MəluMat kİtabçası “ kİno



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə1/19
tarix18.06.2018
ölçüsü0,58 Mb.
#49685
  1   2   3   4   5   6   7   8   9   ...   19


 

MəluMat kİtabçası

 

“ kİno 

dİaloqları”



Bu materiallardan təhsil məqsədləri üçün istifadə 

olunmasına icazə verilir. Bunu edərkən, lütfən 

Conciliation Resources-in adını çəkin və ona 

xəbər verin.



3

Mündərİcat 

1-cİ hİssə

 

“kİno dİaloqları”  

haqqında 

Giriş  


6

Dağlıq Qarabağ münaqişəsi  

7

Kino dialoqları təşəbbüsü  



Kino dialoqlarının təşkilatçıları 

Filmlər üzrə bələdçi 



11

kİno dİaloqları təşəbbüsünün İştİrakçıları 

Nailə Babayeva 

14 

Armine Martirosyan 



16

Jonathan Cohen 

17

Lusine Musaelyan 



18

Xalidə Arzumanyan 

20

Rəhim Hacılı 



21

Əvəz Həsənov 

22

Albert Voskanyan 



23

2-cİ hİssə

 

FİlMlərİn nüMayİşİnİn 

təşkılı 

Texniki aspektlər  

26

Müzakirələrin təşkili 



27

Hər filmlə bağlı müzakirə edilən suallar  

30

Kino dialoqları ilə bağlı müzakirələrin  



40 

moderatorluğuna münasibət



3-cü hİssə

 

MəluMat Mənbələrİ

Lüğət 50


Tez-tez verilən suallar  

52

Onlayn resurslar  



54

Təşkilatların siyahısı  

55 



1-cİ hİssə

kİno dİaloqları haqda

‘ GƏNCLƏRƏ ... İMKAN yARADıLıR 

Kİ, BİR-BİRLƏRİ İLƏ yeNİ DİLDƏ 

– DİNAMİK TƏsVİR DİLİNDƏ HƏM 

eMOsıONAL, HƏM DƏ DƏyİşƏN 

ANLAyİşLAR BAXıMıNDAN 

üNsİyyƏT QuRsuNLAR.




“Kino dialoqları” Dağlıq Qarabağda 

yaşayan gənc erməniləri və 

azərbaycanlıları onları bir-birindən 

ayıran münaqişə haqqında qısametrajlı 

film çəkmək məqsədilə bir araya 

gətirən unikal təşəbbüsdür. Otuzdan 

artıq gənc kinematoqrafçı layihədə 

iştirak etmişdir, minlərlə erməni və 

azərbaycanlı onların çəkdiyi filmləri 

seyr etmişdir. Bu kitabça sizə həmin 

filmləri nəzərdən keçirmək və 

müzakirələr aparmaq üçün məlumat, 

təlimat və resurslar təklif edir. Bizim 

məqsədimiz erməni və Azərbaycan 

cəmiyyətlərində qarşı tərəf, Dağlıq 

Qarabağ münaqişəsi, ermənistan və 

Azərbaycan arasında sülhün əldə 

olunmasına maneə yaradan bir sıra 

çətinliklər, habelə münaqişənin sülh 

yolu ilə həll olunması haqqında müstəqil 

debatların aparılmasını təşviq etmək və 

asanlaşdırmaqdır. 



kİtabçadan İstİFadə qaydası 

Bu məlumat kitabçası üç hissədən 

ibarətdir. birinci hissədə siz “Kino 

dialoqları” təşəbbüsü barədə ümumi 

məlumatlar əldə edə bilərsiniz. Bunda 

əlavə, filmlər haqqında ümumi məlumat 

alıb, bu filmlərin müəllifləri ilə tanış ola 

bilərsiniz. 



İkinci hissədə biz filmlər haqqında 

ictimai müzakirələr aparmaq və bu 

müzakirələrdə vasitəçilik etməyinizə 

kömək məqsədilə silsiləvi müzakirə 

mövzuları və suallar təklif etmişik. 

Burada həmçinin ermənistan və 

Azərbaycan cəmiyyətlərində filmlərin 

ilkin nümayişi zamanı “Kino dialoqları” 

ətrafında gedən müzakirələrə olan 

münasibətlər əks olunmuşdur. 

Bu məlumat kitabçası bir-birindən fərqli 

düşünən cəmiyyətlərin geniş auditoriyası 

üçün nəzərdə tutulmuşdur. Bu səbəbdən, 

sizə məsləhət görürük ki, özünüzə və 

cəmiyyətinizə uyğun gələn materialları 

və ya müzakirə etmək istədiyiniz xüsusi 

mövzuları seçəsiniz. Belə ki, filmlərə 

baxmaq və onlardan faydalanmaq üçün 

bu kitabdakı bütün resurslardan istifadə 

etməyə ehtiyac yoxdur. İkinci hissədə 

həmçinin filmlərin nümayişi üçün texniki 

məsləhətlər yer almışdır.



üçüncü hissəyə Dağlıq Qarabağ 

münaqişəsinin sülh yolu ilə həll 

olunması səyləri ilə daha çox 

maraqlanan və bu barədə ətraflı 

məlumat əldə etmək istəyən oxucular 

üçün əlavə resurslar daxil edilmişdir. 

Bura terminlərin izahlı lüğəti, onlayn 

resursların siyahısı və münaqişənin 

dinc yolla həllinə səy göstərən 

ermənistan və Azərbaycan təşkilatları, 

o cümlədən beynəlxalq təşkilatların 

kataloqu daxildir. Nəhayət, “Kino 

dialoqları” layihəsi çərçivəsində indiyə 

qədər çəkilmiş 20 filmə kitabçanın 

arxasında yerləşdirilmiş dörd DVD 

diskdə baxa bilərsiniz. 



Gİrİş 

Kİno dİaloqları



6


1980-ci illərin sonlarında, Mixail 

Qorbaçovun sovet İttifaqında islahatlar 

aparmağa cəhd etdiyi bir vaxtda Dağlıq 

Qarabağa (DQ) nəzarət uğrunda 

ermənilər və azərbaycanlılar arasında 

münaqişə başladı. Dağlıq Qarabağ sovet 

Azərbaycanının sərhədləri daxilində 

əhalisinin əksəriyyəti ermənistanla 

birləşməyə cəhd edən ermənilərdən 

ibarət bir ərazi idi. 1988-ci ilin fevral 

ayından etibarən bu uzaq sovet 

əyalətindəki mübahisə tezliklə 

kəskinləşərək əhalinin – ermənilərin 

Azərbaycandan və azərbaycanlıların 

ermənistandan qarşılıqlı olaraq kütləvi 

şəkildə qovulmasına səbəb oldu. 

Moskvanın ərazidə nəzarəti bərpa 

etmək və vasitəçilik cəhdləri nəticəsiz 

qaldı, beləliklə, Qarabağ problemi 

1991-ci ildə sovet İttifaqının çökməsinə 

böyük təkan verdi. 

ermənistan və Azərbaycan silahlı 

qüvvələri arasında baş vermiş geniş 

miqyaslı silahlı toqquşma 1994-cü ildə 

ermənistan qoşunlarının təkcə Dağlıq 

Qarabağı deyil, həmçinin muxtar vilayət 

ətrafındakı Azərbaycana məxsus 7 

rayonun (tamamilə və ya qismən) işğalı 

ilə nəticələndi. silahlı münaqişə zamanı 

25.000–dən artıq insan həlak oldu. 

ermənistan və Azərbaycana yüz 

minlərlə erməni və azərbaycanlı 

qaçqınların axınına əlavə olaraq, eyni 

sayda azərbaycanlı Dağlıq Qarabağdan 

və onun ətrafındakı rayonlardan 

məcburi köç etdi. ümumilikdə, bir 

milyondan artıq insan öz doğma 

evlərindən məhrum oldu. 

1994-cü ildə atəşkəsin əldə 

olunmasından sonra beynəlxalq 

vasitəçilərin iştirakı ilə sülh prosesi 

başladı. Bu prosesə Fransa, Rusiya və 

Amerika Birləşmiş ştatlarının rəhbərlik 

etdiyi Minsk Qrupu nəzarət edir. 1990-cı 

illərin sonlarından etibarən və 2000-ci 

illər ərzində Minsk qrupu münaqişənin 

həll olunması üçün bir neçə dəfə 

təkliflər irəli sürsə də, hər iki münaqişə 

tərəfi onları məqbul hesab etməmişdir. 

2007-ci ildən etibarən “Madrid 

Prinsipləri” kimi tanınan təkliflər paketi 

ermənistanla Azərbaycan arasında 

gedən sülh danışıqlarının əsasını təşkil 

edir. Madrid Prinsiplərində qeyd olunan 

bəzi fikirlərlə bağlı müxtəlif vaxtlarda 

tərəflər sanki razılığa gəlsələr də, 

ümumilikdə ermənistan və 

Azərbaycan arasında yekun sülh 

razılaşmasının nə vaxt əldə 

olunacağı qeyri – müəyyən olaraq 

qalır. Nəticədə, tərəflər  

arasındakı cəbhə xətti boyunca 

həm ermənilərin, həm 

azərbaycanlıların arası  

kəsilmədən ölüm xəbəri gəlir. 

dağlıq qarabağ Münaqİşəsİ 

HƏM eRMƏNİLƏRİN, 

HƏM 

AzƏRBAyCANLıLARıN 



ARAsı KƏsıLMƏDƏN 

öLüM XƏBƏRİ GƏLİR.

Ruben Manqasaryan Xatirə Fondunun 

icazəsi ilə istifadə edilmişdir. 

 1-cİ hİssə

7



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə