MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə14/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   10   11   12   13   14   15   16   17   ...   49

Nikolay və Papa X Lev öz agentlərini Aralıq dənizi vasitəsilə Suriyaya və Kiçik Asiyaya, 
həmçinin İsveç və Danimarkaya qədər şimala əlyazma dalınca göndərirdilər.  Poco Braççolini
Alp dağlarındakı monastırın xarabalıqlarında qalmış köhnə kitabxananı ələ keçirmək üçün təbii
qüvvələrə qarşı çıxaraq, qarlı aşırımları keçib dağlara dırmaşmışdı.
İtalyanların bu canfəşanlığı sonralar Şərq ölkələrinə    arxeoqrafik ekspedisiyaların təşkil
edilməsinin əsasını qoymuş, xüsusən XIX-XX əsrlərdə belə axtarışların həyata keçirilməsində
ingilislər, almanlar və fransızlar böyük təşəbbüslə qabağa düşmüşlər. 
L.Doyel “Marko Polodan sonra Asiyanın ən böyük tədqiqatçısı” ingilis Mark Aurel Steynin
özünün çinli katibi İzyan ilə birlikdə XX əsrin əvvəllərində Dunxuan əlyazmalarını dünyaya necə
tanıtdıqlarını geniş təsvir edir və göstərir ki, sonralar bu yazıların sanskritdə, prakrit, Ç in, Tibet, 
fars, soqdi, uyğur, runik türk, xotan, kuçi, naməlum Tibet-Birma dillərində olduğu aşkar edilmiş-
dir. Hazırda təxminən 12 minlik Dunxuan əlyazmaları fondu S.Peterburqda akademiyada sax-
lanılır ki, bu da dünyada ən böyük Dunxuan kolleksiyalarından yalnız biridir [113, s.61, 67, 525-
548, 651].
Beləliklə,  kitabların müxtəlif yollarla tarixi köçü onların dünyanın ən müxtəlif regionlarına
səpələnməsinə səbəb olmuşdur.  Bu fakt həmçinin yığılıb-gətirilmiş əlyazma mətnlərinin
oxunmasını və öyrənilməsini şərtləndirmiş və beləliklə,  Avropada yeni elm sahəsi meydana
gəlmişdir. 
Alimlər göstərirlər ki,  paleoqrafiyada ilk addımı fransızlar    atmışlar.  Bernar Monfokonun
(1655-1741)  1708-ci ildə Parisdə nəşr etdirdiyi latın qrafikalı yunan (Bizans)  yazısının
təşəkkülünə həsr olunmuş “Paleographia graesa sive de ortu et progressu literaruum” (“Yunan
paleoqrafiyası və ya hərflərin yaranması və inkişafı haqqında”)  əsəri bu sahədə ilk təşəbbüs
sayılır. Bundan sonra 1750-1765-ci illərdə Parisdə Tassen və Tustenin fransız dilində yazdıq-
ları altı cildlik “Nauve au traite de diplomatique” (“Diplomatikaya dair yeni traktat”) əsəri çapdan
çıxmış,  müəlliflər bu əsərdə geniş əhatəli yeni materiallarla orta əsr yazısının mükəmməl
təsvirini vermişlər [bax: 45, s.38]. 
Ancaq bu əslində paleoqrafiyanın nəzəri məsələləri ilə bağlı yazılmış ilk əsərlərdir. 
Paleoqrafiyanın insanın ayrıca bir elmi-praktiki fəaliyyət sahəsi kimi meydana gəlməsi isə XIV
əsrin italyan alimi və məşhur şairi Françesko Petrarkanın (1304-1374) adı ilə bağlıdır. O, gənc
yaşlarında oxumağı öyrənəndən sonra kitabları sevməyə,  onları toplamağa başlamış,  Qədim
Roma natiqi və hüquqşünası Mark Tulli Sitseronun itmiş əsərlərini axtarmağa girişmiş,  onları
təsadüf nəticəsində tapandan sonra Sitseron mətnlərini öyrənməyə başlamışdır.  Bu praktiki
paleoqrafiyanın başlanğıcı sayılır [113, s.47].
Paleoqrafiya - yunanca palaios “qədim,  əski”  +  grapho “yazıram”  deməkdir.  Adından
göründüyü kimi,  paleoqrafiya əslində üzərində yazıldığı materialdan asılı olmayaraq,  qədim
yazını öyrənən elmdir (fəndir). Buna baxmayaraq, “paleoqrafiya” termininin əhatə dairəsi haq-
qında alimlər arasında fikir ayrılığı müşahidə olunur. 
Ənənəvi fikrə görə, paleoqrafiyanın özünün bir neçə köməkçi sahəsi vardır: 
1) Arxeologiya – abidənin material tərtibini öyrənir.
2) Kodikologiya (latınca codex “kitab” + yunanca logos “təlim, elm” deməkdir) – qədim və
orta əsr əlyazma kitabı və onun müqəddəratını öyrənir. Əsas vəzifəsi paleoqrafiya üçün geniş
köməkçi aparatın,  unifikasiyalı əlyazma kataloqlarının və xüsusi biblioqrafik məlumatın ha-
zırlanması ilə bağlıdır. 
3)  Arxivşünaslıq – məqsədi qədim məbəd (sinaqoq,  kilsə və məscid)  fondlarının,  şəxsi
arxiv və kolleksiyaların bərpası və tədqiqidir.                         
4)  Diplomatika (yunanca diploma “vərəq, sənəd”  deməkdir)  – qədim və orta əsr


sənədlərini, rəsmi fərmanları və yazışma sənədlərini öyrənir.  
5) Epiqrafika (yunanca epigraphe “nəyinsə üzərində yazı” deməkdir) - bərk material (daş, 
metal, qamış, keramik məmulatlar və s.) üzərindəki yazını öyrənir. 
6) Numizmatika (latınca numisma “sikkə” deməkdir) – sikkələr üzərindəki yazını öyrənir.   
7) Sfragistika (yunanca sphragis “möhür” deməkdir) – möhürləri və onların basılmış əksini
(izini) öyrənir. 
V.N.Şepkin yazır:  “Biz paleoqrafiyanı tarixi-filoloci siklin bir elm sahəsi deyil,  paleoqrafik
fənn kimi götürürük.  Bu zaman biz ənənəvi “elm gələcək haqqında məlumat almaq imkanı
verən biliklər sistemidir” tərifindən çıxış edirik. Paleoqrafiya biliklər sistemidir, ancaq o, keçmişə
yönəlir” [191, s.13].
Yuxarıdakı bölgüyə əsaslansaq,  paleoqrafiya bir bütöv,  arxeologiya,  kodikologiya,  ar-
xivşünaslıq, diplomatika, epiqrafika, numizmatika və sfragistika isə onun hissələridir.  
Bununla yanaşı,  ayrı-ayrı mütəxəssislər paleoqrafiiyanı sadalanan sahələri özündə
birləşdirən bir bütöv hesab etmir,  “paleoqrafiya” sözünün daxili mənasını bir kənara qoyaraq, 
onun terminləşdirilmiş, məhdud məzmunundan çıxış edirlər. 
Ç .Loukotkanın fikrincə, “insanın ruhunun yaratdığı yazının öyrənilməsi ilə paleoqrafiya və
epiqrafiya adlı elmlər məşğul olur” [144, s.17]. 
V.N.Şepkin paleoqrafiyanı,  diplomatikanı,  numizmatikanı,  sfraqistika və epiqrafikanı ayrı-
ayrı götürür [bax: 191, s.12-13].    
Y.V.Rocdestvenski yazır:  “Nitq incə sənəti öz tətbiqinə görə hər hansı bir mədəniyyətdə
aşağıdakılara bölünür: 
a)  mətnləri oxuma incə sənəti - buraya epiqrafika,  numizmatika,  sfraqistika,  paleoqrafiya
aid edilir ki,  bunlar oxunan materialla davranış bacarığını müəyyənləşdirir;  diplomatika -
sənədli mətnlərin dil formalarının xarakterini öyrənir; ekzegetika, germenevtika - mətnin məz-
mununu müxtəlif mətnlərin məzmunu ilə müqayisə etməklə başa düşmək və şərh etmək, 
mətnlərin yaradılma şəraitini bərpa etmək bacarığını doğurur; 
b) mətnlərin yaradılması incə sənəti - buraya kalliqrafiya-xəttatlıq (mətnlərin yazılması incə
sənəti), poetika, ritorika, məntiq, üslubiyyat - yəni mətnlərin dil və məzmun formalarının yaradıl-
ması incə sənəti daxil edilir; 
c) mətnlərin oxunması ilə yaradılmasını bir-birinə uyğunlaşdıran incə sənət, başqa sözlə, 
linqvistik incə sənət. Buraya leksikoqrafiya, qrammatika, orfoepiya aid edilir” [172, s.30].
Göründüyü kimi,  bir variantda paleoqrafiya ayrıca bir elm sahəsi olmaq etibarilə bütün
materiallar üzərində həkk olunmuş əski yazını öyrənir,  ikinci variantda isə yazının yazıldığı
material əsas götürülür:  bu zaman paleoqrafiya konkret olaraq məhz papirus,  perqamen və
kağız (vərəq formalı)  materialının və onun üzərindəki əski yazının (əlyazmanın)  tədqiqi ilə
məşğul olur,  yazı materialını öyrənməklə arxeologiyanı,  əlyazma kitabının özünü öyrənməklə
kodikologiyanı,  şəxsi arxivləri və kolleksiyaları öyrənməklə arxivşünaslığı,
*
arxeoqrafik
sənədləri öyrənməklə diplomatikanı,  əlyazmalardakı möhür izlərini öyrənməklə sfragistikanı
özündə birləşdirir. 
“Paleoqrafiya yalnız əlyazma və kitablar haqqında məlumat verir” [110, s.12].
Beləliklə,  qədim yazıları öyrənən paleoqrafiya fənni arxeologiya elminin arxeoqrafiya
sahəsinin tərkib hissəsi olmaq etibarilə göstərilən köməkçi fənlərlə üzvi əlaqədədir: 
                                                          
* “Яэяр яввялляр палеографийа ясас етибариля ХЫХ ясря гядярки ялйазмаларын юйрянилмяси иля мяшьул олурдуса, 
щазырда ХЫХ вя ХХ яср йазылы мянбяляринин палеографик тящлил методлары ишляниб-щазырланмагдадыр” [103, с.4].


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə