Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə29/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   74

114 
tərkibində  səpələnmiş gips  və  karbonat duzlarını  həll  edir  və 
su  ilə    süxur    arasındakı    mütənasibliyi    pozur.  Kalsium  məhlul 
halına  keçərək  süxurun  tərkibindən  natriumu  adsorbsiya  pro-
sesi nəticəsində sıxışdırıb  çıxarır. Nəticədə  sulfatlı–natriumlu  və 
hidrokarbonatlı–natriumlu    sular  meydana  çıxır.  Xlorlu–natrium-
lu  və  xlorlu–maqneziumlu–natriumlu  tiplər  təzyiqli  sular  üçün 
xarakterikdir. Bu  bir daha qrunt sularının kimyəvi tərkibinin  mü-
əyyən  dərəcədə  təzyiqli  suların  təsiri ilə  formalaşdığını  təsdiq  
edir. 
Cədvəl 13 
Muğan  düzənliyi  üzrə  müxtəlif  dövrlərdə  qrunt  sularının  
kimyəvi tərkiblərinin  dinamikası  və  minerallaşma 
dərəcəsinin  dəyişmə  hüdudları ( 75% təminatla ) 
Suların 
hidrokimyəvi 
tipləri 
V  - 1983 
V  - 1990 
V  - 1995 
V  - 2000 




Hk – K ( H ) 



1 – dən kiçik 
Hk – C - H ( K ) 



1 – 2 
C – Hk – H ( M ) 


3 – dən kiçik 
2 – 3 
C – H 

3 – dən 
kiçik 
3 – 5 
3 – 7 
X – C – H 

3 – 7 
5 – 10 
7 – 10 
X – C – M – H 
3 – dən 
kiçik 
7 – 10 
10 – 20 
10 – 15 
C – X – M – H 
3 – 10 
10 – 20 
20 – 25 
15 – 20 
X – H 
10 – 20 
20 – 25 
25 – 50 
20 – 25 
X – M - N 
20 – dən 
böyük 
25 – dən 
böyük 
50 – dən 
böyük 
25 – dən böyük 
H
k
 – HCO
3
, C – SO
4
, X – Cl, K – Ca, M – Mg, H – Na 
Qrunt  sularının  kimyəvi  tərkibi  üzrə  4 tip  ayrılmışdır: 
dərinlik  mənşəli  xlorlu–kalsiumlu  sular  ərazinin  praktiki  ola-
raq  heç  bir  meliorativ  tədbir  aparılmayan  cənub  hissəsində; 


115 
dəniz  mənşəli  xlorlu–maqneziumlu  sular–şərq  hissədə; allüvial 
mənşəli hidrokarbonatlı–natriumlu  sular  çay  arteriyaları  boyun-
ca, irriqasiya  mənşəli  sulfatlı–natriumlu  sular  isə  mərkəz  his-
sədə    intensiv    irriqasiya–meliorativ    tədbirləri    həyata    keçirilən 
sahələrdə  yayılmışdır.  
İrriqasiya–meliorativ  tədbirlərin  təsiri  ilə  müxtəlif  sahə-
lərdə  suların kimyəvi  tərkibinin  dəyişməsini  xarakterizə  etmək, 
duzların toplanma  mənbəyini  müəyyənləşdirmək  və  şaquli  hid-
rogeokimyəvi  zonallığı  təyin  etmək  üçün  hidrokimyəvi  profil-
lər  tərtib  olunmuşdur. 
Hidrokimyəvi  sxem  və  profillərin  birlikdə  analizi  nəti-
cəsində  məlum  olur  ki, uzun  müddət  suların  genezisi  eyni  və  
dəyişməz    olmuş,  habelə    suların    duz    tərkibinin    həm    planda, 
həm  kəsilişdə  dəyişmə  xarakteri  eyni  olmuşdur.  
Vertikal  üzrə  duz  tərkibi  hidrokarbonatlı–sulfatlı  tipdən 
sulfatlı–natriumlu    və    sulfatlı–xloridli,  daha    sonra    isə    xlorlu–
natriumlu  tipə  qədər dəyişir: qrunt  sularının  minerallaşmasının 
formalaşması  proseslərində  kifayət  qədər  böyük  qeyri– bəra-
bərlik  10–15 m  dərinliyə  qədər (hansı  ki, suların tərkibi  stabil 
deyil)  qeyd  olunur. 10–15 m-də  dərində  yatan  suların  tərkibi  
daha  çox  xloridlidir. Buna  səbəb  dərində  yatan  təzyiqli  sulu 
horizontların  təsiridir. Dərinlik  suları  isə  buxarlanma, sedimen-
tasiya,  qələvidə  yuyulma və  uzun  müddət  qarışma  prosesləri  
nəticəsində  öz  tərkibini  dəyişir (xloridli–natriumlu  sular). 
Muğan    düzənliyinin    hidrogeoloji-meliorativ    şəraitində  
2000-ci  ildən  inşasına  başlanılan  Baş  Mil–Muğan  Kollektoru 
(BMMK) əsaslı  rol  oynayır. Bu  kollektor  aerasiya  zonası  tor-
paqlarının  şorlaşma, qrunt  və  drenaj  sularının  isə  minerallaş-
ma  dərəcəsinin  azalmasını, qrunt  sularının  səviyyəsinin  aşa-ğı  
salınmasını  təmin  edir. 
BMMK–nun  təsir  zonasında  Şimali  Muğanda  Cəfərxan  
kollektoru (xidmət  sahəsi (x/s)-8 min ha), II  Kürboyu  kollektor 
(x/s–15  min  ha),  I    Kürboyu    kollektor  (x/s–11  min  ha),  Sabir  
adına  kollektor (x/s–17  min  ha), Aşağı  Muğan  kollektoru (x/s–


116 
15  min    ha),  Sağ    sahil    kollektoru  (x/s–12    min  ha),  Sol  sahil  
kollektoru  (x/s–11  min  ha),  Cənub–Şərqi    kollektor  (x/s–4    min 
ha) ,  K–1-1  kollektoru (x/s-16  min ha),  bilavasitə  BMMK (x/s-
13  min ha); Salyan  düzənliyində  Şimali  Akuşa  kollektoru  (9 
min ha), Kürboyu  kollektor (x/s–7  min ha),  Cənub–Qərbi  kol-
lektor (x/s–8 min  ha) fəaliyyət  göstərir.  Muğan–Salyan  düzənli-
yində  hazırda  BMMK  220  min  ha  sahəyə  xidmət  edir  və  74 
m
3
/san  sərf  ilə  qrunt  sularını  dənizə  axıdır. 
Tədqiqat dövründə hər ay  kollektorlardan  ayrı–ayrı  mən-
təqələr   üzrə    götürülən    su    nümunələri   tam   analiz   edilmişdir. 
Nəticədə    məlum    olmuşdur    ki,  suyun    kimyəvi    tərkibi    əksər  
hallarda    sabit    qalmışdır.  Analizin    təhlili    göstərir    ki,  demək 
olar  ki, bütün  məntəqələrdə  suyun  tərkibi  xlorlu–maqnezium-
lu–natriumlu,  xlorlu–natriumlu,  bəzən    sulfatlı–xlorlu–natriumlu-
dur. 
Suların minerallaşma  dərəcəsinin  10 il  ərzində  azalması-
na  baxmayaraq, kimyəvi  tərkibi  praktiki  olaraq  dəyişməmişdir. 
Müşahidələr  göstərir  ki, minerallaşma dərəcəsi  yerüstü  suların  
rejiminə  uyğun  olaraq  dəyişir. 
Yerüstü  suların (suvarma  və  yağış  suları) rejimində  sə-
viyyənin  maksimum qiyməti  aprel-may, minimum  qiyməti  isə  
yanvar–fevral  aylarında  müşahidə  olunur. Bu  qanunauyğunluq  
yalnız  kollektorun  təsir  zonasında   yerləşən  qrunt  sularının  re-
jiminə  aiddir. 
Ərazinin hidrogeroloji-meliorativ  şəraitində  drenajın  fəa-
liyyəti  ilə  bağlı bir   sıra müsbət  dəyişikliklər  müşahidə  olun-
muşdur. Belə  ki, 2004–cü  ildən  2014–cü  ilə  qədər  kollektorun  
fəaliyyəti  ilə  əlaqədar  qrunt  suyu  səviyyəsi  65 sm aşağı  düş-
müşdür (H=G-Ç:10000

), m; burada: H–qrunt  suyu  səviyyəsi, 
m, G=6190 m
3
/ha-qrunt  suyu  balansının  gəlir  hissəsi, Ç=2980 
m
3
/ha-qrunt    suyu  balansının  çıxar  hissəsi, 

=0,1  -  aerasiya 
zonası süxurlarının  nəmlik  çatışmazlığı  əmsalı). 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə