Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə58/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   74

204 
 
həll  olunur.  Ona  görə  də  təbii  şəraitdən  asılı  olaraq  torpağın 
duzsuzlaşmasını  lazımı  qata  və  həddə  çatdırmaq  üçün  cari  yuma 
bir neçə il  ardıcıl aparıla bilər. 
Beləliklə, cari yuma aşağıdakı hallarda aparılır: 
-meliorasiya  olunmuş,  lakin  əsaslı  yuma  aparılarkən  lazımı 
dərəcədə  duzsuzlaşdırılmamış  torpaqlarda  bitki    kökləri  yerləşən 
qatın  duzlardan  təmizlənməsi  üçün
-əvvəllər  lazımı  dərəcədə  duzsuzlaşdırılmış,  lakin  kənd 
təsərrüfatı  bitkilərinin  becərilməsi  dövründə  duzların  bitki    kökü 
yerləşən qatda toplanmasının baş verdiyi hallarda təkrar şoranlaş-
manın qarşısının  alınması üçün; 
-  torpaqlarda  təbii  olaraq  zəif  və  orta  şorlaşma  dərəcəsinin  
müşahidə olunduğu  halda; 
-kifayət  qədər  meliorasiya  olunmuş  torpaqların  vegetasiya 
dövründə duzlu  sularla suvarılması zamanı; 
-  təbii  şorlaşma  dərəcəsi  orta-  və  yüksək  olan    torpaqlarda  
kompleks meliorativ tədbirlərin həyata kecirilmədiyi  hallarda.  
Yeni  istifadəyə verilmiş və yararlı  hala  salınması  prosesi 
davam  edən  torpaqlarda  cari  yuma  hər  il,  torpağın  səpinqabağı 
becərilməsindən  əvvəl  aparılmalıdır.  Təcrübə  göstərir  ki,  cari 
yuma norması bir qayda olaraq, az qəbul edilir və onun həcmi 0-1 
və  ya  0-1,5  m  dərinlikdə  torpaq  qatının  tam  su  tutumunun  2-3 
misli  qədər  olur.  Cari  yuma  elə  muddətdə  aparılır  ki,  sahənin 
səpinqabağı  becərilməsinə  kimi  başa    çatsın.  Beləliklə,    aydın  
olur  ki,  cari  yuma    böyük    meliorativ  əhəmiyyət  kəsb  edir,  bitki  
kökü yerləşən qatın duzsuzlaşmasında əhəmiyyətli rol oynayır və 
torpağın  səpinə  hazırlanmasının  əsas  şərtlərindən  biri    hesab  
olunur. 
40 saylı şəkildə yenicə  meliorasiya olunmuş və əkin dövriy-
yəsinə    daxil    edilmiş    suvarılan    sahə  (Şirvan    düzənliyi,  Ağdaş  
rayonu)   göstərilmişdir.   
Cari  yuma  şorlaşmaya  məruz  qalan  suvarılan  torpaqlarda 
geniş  yayılmış  aqromeliorativ  tədbirdir.  Adətən  o,    payız-qış 
fəslində,  əksər  hallarda  isə  yazın  əvvəllərində  aparılır,  bu  zaman  


205 
 
sahələr  kənd  təsərrüfatı  bitkilərindən  azad    olur,  suyun  və  nəm-
lənmiş torpağın səthindən isə buxarlanma azalır, qrunt suları daha 
dərində olduğundan torpağın sərbəst həcmi daha çox olur. 
Azərbaycanın  suvarılan torpaqlarında cari  yuma, bir qayda 
olaraq, oktyabrdan – fevraladək  aparılır. Yazın əvvəllərində apa-
rılan cari yumalar aratı və  yuma təsirli suvarma rejimini də əvəz 
edir. 
 
 
Şəkil    40.  Yenicə    meliorasiya  olunmuş  və  əkin  dövriyyəsinə    əlavə 
edilmiş  suvarılan  sahə (Şirvan  düzənliyi, Ağdaş  rayonu).   
 
 
Yuma  və  cari  yuma  aparılması  nəzərdə  tutulan  torpaqların 
duzsuzlaşdırılmasının  zəruri  şərtlərindən  biri  də  həmin  sahələrdə 
çoxlu su tələb edən bitkilərin əkilməsidir. Bu  zaman elə bitkilərin 
seçilməsi lazımdır ki, yayın qızmar dövründə də  sahə əkin altında 
olsun.  Əks  halda  yer  səthindən  buxarlanma  çoxalır,  duzlar  yerin 
üst  qatlarına  doğru  yığılır,  görülmüş  meliorativ  tədbirlər  öz 


206 
 
əhəmiyyətini  itirir  və  onları  yenidən  başlamaq  lazım  gəlir.  Be-
ləliklə,  cari  yuma,  əksər  hallarda  əsaslı  yumanın  davamı  olub, 
torpaqların  meliorativ  sağlamlaşdırılması  sahəsində  meliorativ 
tədbirlərin yeni  mərhələsi kimi böyük əhəmiyyətə malikdir. 
Yuxarıdakı  tədbirlərə uyğun olaraq, cari yuma üçün payız-
qış dövründə bitkisiz olan,   lakin  yazda  əkin aparılacaq sahələr 
ayrıla bilər. Cari yuma  üçün sahənin ayrılması, yuma muddətinin, 
normasının,  texnologiyasının  və  s.  müəyyən  edilməsi  meliorativ 
vəziyyətdən  və  suvarma-təsərrüfat  şəraitindən  asılıdır.  Ona  görə 
də  torpağın  şorlaşma  dərəcəsi  məlum  olmalıdır  ki,  bunun    üçün  
də  yerli  suvarma  sistemləri  idarəsinin  son  məlumatlarından  is-
tifadə olunur. Əgər bu  məlumatların  əldə  edilməsi mümkün  de-
yildirsə,  onları bitkinin mövcud vəziyyətinə əsaslanaraq  təxmini  
təyin etmək olar. 
Cari yumaya başlamazdan əvvəl,  suvarma şəbəkəsi saz və-
ziyyətə  gətirilir,  massivin  su  ilə  təmin  edilməsi  üçün  lazımı 
tədbirlər görülür. Beləliklə, cari yuma, bir qayda olaraq, qrunt- və 
yuma sularını qəbul edib ərazidən kənara çıxara bilən, saz işləyən 
kollektor-drenaj  şəbəkəsinin  mövcud  olduğu  sahələrdə  aparılır. 
Belə yuma drenajsız sahələrdə qruntun sərbəst həcmindən istifadə 
etməklə  də  aparıla  bilər:  bunun  üçün  qrunt  suyunun    axımsız 
halında  onların  səviyyəsi  yer    səthindən  5  m-dən,  axım  olduqda 
isə  3  m-dən  aşağıda  olmalıdır.  Qrunt  sularının  səviyyəsi  3-5  m 
dərinlikdə  olan  halda  sərbəst  torpaq-qrunt  həcmindən  istifadə 
etməklə  cari  yumanı  kiçik  sahələrdə  və  kiçik  normaları  fasilə  ilə 
verməklə  aparmaq  və  qrunt  sularının  səviyyəsi  üzərində  ciddi 
muşahidə  aparmaq  lazımdır.  Drenajsız  ərazidə  qrunt  sularının 
səviyyəsi  1-3  m  olduqda  torpağın  sərbəst  həcmindən  istifadə 
etməklə cari yuma aparılması qəti qadağandır. 
Cari  yuma  üçün  əvvəlcə  mexaniki  tərkibinə,  sıxlığına, 
şorakətliyinə, qaysaq bağlamasına görə daha sərfəli olan torpaqlar 
ayrılmalıdır.  Belə  torpaqlarda  suyun  sızma  qabiliyyəti  və  duz-
suzlaşma daha yüksək, şorlaşma və şorakətlik dərəcəsi aşağı, təbii 
drenləşmə dərəcəsi   yüksək olur. 


207 
 
Sahələr  yumaya  aşağıdakı  ardıcıllıqla  hazırlanmalıdır.  Tar-
ladan  məhsul  yığılandan  sonra  ilk  növbədə  sahə  pambıq  çöp-
lərindən, küləşdən və alaq otlarının qalıqlarından təmizlənir. Kol-
lektor-drenaj  şəbəkəsinin  texniki  vəziyyəti  yoxlanılır.  Açıq  kol-
lektorlar  və  drenlər  layihə  dərinliyində  olmalı,  onların  yamacları 
alaq  otlarından  təmizlənməlidir.  Həmçinin  yamacların  uçması 
nəticəsində onların məcrasında yaranmış maneələr, torpaq bəndlər 
və s. təmizlənməlidir ki, cari yuma aparılan zaman qrunt və yuma 
sularının  maneəsiz  axımına  imkan  yaransın.  Açıq  və  qapalı 
drenlərin  mənsəbləri  su  ilə  basdırılmamalı,  onlardan  gələn  su 
sərbəst  olaraq  sutoplayıcıya    tökülməlidir.  Qapalı  drenlərin  mən-
bəyindən  mənsəbinə  kimi  sərbəst  axın  olmalıdır.  Bunu  baxış 
quyuları vasitəsi ilə müəyyən etmək mümkündur. Baxış quyuları 
saz halda olub, sərbəst axını təmin etməlidir. 
Muşahidə  olunan  çatışmazlıqlar  torpaqların  yuyulması 
başlananadək ləğv edilməlidir. 
Vegetasiya  suvarmaları  nəticəsində  torpağın  bərkimiş  üst 
qatını yumşaltmaq, suvarma şırımını ləğv etmək və nəhayət, cari 
hamarlama işləri aparmaq məqsədi ilə sahədə 22-25 sm dərinlikdə 
şumlama  aparılır.  Şum  eyni  dərinlikdə  olmalı,  sahədə  yumşal-
dılmamış  hissələr  qalmamalıdır.  Şumlamadan  sonra  cari  hamar-
lama işi aparılır, hamarlama nəticəsində dik  yerlərdən şumlanmış 
torpaqlar  ətrafa  yayıdılır,  alçaq  yerlərdə  isə  torpaq  yumşaq  halda 
qalır.  Ona  görə  də  tirələrin  çəkilməsi  çətinləşir.  Yumanın  səmə-
rəsini  artırmaq  məqsədi  ilə  cari  hamarlama  başa  çatdırıldıqdan 
sonra, tarla 22-25 sm dərinlikdə təkrar şumlanır. 
Mexaniki  tərkibinə  görə  ağır  olan  torpaqlarda  adi  şum 
əvəzinə dərin şum (60-80 sm), yaxyd dərin yumşaltma işi (60-80 
sm) aparılmalıdır. Daha ağır olan torpaqlarda dərin yumşaltma iki 
istiqamətdə  (eninə  və  uzununa)  aparılmalıdır.  Torpaq  kəsilişində 
duzlar  30  sm-dən  aşağı  qatlarda  yerləşdikdə    dərin  şum  aparmaq 
məqsədəuyğun  deyildir,  bu halda layı çevirmədən dərin yumşalt-
ma aparmaq lazımdır. 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə