, onların iş rejimini müqayisəli öyrənmiş, pozulmuş struk-
tura malik və tökmə qruntların süzülmə qabiliyyətinin tədqi-
qatını aparmışdır.
Torpaq komponentlərinin transformasiyasında və bitki-
lərin qidalanmasında atmosfer çöküntülərinin rolunun tədqi-
qatına əsaslanan lizimetrik üsul isə ilk dəfə XVIII əsrin sonu –
XIX əsrin əvvəllərində ingilis alimi Con Dalton tərəfindən
tətbiq edilmişdir.
Azərbaycanda lizimetrik tədqiqatlar ilk dəfə 1966-cı ildə
Ə.Ə.Əlirzayev tərəfindən Muğan düzənliyində Cəfərxan təcrübə-
balans sahəsində aparılmışdır.
Ölçüsünə, formasına və materialına görə lizimetrlərin bir
neçə konstruksiyası ayrılır. Lizimetrlər silindr, kub, parallele-
piped və ya konus-qıf formasında olur. Onların divarları və dibi
sukeçirməyən (beton, metal, kərpic, plastmass) və korroziyaya
davamlı olmalıdır. Mayenin süzülməsi üçün lizimetrin dibini
filtratın yığılmasına xidmət edən boruya doğru maili düzəl-
dirlər və dibə drenləşdirici funksiya daşıyan çaqıl, çınqıl və ya
qumdan ibarət qrunt tökürlər.
Lizimetrdə suyun süzüldüyü torpaq qatının qalınlığı 20-
25 sm-dən bir neçə m-ə qədər çatır.
Müqayisəli tədqiqat üçün lizimetrlər 10 və daha çox
olmaqla, bir-birindən müəyyən məsafədə iki və daha çox cüt
sıralarda qruplar üzrə yerləşdirilir. Lizimetrlər torpağa elə
basdırılır ki, onların daxilində və xaricində torpağın səthi eyni
163
səviyyədə olsun. Süzülən suyun toplanması üçün olan qəbul-
edicilər atmosfer çöküntülərindən və temperaturun kəskin dəyiş-
məsindən etibarlı mühafizə olunan yeraltı qurğularda (dəhliz-
lər, tranşeylər, çala) yerləşdirilir.
Lizimetrlər (xüsusilə stasionar) laboratoriyalara yaxın
olmaqla elə yerləşdirilir ki, normal işıqlanma təmin olusun. Quş-
lardan, heyvanlardan qorumaq üçün isə onlar
perimetr üzrə hər
tərəfdən torla əhatə olunur.
Son illər plastik lizimetrlər daha geniş tətbiq olunur. Be-
ton və ya kərpic lizimetrlərin çoxillik təcrübələrin aparılması
üçün tətbiqi məqsədəuyğundur. Belə lizimetrlər uzunmüddətli
istifadə üçün nəzərdə tutulur. Bir qayda olaraq, bu lizimetr-
lərin səthinin sahəsi 1- 2 m
2
və hətta 4 m
2
olur.
İlk lizimetrlərdən biri 1903-cü
ildə Rusiyada Kənd təsər-
rüfatı institutunda P.F.Baranovun layihəsi əsasında qurulmuş-
dur. Betondan hazırlanan və hər birinin tutumu 1 m
3
(1x1x1 m)
bu lizimetrlər hər birində 12 ədəd olmaqla iki sırada bir-
birindən 0,5 m məsafədə yerləşdirilmişdir. Ön divarları yeraltı
dəhlizə çıxan bu lizimetrlərin arasında
beton divarlar qoyulmuş-
dur. Sıralar arasında yeraltı dəhliz düzəldirlər ki, həmin dəh-
lizlərə də lizimetrlərin hər birinin müxtəlif laylarından növbəli
filtrat qəbuledicilərilə borular çıxır.
Qeyd etmək lazımdır ki, beton lizimetrlər yalnız tökmə
qruntlar üçün sərfəlidir. Onlardan müxtəlif ölkələrin bir çox
elmi-tədqiqat müəssisələrində
müxtəlif bitkilər, gübrələr və
torpaq tipləri ilə stasionar təcrübələrin aparılması üçün isti-
fadə olunur.
Metal lizimetrlər müxtəlif formaya (silindr, kub, paralle-
lepiped) və tutuma malik olur. Onlar həm təbii, həm də tök-
mə torpaqlarla işləmək üçün tətbiq olunur. Tökmə torpaqla
təcrübədə metal listlərdən hazırlanmış və bəzən içərisi asfalt
lakı ilə örtülmüş silindrik və parallelepiped formalı lizimetr-
lər istifadə olunur. Bu lizimetrlərin dibində beton lizimetrlərdə
olduğu kimi, çınqıl və qumdan ibarət drenaj yerləşdirilir. İçə-