MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə4/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   2   3   4   5   6   7   8   9   ...   49

həcmini aşağıdakı kimi fərqləndirmək olar:   
a) hər şeydən öncə mətn məzmundur, abstraksiyadır,  yazıya alınmış və ya şifahi şəkildə
mövcud olan əsərdir; kitab isə formadır,  maddi-texniki  məhsuldur
b)  yazılı mətn kitabın içərisində yerləşdirilir;  görünür,  “mətn”  və “kitab”  anlayışlarının
identikləşdirilməsinin əsas səbəbi elə bununla bağlıdır; 
c)  mətn sözlərdən və cümlələrdən quraşdırılır,  təşkil edilir və yazıya köçürülür;  kitab isə
müəyyən yazı materialından tərtib edilir;
ç)  mətn sintaktik bütövdür,  ümumi bir ad altında eyni mövzunu əhatə edən,  eyni  
məzmunlu  ardıcıl  cümlələr kompleksidir; kitab isə bu cür bir və ya bir neçə mətni ehtiva edə
bilər;
d)  mətn məqamı təsvir edir,  obrazı yalnız xəyali təsəvvür etməyə imkan verir;  kitab isə
gerçək maddi varlıqdır; 
e) mətn zehni əməyin, kitab isə konkret fiziki əməyin məhsuludur.
“Kitab”  anlayışının ensiklopedik təsviri belədir:  “Kitab - ədəbi-bədii,  ictimai-siyasi,  elmi və
ya praktik məzmunlu çoxsəhifəli çap (qədimdə əlyazma)  əsəri;  mühüm semantik məlumat
vasitəsi…” [8, c. 5, s.407]. 
Göründüyü    kimi,    “kitab”  anlayışı da,  “mətn”  kimi,  “əsər”  sayılır,  “əsər”  anlayışı həm
“mətn”i,  həm də “kitab”ı əhatə edir.  Ancaq mətn “müəllifin əsəri”, müəllifin fərdi elmi və bədii
təxəyyülünün,  yaxud şifahi xalq yaradıcılığının məhsulu olduğu halda,  “kitab”  insanın çap
fəaliyyətinin,  qədimdə (?)  həm də əllə yazma fəaliyyətinin əsəridir (əslində məhsuludur).  Bu
mənada mətn və kitab, hər ikisi əsərdir, məhsuldur və məhz elə buna görə də bəzən eyniləş-
dirilir. 
Sonra Ulu Tanrının kəlamları (ilahi mətnlər)  nazil olmuşdur.  İlahi mətnlərin təsbitinə olan
ehtiyac yazının təkamülünü şərtləndirmiş, dinin yayılması yazının demokratikləşdirilməsinə yol
açmışdır. 
N.J.Göyüşov yazır:  “Ümumiyyətlə Qur’an və islam dəyərləri baxımından yanaşılsa,  bədii-
estetik təfəkkürün aşağıdakı ümumi təkamül mənzərəsini vermək olar: 
Təxəyyül - söz - yazı (qrafika) - təsvir. 
Sözdən qrafikaya keçid artıq insan təxəyyülündə təşəkkül tapan obrazların yeni yönümünü
təsdiq edir.  Qur’anda Tanrının sifətlərindən biri də görəndir.  Deməli,  sözdən qrafikaya, 
qrafikadan isə vizual üsula keçid müsəlman aləmində estetik duyumun bütöv qurumunu ya-
radır” [64, c. 3, s.37]. 
Beləliklə,  məhz ilahi mətn(lər)  insan təfəkkürünün inkişafına,  onun abstrakt düşüncəsinin
yüksəlişinə,  yeni yönümlü obrazları qrafik təsvir etməsinə - bununla da yeni tipli bəşəri
mətnlərin və daha çevik yazının meydana gəlməsinə təkan vermişdir.     
“Şübhə yoxdur ki,  bəşəriyyət tarixinin müəyyən ilkin mərhələlərində əlifba dinin ardınca
getmişdir.  Slavyanların xristianlığı qəbul etməsi zamanı da belə olmuşdur,  feodalizm
epoxasında da hər yerdə belə olmalı idi.  Türkdilli xalqların vaxtilə bu yolu keçməsi də qa-
nunauyğunluq kimi təzahür etmişdir”  [182,  s.146].  Başqa sözlə,  bütün bəşəriyyətin yazı ilə
əlaqədar keçdiyi qədim və orta əsrlər yolu türk xalqları üçün də ümumdünya mədəni inkişaf
prosesinin bir hissəsi olmuşdur.  Konkret olaraq həm avtoxton,  həm də gəlmə türklərlə Azər-
baycanın digər avtoxton etnoslarının islamı qəbul edib birləşməsi ilə ölkədə yeni ictimai-
mədəni və siyasi-əxlaqi münasibətlər bərqərar olmuş,  Azərbaycan mədəniyyəti yeniləşməyə, 
bir bütöv təşkil etməyə başlamışdır.  İslam Azərbaycana əvvəl yalnız yeni bir din kimi daxil
olmuş və mərhələ-mərhələ burada özünü həm də misilsiz unikal mədəniyyət kimi təsdiq etmiş-
dir.  Görünür,  onun birdən-birə deyil,  nisbətən uzun müddət ərzində möhkəmlənməsinin


nəticəsidir ki,  Azərbaycan ərazisində ərəb əlifbası ilə yazılmış ilk kitabə və əlyazma mətnləri
ərəb yürüşlərindən bir neçə əsr sonra yazılmış, anadilli abidələr isə daha gec meydana gəlmiş-
dir.  Yəqin ki,  ərəb yazısının gec əxz edilməsinin özü də yerli əhalinin hələ öz qəbilə
əlifbalarından və yazısından,  dil və cahiliyyə mədəniyyətindən könülsüz,  gec,  mərhələ-
mərhələ, islamlaşa-islamlaşa uzaqlaşması ilə izah oluna bilər. Ola bilsin ki, islamaqədərki yerli
kitabə və əlyazma mətnləri elə həmin dövrlərdə - VII-XI (XIII) əsrlərdə həm də bütövləşmə və
müsəlmanlaşma mərhələsində addımlayan azərbaycanlıların özləri tərəfindən tədricən məhv
edilmiş, tarixin gedişində unudulub sıradan çıxmışdır. Hərçənd ki, tədqiqatçıların göstərdikləri
kimi,  islamdanqabaqkı dövrün turk ədəbiyyatı nümunələri düz XVII əsrə qədər hələ oxu-
nmaqda davam edirdi [bax: 93, s.192].
Əbu Reyhan Biruni göstərirdi ki,  Muğan ətrafından Manuçöhr şahın nəslindən Zərdüşt
əlində köhnəlmiş bir kağız (?) tutmuşdu. Bu Avesta adlı bir kitab idi. Onun dili digər xalqların
dilindən fərqlənirdi. Ona görə ki, bu dil hərflərinin çox olması ilə digər dillər içərisində yeganə
dildir. Bu da ona görədir ki, başqa xalqlar bu dili başa düşməsinlər.
*
Yunan versiyasına görə, 
Zərdüşt Savalan dağları arasında yaşamış və kitabını orada tərtib etmişdi. Kitab bir nüsxədə
Daranın oğlunun xəzinəsində idi.  İsgəndər atəşgahları yandırıb xadimlərini öldürdükdə kitabı
da yandırmışdır [73,  s.151-153].  Bu abidənin bizə gəlib çatmış şəkli sasanilər dövründə mü-
qəddəs zərdüştlük dini kitabları məcmusunun dövlət dini kimi kanonikləşdirilmiş kiçik bir hissə-
sidir [81, s.116].
Tövrat mətni, İncil mətni, Qur’anın mətni, Avestanın mətni epos deyildir. Ən azı ona görə
ki,  bunların hamısının mətninin müəllifi məlumdur.  Lakin    Avesta da,  Tövrat da,  İncil də, 
Qur’ani-Kərim də yeni-yeni elmi və bədii mətnlərin, meydana gəlməsinə yol açmış, epos mədə-
niyyətinin təşəkkülünə təsir etmiş,  epos mətnləri üçün şifahi xalq yaradıcılığı süzgəcindən
keçib gəlmiş bütöv-bütöv mövzular (qissələr) vermişdir.    
Maraqlıdır ki, epos mətnləri və kiçik həcmli poetik mətnlər yüzillər ərzində təkcə şifahi for-
mada mövcud ola bildiyi halda,  elmi və iri həcmli poetik mətnlər (ilkin variantda əsasən
müəlliflərin özləri tərəfindən)  lap əvvəldən yazılı formada tərtib edilmişdir.  Görünür,  bunun
səbəbi insan yaddaşının imkanları ilə bağlı olmuşdur:  eposlar xüsusi ravilər tərəfindən,  kiçik
formalı şeirlər ədəbiyyat həvəskarları tərəfindən əzbərlənib, dildən-dilə, ağızdan-ağıza ötürülə, 
onların mətnində müəyyən dəyişikliklər edilə bilərdi və bu folklor üçün təbii proses sayılır; elmi
əsərlərə gəlincə, əlbəttə, bu folklor deyildir, burada mətnin dəqiq tərtibi ön planda durur.  Elmi
əsərlərin metamorfozası müəllif mətninin dəqiqliyinə zərbə vurduğu üçün, həm də bu cür mətn-
lərin,  eləcə də iri həcmli poetik mətnlərin olduğu şəkildə hafizələrdə saxlanması mümkün
olmadığı üçün belə mətnlər birbaşa yazılı formada tərtib edilir, sonra katib əlyazması şəklində
yayılırdı.         
A.N.Robinson yazır ki,  Avropa eposları hələ orta əsrlərdə yazıya köçürülmüşdür (bir sıra
hallarda isə ədəbi işlənmişdir). Asiya xalqlarının eposları isə yalnız şifahi ənənədə yaşamışdır
[171, s.9]. Bu tam dəqiq müşahidə sayıla bilməz. Məsələn, İslam Şərqində (elə həmin Asiyada) 
xalq romanları (dastanlar)  XI-XII əsrlərdə şəhər mühitində şifahi əsər kimi yaranaraq,  əsrlər
ərzində şifahi yolla peşəkar ravilər tərəfindən yayılıb,  yenidən düzülüb-qoşulsa da,  belə
                                                          
*
Ж.Клосон йазыр: «ВЫ ясрин орталарында Мяркязи Асийада ишлядилян ялифбалардан щеч бири тцрк йазысына йарамырды. 
Тцркляр юз йазыларынын истямядикляри йад адамлар тяряфиндян охунмасындан наращат олурдулар. Щятта ВЫ ясрдя 
ещтийатлы  дипломатлар  юз  йазыларынын  башгалары  тяряфиндян  охуна  биляжяйиндян  ещтийатланырдылар.  Эюрцнцр,  тцрк 
ялифбасыны йарадан шяхся эюстяриш верилмишди ки, еля бир йазы системи дцзялтсин ки, башга халгларын нцмайяндяляри 
ону  охуйа  билмясин»  [133,  с.140].  Эюрцндцйц  кими,  Зярдцшт  дюврцндян  галмыш  бу  хасиййят  тцрклярдя  щяля 
узун
мцддят йашамышды.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə