Memar əCƏMİ naxçivani yaradiciliğinda ahəngdarliq



Yüklə 1,1 Mb.
səhifə3/6
tarix25.11.2017
ölçüsü1,1 Mb.
#12388
1   2   3   4   5   6

1. Harmoniya ideya təlimi.

Antik dövrdən başlayaraq formalaşan və orta əsr Müsəlman Şərqində yeni və daha mükəmməl formada meydana çıxan harmoniya ideya təlimi öz praktiki həllini mədəniyyətin və incəsənətin bütün sahələrində, o cümlədən yeni yaranan müsəlman memarlığında tapırdı. Xilafətin yarandığı ilk dövrlərdə qədim və antik ənənələrə malik başqa xalqların elm və mədəniyyətindən faydalanan harmoniya ideya təliminə daha dərindən nüfuz edən müsəlman elm adamları bütün sahələrdə daha qeyrətlə çalışır, antik dövrlərin elm, mədəniyyət və incəsənətini tədqiq etməklə, özlərinin elm və mədəniyyət nümunələrinin harmoniya prinsipləri əsasında yaradırdılar. İslamiyyətin yarandığı dövrlərdə özünəqədərki antik mədəniyyət və incəsənətin bir neçə növünü qadağan etməsinə baxmayaraq (heykəltaraşlıq,rəssamlıq və s.) müsəlman elm adamları öz sənət güclərini incəsənətin başqa sahələrində sınamış, möhtəşəm şəhərlər, məscidlər, türbələr ucaltmış, musiqi ahəngi, xəttatlıq nümunələri yaratmışlar.

Tikinti işləri genişləndikcə, onun nəzəriyyəsi də yaranır, daha mürəkkəb və mükəmməl inşaat forma və əməliyyatları meydana gətirirdi. Yaxın və Orta Şərq müsəlman intibahında ilk dəfə cəmiyyətin həyatında inşaat istehsalı öz qiymətini Əl-Fərabinin "Dövlət xadimlərinin kəlamları" kitabında tapdı [19. s. 323]. Öz fəlsəfi konsepsiyasını əsaslandırmaq üçün tibb və inşaat istehsalının müqayisəsindən istifadə edən Fərabi memarlıqda layihələndirmənin əsasını qoyur. Fərabi Fəzilətli şəhərin layihələndirilməsi" prinsiplərini irəli sürərək göstərir ki, fəzilətli şəhərin layihəsi insanın təfəkkür tərzinə uyğun olaraq ağıllı prinsiplərlə, insan bədəninin quruluşu və kosmik vahidlik qanunlarına uyğun qurulur. Yəni layihələndirmə üçün kainat, onun tabe olduğu kosmik vahidliyin harmonik qanunu dərk olunmalıdır. Beləliklə, Fərabinin göstərdiyi kimi cəmiyyət kainatın, insan da təbiətin tərkib hissəsi olmaqla harmoniyanın vahid qanunu ilə idarə olunursa, layihələndirmə də həmin qanuna uyğun aparılmalıdır. Layihələndirmənin insan bədəninin harmoniyasına əsaslanması ideyasını irəli sürən Fərabi Şərq memarlığında mütənasibliyin- dinamiki simmetriyanın nəzəriyyəsini yaradır, bununla Şərqdə antik dövr memarlıq nəzəriyyəsinin davamı olan yeni mərhələnin əsasını qoymaqla göstərir ki, təbiət və onun ayrı-ayrı hissələrinin harmoniyası dərk olunduqdan sonra (Kosmik vahidlik sistemi) harmonik cəmiyyəti layihələndirmək olar. Memarlıqda layihələndirmənin mexanizmi bu prinsiplə həyata keçirilə bilər.

Azərbaycanın məşhur filosofları Əbül Həsən İbn Mərzban Bəhmənyar

(.-1066) və Şihab əd Din Əbül Fütuh Yəhya Sührəvərdi (1154-1191) orta əsr Şərq fəlsəfi fikir tarixində görkəmli rol oynamışdır. Orta əsr Yaxın və Orta Şərq Harmoniya ideya təlimində periapetik xəttin layiqli davamçısı Əbülhəsən Bəhmənyar öz zəngin fəlsəfi əsərlərində bu ideya təlimini daha da inkişaf etdirmişdir. Onun altı hissədən ibarət "Metafizika" kitabının IV, V, VI hissələri əsasən idrak nəzəriyyəsinin səbəb və nəticə kateqoriyalarının şərhinə həsr olunmuş, ikinci hissənin birinci bölməsi, təbii şeylərin harmoniyası məsələlərini əhatə etmiş və cisimlərin forma məsələlərini aydınlaşdırmışdır. Bəhmənyar "Ət-Təhsil" kitabında birbaşa cisimləri və onları əmələ gətirən hissələrin mütənasibliyini araşdırmaqla göstərir ki, "Hər bir ədədin və eləcə də hər bir cismin və onların hissələrinin arasında vahid qayda var. Onun (cisimlərin) təyin olunması əmələ gəlməsinin (formayaranma) göstərilməsidir. Adi cisimlərin təyini, uzunluğunun, eninin və dərinliyinin təyinidir (Həndəsi oxşarlıq prinsipi)" [26.s.28].

Formayaranmada ilk səbəbiyyət əlaqəsini izah edən Bəhmənyar göstərir ki, səbəb ilə onun nəticəsi ayrılmaz surətdə bir-biri ilə bağlıdır. "Hər bir nəticənin varlığı öz səbəbinin varlığı ilə birlikdə vacibdir" [61.s.470]. Dörd ünsür səbəb-əmələgətirici (əl-fail), forma (əs-surə), maddə (əl-maddə) haqqında Aristotel təlimi ərəb dilli filosofların varlıq təlimində, o cümlədən Bəhmənyar fəlsəfəsində mühüm yer tutur. Bəhmənyar "Təhsil" kitabında bunu aşağıdakı kimi izah edir: "Qapının hazırlanmasında dülgərin işi - əmələgətirici , ağaca müəyyən şəkil verilməsi (forma), qapı üçün ağac (maddə) və qapının hissələri üçün nəzərdə tutulan faza da məqsəd - səbəbdir" [27. s.108]. Bu fikri tamamilə memarlığa da aid etmək olar.

Orta əsr Müsəlman Şərqində dövrünün harmoniya ideya təlimini mənimsəmiş memarlar bu təlimə uyğun tikinti işləri aparmaqla öz incəsənətini yaradırdı. "Belə yaranan memarlıq və incəsənət əsərlərində sənətkarlıq daha çox təbiətlə birləşə bilər, təbiət elmləri ilə qovuşa bilər" [20. s. 24]. Sonrakı dövrdə bu inşaat üsullarını mənimsəmiş ustalar və inşaat kollektivi memarların fikir və sənətini həyata keçirirdilər. Orta əsr mütəfəkkirlərinin yaratdıqları möhtəşəm memarlıq abidələrinin, elmi və fəlsəfi əsərlərinin bir hissəsi, bina və qurğularının layihələndirmə üsulları günümüzə qədər gəlib çatmadığından, tətbiq etdikləri əməliyyat, stil və sistemlər tam bəlli olmadığından, onların yaradıcılıqları haqqında dəqiq fikir söyləyə bilmirik.

XII əsr harmoniya ideya təliminin dahi nümayəndəsi Nizami Gəncəvi irsi dövrünün elmi mənzərəsini əks etdirməklə orta əsr memar və ustaları haqqındə müəyyən təsəvvür yaradır. Bu inşaatçılar Ptolomey, Aristotel fəlsəfəsini mənimsəmiş, Evklid həndəsəsini aça bilən harmoniya ideya təliminin nümayəndələridir:

"Təbiət, həndəsə, nücum (elmləri)

Onun əlində mum top kim idi,

Bənnalıq işində bir zərgər idi" [22. s. 218]

Yaxın və orta Şərq memarlığı həmin dövr harmoniya ideya təliminin tərkib hissəsi olmaqla onların araşdırılmasına kompleks yanaşmağı tələb edir və beləliklə, son dövrlərdə təkcə memarlıq nəzəriyyəçilərinin deyil, elmin bütün sahələrinin nümayəndələrinin diqqətini özünə cəlb edir.

Yaxın və orta Şərq memarlığında mütənasiblik probleminin tədqiqinə maraq XIX əsrin ortalarında doğmuşdur. Keçən əsrin görkəmli fransız tarixçisi və nəzəriyyəçisi Violle-le Dyuk (1814-1879) memarlıq formalarının alınmasında müənasibliyin həlledici rol oynadığını göstərmişdir [8.s.419]. Ayrı-ayrı memarlıq abidələrinin araşdırılmasına XIX əsrin sonlarında başlanmışdır. XIX əsrin başlanğıcında Sultaniyyə şəhərində tikilmiş Xudabəndə türbəsinin ilk araşdırıcısı, fransız arxeoloqu, oriyentalist alim M. Delafua olmuşdur. XIX əsrin 80-ci illərində o türbə üzərində ölçmə işləri aparmış və abidənin memarlıq formalarının qurulmasının analizini vermişdir. Araşdırma müəllifi çox haqlı olaraq belə nəticəyə gəlir ki, abidənin forması hər üç istiqamətdə həndəsi oxşarlıq prinsipinə əsaslanır, lakin müəllif tam və onun hissələrinin (türbənin özü, planı və kəsiyi) qarşılıqlı əlaqə qanununu- mütənasiblik əlaqəsini müəyyən etməyə müvəffəq olmur.

Son dövrlərdə müsəlman memarlıq abidələrinin harmonikliyinin araşdırılmasına həsr olunmuş ən yaxşı elmi əsər M. S. Bulatovun "IX-XV əsrlərdə Orta Asiya memarlığının həndəsi harmoniyalaşdırılması" [16] adlı kitabıdır. Kitabda həmin dövr harmoniya ideya təliminə həsr olunan elmi əsərlər, Yaxın və Orta Şərq elmində memarlığın yeri və yaranmasında dövrün ensiklopedist elm adamlarının rolu həmin dövr memarlıq abidələrində tam və onun hissələrinin mütənasibliyinin analizi, memarlıq formalarının qurulmasının iş metodu, qurğunun tektonik strukturunun analizi ilə bərabər həndəsi ornamentlərin də analizi verilmişdr. Burada Orta Asiya memarlıq abidələri ilə yanaşı bir çox Azərbaycan abidələrinin də analizi öz əksini tapmışdır.

Azərbaycan memarlıq abidələrinin simmetriya və mütənasibliyinin tədqiqinə əsrimizin 40-cı illərindən başlanmışdır. Bu illərdə L. Bretaniski və başqaları tərəfindən ilk dəfə olaraq Qarabağlar türbəsinin araşdırılmasına başlanmışdır. Araşdırıcılar abidənin layihələndirmə metodu ilə inşaat istehsalının əlaqəsini, həmçinin tam və onun hissələrinin mütənasibliyini tarixi baxımdan izah etməyə çalışmışlar [30]. Onlar haqlı olaraq qeyd edirlər ki, türbənin layihələndirmə metodunu ortaq ölçülülüyün və mütənasibliyin hərtərəfli analizi ilə aça bilərlər. Lakin araşdırıcılar belə bir yanlış nəticəyə gəlirlər ki, guya orta əsr Azərbaycan memarlığında funksional ədədlərdən və onların tətbiqindən danışmağa heç bir əsas yoxdur. Sonrakı dövrlərdə Azərbaycan memarlıq abidələrinin tarixi haqqında çoxlu ədəbiyyatlar yazılsa da, onların harmoniyası haqqında bəzi fikirlər söylənsə də heç vaxt məsələyə harmoniya ideya təlimi baxımından yanaşılmadığı üçün bəzən yanlış, bəzən də yarımçıq nəticələr alınmışdır.
2.Həndəsi mütənasiblik

Həndəsə elminin tarixi İbn Haldunun göstərdiyi kimi bəşər tarixinin əngin dərinlikərinə-hz Nuh dövrünə gedib çıxır. "Bu sənətin dünyadakı ilk müəllimi (ustası və piri) hz. Nuhdur (a.s). Hz. Nuh qurtuluşa vəsilə olan gəmini bu sənətə dayanaraq inşa etmişdir. (8. s. 957)

Dünya hadisələri, əlamətləri arasında dürlü-dürlü əlaqələr axtaran bədii idrak dünya fraqmentlərini cürbəcür sinonimlər qrupu kimi yığmaqla, modelləşdirməklə məşğul olur. Bu zaman dünya hadisələri əlamətlərdə açılır. İnscəsənət dünya hadisələrindən özü üçün sistemlər qurur. Bu mənada incəsənət sistemləşdirici, sistemqurucu hadisədir və deməli idrakın mühüm formasıdır.

Orta əsr harmoniya ideya təliminin kökləri antik dövrə bağlandığı kimi onun tərkib hissəsi olan həndəsi mütənasiblik probleminin də tarixi həmin dövrdən başlanır.

Qədim Misir ehramlarından başlayaraq son dövrlərə kimi düzgün həndəsi quruluşa malik olan memarlıq abidələrinin yaranmasında həlledici rol oynayan həndəsi mütənasiblik prinsipi orta əsr müsəlman Şərq islam fəlsəfəsində tamamilə yeni formada təzahür etmişdir. İbn Haldun həndəsəni "Haqqı batildən, doğrunu yanlışdan ayıran dəlil" kimi səciyyələndirir və göstərir ki, məharətli həndəsi əməliyyatlar xətadan uzaqdır. O, bunu tərtib və nizamın (mütənasiblik prinsiplərinin) əyaniliyi ilə əlaqələndirir.

Şərq fəlsəfəsində mütənasiblik probleminə ilk dəfə toxunan böyük Fərabinin sələfi Yəqub Əl Kindi (873-cü ildə ölüb) olmuşdur. İbn Ən Nədim "Elmlərin səmitləri" adlı kitabında göstərir ki, Əl Kindinin günümüzə qədər gəlib çatmayan "Məharətli həndəsi əməliyyatlar" adlı əlyazması tamamilə mütənasiblik probleminə həsr olunmuşdur.

Əl Kindi ideyasını inkişaf etdirən Əl Fərabi ilk dəfə olaraq orta əsr müsəlman fəlsəfəsində bu elmə daha geniş mənada baxır, bununla praktiki məsələlərin həllində riyaziyyatın tətbiqinin əsasını qoyur. Ədədi məsələlərin həllində cəbrlə yanaşı həndəsəni də tətbiq edərək, həm ədəd (cəbr), həm də həndəsənin imkanlarını daha da genişləndirir. Onun "Əlverişli şüurlu əməliyyatlar" [31] traktatı tamamilə Şərq harmoniya ideya təliminin bu mühüm hissəsinə həsr edilmiş və beləliklə o, dövrün memarlığında qurma nəzəriyyəsinin əsasını qoymuşdur. Çevrə üzərində həndəsi qurma əməliyyatlarının aparılması nəticəsində düzgün çoxbucaqlılar sisteminin yaranması, həmçinin bir çox qurma məsələləri Fərabi dühasının məhsullarıdır.

Beləliklə, Fərabi əyani surətdə göstərir ki, həndəsi oxşarlıq prinsipi çevrə həndəsəsi sisteminin funksiyasıdır. Fərabi təbii cisimlərin formalarınının müəyyən olunma nəzəriyyəsini verərək riyazi elmlərlə isbat olunan mühakimə və təkliflərin təbii cisimlərə tətbiq olunma üsullarını göstərir, təbii harmoniya prinsiplərini - təbii varlıqların harmonikliyinin açılmasının nəzəriyyəsini verir. Fərabiyə görə riyazi metod və üsulların tətbiq olunması üçün forması xətlər və səthlərlə müəyyən olunanan təbii cisimlər təbiətdən ayrılaraq mücərrədləşdirilməli və ən əlverişli şəkildə baxılmalıdır. Forma müəyyən edildiyi zaman riyazi metod və üsulların tətbiq olunması üçün araşdırıcı öz arzu və praktikasına uyğun əməliyyatların yerinə yetirilməsi zamanı uyğun alətlərdən istifadə edərək hərəkət edir, cisimlər incəsənətini təyin edən üsulu tapır.

Beləliklə, əlverişli şüurlu üsullar təbii cisimlərin süni yolla araşdırmaq prinsiplərini müəyyən edir ki, bu da nəticə etibarı ilə həndəsi mütənasiblikdir. Fərabi təkcə həndəsi yox, həm də ədədi mütənasiblik prinsiplərini açaraq göstərir ki, əlverişli əməliyyatlar istər cəbri (ədədi), istər həndəsi prinsiplər üçün eynidir (Forma müxtəlifliyi və məna eyniliyi). Bu zaman cisim mücərrəd hala gətirilib, forması süni yolla açılırsa, kəmiyyətlərin müəyyən edilməsi zamanı həmin süni yoldan istifadə edilməsi rasional və irrasional ədədləri meydana çıxarır. Onların törəmələri də uyğun rasional və irrasional ədədləri verir.

Əlverişli həndəsi əməliyyatların incəsənətə tətbiq olunma üsullarını müəyyən edən Fərabi göstərir ki, fiqurları təyin edən əlverişli həndəsi əməliyyatlar elmi və praktiki olmaqla çoxsahəlidir. Tikintiyə rəhbərlik sənəti də onlardan biridir. Ədədi və həndəsi mütənasibliyin vahidliyi məsələləri üzərində dayanan Fərabi göstərir ki, bu əməliyyatlar üçün cəbrlə həndəsənin fərqi yoxdur. Düzbucaqlının tərəflərini ifadə edən bir-birinə vurulan iki ədəd düzbucaqlının özüdür. Onların bərabərliyi halı kvadratdır. Həndəsi mütənasiblik prinsiplərini müəyyən etdikdən sonra Fərabi bərabərtərəfli həndəsi fiqurların qurma üsullarını göstərir [31 s.107.116]. Həndəsi mütənasiblik problemini tamamilə əhatə edən Fərabi irsinə yiyələnməklə biz yalnız harmoniya ideya təliminin bu fundamental nəzəriyyəsindən çıxan nəticələri göstərməklə kifayətlənəcəyik.

Mütənasibliyin əsasını həndəsi sistemləşdirmə təşkil edir. Bu sistemin formal əsası çevrənin bərabər hissələrə bölünməsi və buna əsaslanan düzgün çoxbucaqlılar sistemidir. Qeyd etmək lazımdır ki, müasir dövrdə isbat olunduğu kimi Fərabi çevrəni 4, 5, 6, 8, 10 bərabər hissəyə dəqiqliklə bölür. Çevrənin 7 bərabər hissəyə təqribi bölündüyünü və bu zaman yol verilən xətanı da göstərir [31 s. 222 və 225]. Müstəvi üzərində çevrə həndəsəsindən yaranan düzgün çoxbucaqlılar sisteminə üçölçülü fəzada uyğun fiqurların proyeksiyaları kimi baxılır. Üzlərinin sayı 4, 6, 8, 12 və 20 olmaqla beş ədəd belə düzgün həndəsi fiqur Platon cisimləri adlanır və orta əsr memarlıq formalarının alınmasında həlledici rol oynayır.

Çevrənin on bərabər hissəyə bölünməsi və bu zaman yaranan ilahi mütənasiblik sistemi (qızıl bölgü prinsipi) üzərində ciddi dayanmaq lazımdır. Bu mütənasiblik sisteminə daxil olan sənət əsərlərinin hissələri arasında qarşılıqlı əlaqə qanununun ədədi şəkli artan və azalan silsilə əmələ gətirməklə müstəvi mütənasiblik sistemlərinin həndəsi təsvirinin ən kiçik hissələrindən başlayaraq özünə kimi formanı ən əlverişli şəkildə müəyyən edir. Əvvəlcədən tanış olduğumuz və Qvzıl bölgü adlandırdığımız bu ilahi mütənasiblik qanunundan yaranan mütənasiblik sistemi orta əsr müsəlman Şərq memarlığı harmoniyalaşmasının zirvəsidir.


3. Ornamental sənətdə mütənasiblik

İbn Haldun göstərir ki, ornamentlər təkrarlanan əməlin nəticəsi olmaqla mütənasiblik qanununa tabedir və əyanidir:

" Alışqanlıq bəlli bir əməlin icra edilməsindən və arxa - arxaya

təkrarlanmasından hasil olan ruhda köklənmiş bir xüsusiyyətdir." [8. s. 940]

Həndəsi naxışların analizi zamanı biz onları sadə elementlərə ayırırıq. Bu elementlər müstəvi üzərində mütləq diapozonda dəyişir. Müstəvinin müxtəlif nöqtələrinin hər biri demək olar ki, naxışların müxtəlif diapozonda dəyişən ən vacib konstruktiv elementləridir. Bu konstruksiyaların aprioriliyi (təcrübəyə əsaslanmayan) olması ornamentlərin kəmiyyət analizidir. Müasir texnikanın göstərdiyi kimi elmin bu özəlliyi aprior konstruksiya işarələrinə və təcrübədə təsdiq olunan reallıqlara söykənir. Öz aprior qurmalarında Qaliley və Nyuton maddi dünyanın belə xassəsindən istifadə edirdilər (fəza və zaman kimi).

Ümumiyyətlə həndəsi mütənasiblik sistemləri aşağıdakı üç qrupa ayrılır:

1. Kvadrat və bu mənbədən yaranan mütənasiblik sistemi.

2. Düzgün altıbucaqlı və bu mənbədən yaranan mütənasiblik sistemi.

3. Qızıl bölgü və ya ilahi mütənasiblik sistemi.

Ta qədimdən başlayaraq memarlıq formalarının analizi göstərir ki, onlar ya göstərilən üç növ mütənasiblik sisteminin biri ilə, ya da onların birgə kombinasiyaları ilə tamamilə müəyyən olunur. Mütənasiblik sistemlərinin həndəsi təsvirlərini aydınlaşdırmaq üçün onları ayrılıqda nəzərdən keçirmək lazımdır.


HƏNDƏSİ MÜTƏNASİBLİK SİSTEMLƏRİ


1. Kvadrat və bu mənbədən yaranan mütənasiblik sistemi

Məhəmməd Əl Xarəzmiyə görə "kvadrat sahənin vahid ölçüsü olmaqla, sahəsi diaqonalın yarım diaqonala vurulması ilə, tərəfi isə sahənin kvadrat kökü ilə təyin olunur" [17]. Bu faktor inşaat istehsalında, xüsusilə memarlıqda həlledici mahiyyət daşıyır. Ölçü vahidi kimi kvadrat hər hansı memarlıq abidəsinin modulunu müəyyən edirsə, onun diaqonalı və tərəfi arasında münasibətlər memarlıq formalarının qurulmasını və qurğunun ortaq ölçülülüyünü müəyyən edir. Bu mütənasiblik sisteminin həndəsi formasını müəyyən edək. Əvvəlcə müstəvini şəkildə göstərilən qaydada ikiqat toxunan çevrələrlə doldururuq (fiq. 3a). Toxunan çevrələrin alınması əvvəlcə göstərdiyimiz kimi bu mütənasiblik sisteminin bütün xüsusiyyətlərini özündə əks etdirən bir-biri ilə : 4 bucağı təşkil edən xətlər üzrə hərəkət etməklə yerinə yetirilir. Sahəni kvadratla doldurduqdan sonra (şək. 3b) bu kvadratların birinin mütənasibliyini araşdıraq. Təpə nöqtələrini a, b ,c, d ilə işərə etdiyimiz bu kvadrat daxilinə çəkilən çevrələrin tərəfləri ilə toxunma nöqtələrini birləşdirməklə ABCD kvadratını alırıq.

Tərəflərinin nisbəti: sabitinə bərabərdir.

Mərkəzə doğru yaxınlaşdıqca təpə nöqtələri ac və bd diaqonalları üzərində yerləşən paralel tərəfli kvadrat göstərilib. Onların tərəflərinin nisbəti -dir (şək. 4b). 4a fiqurunda isə təsvir olunan ABCD və e, f, g, h kvadratlarının diaqonalları bərabər olduqları üçün özləri də bərabərdir. Bu halda hər iki diaqonal üzrə təpələri onların diaqonalları bərabar olduqları üçün özləri də bərabərdir. Bu halda hər iki diaqonal üzrə təpələri onların diaqonalları üzərində olmaqla ardıcıl qurma əməliyyatları ilə mərkəzə doğru yaxınlaşsaq, alınan paralel tərəfli kvadratların ardıcıl nisbəti 1 : 2, :4 qədər çevrilən kvadratların ardıcıl nisbəti isə

1 : olur. Bu eyni zamanda ikiqat kvadratlar sisteminin təşkil etdiyi quruluşdur. Beləliklə, bu mutənasiblik sisteminin ümumi kökü paralel tərəfli kvadratlar üçün 1:2, :4 qədər çevrilən kvadratlar üçün 1 : olur (şək. 4b)


2. Düzgün altıbucaqlı və bu mənbədən yaranan mütənasiblik sistemi

Bütün düzgün çoxbucaqlılar içərisində yalnız düzgün altıbucaqlının tərəfi onun xaricinə çəkilən çevrə radiusuna bərabər olduğu üçün qurulma üsulunun son dərəcə asan olması ilə seçilir. Müstəvini düzgün altıbucaqlılarla örtmək üçün bir - biri ilə:6 bucağı təşkil edən çevrələr sistemindən istifadə olunmalıdır (şək. 5 a). Əgər toxunan çevrələrin kəsişmə nöqtələrini ardıcıl olaraq birləşdirsək müstəvini düzgün altıbucaqlı sahələrə bölmüş olarıq (şək. 5b). Müstəvi üzərində təkrarlanan düzgün altıbucaqlıların mütənasibliyini araşdıraq (şək. 6a, 6b).

Belə düzgün altıbucaqlı daxilində şüa qəfəsi iki üsulla qurulur:

1. Düzgün altıbucaqlının hər bir təpəsini özündən sonra ikincisi ilə birləşdirməklə (fiq.6a).

2. Düzgün altıbucaqlının hər bir tərəfinin ortasını özündən sonra üçüncünün ortası ilə birləşdirməklə (şək. 6b).

Hər iki halda bərabərtərəfli üçbucaqlıların əmələ gətirdikləri ulduz altıbucaqlının alınmasını mərkəzə doğru hərəkət etməklə davam etdiririk və sistemin mütənasibliyini nəzərdən keçiririk. Hər iki sistem üçün mərkəzdən xaricə doğru istiqamətdə iki ardıcıl paralel tərəflərin nisbəti 1:2 olur. Onların birgə mütənasibliyini göstərmək üçün diametrlər nisbətini müəyyən etməliyik. Şək.7a-da bu iki sistem arasında mütənasiblik əlaqəsi aydınlaşır. BC və AB uyğun olaraq birinci və ikinci hal üçün ulduz alıbucaqlılaın diametrləridir. Sxemlərdən aydın olur ki, onların nisbəti :



(1)

Doğrudan da:



Buradan da (1) mütənasibliyi alınır. Beləliklə, həndəsi olaraq göstərilən bu iki sistem arasında cəbri əlaqə irrasionaldır. Nəticədə deyə bilərik ki, həndəsi olaraq göstərilən düzgün altıbucaqlı sistemin mütənasibliyi cəbri olaraq rasional 1, 2 və irrasional ədədləri ilə müəyyən olunur. Düzgün altıbucaqlı və bu mənbədən yaranan mütənasiblik sistemini araşdırarkən ikiqat düzgün heksaqonal sistemi xüsusilə qeyd etməliyik. Belə sistem çevrə daxilində bir- birinə nəzərən/6 bucağı qədər meyl edən iki düzgün altıbucaqlının əmələ gətirdiyi sistem olduğu üçün onun bütün xüsusiyyətlərini özündə birləşdirir.

Memarlıqda həndəsi mütənasibliyin bir çox məsələlərində kvadratla düzgün altıbucaqlı sistemin birgə kombinasiyasından - kvadrat daxilinə çəkilən düzgün altıbucaqlı (ikiqat düzgün altıbucaqlı) sistemlərdən istifadə olunur (şək.5) Belə hallarda bu sistemlərin təşkil etdikləri müstəvi hər iki mütənasiblik sisteminin sintezidir. Sonra görəcəyimiz kimi ümumiyyətlə mütənasiblik sistemlərinin hamısı arasında bir daxili əlaqə qanunu var.
3. Kvadrat, düzgün altıbucaqlı (heksaqon)

və bu mənbələrdən sisteminin yaranması

1. Bu mütənasiblik sisteminin ümumi kökünü izotrop diskret qəfəs təşkil edir. Belə fəza qarşılıqlı təsir qüvvələri bərabər, bir-birindən eyni uzaqlıqda duran nöqtələr çoxluğudur. Bu halda nöqtələrin hər birinə hadisə mərkəzi kimi baxmaq olar. Simmetriyanı pozacaq hər bir hadisə nəzərə alınmadığı üçün belə faza ideal simmetrikdir. Müstəvi üzərində qarşılıqlı təsir istiqamətləri: 3 trianqulyar fəza təşkil edən belə quruluş diskret izotrop fəzada dörd ədəd bərabərtəfəfli üçbucaqdan təşkil olunan tetraedrə çevrilir. Lakin fəzada belə tetraedrlər yox, belə quruluşun əmələ gətirdiyi oktaedrlərdən təşkil oluna bilər. Oktaedrlərin üzləri isə həm düzgün üçbucaqlılardan, həm də kvadratlardan təşkil olunur. Bu vaxt nöqtələrin qarşılıqlı təsir bucaqları artıq bir qiymətli deyil, müxtəlif qiymətlərə malik olur (1 və ). Beləliklə, diskret faza bir-birinə nüfuz etmiş ortoqonal (kvadrat) və heksaqonal (düzgün altıbucaqlı) mütənasiblik sistemlərindən təşkil olunur.

1. Heksaqonal sistem üçün - qarşılıqlı təsir istiqaməti : 3 məsafə (potensiyanın qiyməti) - 1

2. Ortoqonal sistem üçün - qarşılıqlı təsir istiqaməti : 4 məsafə (potensiyanın qiyməti) - 1 :

Bu iki prinsip birinci halda düzgün altıbucaqlı (heksaqon), ikinci halda kvadrat və bu mənbədən yaranan mütənasiblik sistemlərinin köküdür.

4. Düzgün beşbucaqlı (pentaqon) və bu mənbədən yaranan mütənasiblik sistemi

Artıq biz İlahi mütənasiblik sistemi olan "qızıl bölgü"nün mahiyyəti ilə müəyyən qədər tanışıq. Lakin orta əsr memarlıq formalarının alınmasında onun həlledici rolunu açıqlamaq üçün həndəsi təsvirləri üzərində bir qədər ətraflı dayanmalıyıq. Evklid "Başlancılar" [33] adlı əsərində göstərir ki, "əgər tamın (düz xətt) böyük hissəyə olan nisbəti, böyük hissənin kiçik hissəyə olan nisbəti kimi olursa, düz xətt parçası orta və kənar nisbətdə bölünür" [33.s.173] (bax 10.şək 2).

Belə ki:

Evklid həndəsinin ərəb dilinə çevrilməsi ilə əlaqədar olaraq Yaxın və Orta Şərq harmoniya ideya təlimində yazılan həndəsə ilə əlaqəli qurma işlərində "Qızıl bölgü"nün həndəsi mahiyyəti daha qabarıq şəkildə aşkara çıxmışdır. Əl Buzcaninin "Sənətkarlar üçün həndəsi qurmalar" kitabı və "Uyğun və oxşar fiqurlar" təliminə giriş traktatlarında düzgün beş və onbucaqlıların qurulması üçün onların xaricinə çəkilən çevrə radiusunun orta və kənar nisbətdə bölünməsindən istifadə edilir. İbn Sina "Daniş-nama"nin (Biliklər kitabı ) riyazi bölməsində parçanın orta və kənar nisbətdə bölünməsinin isbatını verir [34. s. 51-52]. Əl Kaşi (XIV-XV əsr) "Hesabın açarı" traktatında Evklid həndəsəsinə istinad edərək hissələrin ölçülərini hesablamaq üçün ədədlərin orta və kənar nisbətdə bölünmə qaydasından istifadəni göstərir. "Qızıl bölgü"nün həndəsi mahiyyəti haqqında bəzi nümunələrini göstərdiyimiz zəngin elmi nəzəriyyəsindən faydalanan orta əsr memarları həmin dövr müsəlman memarlıq abidələrini yaradırdılar.

1. Düzgün onbucaqlının qurulması

Şaquli radius üzərində

məsafəsini ayırırıq. ABD düzbucaqlı üçbucağını alırıq. D nöqtəsini mərkəz qəbul edib DA üzərində F nöqtəsini alırıq. AF məsafəsi onbucaqlının tərəfidir. Onu çevrə üzərində ardıcıl qeyd etməklə tələb olunan düzgün onbucaqlını alırıq (şək. 9)

Şəkil 10-da onbucaqlı daxilində qurma əməliyyatları göstərilib.

Şəkil 11-də isə ABYXZ düzgün beşbucaqlısı göstərilib. Hər iki halda mütənasiblik sistemi "Qızıl bölgü" mütənasiblik sistemidir

ƏCƏMİ YARADICILIĞINDA HARMONİYA
1. İctimai tarixi şərait və qülləvari xatirə türbələri.
X –XII əsrlər türk dünyası üçün olduqca qarışıq və ziddiyyətli bir dövr idi. Bir tərəfdən bu dövrü türk dünyasının intibah, oyanma dövrü, digər tərəfdən qarşılıqlı çəkişmələr dövrü adlandırmaq olar. Bu özünü elmi, zehni dünyagörüşlərdə də göstərirdi. Çünki həmin dövrdə türklər islamın qapılarını öz üzlərinə açmış, özlərinin əsrlər boyu yaratdıqları elmi, mədəni xəzinəni yeni mədəniyyət tlə, onun gətirdiyi dünyagörüşülə zənginləşdirərək Şərqdə orta çağ türk-İslam intibahının əsasını qoymuşdur. Bu intibahı, İslamı qəbul etdikdən sonra Ərəb dünyasının yaşadığı böyük intibah dövrü ilə müqayisə etmək olar.

Ümumiyyətlə, islam aləmi özünün tarixində Osmanlılara qədər iki boyük intibah dovrü yaşayıb. Onlardan biri qeyd etdiyimiz kimi VII-IX əsrlərdə Ərəbistan yarımadasından tutmuş İspaniyanın cənubundakı Kordova da daxil olmaqla böyük bir ərazini əhatə etmişdir. İkinci İslam intibahı isə IX əsrin ortalarında Orta Asiyada başlayaraq, bütün Asiya qitəsinə yayılmış, XIII əsr monqol işgalına qədər davam etmişdir.

Azərbaycanda Ərəb xilafətinin hökmranlığı öz dövrünü başa vurduqdan və yerli feodalların müstəqil hakimiyyəti dövrü sona çatdıqdan sonra, XI əsrin ortalarında Orta Asiyadan çıxan türk tayfaları - Oğuzların şaxələrindən biri olan Səlcuqlar Şərqin bir sıra başqa ölkələri kimi Azərbaycana da hakim olmuşlar.

XII əsrin ortalarında isə Azərbaycan Atabəyi, görkəmli siyasi xadim və sərkərdə Şəmsəddin Eldəniz Azərbaycan ərazisində bütün pərakəndə xanlıqların demək olar ki, hamısını birləşdirmiş, mərkəzi Azərbaycan olmaqla qüdrətli bir dövlət yaratmışdır. Həmədan, Təbriz və Naxçıvan şəhərləri nəinki təkcə Azərbaycan atabəylərinin paytaxtları, həm də Yaxın və Orta Şərqin ən böyük ticarət mərkəzlərindən olmuşdur. Böyük şəhərlərdə- Şamaxıda, Bərdədə, Bakıda, Ərdəbildə, Təbrizdə, Dərbənddə, Gəncədə, Naxçıvanda, hər cür sənət adamları qızğın fəaliyyət göstərir, musiqi, xəttatlıq, nəqqaşlıq, memarlıq, və inşaat işləri sürətlə inkişaf edirdi. "Humanist dünyagörüşün güclənməsi, keçmiş irsə, folklora görünməmiş maraq, harmonikliyə və dünyəvi elmlərə böyük cəhd Azərbaycan şəhər mədəniyyətinin əsas hərəkətverici qüvvəsi"nə [22. s.15] çevrilirdi. O dövrdən indiyə kimi qalmış elm və sənət əsərləri, gözəl memarlıq və tikinti nümunələri, daş və metal oymaları, ornament və kitabələrin gözəl nümunələri fikirlərimizi təsdiq edir.

Məlumdur ki, Yaxın və Orta Şərq Müsəlman İntibahının yaranmasında mədrəsələrin həlledici rolu olmuşdur. Onlardan ən məşhuru isə Səlcuq sultanlarından Alparslanın və Məlikşahın vəziri Nizamülmülkün təşəbbüsü ilə Bağdadda təsis edilmiş "Nizamiyyə" mədrəsəsi idi. 1067-ci ildə açılmış bu mədrəsə yaxın Şərq xalqlarının mədəni həyatında çox mühüm rol oynamışdır. Mədrəsə Yaxın və Orta Şərq ölkələrinin bir çox mütəfəkkirləri kimi Azərbaycan elm və incəsənət adamlarını da öz ətrafına birləşdirirdi. Orta əsr Müsəlman Şərqinin, o cümlədən Azərbaycanın görkəmli elm və mədəniyyət nümayəndələrinin yetişməsində həmin mədrəsənin əvəzsiz rolu olmuşdur. Mədrəsənin zəngin kitabxanasına başçılıq Xətib Təbriziyə həvalə olunmuşdu.

XI-XIII əsrlərdə azərbaycanlı alimlərin Yaxın və Orta Şərq ölkələrində təhsil aldıqları, yaşayıb yaratdıqları kimi bu xalqların da nümayəndələrinin Azərbaycana gəlmələri, burada elm və icəsənətlə məşğul olmaları tarixi qaynaqlardan bəlli olur. Bu elm adamları dini elmlərlə yanaşı, dünyəvi elmlərin də tədris edildiyi dil, ədəbiyyat, tarix, coğrafiya, fiqh, kəlam, məntiq, fəlsəfə, riyaziyyat, astranomiya, kosmoqrafiya, təbabət və s. fənlərin də öyrənildiyi yüksək səviyyəli mədrəsələrdə fəaliyyət göstərirdilər [24. s.209]. Nəticədə həmin dövrdə bütün Yaxın və Orta Şərq ölkələrində olduğu kimi, Azərbacanda da harmonik ideya təlimi mərkəzi yer tutmuş və bu təlimin Fərabi, İbn Sina, Əl Biruni və başqaları ilə bir səviyyədə dura biləcək nümayəndələri yetişmişlər.

XI əsrdə Yaxın və Orta Şərq fəlsəfəsində bir-biri ilə ziddiyyət təşkil edən çoxlu fikirlər var idi. Əbu Həmid Qəzali mətləblərinin çoxluğu və təlimlərinin müxtəlifliyinə baxmayaraq onları üç qismə bölür və.. "metafiziklər" adlandırdığı üçüncü təbəqəyə Sokrat, Platon, Aristotel və Şərq periapetiklərini də daxil edirdi. Orta əsr Müsəlman Şərqinin ən böyük İslam alimlərindən biri hesab olunan İmam Qəzali (1058-1111) insanın həyat davranış qaydalarının ilahi nizamının əsas müddəalarını göstərməklə bərabər kainatın və eyni zamanda insan bədəninin harmonik quruluşu haqqında qiymətli fikirlər söyləmişdir: "Ya göylər və ulduzlardakı sənətinə, onların quruluş, şəkil və miqdar, sayı, bəzilərinin toplu və bəzilərinin dağınıq surətlərinin ayrı-ayrı və yerlərinin bəlli olmasına bir baxsan onun bu sənətinə tamamən şaşırarsan. Göylərin əsrarından bir zərrənin hakimin hikmətindən xaric olduğunu sanma. O, ən mükəmməl bir yaradılış, ən sağlam bir sənət və insan bədənindən daha "əcayib" bir əsərdir" [ 69. s. 782-783]. Qəzali hələ orta əsrlərdə insan bədəninin "əcayib" quruluşunun səbəbini göstərir, beləliklə kainatın harmonik quruluşu haqqında müəyyən təsəvvür yaradır, son dərəcə böyük dahiliklə belə bir fikir irəli sürürdü ki, insan bədəninin harmonik quruluşunun kainatdakı varlıqlar içərisində ən gözəl olmasının səbəbi bədənin təşəkkülünün boyun orta və kənar nisbətdə bölünmə nöqtəsindən başlayaraq yaranması, əzalarının ölçülərinin ilahi mütənasiblik qanununa tabe olmasıdır: "Allahu Təalanın onu bel və qabırğa sümükləri arasında yaratdığını, sonra oradan çıxarıb gözəl biçimdə şəkilləndirdiyini, əzalarına gözəl şəkil verdiyini, surətləndirdiyini, onun bir-birinə bənzəyən parçalarını (ortaq ölçülülük) müxtəlif bölümlərə ayırdığını, aralarında kəmiklər (sümüklər) meydana gətirdiyini, əzalarına gözəl şəkil verdiyini, iç və dışı süslədiyini, damar və əzələləri yerli-yerində yerləşdirdiyini... bilirsən" [69. s. 783].

Varlıqların özləri və hissələri arasında əlaqələr sonsuz olduğu üçün onların dərki də sonsuzdur. Varlıqlar üzərində, onlardakı nizam və intizamı da, bunlar üzərində düşünmənin sonu yoxdur. Günümüzə qədər aparılan çoxsaylı elmi araşdırmalar Qəzalinin irəli sürdüyü ideyanı təsdiq edir. Bu fundamental ideyaya görə insan bədəninin və eləcə də canlı varlıqların mürəkkəb harmonik quruluşu son dərəcə dərəcə heyrətlidir. "Bütün bunlar bədənin əcayib hallarına bir baxışdır. Halbuki görünməyən əcayib halları isə çox daha böyükdür. Sən indi insanın dış və iç görünüşünə, bədəninə, sifətlərinə bir baxsan ağıllara durğunluq verə biləcək şeylər görərsən" [ 69. s. 782].

XI-XII əsrlərdə təbiət elmləri sahəsində qazanılan yüksək nailiyyətlər yeni fəlsəfi konsepsiyanın - periapetik fəlsəfənin yaranmasının təməlini qoymuşdur. Periapetik fəlsəfə, təbiətşünaslığın vəhdətindən təşkil olunan bu cərəyanın nümayyəndələri aristotelçi xəttin davamçıları olmuşlar. Zira orta əsr fəlsəfi fikrinin inkişafı elmlərin, xüsusən təbiətşünaslığın inkişaf xarakterindən və səviyyəsindən asılı olmuşdur. Təbii varlıqların öyrənilməsinə elmin bütün növləri yönündən yanaşan İbn Əl Heysam, İbn Rüşd, Əsirəddin Əhbar ilə bərabər Bəhmənyar, Şihabəddin Marağayi, Əbu Səid Urməvi, Əbu Səid Təbrizi kimi Azərbaycan mütəfəkkirləri də periapetik fəlsəfənin ən böyük nümayəndələridir.

Memarlığa gəlincə orta əsr Azərbaycan harmoniya ideya təlimi nəzəriyyə və praktikasında memarlığın çox böyük rolunun artmasına baxmayaraq yazılı tarixi qaynaqlarda tikinti ustaları haqqında əsaslı mənbələr üzə çıxarılmadığından onların adlarının aydınlaşdırılmasında başlıca qaynaq yaratdıqları abidələrin kitabələridir. Azərbaycan elm aləmində bəlli olan ilk memar və sənətkarların adları daha əvvəlki dövrlərdən fərqli olaraq Səlcuqlar dövrü tikinti kitabələrində verilmişdir. Orta əsr Müsəlman İntibahı harmoniya ideya təliminin böyük nümayəndəsi Nizami Gəncəvinin əsərləri də dövrünün memarlıq abidələrini yaradan memarların, mühəndis və nəqqaşların elmi dünyagörüşü və ictimai mövqeyi barədə dolğun mənbədir. Nizami dövrünün memarlarını ensiklopedik biliyə malik bir sənətkar kimi təqdim edir. Burada memar həm mahir rəssam, heykəltaraş, mühəndis, astronom, həm də tibb elmini dərindən bilən bir sənətkar kimi təqdim edilir.

"Gün kimi parlaqdı, Şidə şöhrəti,

Vurardı qaraya, ağa zinəti.

Rəssamdı, mötəbər bir sənətkardı,

Mühəndisdi, böyük hünəri vardı.

Tibb elmi, həndəsə, asiman, nücum,

Şidənin əlində sanki mumdu, mum.

İncə memar idi, bəzək vurandı".

[21. c. 1129]

İslam ölkələrinin memarlıq araşdırıcıları qülləvari türbələrin bədii memarlıq həllinin genetik kökləri barəsində müxtəlif fikirlər söyləmişlər. Qülləvari türbələrin soykökü haqqında elmi baxışların geniş yayılması və daha inandırıcı dəlillərlə əsaslandırılması bu memarlıq tipinin türk mənşəli olmasıdır.

Heç bir mədəniyyət və incəsənət birdən-birə inkişaf etmir. Səlcuqlu və Osmanlılarda, hətta bu gün belə Anadoluda mədəniyyətin təməllərinin Hunlara və Göytürklərə dayandığı bilinməkdədir. İstər doğu, istərsə də batı səyyahları türklərin kurqanabənzər qəbirüstü abidələri haqqında məlumatlar vermişlər. Onlardan bizim üçün ən dəyərlisi ibn Fədlanın X yüzilliyin başlanğıcında Batı Türkistanda yaşayan Oğuz türklərinin dəfn mərasimi haqqında məlumatıdır. O yazırdı: “ Əgər onlardan biri ölübsə onun üçün evəbənzər böyük bir qəbir qazırlar... Sonra onu həmin “evə” qoyurlar, üstünü tirlə örtürlər. Onun üstünə isə gildən yurtayabənzər tikili qoyurlar” [22. c. 84]

Türklərdə ölülərin ilk məzarları şübhəsiz öz çadırları olmuşdur [99. s. 163]. Buna görə türklər oturaq mədəniyyətə keçdikdən sonra da məzarlar materialından və konstruksiyasından asılı olmayaraq çadır biçimlərini mühafizə etmişdir

Qədim türk ədəbi abidələrində qülləvari xatirə türbələri haqqında bilgilər saxlanılır. Bu ənənələri ən yaxşı mühafizə edən dastanlardan biri Şübhəsiz “Manas” dastanıdır. Dastanda göstərildiyi kimi “Yeraltı saray”da belə dəfn mərasimi əbədi yeraltı həyat haqqında əski türk anlayışları ilə bağlı olub, sərdabə içərisində “gerçək” - əlverişli şərait yaratmaq istəyindən doğmuşdur. “Əski türklərdə bu istək İslamda “axirət” anlayışı ilə üst-üstə düşür. Dastanda türbə- “gerçək ev” axirət dünyasıdır” (22.s. 84).

Manas dastanında bir Yoq mərasimi diqqəti daha çox cəlb edir. Ağır xəstə olan xan Gökətay xalqını və oğlunu yanına çağırıb vəsiyyət edir. Karvanbaşıya müraciətlə öz türbəsinin qurulma prinsipini təsvir edir: “Karvanbaşı, qara, sərt keçi yağları qarışdırıb türbəmin kərpiclərini hazırlarsan. Dörd yol ağzında türbəm mavi göyə bənzər, mavi qübbəsi aya bənzər bir quruluş olsun ... Başımı doğuya yönəldiniz... Qırx buğradan (erkək dəvə, nər) qurulmuş bir karvan ilə mənim çatma xanəmə belə gəliniz” [100. s.66]. Dastanda ağacdan hazırlanmış tabutun saray kimi bir məzara yerləşdirilyi göstərilir.

Göründüyü kimi xan Gökətay öz türbəsinin tikilməsi üçün “Məzar memarlığının bütün xüsusiyyətlərini təsvir edir:

-Türbə memarlığının möhkəmliyi və rütubətə davamlığı (Qara, sərt keçi yağları qarışdırıb türbəmin kərpiclərini hazırlarsan.)

-Türbənin görkəmli yerdə olması (Dörd yol ayrıcı)

- Türbənin rəngi, quruluşu və konstruksiya forması (mavi göyə bənzər, mavi qübbəsi aya bənzər bir quruluş)

Burada “Çatma xanə” - ətrafı kötüklə çevrəli və üzərindəki yükü dirək sistemi ilə daşıyan (türbənin yük daşıyan konstruksiyası) kurqandan başqa bir şey deyildir.

VI yüzilliyin ortalarına doğru Göytürklər oturaq həyata keçdikdən sonra ən əski dövrlərdən bəri istifadə etdikləri çadır quruluşlarını kərpic və daş memarlığına keçdikdən sonra da tərk etməmişlər. Bu əski türk memarlıq formaları Orta əsr Müsəlman Şərqi xatirə türbələrinin memarlıq formalarının örnəyi olmuşdur.

Memarlıq dekorunun soy–kökünü aydınlaşdıraq. Sənət bir toplumun maddi və mənəvi aynasıdır.

Türk sənəti özünü tamamilə təbiətdən almışdır. Hun sənətkarının hər bir cizgisi həyatdır, hərəkətdir. Əcəmi türbələri üzərində naxışları əski türk dünyasının yaşadıqlarını aydın göstərir.

Fiqurların coşğun bir canlılıq içərisində olması şamanlıq ənənələri və totemik təfəkkürün təsiri ilə meydana gəlmişdir. Fiquru əşyaya yerləşdirmə zamanı əşyanın oval və ya dairəvi biçiminə görə sındırılmış cizgiləri (çoxbucaqlı forma) ortaya çıxır. Belə ki, təbiətdən alınan biçimin bəzək halına keçməsi nəticəsində əşya üzərində formasına uyğun olaraq qırılır, uzadılır və yastılanır.

Köçəri hunların toxunma və mədəni əşyaları dekorsuz və bəzəksiz təsəvvür edilmir. Hun topluluğunda hər istifadə edilən əşyaya rəng, biçim vermə nəticəsində gözəlləşdirmək istəyi sənətkarına şöhrət qazandırmış və onu Çin də daxil olmaqla, qonşu ölkələrin sənətlərinə böyük təsir edəcək səviyyəyə çatdırmışdır. Bu əsərlərdə cizgiçilik forma anlayışı hakimdir.

Əcəmi türbələri də daxil olmaqla, Səlcuq türbələri üzərində həndəsi ornamentlər bu prinsiplərin simvoludur. Əgər biz prosesi əksinə aparsaq - türbələr üzərində həndəsi ornamentləri təşkil edən çoxbucaqlılar içərisində müxtəlif heyvan fiqurları yerləşdirsək, təsvirlərə canlılıq vermiş olarıq. Dəyərləndirici bir məna daşıyan bu üslub zaman və məkanı sürətlə aşan daimi hərəkətdə olan dinamik həyat tərzinin ifadəsidir (İslam canlı təsvirlərin təsvirini yasaq etmişdir).

Əcəmi türbələri haqqındı elmi ədəbiyyatlardan bəlli olan ümumi məlumat verək.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə