“Memarlığın əsasları” fənnindən test sualları


Ön Şərq şəhərlərinin bağ ərazilərində müntəzəm planlaşdırma həllərinin nümunəsi hansıdır?



Yüklə 461,71 Kb.
səhifə4/5
tarix06.02.2018
ölçüsü461,71 Kb.
#26158
1   2   3   4   5
Landşaft memarlığının nəzəriyyəsi və təcrübəsi 300 tes


249. Ön Şərq şəhərlərinin bağ ərazilərində müntəzəm planlaşdırma həllərinin nümunəsi hansıdır?

A) Bütün cavablar düzdür

B) Dərbənddə Cümə məscidi

C) Naxçıvanda Möminəxatın dini kompleks

D) Təbrizdə göy məscid

E) Brussada yaşıl Cami



250. Zəlzələ nəticəsində dağılan Kəpəz dağının qaya və dağıntıları nəticəsində hansı göl yarandı?

A) Göy-göl

B) Sevan

C) Urmiya

D) Xəzər

E) Qanlı-göl



251. Bağ sənətinin inkişafı ticarət karvan yolların kənarında yerləşən şəhərlərlə əlaqəli idi. Bu səbəbdən bu şəhərlərin hansı bu orta əsr şəhərlər sirasına daxil deyil?

A) Muğan, Sumqayıt

B) Bərdə, Şamaxı

C) Dərbənd, Ərdəbil

D) Marağa, Urmiya

E) Şabran, Gəncə



252. Ərəb tarixçisi İbn Haukal öz səlnamələrində bu şəhərlərin hansıları barədə yazırdı: “Şəhər kənarı başdan başa bağlarla örtülüb, gəzinti yerləri və bağlar sayəsində əlverişlidir”?

A) Bərdə

B) İsfahan

C) Dərbənd

D) Xaçmaz

E) Şabran, Gəncə



253. 1927-ci ildə Bakının ilk baş inkişaf planı təsdiq edilmişdir. Bu baş planda yaşıllıq sisteminin yaradılması üçün hansı memar tərəfindən geniş tədbirlər nəzərdə tutulmuşdur?

A) Şəhərsalan prof. A.P.İvanitskiy

B) Memar ivanov

C) Memar akad. M.A.Useynov

D) Memar S.Dadaşov

E) Şəhərsalan E.Datyev



254. Səməd Vurğun bağının layihəsinin müəllifi kimdir?

A) Memar A.Osipov-Stepanov, aqronom A.Mahmudbəyova

B) Memar X.Muxtarov, aqronom S.Belikov

C) Memar Q.Əli-zadə, aqronom B.Əliyev

D) Memar M.A.Useynov, aqronom A.Mahmudbəyova

E) Memar S.Dadaşov, aqronom T.Məmmədov



255. Azərbaycanın xalq şairi S.Vurğunun abidəsinin müəllifi kimdir?

A) Heykəltəraş F.Əbdurəhmanov, memar M.A.Useynov

B) Heykəltəraş T.Məmmədov, memar X.Muxtarov

C) Heykəltəraş F.Əbdurəhmanov, memar Q.Əli-zadə

D) Heykəltəraş Q.Sücəddinov, memar M.A.Useynov

E) Heykəltəraş O.Eldarov, memar S.Dadaşov



256. Məkanların yaşıllaşdırma sistemlərinin rekonstruksiyası bu sistemin mövcud elementlərinin hansı tədbirlərinin rekonstruksiyasına təkan verir?

A) Bütün cavablar düzdür

B) Bağ və parkların funksiyasının dəyişməsi

C) Yüklərin park landşaftına keçirilməsi

D) Meşələrin park və park zonalarına dəyişdirilməsi, memarlıq dizaynı

E) Landşaftlar sisteminə daxil olan və əvvəllər istifadə olunan yeni landşaft sistemlərinin rekonstruksiyası



257. Hidroparklar hansı hidroqurğularla zəngindir, səhv cavab:

A) Hidroelektrostansiyalar

B) Hovuzlar

C) Nohurlar

D) Şəlalələr

E) Fəvvarələr



258. Şəhərin bədii-memarlıq görkəmi, onun mühitinin keyfiyyəti asılıdır:

A) Ərazinin yaşıllaşdırma sahəsindən

B) Parkın funksional zonalaşmasından

C) Parkda dincələnlərin düzgün paylaşması

D) Avtomobillərin park zonasında parkovkasından

E) Yüklərin park landşaftında paylaşması



259. Yaşıllıq əkintilərinin ifraz etdiyi oksigenin əsas keyfiyyəti nədən ibarətdir?

A) Onun ionlarla zəngin olmağı

B) Onun freonlarla zəngin olmağı

C) Onun molekul, atomlarla zəngin olmağı

D) Onun buxarla, fitonsidlərlə zəngin olmağı

E) Karbohidratlarla zəngin olmağı



260. Şəhərin yüksək səs-küy effekti hansı vasitə ilə yaranır?

A) Sanitar-mühafizə zonası

B) Şəhər mikrorayon və kvartallarının yetərsiz yaşıllaşdırılması

C) Qeyri-səmərəli tikinti sahəsi

D) Nəqliyyatın qeyri-intensif inkişafı

E) Ərazinin qeyri-düzgün funksional zonalaşması



261. Dənizkənarı şəhər Lənkəran üç tərəfdən şəhərətrafı yaşıl zolaqla və dağ meşələri ilə əhatə olunur. Burada hansı iki iri yaşıl qoruq var?

A) Qızıl-Ağac qoruğu (9800 ha) və Girkan milli parkı (3200 ha)

B) Girkan qoruğu, Qaragöl qoruğu

C) Qarayazı qoruğu, Girkan milli parkı

D) “Eldar şamı” qoruğu, Girkan milli parkı

E) Turyançay qoruğu, Qızıl-Ağac qoruğu



262. Şəhərin yaşıl əkinlərini formalaşdırır:

A) Bütün cavablar düzdür

B) Şəhərin estetik karkası

C) Onun memarlıq-bədii simasını yaxşılaşdırır

D) Onun mikroiqlimini yaxşılaşdırır

E) Şəhər mühitinin keyfiyyətini formalaşdırır



263. Landşaft memarlığının hansı sahədə əhəmiyyəti böyükdür?

A) Təbiətin və ətraf mühitin qorunması sahəsində, təbii resursların səmərəli istifadəsi sahəsində

B) Xəzər akvatoriyasının qorunması sahəsində

C) Torpaq örtüyünün pozulmasında

D) Bir sıra təbii resurslara antropogen yüklərinin çoxalmasında

E) Abşeronda eroziya proseslərinin inkişafında



264. Yaşıllıq sanitar-müdafiə zonasının ölçüləri nəyə əsasən təyin edilir?

A) Sənaye müəssisəsinin ziyanlılıq dərəcəsinə və ya nəqliyyat magistralının sinfinə görə

B) Yaşayış zonası tikintisinin hündürlüyünə görə

C) Yaşayış kompleksi tikintisinin sıxlığına

D) Təbii təbiət landşaftının dəyərinə görə

E) Təbii və antropogen landşaft komponentlərinə görə



265. Yaşayış məntəqəsinin yaşıllıq sisteminin zəruri tələbləri:

A) Bərabər ölçülü və fasiləsiz olması

B) Sosiallıq, praktiklik

C) Qənaətçillik, ekoloji

D) İndustriallıq, ekoloji

E) Bərabər ölçülü və düzxətli



266. Botanika parkları harada yaradılır?

A) Xüsusi iqlim şərtləri olan yerdə

B) Zəngin qədim mədəniyyəti olan yerdə

C) Parlaq tarixi hadisələr olan yerdə

D) Məşhur adamların adı ilə bağlı olan yerdə

E) Landşaft memarlıq elementləri dolğun olan yerdə



267. Yaşıllıq əkinləri sisteminin formalaşmasına hansı amillər təsir göstərir?

A) Bütün cavablar düzdür

B) Tikilmiş və açıq şəhər ərazilərinin nisbətləri

C) Mövcud yaşıllıq əkinlərinin xüsusi çəkisi (əhəmiyyəti), onların keyfiyyəti və yaşayış məntəqəsinin planlaşdırılma strukturunda yeri

D) Ayrı-ayrı yaşıllıq sahələrinin böyüklüyü və sayı və onların funksional rolu

E) Yaşıl əkin sahələrinə nəqliyyat və piyada yolları



268. Şəhər və şəhərkənarı yaşıllıq əraziləri massivləri arasında qarşılıqlı əlaqə nəyin vasitəsilə həyata keçirilir?

A) Bütün cavablar düzdür

B) Bulvar, sahil küçəsi

C) Xiyaban, yaşıl zolaq

D) Magistral boyunca yaşıl əkinlər

E) Xüsusi qoruyucu meşə zolağı



269. Şəhərin və ya kənd yaşayış yerlərinin yaşıllıq sistemi hansı zonalarda əkinlərin bərabər paylanmasını təmin etməlidir?

A) Bütün cavablar düzdür

B) Yaşayış ərazilərində

C) Yaşayış rayonu və mikrorayonlarda

D) İctimai və mədəni mərkəzlərdə

E) Sənaye və sanitar-qoruyucu zonalarda



270. Tikinti kompozisiyasına məhdud şəkildə daxil edilən yaşıl əkinlər nəyə səbəb olur?

A) Bütün cavablar düzdür

B) Şəhərin struktur-planlaşdırılma xüsusiyyətini yaxşılaşdırır

C) Şəhərin memarlıq-bədii xassələrini yaxşılaşdırır

D) Yaşayış məntəqəsinin ifadəli həcmi-məkan simasını, onun mənzərəli siluetini yaratmağa kömək edir

E) Bütün cavablar səhvdir



271. Əlverişsiz külək rejimi olan şəhərlərdə və kənd yaşayış yerlərində mikroiqlimin yaxşılaşdırılmasında əsas nəyə diqqət verilir?

A) Yaşayış yerlərinin güclü küləklərdən və toz tufanından və qara yellərdən qorumaq üçün xüsusi əkinlər

B) Sənaye obyektləri

C) Nəqliyyat obyektləri

D) Yaşayış məhəllələri

E) Açıq yaşıllıq məkanları



272. Yaşıllıq əkinləri sistemi yaradılan və işlənilən zaman vacib rol nəyə verilir?

A) Bütün cavablar düzdür

B) Təbii-iqlim şəraitinə

C) Sanitar-gigiyena amillərinə

D) Landşaft amillərinə

E) Ekoloji amillərə



273. Şəhərsalma və təbii şəraitdən asılı olaraq yaşayış məntəqəsinin yaşıllıq sistemi hansı şəkildə yaradıla bilər?

A) Bütün cavablar düzdür

B) Şəhər kənarından yaşayış məntəqəsinin içərisinə daxil olan, ərazidə bərabər paylanmış yaşıllıq massivləri (klin) şəklində

C) Yaşayış məntəqəsini kəsən su-yaşıllıq diametri şəklində (park sistemi, bulvarlar, çay boyunca açıq məkanlar)

D) Tikinti ərazisi boyunca yerləşən bir və ya bir neçə yaşıllıq əkinləri zolaqları

E) Ayrı-ayrı şəhər rayonlarını əhatə edən yaşıllıq əraziləri



274. Yaşıllıq əkinləri bu proseslərin hansında iştirak edir?

A) Torpaq çürüntüsünün yaranmasında

B) Yerin relyefinin yaranmasında

C) Şəhərin su məkanlarının yaranmasında

D) Şəhərin sənaye zonasının yaranmasında

E) Parkda tamaşa-əyləncə tədbirlərinin yaradılmasında



275. Etnoqrafik parklar hansı yerlərdə yaranır?

A) Zəngin qədim mədəniyyəti olan yerlərdə

B) Sıx tikinti olan yerdə

C) Antropogen landşaft olan yerdə

D) Təbii landşaft olan yerdə

E) Qoruqlarda



276. Çəmən (biçənək) parklarda ərazinin əsas hissəsini nə tutur?

A) Açıq məkanlar, tala

B) Qapa ərazilər

C) Su hövzəsi və kanallar

D) Kiçik memarlıq formaları

E) Bağçalar, bulvarlar



277. Qala – tarixi etnoqrafik qoruq neçənci ildə yaranıb?

A) 1988


B) 2000

C) 2006


D) 2010

E) 1960


278. Qala – kənd-qoruğun ərazisində etnoqrafik park nə zaman yaranıb?

A) 2008


B) 1988

C) 1970


D) 2001

E) 2003


279. Şəhərin mərkəzi rayonlarına təmiz havanın fəal keçiricisi nə ola bilər?

A) İri meşəpark sahəsi (paz)

B) Salxım söyüd şəklində təkağac (soliter)

C) Şəhər magistralları

D) Uçan orqanik yaradılışlar

E) Bitkilərin sanitar-gigiyenik xassələri



280. M.F.Axundov bağı müharibəyə qədərki dövrdə salınmışdır, 1930-cu ildə isə yazıçının heykəli ucaldılmışdır. Heykəltəraş kim idi?

A) P.Sabsay

B) E.Ömərov

C) Y.Tretolskiy

D) F.Əbdurəhmanov

E) Y.Keylixes



281. Səməd Vurğun bağının memarlıq ideyasının əsası simmetrik kompozisiyadır, bu bağın şəhərsalma vəziyyəti ilə təyin edilir. Bu bağın müəllifi hansı memardır?

A) Memar A.Osipov-Stepanov

B) Memar X.Muxtarov

C) Memar M.Useynov

D) Memar A.P.İvanitskiy

E) Memar L.A.İlyin



282. Səməd Vurğun bağında Səməd Vurğunun heykəlinin müəllifi kimdir?

A) Heykəltəraş F.Əbdurəhmanov, memar M.A.Useynov

B) Heykəltəraş T.Məmmədov, memar Dadaşov

C) Heykəltəraş O.Eldarov, memar X.Muxtarov

D) Heykəltəraş P.Sabsay, memar Q.Əli-zadə

E) Heykəltəraş O.Eldarov, memar M.A.Useynov



283. Səməd Vurğun bağının yaşıllaşdırılmasında hansı ağacdan istifadə olunmamışdır?

A) Tozağacı

B) Eldar şamı

C) Sərv ağacı

D) Qovaq

E) Liqustrum kolu



284. Meşəpark, park və bağ landşaftı nədir?

A) Bütün cavablar düzdür

B) Funksional bədii xarakteristikası olan yerlər

C) Özünün fizika-bioloji siması olan yerlər

D) Emosional siması olan yerlər

E) İnsanı əhatə edən mühit



285. Müxtəlif şəkildə əkin üsullarının tətbiqi nəyə təsir göstərir?

A) Çoxlu sayda konkret həllərə nail olur və hər bir sahədə formaca müxtəlif kompozisiyalar yaratmağa imkan verir

B) Məkan məhdudiyyətini qavramağa kömək edir

C) Relyef öyrənilməsinin əsas mərhələləridir

D) Mürəkkəb relyefdə tətbiq edilir

E) Cavablar doğru deyil



286. Şəhərdə bulvar təşkilinin məqsədi:

A) Tranzit, piyada sahələrində yüksək komfortlu şəraitin yaradılmasıdır

B) Yerin təbii relyefinin ixtisarı üçündür

C) Şəhərdə sənaye zonasının yerləşdirilməsi

D) Ağac və kol fəslinin qiymətli nümunələrinin əkilməsini ixtisara salmaq üçündür

E) Tarixi cəhətdən dəyərli şəhər mühitinin ixtisarı



287. Bulvar planlaşdırılması zamanı aşağıdakı əsas qaydaları nəzərdə saxlayırlar:

A) Bütün qaydalar doğrudur

B) Bulvar ərazisini küçələrdən sıx əkin zolaqları ilə ayırmaq

C) Bulvarda kölgəliklər və günəş şüası ilə işıqlanan xiyabanlar və meydançalar yaradırlar

D) Ağaclar arasında şaquli küləklənməni təmin edən intervallar (boşluqlar) qoyurlar

E) Bulvara giriş onun həm eni, həm də uzununa istiqamətdə yerləşdirilir



288. Bulvarın memarlıq-planlaşdırılma həlli necə müəyyənləşdirilir?

A) Şəhər planında yerləşdirilməsinə görə, bulvarın ölçülərinə və iqlim şəraitinə görə

B) Şəhərin ekologiyasına əsasən

C) Məskunlaşma sisteminə görə

D) Tikintinin iqtisadiyyatına görə

E) Şəhərin əsas funksiyasına görə



289. Bunlardan hansı Azərbaycanın təbiət abidələri sayılır?

A) nar, qovaq

B) kvoyya, küknar, üzüm

C) Çinar, şam, zeytun

D) Əncir, tozağacı, şümşad

E) Söyüd, zəncəfil, çinar



290. Landşaft memarlığında “yenidənqurma” dedikdə nə başa düşülür?

A) Tamamilə kompozisiyasını itirmiş parkların, bağların yenidən tikilməsi

B) Rekonstruksiya

C) Bərpa

D) Yenidənqurma

E) Rekultivasiya



291. Landşaft memarlığında “konservasiya” termini necə tətbiq edilir?

A) Parkın planlaşdırılması və həcmi-məkan həllində hər hansı dəyişiklər etmədən kompozisiyanın saxlanılması

B) Kompozisiyası tamamilə itirilmiş parkın yeni tikintisi başa düşülür

C) Bu ərazinin istismarı məhduddur

D) Bağ-park sənəti obyektlərinin bərpası

E) Bu şəhərin landşaft mühitinin yeniləşdirilməsi, renovasiyasıdır



292. Yaşıl əkililər nədir:

A) Şəhərin bədii tərtibatının elementləri

B) Şəhərin ekologiyası

C) Şəhərin planlaşdırılması və tikilməsi

D) Şəhərin xalq təsərrüfatı profili

E) Şəhərin perspektiv inkişafı



293. Şəhərin kompleks yaşıllaşdırılmasının əsas elementi:

A) Çoxfunksiyalı mədəniyyət və istirahət parkları

B) Soliterlər

C) Məktəb sahələrinin yaşıllaşdırılması

D) Nəqliyyat kommunikasiyaları üçün ayrılmış sahələr

E) Qoruqlar, rezervatlar



294. Yaşıllaşdırma obyektləri:

A) Parklar, bulvarlar

B) Relyef, torpaq

C) Su hövzələri, bitkilər

D) Qruplar, massivlər

E) Soliter, ağac



295. Yaşıl divarlar nədir:

A) Ağac və kölluqlarla əkilmiş hündür canlı çəpər

B) Eyni cins ağac və kölluqların böyük qruplar

C) Vacib kompozisiya elementlərilə yaşıl əkililər

D) Yaşayış ərazilərində əkililər

E) Mədəniyyət parklarında ümumşəhər və rayon əhəmiyyətli əkililər



296. Yaşıllaşdırma sisteminin formalaşması və onun müxtəlif yaşayış yerlərində normativləri asılıdır:

A) Coğrafi mövqeyindən və yerli şəraitindən

B) Şəhərin müntəzəm planlaşdırma elementindən

C) Hərəkət edən nəqliyyatın paylanmasından və təhlükəsiz yerüstü və yeraltı keçidlərdən

D) Skverlərin abadlaşdırılmasından və yol və meydançaların döşənməsindən

E) Ağacların həmişəyaşıl yarpaqlı və iynəyarpaqlı növlərindən



297. Bir sıralı və çox siralı alleyalar:

A) Bütün cavablar düzdür

B) Sanitar-gigiyenik və memarlıq-planlaşma əhəmiyyətli olurlar

C) Şəhər küçələrində günəş şüasını yüngülləşdirir

D) 15 – 20% temperaturu azaldır

E) Toz və qazın çox miqdarının qarşısını alır, səs-küyə qarşı mübarizə vasitəsidir



298. Yaşıl əkililər, səhv cavab:

A) Şəhərin perspektivini təşkil edir

B) Havanın hərarət rejiminə yaxşı təsir edir

C) Havanın rütubət rejiminə yaxşı təsir edir

D) Güclü küləklərdən mühafizə edir

E) Şəhər səs-küyünü azaldır



299. Rayonun təbii şəraitinin kökündən dəyişdirilməsinin əsas üsullarından biri:

A) Yaşıllaşdırmadır

B) Tikililərin təşkilidir

C) Gül təsərrüfatlarının yaranmasıdır

D) Avtomobil yollarının salınmasıdır

E) Kənd təsərrüfatının inkişafıdır



300. Filarmoniya bağı əvvəllər necə adlanırdı? Səhv cavabı tapın.

A) Sisiyan bağı

B) Mixaylov bağı

C) Qubernator bağı

D) Əliağa Vahid adına bağ

E) İnqilab bağı



301. Qubernator bağının ümumi dendroloji quruluşunun formalaşmasında mühüm rol oynayan düzgün istifadə olunmuş:

A) Mürəkkəb relyef

B) Su qurğuları

C) Meşə əkililəri

D) Düz relyef

E) Qum tepeleri



302. Mixaylov bağının (indiki Filarmoniya bağı) “ada” kompozisiyasını müəyyən edir:

A) Relyefin xüsusiyyəti

B) Kölgəli xiyaban

C) Bitkilərin çeşidləri

D) Gətirilmiş torpaq

E) Kolluqların yaşıl palitrası



303. “Yaşıl” siyasətin əsas təşəbbüskarlarından biri olan şəhərin komendantı R.R. Xoven Bakının mərkəzində gözəl oazis yaratmışdı:

A) Qubernator bağı

B) Fəvvarələr meydanı

C) Paraped

D) S.Vurğun bağı

E) Molokan bağı



304. XX əsrin 90-cı illərinin ortalarında Filarmoniya bağı hansı sahəni əhatə eləyirdi:

A) 5 ha yaxın

B) 1 ha yaxın

C) 11 ha yaxın

D) 100 ha yaxın

E) 20 ha yaxın



305. Abris – çevrə bu düzgün cavab deyil: səhv cavabdır:

A) Şərq simvolizminə məxsus aypara şəklində olan element

B) əşyanın xətti təsviri konturu

C) Ağac və kolların konturları

D) Ərazinin planı, eskizdə yaşıllığın göstərilməsi

E) Ərazinin planı, eskizdə qurğuların və yolların göstərilməsi



306. Aqnaq –

A) Dağlarda torpaq sürüşməsi və ya dağılması olan sahələr

B) Park süni gölündə adacıq

C) Bağ parterinin tərtibatında bitki motivləri

D) Bağda şüşəli qalereya

E) Bağ-park koloriti



307. XVII-XVIII əsrin bağ parterinin tərtibatında istifadə edilən bitki mövzusu ( bir dəstə budaq, yarpaq görüntüsünü verir) :

A) Aqraf

B) Abris

C) Aqnaq

D) Abdan

E) Anturaj



308. XVII əsrin ikinci yarısında romantik bağlarda dekorativ tərtibatın elementi kimi tətbiq edilən həyata keçirilən Çay, dərə,yargan və s. üzərində körpü şəklində çəkilən su kəməri:

A) Akveduk

B) Aqnaq

C) Abris

D) Anfilada

E) Aqraf



309. İngilis parkı – adlanır:

A) Mənzərəli park

B) Milli park

C) Orta əsrlərin parkı

D) Avropa parkı

E) Daş parkı



310. Bitkilərin introduksiyası –

A) bitkilərin əvvəllər bitmədiyi yerlərdə əkilməsi

B) Bitkilərin fiqurlu kəsilməsi

C) səbətlərdə yetişdirilən bitkilər

D) şaquli planlaşdırılmada tətbiq olunan bitkilər

E) qış bağlarında tətbiq olunan bitkilər



311. Mənzərə parkının tikintisində Uilyam Kent aşağıdakı prinsipləri tərtib etmişdi:

A) Bütün tərtib edilən prinsiplər düzdü

B) Sərbəst planlaşdırılma

C) Təbii landşaftın istifadəsi - təbii gözəlliyi vurğulamaq və çatışmamazlılıqları ört-basdır etmək

D) Mənzərə kompozisiyalarını yaradarkən onlara təbiilik vermək

E) Bağın bütün elementlərinin vəhdətini təmin etmək



312. Ərazi ölçülərinə görə parkların klassifikasiyası, düzgün cavab:

A) Bütün cavablar düzdü

B) Kiçik – 30 ha-a kimi

C) Orta – 30 ha–dan 100 ha –a kimi

D) Böyük – 100 ha-dan 300 ha –a kimi

E) Iri 300 ha – dan yuxarı.



313. Genetik-landşaft əlamətlərinə görə parkların klassifikasiyası, səhv cavab:

A) Uşaq parkı

B) Meşə massivi əsasında – meşə parklar

C) Dağlıq landşaftı əsasında – dağüstü parklar

D) Ada, göl, dəniz sahilində - hidroparklar

E) Çəmənlik, çöllük ərazilərin istifadəsi əsasında – çəmənlik park



314. Demoqrafiq prinsiplərə görə parkların klassifikasiyası

A) Bütün cavablar düzdü

B) Cavablar səhvdi

C) Bütün yaş qrupları üçün

D) Uşaq

E) Yeniyetmə gənc



315. Fəaliyyət növlərinə görə parkların klassifikasiyası, səhv cavab:

A) “Asma” və örtülü qış bağları

B) Idman-sağlamlıq

C) Tarixi, muzey-park

D) Atraksiyon əyləncə parkları

E) Sərgi, etnoqrafiq



316. Aidiyyətinə görə parkların klassifikasiyası

A) Ümumi istifadə üçün nəzərdə tutulmuş

B) Təbii və milli parklar

C) Gəzinti və sakit istirahət

D) Uşaq, yeniyetmə

E) Çəmən park və hidroparklar



317. Kiçik məkanlarda təbiətin simvolik mənimsənilməsinə xas olan, bütün incəliyi ilə tədqiq edilən bağ-park incəsənətinin ənənəvi əsərləri

A) Yapon bağları

B) Fransız bağları

C) İngilis bağı

D) Semiramidanın “asma bağları”

E) Müntəzəm bağ



318. Dekorativ və simvolik əhəmiyyətə malik olan, peyzajı ruhlandıran, həcmi təsvirləri yaradan məkan incəsənətinin növü:

A) Skulptur

B) Siluet

C) Park

D) Landşaft

E) Bağ-park incəsənəti



319. Bağ, park , skver və başqa yaşıllaşdırma obyektlərinin yaradılması və layihələndirmə sənəti

A) Bağ-park incəsənəti

B) Bağ-park sistemi

C) Şəhərin sərbəst planlaşdırılması

D) Bağ-park landşaftı

E) Bağ-park incəsənətində üslüb



320. 5-10 ha-dan az olmayan ağaclar, xiyabanlar, kiçik memarlıq həcmləri olan sahə

A) Bağ


B) Park

C) Skver (kiçik bağça)

D) Bulvar

E) Landşaft



321. Müxtəlif istifadə növləri üçün nəzərdə tutulan istirahət zonalarının, parkların hissələrə bölünməsi

A) ərazinin funksional təşkili

B) ərazinin vertikal planlaşdırılması

C) ərazinin horizontal planlaşdırılması

D) təbii landşaftın dəyişdirilməsi

E) antropogen landşaftın dəyişdirilməsi



322. 80-150 m2 sahəni əhatə edən irimiqyaslı gül kompozisiyaları və 1000 m2 -ə kimi olan sahəni əhatə edən çəmənliklərdə, düzənliklərdə yetişdirilən çoxillik bitkilər

A) bu massivdir

B) bu skverdir (kiçik bağça)

C) bu balaca meşəlikdir

D) landşaft parkıdır

E) bu fasiləsiz çiçəklənən bağdır.



323. Mərkəzi kompozisiya oxu ətrafında hər hansı bir obyektin simmetrik yerləşdirilməsi

A) flanlaşma

B) funksionallaşma

C) формовка

D) флерон

E) фон


324. Ağac kol səthinin quruluşu, xüsusiyyəti onların yarpaqlarının böyüklüyündən və budaqda yerləşməyindən asılıdır

A) çətir fakturası

B) gövdənin həcmi

C) yarpaqların quruluşu

D) ağacın, kolun ümumi hündürlüyü

E) çətir формовка



325. Klassik park parterinin təşkilində aparıcı mövzulardan biri, bitkinin əyilmiş budağini xatırladır

A) fleron

B) fon

C) freon

D) formovka

E) faktura



326. Sarmaşıq bitkilər üçün şaquli , dayaq (karkas)

A) trelyaj

B) terras

C) dayaq divar

D) portal

E) parter



Yüklə 461,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə