Məlumat bülleteni



Yüklə 23,67 Kb.
tarix21.06.2018
ölçüsü23,67 Kb.

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi


AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN TARİXİ


Ədəbiyyat bülleteni

Bakı-2013

Azərbaycan Xalq Cümhuriyyəti haqqında məlumat verən bir çox nəşrlər vardır ki, onlar geniş oxucu kütləsinə yaxşı tanışdır. İlk müstəqil respublikamız haqqında kitablara Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının fondunda da rast gəlmək olar. Azərbaycan Xalqının 1918-1920-ci illərdə istiqlal mübarizəsini əks etdirən məlumatlar hazırladığımız ədəbiyyat bülletenində öz ifadəsini tapmışdır.

Bülletendə hər nəşrin biblioqrafik təsviri və haqqında ətraflı məlumat verilmişdir. Bu məlumatlardan istifadə etməklə həmin kitabları kitabxanadan götürmək mümkündür.


1. Azərbaycan Milli Ensiklopediyası / Baş redaktor M.Kərimov.-Bakı, Azərbaycan Millli Ensiklopediyası Elmi Mərkəzi, 2007.-882 s.

Azərbaycan Milli Ensiklopediyasının “Azərbaycan” cildi bütövlükdə Azərbaycan Respublikasına həsr olunmuşdur. Burada Azərbaycanın dünəni ilə yanaşı, bu günü, müasir tarixi ilə bağlı müxtəlif məqalələr toplanmışdır. Ölkəmizin XX əsr taqrixinə işıq salmış Azərbaycan Xalq cümhuriyyətinin tarixi haqqında da məlumat verilir, dövlət quruculuğunun bütün mərhələlərinə nəzər salınır.


2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cilddə. C.I / Baş redaktor Y.Mahmudov.-Bakı, Lider, 2004.-440 s.

Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının I cildi Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün mərhələlərini əhatə edir. Azərbaycan xalqının istiqlal mübarizəsi və ictimai-fikir tarixinin ən mühüm məqamlarını işıqlandırır, XX əsrin ilk rübündə Azərbaycan azadlıq hərəkatının ən görkəmli nümayəndələrinin həyatı və fəaliyyəti haqqında məlumat verir.


3. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cilddə. C.II / Baş redaktor Y.Mahmudov.-Bakı, Lider, 2005.-472 s.

Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının II cildində Cümhuriyyət tarixinin ayrı-ayrı məsələləri haqqında məlumat verilir, müstəqil dövlət yaratmaq uğrunda Azərbaycan Xalq Cümhuriyyətinin apardığı mübarizə və yürütdüyü siyasət öz əksini tapır və təhlil olunur.


4. Azərbaycan tarixi. 7 cilddə. C.5.-Bakı, Elm, 2008.-693 s.

“Azərbaycan tarixi”nin 5-ci cildinə XX yüzilliyin son dərəcə mühüm olan hadisələrin daxil olduğu tarixi proseslər işıqlandırılmışdır. Bu nəşr 1900-1920-ci illəri əhatə edir. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə nəticələnən milli-azadlıq hərəkatından geniş bəhs edilir. Kitabın “VI-Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi”, “VII-Azərbaycanda milli dövlətçiliyin bərqərar olması”, “VIII-Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti”, “XI-Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi siyasəti”,”X-Azərbaycan Xalq Cümhuriyyətində mədəni quruculuq”, “XI-Azərbaycan Xalq Cümhuriyyətinin süqutu” fəsilləri oxucunu Şərqin ən mükəmməl müstəqil dövlət quruculuğu ilə tanış edir.


5. Aərbaycanda Demokratik Respublikası: Məqalələr toplusu.-Bakı, Azərnəşr, 1992.-191 s.

Kitaba Azərbaycan Xalq Cümhuriyyətinə dair Azərbaycan Respublikası Elmlər Akademiyasında çalışan alimlərin müxtəlif məqalələri toplanmış və bunların əsasında da həmin dövrün dolğun mənzərəsi yaranmışdır. Burada Y.Qarayev, Ə.Məirəhmədov, A.Balayev, V.Quliyev, N.Nəsibzadə, A.Rüstəmov, S.Vəliyev kimi görkəmli elm xadimlərinin adlarına rast gəlinir.



6. Azərbaycan Demokratik Respublikası: Azərbaycan hökuməti (1918-1920).-Bakı, Gənclik, 1990.-96 s.

Kitab Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı və mövcud olduğu tarixi şəraitin şahidi olmuş və həmin dövrdə yaşamış tanınmış şəxsiyyətlərin haqqında yazılmış məqalələrin əsasında hazırlanmışdır. İlk müstəqil dövlətimizin rəhbəri M.Ə.Rəsulzadə və bu hökumətin nazirləri sırasına daxil olmuş nümayəndələri-Fətəli Xan Xoyski, Nəsibbəy Yusifbəyli, Əliağa Şıxlinski, Səmədbəy Mehmandarov, Əlimərdan bəy Topçubaşov və digərləri haqqında məlumat verilir. Bu nəşrə toplanmış məqalələr 1988-1990-cı illərdə “Ədəbiyyat və incəsənət”, “Odlar yurdu” qəzetlərinin səhifələrində nəşr olunmuşdur.


7. Azərbaycan Xalq Cümhuriyyəti-90: (1918-1920): Biblioqrafiya.-Bakı, 2008.-266s.

AXC haqqında tərtib olunmuş bu biblioqrafik göstərici ADR-in yaranmasını, fəaliyyətini, süqutunu, onun ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətini əhatə edir. Göstərici 1918-2008-ci ilə qədər olan dövrü əhatə edir. Burada kitablar, dövri mətbuatda və məcmuələrdə çıxan məqalələr, avtoreferatlar toplanmışdır.



8. Aşırlı, A. Cümhuriyyət dövrü mətbuatında Qafqaz İslam Ordusu.-Bakı, Nurlan, 2007.-185 səh.

Kitab 1918-1920-ci illərdə xalqımızın istiqlal tarixində mühüm rol oynamış, Azərbaycanı dövlət müstəqilliyinə qovuşdurmuş Qafqaz İslam Ordusundan, onun hərb meydanında göstərdiyi fədakar xidmətdən söhbət açır. Qafqaz İslam Ordusu haqqında ideoloji-siyasi yanaşmalar həmin dövrün mətbuat səhifələrində öz əksini tapmış məqalələrin bir qismi bu nəşrdə toplanmış və onların ətraflı izahı verilmişdir.


9. Baykara, H. Azərbaycan istiqlal mübarizəsi tarixi. - Bakı, Azərnəşr, 1992.-276 s.

Kitab müstəqil Azərbaycan Xalq Cümhuriyyəti dövründən bəhs edir. Burada Cümhuriyyətin yarandığı ərəfədəki ictimai-siyasi şərait təhlil edilir, Azərbaycan oxucusuna qaranlıq qalan bəzi məsələlərə aydınlıq gətirilir.



10. Nəzirli, Ş. 1920-ci ildə Qarabağ döyüşləri.-Bakı, 2009.-480 səh.

Yazıçı-publisist Şəmistan Nəzirlinin bu kitabında general Murad Gəray bəy Tlexas, general Həbib bəy Səlimov, general-leytenant Məmməd bəy Sulkeviç, general Hüseyn xan Naxçıvanski və digərlərindən söhbət açılıb, o cümlədən Azərbaycan sərkərdələrinin Port-Artur, Birinci dünya müharibəsi və 1920-ci illərin mart ayında daşnaq ermənilərinə qarşı aparılan ölüm-dirim döyüşləri, həmin dövrün bir sıra tarixi faktları haqqında məlumat verilib.



11. Paşayev, A. Cümhuriyyət parlamentinə gedən yol. - Bakı, Adiloğlu, 2005.- 88 s.

Milli Arxiv İdarəsinin fondunda olan Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası və Azərbaycan Milli Şurasının tarixinə dair sənədklər əsasındac”Zaqafqaziya Seymində müsəlman fraksiyası”, “Azərbaycan Cümhuriyyətinin Milli Şurasının Tiflis və Gəncə dövrü fəaliyyəti” “Azərbaycan Milli Şurasının Bakı dövrü” adlı fəsillərində Azərbaycan Tarixinin Xalq cümhuriyyəti və onun parlamentinin yaranması ərəfəsində mövcud siyasi şərait haqqında olan məlumatlar nəşrdə öz əksini tapmışdır.



12. Rəsulzadə, M. Ə. Əsərləri (1909-1914). C.2.- Bakı, Şirvannəşr, 2004.- 528 s.

Bu cildə türk dünyasıının tanınmış şəxsiyyətlərindən biri olan M.Ə.Rəsulzadənin 1909-1914-cü illərdə Tehran, İstanbul və Bakıda qələmə aldığı, dövrü mətbuatda və ayrıca kitabça halında dərc olunmuş 140-a yaxın əsəri daxil edilmişdir.



13. Həsənov, C. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920).-Bakı, Azərnəşr, 1993.-362 s.

Kitab Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci illərdə mövcud beynəlxalq münasibətlər sistemin ədaxil olması uğrunda apardığı mübarizəyə həsr olunmuşdur. Burada Türkiyə, Almaniya, İngiltərə, ABŞ, Fransa, İtaliya və İran kimi dövlətlərin Azərbaycana münasibətləri dərindən araşdırılmışdır. Birinci dünya müharibəsi, Fevral və Oktyabr inqilabları dövründə baş verən tarixi hadisələr təhlil edilmişdir.


14. Yaqublu,N. Məmməd Əmin Rəsulzadə.-Bakı, Gənclik, 1991.-306 s.

Bu kitabda Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı M.Ə.Rəsulzadənin həyat və fəaliyyətindən, Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsindən bəhs edilir. Burada eyni zamanda M.Ə.Rəsulzadənin müxtəlif illərdə İ.Stalinlə, S.Şaumyanla, A.Hitlerlə münasibətini əks etdirən yazılarda öz əksini tapmışdır.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə