MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə3/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   2   3   4   5   6   7   8   9   ...   49

insanı öz nitq fəaliyyəti nəticəsində yaratdığı bir-birinə oxşar məhsulları ciddi tərzdə fərqləndir-
məkdən yayındırır. 
A.Eynşteyn “Sahə nəzəriyyəsinin müasir vəziyyəti haqqında” məqaləsində yazırdı ki, son
məqsəd təkcə təbiətin və onun necə inkişaf etdiyinin dərk olunması deyil, həm də onun niyə
başqa cür deyil, məhz bu cür olduğunun dərk edilməsidir. XX əsr dahisinin konsepsiyası elm
qarşısında təkcə təsviri deyil, həm də idraki problemlərin həlli məsələsini qoyur. 
Definitiv-terminoloci dərk edilməli aktual məsələlərdən biri də hər bir insan üçün adi görü-
nən yazı mədəniyyəti və onun məhsulları ilə bağlıdır. Dildən və yazıdan sadəcə istifadə edən
dil daşıyıcılarından fərqli olaraq, dil və yazı mütəxəssisləri həm də buradakı hər bir məsələnin
“niyə başqa cür deyil,  məhz bu cür olduğunu dərk etməli”  və hər bir şeyi elmi şəkildə izah
etməli olurlar.  Elmi izah isə ilk növbədə hər kəs üçün adi görünən anlayışları elmiləşdirməyi, 
onları terminoloci halə daxilində konkretləşdirməyi tələb edir. Obrazlı desək, insan təbiətdə baş
verən istənilən hadisəni,  o cümlədən əhatəsində yaşadığı təbii və süni əşyaları elmi şəkildə
izah edə bilər. Bu başqa məsələdir ki, çox vaxt buna ehtiyac olmur.      
Əlyazmaşünaslıq mühitində ən çox işlənən sözlər,  yəqin ki,  “yazı”,  “mətn”,  “əsər”, 
“əlyazma”  və “kitab”dır.  Bu sözlər həm də insanların gündəlik ünsiyyətində özünə geniş yer
tutur. İnsan gözünü açandan bəri nəsə yazır-pozur,  kitab alır,  içindəki mətni oxuyur və s. 
Görünür, buna görədir ki, onların hüdudları indiyədək əsasən şəffaf qalmış, bu sözlər termin-
ləşməmişdir. Bir qayda olaraq, əvvəlcə terminoloci anlayış yaranır, sonra bu anlayış geniş xalq
kütləsi arasında işlənməklə terminliyini itirir və dilin adi sözlərinə çevrilir.  Burada isə hər şey
əksinədir. Sadalanan anlayışlar hamıya məlumdur və dildə adi söz kimi işlədilir. Ancaq onların
bu cür «adiliyi»  kitab və yazı mədəniyyəti sahəsində elmi iş üzərində işlərkən tədqiqatçıya
mane olur. İşin gedişində onların əksinə, terminləşdirilməsi aktuallıq kəsb edir.     
L.Doyel yazır ki, Misirdəki “Ehram mətnləri”ni və ta (yaranması I sülalədən əvvəl - e.ə. IV
minilliyin sonlarına yaxın tarixlə qeyd olunan) “Ölülər kitabı”na qədər həmin mətnlərin birbaşa
xələflərini hazırda mövcud olan ən qədim kitablar hesab etmək üçün əlimizdə kifayət qədər
əsas vardır.  Lakin misirşünaslar (yegiptoloqlar)  adətən Orta Ç arlıq dövrünə (e.ə.  III minilliyin
başlanğıcına)  aid edilən və XI sülalədən olan çarın qəbrindən tapılmış “Pris papirusu”nu ən
qədim kitab sayırlar [113, s.260].   
Alim mövzu ilə bağlı çox qiymətli informasiya verir. Ancaq burada onun sözişlətməsindən
görünür ki,  o,  “mətn”  və “kitab”  anlayışlarını fərqləndirmir.  Belə çıxır ki,  “Ehram mətnləri”  də, 
“Ölülər kitabı” da, onların ikisi arasında yazıya alınmış bütün başqa mətnlər də, “Pris papirusu” 
da elə “kitab” deməkdir. 
Ümumiyyətlə tarixdənqabaqkı dövrdə yazılmış mətnlərin kifayət qədər çoxlu nümünələri
dövrümüzə gəlib çatmışdır.  Orta əsrlər ərzində yazılmış mətnlərin sayını hələlik kosmos və
kompüter əsrində də dəqiqləşdirmək mümkün olmamışdır. Bütün bu mətnlərə bir sıra hallarda
“kitab”  da deyirlər və bununla “kitab”  termini həm də “mətn” anlayışını əhatə edir.  İnsanın dil
(nitq) və yazı fəaliyyəti nəticəsində formalaşmış bu iki oxşar anlayışın eyniləşdirilməsi çox vaxt
tədqiqatçını çıxılmaz vəziyyətə salır. Məsələn, E.Axuncanov öz kitabının əvvəlində yazır: “Orta
Asiya kitab mədəniyyətinin tarixi öz kökləri ilə əsrlərin dərinliyinə, yazının mənşəyinə, yazının
tətbiqi ilə birlikdə kitabın da yarandığı dövrə gedib çıxır.  İlk kitabların forması bizim üçün adi
olan cildlənmiş kitab bloku formAsını heç uzaqdan-uzağa da xatırlatmırdı. İlk kitablar üzərində
mətnlər yonulmuş daş və gil lövhələrdən,  xüsusi üsulla hazırlanmış heyvan dərilərindən, 
müxtəlif forma və ölçülü dərilərdən, bürmələnmiş dərilərdən, sadəcə taxta parçalarından və bir-
birinə pərçimlənmiş yazılı lövhələrdən ibarət idi. Orta Asiya əlyazma kitabı özünün tarixi inkişafı
ərzində daşlar, qayalar, heyvan dəriləri üzərindəki yazı kimi ən qədim mətn təşkili üsullarından


tutmuş,  bürmələnmiş dəri və kağız kitablara,  sonralar isə bir neçə dəftərin bir cildə tutulması
yolu ilə hazırlanmış kodeks şəklində kitablara qədər bütün təkamül mərhələlərini keçmişdir” 
[85, s.6].
Göründüyü kimi, müəllif yazı materialını və onun formasını fərqləndirmədən üzərində mətn
həkk olunmuş daş və gil lövhələri,  sadəcə taxta parçalarını,  daşları və qayaları da üzərində
həmin cür mətn yazılmış heyvan dəriləri,  kağız və kodeks kimi “kitab”  hesab edir.  Təsadüfi
deyildir ki, tədqiqatçı sonrakı səhifələrdə, məsələn, e.ə. VII-VI əsrlərdə qızıl külçələr üzərində
cızılmış Əhəməni çarlarına aid,  Persepolisdə,  Nəqşi-Rüstəmdə və Suzda,  Böyük Kirə (e.ə. 
558-529) və I Daraya (e.ə. 522-486) aid olan daşlar və qayalar üzərində yazılmış mətnlər, Da-
ranın oğlu I Kserksə (e.ə. 486-465) aid əhəng sal və daş lövhələrdə yonulmuş mətnlər, Bisütun
yazıları, e.ə. IV-III əsrlərə aid Orta Asiya arxeoloci tapıntıları və s. haqqında danışarkən artıq
“kitab”  (“kniqa”)  terminini işlədə bilmir və hər yerdə yalnız və yalnız (!)  “yazı”  (“pisğmo”, 
“pisğmennostğ” və “nadpisi”) və “mətn” (“tekst”) terminlərindən istifadə etməli olur [bax: 85, s.6-
12 və sonra]. 
“Mətn”  anlayışının ensiklopedik təsvirində də onun hüdudlarının şəffaflığı öz əksini
tapmışdır:  “1)  çap əsəri,  əlyazma,  yaxud yazıya alınmış folklor nümunəsi;  2)  dil qaydaları
əsasında ardıcıl düzülmüş mənaca bağlı bir neçə və ya çoxlu cümlə; 3) müəllifin əsəri (şərh və
əlavələrsiz)…” [8, c. 6, s.530].
Burada əslində yalnız ikinci və üçüncü təsvirlər “mətn” anlayışını müəyyən dərəcədə  izah
edir.  “Ç ap əsəri”,    “əlyazma”,  yaxud “yazıya alınmış folklor nümunəsi”  isə formadır,  bunların
məzmuna - “mətn” anlayışına dəxli yoxdur.  
Qeyd etmək lazımdır ki, keçən əsrin ortalarından dil nəzəriyyəsi və Avropa dilçiliyi sahələ-
rində mətnin sintaksisi və ya xətti qrammatika üzərində aparılan tədqiqatların genişlənməsi
“mətn”  anlayışının hüdudlarının müəyyənləşdirilməsinə yol açmışdır.  Mətndə informasiyanın
növləri,  mətnin
üzvlənməsi,  kogeziya,  kontinuum
məsələləri,  mətn
parçalarının
avtosemantiyası,  mətndə retrospeksiya və prospeksiya problemləri,  mətnin modallığı, 
inteqrasiyası və bitkinliyi,  mətnin özündə aşağı dərəcəli vahidləri (cümlələri,  frazafövqü
vəhdətləri, mürəkkəb sintaktik bütövləri, prozaik bəndləri, abzasları və s.) əhatə edən (meqa-
səviyyədən qabaqkı) ən yüksək makro dərəcəli sintaktik vahid olması, mətnin nitq yaradıcılığı
prosesinin bitkin,  yazılı şəkildə obyektivləşdirilmiş,  ədəbi baxımdan tipoloci işlənmiş, 
sərlövhədən və bir sıra xüsusi vahidlərdən (frazafövqü vəhdətlərdən) ibarət olması, mətnin ikili
təbiətə - sükunət halına və mütəhərrikliyə (hərəkət halına) malik olması və yalnız səsləndirilər-
kən (yazılı mətni oxuduqda)  hərəkət halına keçməsi,  bu iki halın implisit vəziyyəti və s.  kimi
“mətn”  anlayışını müəyyənləşdirən əlamətlər geniş şəkildə öyrənilmişdir [bax:  99,  117,  141, 
155,  178,  179  və s.]. Həmin tədqiqatların nəticəsində belə qəbul edilmişdir ki,  mətn müəllifin
ümumi yaradıcılığı içərisində ən böyük miqyaslı obyektdir, çünki cümlədən daha böyük vahid-
ləri öz konstituentləri kimi əhatə edir, lakin eyni zamanda müəyyən şəraitdə ayrıca götürülmüş
cümlə də (məsələn, atalar sözləri, zərbi-məsəllər…) müstəqil mətn ola bilər [məsələn, bax: 99, 
s.8-18].
Təəssüf ki, həmin elmi işlərin müddəalarından bu günə qədər başqa sahələrdə az istifadə
olunur,  əlyazmaşünaslar arasında isə onlar ümumiyyətlə nəzərdən qaçırılmışdır.  Əlyazma
mütəxəssisləri “mətn”lə “kitab”  arasında fərq qoymurlar,  halbuki onlar,  yəqin ki,  misal üçün, 
atalar sözü və zərbi-məsəl kimi mikromətnləri “kitab”  saymağa da “cürət etməzlər”.  Deməli, 
«kitab dedikdə «mətn»i, «mətn» dedikdə isə «kitab»ı nəzərdə tutmaq özünü doğrultmur. Heç
olmasa, ona görə ki, mətn həm yazılı, həm də şifahi olduğu halda, kitab şifahi ola bilməz.   
“Mətn” anlayışının əlyazmaşünaslıqla bağlı maraq doğuran müqayisəli definitiv-terminoloci


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə