Memar əCƏMİ naxçivani yaradiciliğinda ahəngdarliq


Yusif Küseyir oğlu türbəsi



Yüklə 1,1 Mb.
səhifə4/6
tarix25.11.2017
ölçüsü1,1 Mb.
#12388
1   2   3   4   5   6

1.Yusif Küseyir oğlu türbəsi

Elmi ədəbiyyatlarda "Yusif Küseyir oğlu” türbəsi adı ilə tanınan abidənin qapısı üzərində kitabədə bildirilir: "Bu türbə Xacə, şanlı rəis, dinin zəkası, İslamın camalı, şeyxlərin başçısı Yusif Küseyir oğlunundur". Həmin kitabədə türbənin h.557- ci (m. 1162) ildə tikildiyi bildirilmişdir. Qonşu üzdəki kitabədə isə "Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməli" məlumatı verilmişdir. İlk baxışdan təmiz həndəsi biçimi və gözəl harmonik quruluşu ilə diqqəti cəlb edir. İkiqatlı olan türbənin hər iki qatı planda düzgün səkkizbucaqlıdır. Səkkizüzlü plana uyğun olan sərdabə yastı günbəzlə örtülmüşdür. Üst qüllədə isə səkkizüzlünün həm içəri, həm də bayır üzləri dayaz taxçalar əmələ gətirmiş, daxili məkan sferokonik bayır prizmatik tutum isə səkkizüzlü uca piramidal günbəzlə örtülüb. Türbənin divarları o qədər qalın olmasa da (80 sm), künclərin konstruktiv möhkəmliyi onun uzunömürlülüyünü təmin edir. Konstruktiv həllinin yüksək olmasının nəticəsidir ki, Azərbaycan qülləvari türbələri içərisində üst piramidal örtük 800 ildən artıq bir müddətdə dağılmamış qalıb.

Türbənin taxçaları kərpicdən yığılan həndəsi ornamentlərlə örtülüb. Taxçalarının üstünü isə gövdəni dövrələmə yazı qurşağı qapayır. Türbənin quzey üzü fərqli kompozisiyaya malikdir. Bu üzdə yerləşən qapının üst hissəsi böyük kitabə ilə bəzədilib. Türbənin bütün kitabələri keyfiyyətli bişmiş kərpicdəndir.


2. Möminə xatun türbəsi
Əcəmi Əbubəkr oğlu Naxçıvaninin Atabəylər memarlıq ansamblından günümüzə qədər gəlib çatanı Möminə xatun türbəsidir. Abidənin uca gövdəsini yuxarıda qapayan yazı qurşağının baş kitabəsində yazılır: "Bu türbəni dünyanın elmli, adil məliki, böyük qalib Şəmsəddin Nüsrət Əl İslam və Əl Müsəlman Cahan Pəhləvan Atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəniz... Dünyanın və dinin cəlalı Möminə xatunın (xatirəsinə) tikməyi əmr etdi". Baş tağ çərçivəsi üstündəki yazıya görə abidənin tikinti tarixinin Məhərrəm 582 -ci (1186) ilin yazı olduğunu aydınlaşdıran Ələsgərzadə abidənin kitabəsinə və tarixi qaynaqlara əsasən belə nəticəyə gəlir ki, Türbə Cahan Pəhləvanın ölümündən bir az öncə tamamlanmış, baş tağ isə onun ölümündən sonra tikilmişdir. Şübhəsiz ki, Cahan Pəhləvanın özü də bu türbədə dəfn edilmişdir.

Yusif Küseyir oğlu türbəsindən 26 il sonra tikilən Möminə xatun türbəsi bu müddət ərzində sənətkarın ustalığının nə qədər artdığını nümayiş etdirir. Zəngin ifadə vasitələri ilə seçilən bu əsərdə memarlıq tutumlarının düzümü, öncəki türbədə olduğu kimi dəyişməz saxlanır. Türbənin sərdabəsi planda düzgün onbucaqlı olmaqla aşırımı 10,5 m-dir.

Əcəmi alt qatın möhkəmliyinə xüsusi fikir vermiş, 38 il əvvəl Qırmızı günbəd sərdabəsində işlədilən konstruktiv fəndi inkişaf etdirərək sərdabənin ortasında diametri 1,0 m olan onüzlü dayaq qoymuşdur. Dayağın üzləri yan tərəflərə çatma tağ əyriləri ilə birləşdiyi üçün göbələkvari bütöv və dayanıqlı örtük konstruksiyası yaranır. Göbələkvari dayağın tinlərindən qarşı künclərə atılan kərpic qabırğalar - nervürlər həm bədii, həm də konstruktiv xüsusiyyət daşıyır. Qabırğalarda yaranan ulduzvari karkas ilə abidə üzərində olan həndəsi ornamentlər arasında mütənasiblik əlaqəsi var və onların fəza formasını xatırladır. Qırmızı günbəd - Gilan türbəsi xətti ilə inkişaf edən sərdabə memarlığı Marağa- Naxçıvan türbə memarlığı xəttinin inkişafına uyğun olaraq sanki Möminə xatun türbəsinin harmonik quruluşunda kuliminasiya nöqtəsinə çatır.

Sərdabə və bayır üzlərdən fərqli olaraq türbənin interyeri çox sadə həll edilmişdir. İnteryeri qapayan günbəzin kərpic sıralarında perpendikulyar oxlar üzərində yerləşən, diametri 1,5 m olan dörd dairəvi xonça- medalyon gözə dəyir. Gəc üzərində oyma üsulu ilə yaradılan bu nadir dekorativ sənət inciləri nəbati naxışlar fonunda çəkilən ulduzvari kompozisiyaya malik olmaqla özəyini "Allah" sözü təşkil edir. Möminə xatun türbəsinin interyerindəki kitabə və xonçalar ayrıca bir tədqiqatın mövzusudur. Çox maraqlı haldır ki, birinci Xərrəqan türbəsində, içərisində ortası dekorativ biçimli altı və səkkizbucaqlı düzbucaqlılar əmələ gətirən, çoxu simvolik quş və əcdaha təsviri olan naxışlar Möminə xatun türbəsində inkişaf edərək altı, səkkiz və onbucaqlı ulduzlar əmələ gətirən insan adlarına (ilk araşdırmalara görə islam peyğəmbərinin və xəlifələrin adlarına) keçir. Bu qanunauyğunluq bir tərəfdən mütənasiblik sistemlərinin inkişafı ilə bağlanırsa (kvadrat, düzgün altıbucaqlı və bu mənbədən yaranan mütənasiblik sistemlərindən ilahi mütənasiblik sisteminə keçid) o biri tərəfdən bu memarlıq xəttində bitki və canlı varlıqların inkişafının son həddində ilahi təsirlərə keçidi ilə bağlanır. (bitki, quş təsvirləri, inkişaf edib insan, peyğəmbər və nəhayət Allah adına çevrilməsi) Bu da bir daha orta əsr Şərq memarlığının yüksələn xətt ilə inkişaf edib Əcəmi memarlığında ən yüasək zirvəyə çatmasına işarədir.

Türbənin onüzlü biçimində hündür olmayan kürsülüyünün üzərində eyni biçimli qüllənin uca kərpic tutumu yüksəlir. Üst prizmatik hissənin indiki yerüstü ucalığı 26 m-dir. (İlkin halda hündürlük 35 m olmuşdur) Qeyd etmək lazımdır ki, Marağa-Naxçıvan məktəbi türbələrindən təkcə Möminə xatun türbəsi planda düzgün onbucaqlı formada həll edilmiş, görünüş dinamiki simmetriya qanununa tabe edildiyinə görə incə və əzəmətli bir görkəm almışdır. Ondan 19 il öncə tikilən Marağa Dairəvi Künbədində isə iç məkan onüzlüdür. Göbələkvari sütun qabırğalar vasitəsi ilə uca gövdə tilləri ilə, bu da eyni zamanda ikiqatlı günbəz konstruksiyası ilə (iç sferokonik, dış piramidal) əlaqələnir. Belə üsulla təşkil olunan karkas konstruksiyası ən əlverişli şəkildə abidənin ümumi dayanıqlığını təmin edir. Memar türbənin qülləvari prizmatik tutumunun təmiz həndəsi gözəlliyini pozmamaq üçün giriş qapısı olan üzünün quruluşunu digərlərindən ayırmır.

Giriş qapısı üzərində "Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməli" kitabəsi yazılıb. Türbənin mürəkkəb kompoziyisalı səthi bir-birindən tamamilə fərqlənən incə zərif həndəsi ornamentlərlə örtülmüşdür. Bu çərçivələr başdan-başa incə epiqrafik naxışlarla, gözəl bədiiliyi olan kufi xətli yazılarla örtülüb.

Kitabələri oxuyan Ələsgərzadə belə nəticəyə gəlmişdir ki, onüzlü türbənin bütün üzləri kənarlardan "Yasin" surəsi ilə haşiyələnib. İki dəfə təkrar olunmaqla bu surə bir dəfə birincidən beşinciyə, o biri dəfə altıncıdan onuncu üzə qədər davam edir. Hər üzdə yazı sağda aşağıdan başlayıb yuxarı qalxır, sonra yuxarıdan üfüqi davam edir və sondan aşağı yenir. "Yasin" surəsi ilə haşiyələnmiş üzlərin lap yuxarısında türbənin sifarişçisini və kimin xatirəsinə ucaldıldığını bildirən baş kitabə istər abidənin tutum kompozisiyasında yerinə görə, istərsə hərflərin ölçülərinə (qurşağın hündürlüyü 98 sm), istərsə də materialının rənginə görə başqalarından seçilir. Möminə xatun türbəsində kitabə qurşağı üstündə tasvari stalaktit kəmər verilmişdir. Kompozisiya biçiminə uyğun olan taxçaların stalaktit sonluqlarının məntiqi inkişafı olan bu kəmər səkkizüzlü uca piramidal günbəzə gözəl sonluq verir. Azərbaycan qülləvari türbələrində karniz qurşağı olan stalaktitlərə ilk dəfə Möminə xatun türbəsində rast gəlinir. Orta əsr memarlığında yeni olan bu ideya cəsarətli sənətkar tapıntısıdır. İntibah dövrü memarlıq nümunələrinin heç birində kitabələr Möminə xatun türbəsində olduğu kimi uğurlu işlənməmişdir. Araşdırıcıların hesablamalarına görə kitabələrin ümumi uzunluğu 500 m-ə yaxındır. İri ölçülü Möminə xatun türbəsinin mürəkkəb kompozisiyalı səthində ən kiçik boşluqlar belə nəbati ornamentlərlə tamamlanmışdır.

Biz Qəzvin-Həmədan və Marağa-Naxçıvan məktəblərinin günümüzə qədər gəlib çatmış memarlıq nümunələri olan qülləvari türbələri ayrı-ayrılıqda nəzərdən keçirdikdə görürük ki, onların üst kameraları planda dairəvi, kvadrat, düzgün çoxbucaqlı biçimində olub ikiqat günbəzlə örtülmüşdür. Alt iç günbəz həmişə sferik biçimdə olur. Bayır örtüklər isə Marağa-Naxçıvan bölgəsi türbələrində piramidal, Qəzvin-Həmədan bölgəsi türbələrində isə daha sivri profilli sferokonik biçimdədir. Hər iki halda kameraların ikiqatlı örtükləri konstruktiv olmaqla onları çox uğurlu tamamlayır.



3. Gülüstan türbəsi
Culfa yaxınlığında Arazın yaxılığında yerləşən, Naxçıvan memarlarının yaratdıqları daş sənəti incilərindən olan Gülüstan türbəsinin tikilmə tarixi, sifarişçisi, kimin xatirəsinə ucalması və memarı barədə əlimizdə heç bir məlumat yoxdur. Memarlıq üslubu xüsasiyyətlərinə görə türbənin tikilmə tarixini XII ÿñrèí áàøëàíüûæûna aid eäèlr.

Bayır tutumu ikiqatlı quruluşa malik olan Gülüstan türbəsinin sərdabə qatı yerin üzərindədir. Türbənin qülləvari tutumu onu üzərində saxlayan kürsünün quruluşu ilə üzvü surətdə baglıdır. Bu memarlıq tipinin formalaşmasında məqsəd həm konstruktiv, həm də ifadəlilik mənası daşıyır. Memarlıqda belə fənd bir tərəfdən memarlıq konstruksiyasını daha möhkəm və dayanıqlı edir, digər tərəfdən tutuma daha mürəkkəb və plastik biçim vermiş olur. Gülüstan türbəsi biçimcə prizmatik və silindrik gövdəli minarə formasındadır. Prizmatik və silindrik gövdə üst hissə ilə mütənasibdir. Memarlıq tarixində Gülüstan türbəsinin tutum komrozisiyasını kvavdrat özüldən düzgün çolxüzlü quruluşa keçmiəyin ən mükəmməl öynəyi hesab olunmalıdır.

Kürsuluk xaricdən kəsik piramida, daxilən silindrik quruluşa malikdir. Planda kvadrat (6,60 x 6.60m) olan kəsik piramida zaricdən yuxarıda düzgün oniki bucaqlıya çevrilir, onun üzərində isə onikiüzlü üst kamera ucalır.

Bayır tərəfdən fərqli olaraq içəridə alt qat (sərdabə) və üst qat (qüllə) plpnda eyni olan silindrik biçimlidir. Gülüstan türbəsinin interyeri iri daş bloklarla üzlənmiş və ağ suvaqla örtülmüşdür. Türbə üçün tikinti materialı bütünlüklə qırmızı tufdan ibarətdir. Yalnız qatların arası bişmiş kərpicdən hörülmüşdür.

Qüllənin üzlərinin hər biri qabarıq tinlərin haçalanması yolu ilə tağlarla tamamlanır. Əcəmi Naxçıvaninin türbələrində oldugu kimi burada da tağçaların içi incə həndəsi naxışlarla örtülmüşdur. Oniki üzdə naxışları diqqətlə nəzərdən keçirdikdə aydınlaşdırmaq olar ki, burada yalnız ardıcıl təkrarlanan üç növ həndəsi naxış çeşnisi var.

Türbnin üst çadır örtüyü bütünlüklə dağıdılmışdır. Odur ki, bu çadır örtüyünün piramidal və ya konik biçimdə olmasını müəyyənləşdirmək çətindir.

Memarlıq formalarının arasında mütənasiblik, biçim və naxışlarının incəliyinə görə Gülüstan türbəsi bu daş türbələrdən üstünlüyü ilə seçilir.

ƏCƏMİ TÜRBƏLƏRİNİN KONSTRUKTİV HƏLLİ
Əcəmi memarlıq nümunələrinin formalarının təşəkkülündə günbəz və çatma tağ əyriləri həlledici rol oynayır. Orta əsr müsəlman Şərq memarlığındı tağ və günbəz konstruksiyaları nəzəriyyəsinin yaradılmasındə Həsən Fəthi mühüm rolu oynamışdır. Onun layihələndirmə üsulu kvadrat formalı bişmiş kərpiclərdən istifadə edilməklə tağ və günbəzlərin əyri, hamar səthlərinin alınmasına şərait yaradır, maili hörgü sisteminə əsaslanan oricinal layihələri bir çox ölkələrdə o cümlədən Amerikada geniş tətbiq olunur [35.s.76].

Son dövrlərdə memarlıq nəzəriyyəsi araşdırıcıları M. Delam, M. Krasvella, həmçinin M. Bulatov ölçmə işləri nəticəsində müəyyən etmişlər ki, çatma tağ əyrilərinin formalaşması nəzəriyyəsi ellipslərin quruluşuna əsaslanır. Onlar Azərbaycan və Orta Asiya memarlıq abidələrinin çatma tağ əyriləri üzərində araşdırma apararaq müəyyən etmişlər ki, bu əyrilər ellipsin hissələridir.

Məlumdur ki, orta əsr inşaatçıları formaca ikitərtibli əyrilər ailəsinə daxil olan bu konstruksiyaları əyrilər nəzəriyyəsi olmadan ala bilməzlər. Deməli, həmin dövrdə mükəmməl riyazi nəzəriyyə mövcud olmuşdur. Bu mənada əsərlərindən bir çoxu latın dilinə tərcümə edilən, bir sıra elmi əsərlərin müəllifi, məşhur orta əsr alimi, riyaziyyatçısı və astronomu Əhməd əl Fərqanini [XI əsr] xüsusilə qeyd etmək lazımdır. Memarlığın nəzəri məsələləri ilə məşğul olan Əhməd əl Fərqani çatma tağ əyrilərinin və günbəzlərin qurulmasının müxtəlif yollarını göstərməklə bu formaların Misirdən gəldiyini qeyd edir [36. s. 302-303].

Yaxın və Orta Şərq memarlığında tağ və əyrilərin öyrənilməsində A. Matus, M. Delaufa, V. Donald, A. Flitçer, Azərbaycan araşdırıcıları N. Rzayev, Q. M. Əlizadə görkəmli rol oynamışlar. 1949-cu ildə Q. M. Əlizadə "Tağların öyrənilməsinə dair" məqaləsində memarlıq tektonikasını, tağların qurma üsullarını, araşdırsa da, onların təhlilinə aid bəzi mülahizələri irəli sürsə də, tağ günbəzlərinin araşdırılması haqqında dəqiq fikir irəli sürə bilmir [55.s.79].


1. Möminə xatun türbəsi.
Türbənin sərdabəsi aşırımı 10,5 m olan yastı kərpiclə örtülmüş Planda düzgün onbucaqlı piramidadır. Alt qatın möhkəmliyində qalın onüzlü dayaq xüsasi rol oynayır. Dayağın yan tərəfləri ilə divarların sivri tağbəndlərlə birləşməsi nəticəsində göbələkvari bütöv örtük konstruksiyası yaranır. Göbələkvari dayağın tinlərindən qarşı künclərə kərpic qabırğalar- nervürlər atılmışdır. Bu qabırğalar ulduzvari karkas yaradır ki, bu da konstruksiyanın möhkəmliyini və dayanıqlığını artırmaqla tektonik gözəllik yaradır.

Sərdabə planda düzgün onbucaqlı olduğundan bu onbucaqlı xaricinə çəkilən çevrə radiusu ilə tərəfi arasında olan münasibət "qızıl bölgü" mütənasiblik sistemidir. Bu kəmiyyət türbənin ən kiçik elementindən özünə qədər bütün istiqamətdə ölçülərini müəyyən edir.

Düzgün onbucaqlının tərəfi:

Daxili düzgün onbucaqlının tərəfi isə



Türbənin yeralltı hissəsinin hündürlüyü 4 m-dir.

Yerüstü qüllənin planı bayırda düzgün onbucaqlı, içəridə dairəvidir. Bayır onbucaqlı xaricinə çəkilən çevrənin diametri D =14,5 m, radiusu R = 7,25 m-dir. Daxili dairə diametri d = 10,5m, radiusu r = 5,25m.

Kəsiyin forması "Memarlıqda mütənasiblik sistemlərinin növləri"nə görə

(7. şək. 16) müəyyən edilir.

Kəsikdə yerüstü piramidal formanın hündürlüyü (yerüstü hissə döşəməsindən xarici piramidal günbəzin uçulub dağılan hissəsinin oturacağına qədər olan məsafə)

3R = 7,25.3 = 21,75 =22 m

2. Yusif Küseyir oğlu türbəsi.
Türbənin yeraltı sərdabəsi və yerüstü qülləsi düzgün səkkizbucaqlı prizma formasında olduğundan planda düzgün səkkizbucaqlıdır. Bu o deməkdir ki, türbənin bütün konstruktiv ölçüləri kvadrat və bu mənbədən yaranan mütənasiblik sisteminə əsasan müəyyən olunmalıdır.

Düzgün səkkizbucaqlı xaricinə çəkilən çevrə radiusu R 3,8 m

Daxili çoxbucaqlı xaricinə çəkilən çevrə radiusu

Düzgün səkkizbucaqlının tərəfi ilə xaricinə çəkilən çevrə radiusu arasında aşağıdakı münasibət var (10. s.47)



Düzgün iç səkkizbucaqlının tərəfi



Qüllə hündürlüyü (qüllə döşəməsindən üst piramidal günbəzin döşəməsinə qədər olan məsafə- H) onun planda iç düzgün səkkizbucaqlı daxilinə çəkilən çevrə diametri ilə mütənasibdir:



Qüllə döşəməsindən üst piramidal örtüyün oturacağına qədər olan məsafə (h) planda iç düzgün səkkizbucaqlı daxilinə çəkilən çevrə diametri ilə (f) mütənasibdir:





3. Gülüstan türbəsi
Türbənin alt kamerası planda xaricdən tərəfinin uzunluğu 6,65m. olan kvadratdır. Bu kvadratın daxilindəki çevrə daxilinə çəkilən düzgün oniki bucaqlı üst prizmatik gövdənin formasını müəyyən edir. Düzgün oniki bucaqlı daxilində kvrdratik sistemə keçməklə qurma əməliyatı aparırıq. Nəticədə daxili silindirik quruluşun çevrəsini alırıq. Qeyd etmək lazımdır ki, planın qurulmasında olan qanunauyğunluq türbənin şaquli quruluşunun inkişafını da müəyyən edir. Belə ki, «Gülüstan türbəsinintutum kompozisiyası kvadrat özüldən çoxüzlüyə keçməyə əsaslanır»:[22.s.101] (şək. 21. 22)

Daxili silindrin çevrəsinin radiusu: r .6,684,7m

Türbənin salamat qalan hissəsinin hündürlüyü (döşəmə ilə ən yuxarı nöqtə arasında olan məsafə) ilə daxili silindr çevrəsi radiusu arasında olan münasibət: H2r2.4,79,4m

Türbənin qalan hissəsinin hündürlüyü ilə uçulub dağılan üst pramidal qülləvpri günbəzin hündürlüyü arasında olan münasibət:

H1,6F

BuradaF=1.618 qızıl bölgü ədədidir




HƏNDƏSİ ORNAMENTLƏR, ONLARIN MƏNŞƏYİ VƏ İNKİŞAFI
1. Həndəsi ornamentlər, onların mənşəyi və inkişafı
Məlumdur ki, insan maddi formaları təkcə qurmur, həm də mənəvi dəyərləndirir. Təsviri incəsənətin ən ibtidai formasını - başlanğıcını nəzərdən keçirdikdə görürük ki, ornamental sənətin ilk elementləri çox sadə olmuşdur. Bəsit estetik anlayışa malik olan qədim insanlar bitki və heyvanlara, çoxsaylı müxtəlif hadisələrə təsir etmək üçün xətlər çəkir, adıcıl nöqtələr və ştrixlər qoyur, onları quplaşdırıb müəyyən qayda və xarakter verir və beləliklə, sadə ornamentlərin ilk elementlərini əmələ gətirirdilər.

Dünya xalqlarının mədəniyyətinin öyrənilməsi göstərir ki, naxış yaradıcılığı “təbiətin yaradıcılıq prinsipləri” ilə mahiyyətcə eynidir.

İncə formalar və xətlərin müəyyən kombinasiyalarından əmələ gələn müstəvi fiqurlar öz qədimliyi ilə ornament incəsənətində seçilir. Dövrün “rəssamları” abstrakt problemləri müstəvi üzərində konkret və müxtəlif fiqurlarla ifadə edirdilər.

Müstəvi və həcmi naxışların periodik təkrarı əsasında həndəsi naxışların elementləri arasında əlaqəni xarakterizə edən cəbri münasibətlər meydana çıxır. Beləliklə öz başlanğıcını dünyanın bir çox qədim xalqlarından götürən naxışlar nəzəriyyəsi yaranır.

Düzgün həndəsi quruluşa malik olan dekorativ ornamentlərin və kristalların həndəsi simmetriya nəzəriyyəsi öz növbəsində həndəsənin naxışların quruluşunun açılmasına və kristalların daxili quruluşlarının başa düşülməsinə imkan verir. Öz "Simmetriya" kitabında G. Veylin göstərdiyi kimi dekorativ naxışlarda, xüsusilə Misir ornamentlərində simmetriyanın bütün 17 qrupu öz əksini tapır. "Qədim incəsənətin anlaşılmaz hissəsinin anlaşılan olması bizə ali riyaziyyatdan məlumdur". [15. s. 134]

G. Veylin göstərdiyi qədim və nisbətən sadə dekorativ naxışların riyazi fraqmentlərini simmetrik sistem kimi qəbul etmək olar. "Qədim Yunanlar beş düzgün həndəsi cisim qəbul edirdilər və onları maddi dünyanın elementar kərpicləri hesab edirdilər- torpağı kubla, havanı oktaedr ilə, odu tetraedr ilə, suyu ikosaedr ilə və kosmosu dodekaedr ilə ifadə edirdilər". [15. s.134]

Beləliklə, müstəvi naxışların simmetriya nəzəriyyəsi öz başlanğıcını dünyanın harmonik quruluşundan götürür. Ornamental sxem uyğun olaraq başqa səviyyələrdə: kristallarda, dekorativ sənətdə, memarlıqda, musiqidə, rəqslərdə və təsviri incəsənətin başqa növlərində... hər yerdə dayanmadan təkrar olunur.

Bu bitib tükənməz təkrarlıq hər yerdə əmələ gəlir. Hər yerdə simmetriyanın əbədi qanunları hökmranlıq edir. Bizi əhatə edən aləmin ritmi bitib tükənməzdir. İkilik varyasiyasını saxlayan simmetriya nəzəriyyəsini bütün hallarda insan zəkasının təntənəsi hesab etmək olar.

Orta əsr müsəlman memarlığının tərkib hissəsi olan, Əcəmi yaradıcılığında ən yüksək zirvəyə çatdırılan həndəsi ornamentlərin mənşəyi tarixin dərin köklərinə gedib çıxır. Görkəmli alimimiz X. Məmmədov həndəsi ornamentlərin mənşəyini Skif sənət qolunun iki növünündən biri hesab edərək göstərir ki, "Skif sənət stilində iki qol kəskin ayrılır. Bir çox intişar tapmış heyvan şəkillərindən stilizə edilərək kompakt əsərlər yaradılması, ikincisi isə semantikası bizə çatmamış həndəsi füqurlarla şəkil müstəvisinin tam örtülməsi. Sonuncusu ən çox keramika üzərində rast gəlinir. Tuva, Sibir xalqlarının, Altayların, orta asiyalıların xalq sənəti öz mənşəyini bu kökdən alıb onun elementlərini indiyə kimi yaşatmaqdadır. Qaraqum çölündə aparılan arxeoloci qazıntılar göstərir ki, kristallik (həndəsi) ornamentlərin tarixi Skiflərdən də qabaqdadır" [4. s 35-36].

Azərbaycan ərazisinə naxışların gəlmə olmasına şübhə ilə yanaşan

X. Məmmədov göstərir: "Diqqəti daha çox cəlb edən məsələlərdən biri də skif stilli əşyaların Qafqazda, xüsusilə də Azərbaycanda tapılmasıdır. Belə naxışların çoxluğu onarın gəlmə olmasına şübhə yaradır. Orta Asiyada olduğu kimi burada da kristallik ornamentlər daha çox yayılmışdır" [4. s. 35].

Azərbaycan ərazisində Qobustan və Gəmiqaya rəsmləri dünyanın ən qədim insanlıq tarixinin günümüzə gətirdiyi naxışların ən gözəl nümunələridir. Əgər Qobustan qayaüstü rəsmləri X. Məmmədovun göstərdiyi kimi birinci növ naxışlar sinfinə daxildirsə, Gəmiqaya qayaüstü rəsmləri ikinci növ naxışlara daha yaxındır.

Lakin minilliyimizdə həndəsi ornamentlər yaşadan Yaxın və Orta Şərq müsəlman memarlıq abidələri - məscidlər, minarələr, günbəzlər, türbələr, karvansaralar və s.-dir. Bu abidələrin XI-XII yüzilliyə aid son dərəcə zəngin, müxtəlif və ən gözəl nümunələri islam ölkələrində Əfqanıstan, Orta Asiya, İran, Azərbaycan və Türkiyə ərazilərindədir. Müsəlman memarlığında bu dövrdə ornamental incəsənətin yüksəliş qanunauyğunluğu nədən ibarətdir?

Bu fundamental suala uzun illər memarlıq tarixçiləri və nəzəriyyəçiləri cavab axtarmış, bir-birindən fərqli fikirlər söyləmişər. Görkəmli memarlıq nəzəriyyəçisi Violle le- Dyuka görə ərəblər yunanlarla qurtaran antik dövr mədəniyyətini daha da irəli aparmışlar. "Onlar (ərəblər) belə hesab edirdilər ki, canlı varlıqların heykəlini yaratmaq olmaz. Nəticədə insanlıq tarixi qədər tarixi olan incəsənət sucet axtarır və bunu həndəsi kombinasiyaların tətbiqi ilə cansız əşyalarda və bitkilər aləmində tapır. Müsəlman aləminin həndəsi biliciləri də ərəblərin bu prinsipinə tabe oldular. Bu konsepsiya təkcə bina konstruksiyalarında yox, həm də onların bəzədilməsində öz əksini tapdı". [28. s. 221]

Bu şəkilləndirmə ilə əlaqəli prinsiplər xüsusilə həndəsə elminin prinsipləri arasında yer alır. Fəqət bu prinsiplə alınan formalar təkrarlandıqca sonsuzluğa qədər davam edir.

Uzun illər müsəlman ölkələri memarlıq abidələri üzərindəki həndəsi ornamentlərini həm yerində, həm də işlədiyi Toronto universitetinin Yaxın Şərq və İslam fakültəsində öyrənən Layza Qolumbekə görə, ornamentlər müəyyən qanunauyğunluğa malik olan qəfəs və çevrə həndəsəsi əsasında qurulur. Onun dərkinə gəldikdə isə müsəlman dini insan və heyvan təsvirlərini qadağan etdiyi üçün onlar həndəsi metodlardan istifadə edirlər. Onun fikrincə "Qəfəs ornamentləri İslamın ideya əsası olan kosmik nizamın simvoludur". [39. s. 83]

Orta Asiya memarlıq abidələri üzərində həndəsi ornamentlərin görkəmli araşdırıcısı R. İ. Rempl göstərir ki, "IX əsrdə İslam təsviri sənəti qadağan edərək yolunu kəsdiyinə görə onun bütöv növ və kanonlarında, xüsusilə dekorativ, tətbiqi və ornamental incəsənətdə yenidənqurma baş verdi". [40. s.167]

X. Məmmədov isə onların bu fikirlərini rədd edərək göstərir: "Guya orta əsrlərdə memarlıq naxışları, insan və heyvan şəkillərinin çəkilməməsi, İslam dini ilə bağlıdır! Söz yox sənət dinin təsiri altında ola bilər. Məs. Avropa renesasının əsas mövzusu dini mövzudur. Ancaq sənətin öz qanunları, öz məntiqi var. Sənət təbiəti fotoqrafik təqlid etdiyi kimi din və başqa sahələri də olduğu kimi öz iş əsasına qoya bilməz. Hətta danışdığımız sənət qolunun eramızdan əvvəlki minilliklərlə bağlı olduğunu yada saldıqda və miniatürlərimizin saysız-hesabsız insan və heyvan şəkilləri ilə bəzəndiyini xatırlatdıqda naxış yaradıcılığına İslamın təsiri məsələsi belə qoyula bilməz. Beləliklə, İslam hələ qədimdən xalqımızın naxış yaratmaq yolu olan bu yola (bir sıra xalqlarla birlikdə ümumi naxış dilimizə) təsir göstərə bilməmişdir. İslamla bu yolun nə ziddiyyəti, nə də ümumiliyi olmuşdur". [20. s. 40]

Naxış yaradıcılığında əsasən aşağıdakı prinsiplər izlənir:

1. Müstəvini şəkil elementləri sərhəddi ilə qurmaq.

2. Ornament elementlərinin maksimal sıxlığı..

3. Fonun şəkil elementinə çevrilməsi.

4. Simmetrik çevrilmələrə əsasən müəyyən qanunauyğunluqla ornamentin qurulması.

5. Nəticədə hissi idrakdan əməli fəaliyyətə keçilir.

Əlbətdə həndəsi ornamentlərin mənşəyinə olan baxışların bu müxtəlifliyini araşdırmaq başqa bir tədqiqatın mövzusudur. Lakin bir şey aydındır ki, orta əsr mədəniyyət və incəsənətinin bütün sahələri kimi həndəsi ornamentlər də həmin dövr harmoniya ideya təliminin tərkib hissəsidir.

Bu baxımdan Əl Fərabinin memarlıqda layihələndirmənin əsası olan "Mükəmməl həndəsi üsullar" kvadratın tərəflərinin, memarlıqda ölçü kimi çıxış edən sahəətrafı hissələrin, məntiq elmindəki sillogizmlərin, poeziyada beytlərin, vəzn bölgüsünün anolocisidir" fikrinə istinad edən, onu "Yaxın və Orta Şərq bədii memarlıq təcrübəsində ən gözəl və dahiyanə ümumiləşdirmə" kimi qiymətləndirən M. Bulatov yazır: "İslam Şərqində dekorativ sənətdə özünün ən yüksək zirvəsinə çatan həndəsə poetikləşir". [41. s. 18.19]

Orta əsr müsəlman incəsənətinin sintezində həlledici rol oynayan memarlıq dekorunun ayrılmaz hissəsi olmaqla yüksək bədii həllini tapan həndəsi ornamentlərin araşdırılmasına əsrin 40-cı illərindən başlanmış və qısa müddət ərzində kifayət qədər elmi əsərlər meydana çıxmışdır.

Memar Q. İ. Kaqanovun 1939-40-cı illərdə Orta Asiya memarlıq abidələri üzərində apardığı araşdırmalar memarlıq tədqiqatçıları üçün böyük maraq doğurur [42]. Müəllif «XII-XV əsrlər Orta Asiya memarlıq abidələri» üçün tərtib etdiyi albomda ornamentlərin qurulması üçün köməkçi həndəsi üsullar göstərmiş, girihləri növlərə ayırmış, bu yolla ornamentlərin təsnifatını vermiş və polyar koordinat sisteminə əsasən naxışların qurulma qaydasını göstərmişdir. Yarımçıq olsa da onun aldığı nəticələrin düzgünlüyü müasir dövrdə təsdiq olunmuşdur.

1941-ci ildə Səmərqənddə Usta Şirin Muradov, B. N. Zasıpkin, N. Ş. Lukaşev, inşaat sənəti ustaları üçün 230 sxemi olan tədris vəsaiti konspekti hazırlamışlar. Dərslikdə Orta Asiya memarlıq abidələrində həndəsi və bitki ornamentlərinin xarakteri, növləri haqqında məlumat verilmiş və müəyyən edilmişdir ki, bütün girihlər ulduz çoxbucaqlılarından və ya onların törəmələrindən təşkil olunur.

Orta Asiya memarlığının həndəsi ornamentlərinin araşdırılmasında N. B. Baklanov böyük rol oynamışdır. Qərbi Avropa və Orta Asiya ornamental incəsənətini müqayisə edən Baklanov belə nəticəyə gəlir ki, Qərbi Avropa ornamentlərinin quruluşu əsasən dörd ox üzrə:- şaquli, üfüqi və bir-biri ilə 450-li bucaq təşkil edən daha iki ox üzrə yönəlir. Bu oxlar üzrə mümkün kombinasiyaların sayı 16 ədədidir. Şərqdə isə göstərilənlərdən başqa çox vaxt 10, 15, 18, 22, 30, 36, 60, 72, 75 dərəcəli bucaq təşkil edən oxlar cütünə rast gəlinir. Bu da imkan verir ki, 2, 4, 6 və s. oxlar üzrə mümkün kombinasiyaların sayı 22-dən 600-ə çatsın [44. s. 401]. Baklanov Orta Asiya girihlərinin təkrar fiqurlardan qurulmasının riyazi qanunauyğunluğunu göstərməyə müvəffəq olmuş, tikilini əmələ gətirən kərpiclərin ölçülərinin modul olduğunu göstərmişdir. Girihlərin riyazi analizi və onların naturaya köçürülməsinin iş metodunu göstərən müəllif o nəticəyə gəlir ki, Orta Asiya memar və sənətkarları xətt ustaları olmaqla bərabər, həndəsə və hətta triqonometriyanın gözəl biliciləri olmuşlar. [45. s. 111] Baklanovun araşdırmaları Orta Asiyanın memarlıq nəzəriyyəsində böyük rol oynamasına baxmayaraq memarlıq ornamentlərinin mütənasiblik sistemlərinə görə təsnifata ayrılması baxımından nöqsanlıdır.

Özbəkistan və cənubi Türkmənistan memarlıq abidələri üzərində uzun müddət araşdırmalar aparan P. İ. Rempel memarlıq ornamentləri üzrə bir çox qiymətli materiallar əldə etmiş, ornamentlərin tarixi köklərini, periodikliyini, təkamül prosesini, forma plastikliyini göstərmiş [46], [47], [48], girihlərin fəza memarlıq formalarına köçürülməsinin əsasını göstərmişdir. [49.s. 224-231] Orta Asiyanın ayrı-ayrı memarlıq abidələri üzərində həndəsi ornamentləri Q. N. Tomayev, Ş. E. Ratia, R. A. Puqaçenko, L.Y. Mankovskaya, P. Ş. Zahidov, N. İ. Notkin, Y. Q. Şvab və başqaları qiymətli araşdırmalar aparmış nəticədə memarlıq ornamentlərinin qurulmasının elmi nəzəriyyəsi inkişaf etdirilmişdir.

Orta Asiya memarlıq abidələri üzərində həndəsi ornamentlərin qurulmasının ən mükəmməl analizi M. S. Bulatova məxsusdur.

[16.c.264-298] İlk dəfə Bulatov əsərində ayrı-ayrı memarlıq abidələri üzərində həndəsi ornamentlərin şüa qəfəsinə əsasən qurulma qaydasını göstərmiş və onların harmonik analizini vermişdir. Lakin bu abidələr üzərində həndəsi ornamentlərin qurulması mütənasiblik sistemlərinə görə ümumiləşdirilməmişdir.

Son dövrlərdə Orta əsr Şərq memarlığı həndəsi ornamentlərinə marağın artması ilə əlaqədar olaraq bu sahədə bir çox tədqiqatlar aparılmışdır. Bunlardan biri də Əl Səid və Ayişə Parmanın "İslam əl sənətində həndəsi konksepsiya" ("Geometric concepts in İslamic art") kitabıdır [50]. Kitabda həndəsi ornamentlər haqqında qısa tarixi məlumat, həndəsi mütənasiblik sistemləri və onların cəbri şəkli, bir çox müsəlman ölkələri memarlıq abidələri üzərində həndəsi ornamentlər mütənasiblik sistemlərinə əsasən qruplaşdırılmaqla şüa qəfəsinə əsasən alınma qaydaları göstərilmişdir.

Həndəsi ornamentlərin araşdırılma tarixini qısaca nəzərdən keçirdikdən sonra fikirlərimizi yekunlaşdırmaqla o nəticəyə gəlirik ki, hər bir araşdırıcı bu məsələyə çoxmənalı harmoniya prinsipləri ilə yanaşmış, nəticədə araşdırmalar çoxluğu bir toplu halında həndəsi ornamentlərin elmi nəzəriyyəsini irəli sürmüş, lakin bu nəzəriyyələr ümumi harmonik ideya təlimi baxımından izah edilmədiyinə görə birtərəfli xarakter daşımışdır.

Biz mərkəzi Azərbaycan (Marağa-Naxçıvan) və güney-doğu Azərbaycan (Qəzvin-Həmədan) məktəbləri tərkibində Əcəmi ornamental sənətini nəzərdən keçirməklə onun orta əsr müsəlman intibahı sintezində hansı rol oynadığı və bu sahədə hansı mövqedə dayandığı haqqındı təsəvvür yaratmağa çalışacağıq. Bunun üçün əvvəlcə Azərbaycan memarlıq-bəzək dekorunun təkamülünü nəzərdən keçirmək məqsədəuyğundur.

Məlumdur ki, mürəkkəb həndəsi ornamentlərin ölçüləri eyni mütənasiblik qanununa tabe olan ayrı-ayrı sınıq xətlərdən təşkil olunur. Yuxarıda qeyd etdiyimiz kimi ciddi riyazi qanuna tabe olan belə naxışlar sistemi bütövlükdə eyni mütənasiblik qanununa tabe olan xətlərin bir-birinə bağlı ahəngdar birləşməsindən yaranır. Girih quruluşlu həndəsi naxışlar XI-XIII yüzillikdə Azərbaycan türbələrinin memarlıq bəzəyində aparıcı mövqe tutmuşdur. Əldə olunan materiallar Azərbaycan memarlığında girih naxışlarının dəqiq təkamülünü izləməyə imkan vermir. IX-X əsrlərin memarlıq abidələri günümüzə qədər gəlib çatmadığından bu naxışların ibtidai örnəkləri əlimizdə yoxdur. “XI yüzillikdə Savə minarəsi və Xərrəqan türbələri kərpic girih naxışlarının bitkin və mükəmməl quruluşu birdən-birə qarşımızda dayanır”. (22. s.185)

Memarlıq dekorunda girih naxışların aparıcı rol oynaması baxımından Yusif Küseyir oğlu turbəsi Azərbaycan memarlığında yeni mərhələdir. Səkkizüzlü gövdəsi olan bu abidənin üz taxçaları mürəkkəb quruluşlu kərpic girih naxışlar sistemi ilə örtülmüşdür. Yusif Küseyir oğlu türbəsinin memarlıq quruluşunun inkişaf edərək Möminə xatun türbəsinin mürəkkəb quruluşuna keçməsi və burada ən yüksək səviyyəyə çatması qanununa uyğun olaraq ornamentlərin quruluşları da müvafiq surətdə inkişaf edir və Möminə xatun türbəsində ən yüksək zirvəyə çatır. Belə ki, sonra görəcəyimiz kimi türbələrin quruluşuna uyğun olaraq Yusif Küseyir oğlu türbəsi üzlərindəki həndəsi ornamentlərin düzgün altıbucaqlı, kvadrat və bu mənbədən yaranan mütənasiblik sistemlərinə uyğun quruluşları inkişaf edərək Möminə xatun türbəsinin həndəsi ornamentlərinin quruluşunu müəyyən edən qızıl bölgü mütənasiblik prinsipinə (düzgün onbucaqlı) çevrilir.



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə