Мүәллиф сөзү



Yüklə 1,5 Mb.
səhifə1/13
tarix14.06.2018
ölçüsü1,5 Mb.
#49096
  1   2   3   4   5   6   7   8   9   ...   13

Müəllif sözü


Müasir əsrimizdə dünyada böyük bir dəyişiklik və irəliləyişə sahibik. Bu dəyişiklik ən möhtəşəm və səmavi dinlərdən olan İslam dinindən qaynaqlanır.

İslam dini hazırki əsrdə yeni bir dirçəliş və tərəqqiyə qədəm qoymuşdur. Dünya müsəlmanları ayılaraq, öz əslinə, kökünə qayıdıb, cavabsız qalmış problemlərin həllini İslam tə`limlərində axtarırlar.

Bəs bu dəyişikliklərin səbəbi nədir? Bu sualı ayrıca bir bəhsdə, müstəqil şəkildə araşdırmaq lazımdır. Ən əhəmiyyətlisi budur ki, biz İslamda yaranan bu qığılcımları, dəyişiklikləri bütün müsəlman ölkələrində müşahidə edirik. Elə bu səbəbdən də, dünya xalqları İslamın nə dediyini, nə kimi yeniliklər bəxş etdiyini anlamaq istəyirlər. Belə bir əhəmiyyətli və həssas bir zamanda bizim vəzifəmiz İslamı olduğu kimi, sadə ibarələrlə xalqa çatdırmaq, olduqca ali elmi terminlər və başa düşülməsi çətin olan kəlmələrdən istifadə etmədən, İslamı insanlara öyrətməkdir.

Bu yolla biz, İslamdan düzgün məlumatı olmayan digər şəxslərin bizim əvəzimizdə, dini əqidəmiz barəsində qərəzli şəkildə söz söyləməsinə, yanlış fikir yürütməsinə mane ola bilərik.

İnkar ediləsi deyildir ki, İslam dini digər dinlər kimi müxtəlif məzhəblərə bölünmüşdür. Və bu məzhəblər bir sıra əqidəvi və əməli məsələlərdə bir-birindən fərqli xüsusiyyətlərə malikdirlər. Amma bu təfavötlərin heç birisi müsəlmanların vəhdətinə mane olacaq həddə deyildir. Doğrusu, müsəlmanlar qarşılıqlı anlaşma və səmimiyyət yolunu seçərək, vahid bir ümmət şəklində Şərq və Qərbdən gələn qorxunc tufanların müqabilində dayana bilərlər.

Birlik və qardaşlıq yolunu seçən müsəlman xalqı öz müştərək müxaliflərinə çirkin niyyətlərini yerinə yetirməsinə yol verməməlidir.

Bütün bu söylədiklərimiz yalnız bir sıra qanunların riayət olunması ilə sıx bağlıdır. Onların ən əhəmiyyətlisi isə İslam məzhəblərinin bir-birini yaxşı tanıması, onların hər birinin hansı xüsusiyyətlərə malik olduğunu, olduğu kimi dərk etməsidir. Çünki müsəlman firqələri arasında qarşılıqlı anlaşma və etimad yalnız narahatlıqlara son qoyduqdan, bir-birlərini olduğu kimi tanıyaraq müxtəlif anlaşılmazlıqları aradan qaldırdıqdan sonra mümkündür. Deməli, bu məqdəs uğrunda ən doğru seçim, hər bir məzhəbin İslam dinindin əsli və fəri məsələlərində olan əqidəsini, yalnız və yalnız onların tanınmış, məşhur alimlərindən öyrənməkdir. Çünki hər hansı bir məzhəbin əqidəsini yanlış anlayan kəslərdən, yaxud onların müxaliflərindən və səlahiyyətsiz şəxslərdən öyrəniriksə bir-birimizi düzgün tanımayaraq, nəticədə yersiz düşmənçilik və dostluqla üzləşərək xoşagəlməz sonluğa düçar ola bilərik. Və bu da, ayrılıq, təfriqə, çəkişmə və şübhəsiz narahatlıqlara gətirib çıxara bilər. Bütün bunlara əsasən biz bu kitabda müxtəsər olaraq sizi İslam məzhəblərindən biri olan şiə məzhəbinin İslamın əsli və fəri məsələlərində malik olduğu xüsusiyyətlərlə tanış edəcəyik. Beləliklə “BİZİM DİNİ ƏQİDƏMİZ” kitabı aşağıdakı xüsusiyyətlərə malikdir:

1. Lazım olan mətləblərin qısa və müxtəsər şəkildə bəyanı, əziz oxucuları müxtəlif kitabları araşdırmaq zəhmətindən xilas etmişdir.

2. Bəhslərin aydın və sadə şəkildə açıqlanması, yalnız elmi hövzə mühitlərində yararlı olan kəlmələrin işlədilməməsi, bununla belə lazımi midarda bəhslərin dərinliyi qorunub saxlanılmışdır.

3. Təqdim olunan kitabda məqsəd, yalnız sizi şiə əqidəsilə tanış etməkdir. Elə bu səbəbdən də, bir çox sübut və dəlillərdən istifadə olunmamışdır. Yalnız bir neçə yerdə imkan dairəsində Qur`ani-kərimdən bəzi ayələr, sünnə və əqli dəlillərə olduqca məhdud şəkildə yer verilmişdir.

4. Əqidələr olduğu kimi əsk etdirilmişdir. Heç bir tərəfkeşliyə, gözəl cilvələndirməyə və qapalılığa yol verilməmişdir. Bir sözlə məqsəd həqiqətləri olduğu kimi bəyan etməkdir.

5. Digər məzhəblərə son dərəcədə hörmət və ehtiramla yanaşılmışdır.

Əziz oxucu, gördüyünüz kitab, yuxarıda qeyd olunan nöqtələrə riayət edilməklə, Müqəddəs Həcc səfərində, ruhların ilahi eşqi ilə cəlalandığı səfalı bir ziyarət zamanı hazırlanmışdır. Sonra isə müxtəlif iclaslarda bir qrup alimlərin bəhs və araşdırması ilə təkmil edilərək tamamlanmışdır. Ümidvarıq ki, bu xeyirxah əməl söylənilən hədəflərə yetişməklə birgə, bizim üçün qiyamət gününün azuqəsi hesab olunsun. Elə buradaca əllərimizi uca və qüdrətli Xaliqin dərgahına qaldıraraq belə dua edirik:

“İlahi, biz sənin bizləri imana dəvət edən nidanı eşitdik ki: Öz Allahınıza iman gətirin! Və biz də iman gətirdik. İlahi, bizim günahlarımızı bağışla! Pis əməllərimizi ört! Bizi yaxşılarla birgə bu dünyadan apar!”


Məhərrəm ayı-1417 hicri qəməri.

Qum-“Əmirəl-möminin” mədrəsəsi Ayətullah Nasir Məkarim Şirazi.


Birinci fəsil




Allahşünaslıq və tövhid



1-Uca Allahın Varlığı


Biz, Allah-təalanın bütün varlıqları yaratdığına və başqa sözlə desək, Onun varlıq dünyasının yaradanı olduğuna inanırıq, Onun Əzəmətli, Elmi və Qüdrətinin əsərləri dünyanın bütün varlıqlarında aşkar olmuşdur. Uca Yaradanın əzəməti, elmi və qüdrəti bizim vücudumuzda (həmçinin fitrətimizdə), canlılar və bitkilər aləmində, səmanın bitib-tükənməyən ulduzlarında və daha yüksək aləmlərdə, bir sözlə hər yerdə aşkardır.

Biz inanırıq ki, gördüyümüz bu böyük dünyanın varlıqlarının sirləri barəsində daha çox fikirləşək, Onun pak Zatının əzəmətinə, elm və qüdrətinin sonsuz olduğuna bir o qədər agah olarıq. Müxtəlif kəşf və ixtiralarla və elmin inkişafı ilə, həqiqətdə Allahın elm və hikmətinin yeni-yeni qapıları bizim üzümüzə açılır. Bəşərin Allah barəsində düşüncəsi və etiqadı artaraq yeni-yeni elmi kəşflər edir. Belə ki, təbiətin bir çox sirlərinə agah olduqda, istər istəməz onun yaradanı barəsində fikirləşir, Onun pak zatının əzəməti və elminin qüdrətinin, geniş olduğunu heyranlıqla etiraf edirik. Bu təfəkkür bizim Allaha olan eşqimizi gün bəgün artırır, bununla da, Ona daha çox yaxınlaşdıraraq, tükənməz Cəlal və Cəmal sifətlərinin nuruna boyayır. Qur`ani-kərim buyurur:

“Yer üzərində inam, yəqin axtaran kəslər üçün nişanələr, ibrətlər vardır. Və sizin öz vücudunuzda da, nişanələr mövcuddur. (məgər) Görmürsünüzmü?” (Zariayat, 20-21)

Ali-İmran surəsinin 90-91-ci ayələrində buyurulur: Şübhəsiz, yerin və göylərin yaradılışında və gecə-gündüzün gəlişində ağıl sahibləri üçün nişanələr vardır. Onlar ayaq üstə, oturan halda, böyürləri üstə yatarkən Allahı zikr edib (hər vaxt Onun barəsində fikirləşərlər), göylərin və yerin yaranışını təfəkkür edər və deyərlər: “Ey Rəbbimiz, bu dünyanı boş-boşuna yaratmamısan.”




Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə