245
üçün əlavə meliorativ tədbir kimi drenaj şəbəkəsinin tikilməsi bu
şərtlərə görə əsaslandırılmışdır.
Son illərin rejim müşahidə işlərinin nəticələri Qarabağ
düzənliyinin 75-85%-dən artıq sahəsində qrunt sularının səviy-
yəsinin il ərzində 1,2-1,5 m-dən aşağı düşmədiyini, vegetasiya
dövründə isə hətta 0,5-1,0 m səviyyədə qərarlaşdığını göstərir.
Qarabağ düzənliyində 89,7 min ha sahədə qrunt suları 1-3 m, 34,2
min ha sahədə 3-5 m və 85,8 min ha sahədə isə 5 m-dən dərində
təşəkkül tapmışdır; 105,9 min ha sahədə qrunt sularının mineral-
laşması 1,0 q/l-dən az, 68,7 min ha sahədə 1,0-3,0 q/l və 35,1 min
ha sahədə isə 3,0 q/l-dən böyük hədlərdə dəyişir. Qarabağ
düzənliyində suvarılan sahələrin 41,5 min ha-ı (o cümlədən, 15,2
min ha-ı qrunt sularının buraxıla bilən yatım dərinliyinə, 6,6 min
ha-ı torpaqların şorlaşması və 19,7 min ha-ı qrunt sularının bu-
raxıla bilən yatım dərinliyinə və torpaqların şorlaşması amil-lə-
rinin birgə təsirinə görə) qeyri-qənaətbəxş vəziyyətdədir (cəd. 45).
Qarabağ düzənliyində torpaqların meliorativ vəziyyətinin
yaxşılaşdırılması üçün zəruri tədbirlərin əsaslandırılması.
Azərbaycan Respublikasının ümumi ərazisinin 4,51 mln ha-ı
kənd təsərrüfatı altında istifadə oluna bilər ki, onun da 3,2 mln
ha-ı suvarmaya yararlı torpaqlardır.
Respublikada kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün
əsas baza sayılan Kür-Araz düzənliyinin tərkib hissələri olan Mil,
Muğan və Qarabağ düzənliklərinin yerləşdiyi coğrafi şərait və
iqlim xüsusiyyətləri burada suvarmanı şərtləndirən əsas amil-
lərdən sayılır.
Tədqiqat ərazisində suvarılan torpaqların meliorativ vəziy-
yətinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatların ilkin
nəticələrindən məlum olur ki, BMMK-nun təsir zonası boyunca
ayrı-ayrı suvarma massivləri üzrə mövcud meliorativ vəziyyət bir-
birindən kifayət qədər fərqlənir. Bu nöqteyi-nəzərdən hər bir
suvarma massivinin konkret səciyyəvi torpaq-meliorativ xüsusiy-
yətləri nəzərə alınmaqla müvafiq tədbirlər sistemi hazırlanmalıdır.
246
Cədvəl 45
Qarabağ massivi üzrə torpaqların
hidrogeoloji- meliorativ vəziyyəti
Göstəricilər / Bölgələr
Yevlax
Bərdə
Ağdam
Tərtər
Suvarılan sahələrin yeraltı suların yatım dərinliklərinə görə bölünməsi, ha:
1,0 m
4016
1335
225
550
1,0-1,5 m
2000
4800
405
1090
1,5-2,0 m
8110
9700
496
1005
2,0-3,0 m
14070
29325
4922
7760
3,0-5,0 m
8708
9417
2190
4655
5,0 m
9210
2815
40100
17760
Kənd təsərrüfatına yararlı suvarılan torpaqların şorlaşma dərəcəsinə görə
bölünməsi (0-100 sm-lik torpaq qatında), ha:
-şorlaşmış
25475
51000
31050
21110
-zəif şorlaşmış
1315
10405
6085
-orta şorlaşmış
9596
3653
5293
4610
-güclü və çox güclü şor-
laşmış
9130
1913
1424
1590
1015
Kənd təsərrüfatına yararlı suvarılan torpaqların şorakətlik dərəcəsinə görə
bölünməsi (0-100 sm-lik torpaq qatında), ha:
-şorakətsiz
22195
42510
40120
25210
-zəif şorakətli
23820
13292
7110
5795
-orta və şiddətli şorakətli
99
1590
1108
1815
Suvarılan sahələrin meliorativ vəziyyətinin yeraltı suların yatım dərinliyinə
və torpaqların şorlaşma dərəcəsinə görə qiymətləndirilməsi, ha:
-yaxşı
2878
6300
25355
12900
-kafi
24100
38085
21758
12580
-qeyri-kafi, o cümlədən:
19136
13007
1225
7340
-yeraltı suların buraxıla bi-
lən yatım dərinliyinə görə;
10410
2205
-
2550
-torpaqların
şorlaşmasına
görə;
2563
1590
620
1000
- yeraltı suların buraxıla bi-
lən yatım dərinliyinə və
torpaqların
şorlaşmasına
görə
6163
9212
605
3790
Əsalı hamarlama işləri
6000
5000
4800
2500
247
Qarabağ düzənliyində kənd təsərrüfatına yararlı suvarılan
torpaqların ümumi sahəsi 209,7 min ha təşkil edir və suvarılan
sahələrin 66,4 min ha-ı (o cümlədən, 58,4 min ha qapalı)
drenləşdirilmişdir. Düzənlikdə suvarılan torpaqların 61,7 min
hektarı müxtəlif dərəcədə şorlaşmışdır (o cümlədən, 31,2 min
hektarı zəif, 23,9 min hektarı orta, 6,6 min ha-ı güclü və çox güclü
şorlaşmış). Bu torpaqlarda məhsul itkisi, orta hesabla, 70% təşkil
edir. Bu isə minlərlə ha sahədən məhsul yığımının sıfra bərabər
olması anlamına gəlir.
Torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün
Qarabağ massivi digərləri ilə müqayisədə özünəməxsus olub, daha
çox əlavə meliorativ tədbirlər görülməsini tələb edir. Perspektivdə
suvarılan torpaq sahələrinin münbitliyini artırmaq və həmin sa-
hələrdə əkilən kənd təsərrüfatı bitkilərindən yüksək məhsul
götürülməsini təmin etmək üçün böyük həcmdə meliorativ tədbir-
lərin həyata keçirilməsi tələb olunur. Suvarılan torpaqların melio-
rativ vəziyyətini yaxşılaşdırmaq üçün bir tərəfdən mövcud melio-
rasiya və su təsərrüfatı fondlarının bərpası və təzələnməsi, digər
tərəfdən isə yeni meliorasiya obyektlərinin tikilməsi kimi işlərin
həyata keçirilməsi vacibdir.
Aparılmış çoxillik təcrübi tədqiqatlar əsasında AzETH və
Mİ EİB tərəfindən Kür-Araz düzənliyi torpaqlarının meliorasiyası
ilə əlaqədar olaraq, drenajın tipi və parametrlərinə görə ərazinin
rayonlaşdırılması işləri aparılmışdır. Bunun əsasında ərazidə
torpaq-meliorativ və hidrogeoloji şəraiti, şorlaşmanın dərəcəsi və
tipi təxminən eyni olan 12 kateqoriya üzrə torpaq sahələri
müəyyənləşdirilmişdir. Eksperimental tədqiqatlar əsasında əldə
olunan materiallar əsasında hər bir kateqoriyalı sahə üçün drenaja
aid tövsiyələr işlənib hazırlanmışdır. Bütün torpaq kateqoriyaları
üçün daimi drenaj tövsiyə olunmuşdur. Drenlərarası məsafələr
qrunt sularının səviyyəsinin qalxmasının qarşısının alınması nə-
zərə alınmaqla, torpağın mexaniki tərkibi və süzülmə əmsalına
müvafiq olaraq təyin edilmişdir. Bu şətlər daxilində Baş Mil-
Dostları ilə paylaş: |