MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə7/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   2   3   4   5   6   7   8   9   10   ...   49

dir.  Soyuq yerlərdə – şimalda isə insanlar yazı ilə məşğul olmaqda çətinlik çəkmişlər”  [50, 
s.458].  Zənnimizcə,  bunun əsas səbəbi daha çox isti ölkələrdə yazı üçün müxtəlif
materiallardan istifadə edilə bildiyi halda, soyuq şimalda belə materialların tapılmaması və ya
məhdudluğu ilə bağlı olmuşdur.   
Bütün bunlardan nəticə çıxararaq yazı anlayışının definitiv təsvirini vermək mümkündür:
1.  Yazı dil deyil,  hamı tərəfindən qəbul edilmiş şərti işarədir,  dildə,  daha dəqiqi,  nitqdə
yaranmış mətnin kodlaşdırılmış şəklidir. 
2.  Yazı (mətn)  özündə semantik informasiya daşıyır,  deməli,  əlifba sistemi və ayrı-ayrı
hərflər hələ mətni əks etdirmədiyi üçün özlüyündə yazı sayıla bilməz - onlar (yazının
formasından asılı olaraq)  yalnız fonetik,  morfematik və ya leksik işarə sayılır,  semantik
informasiyanın yazıda təşkili üçün işlədilir. Deməli, yazı səbəb və nəticə anlayışı ilə bağlıdır.  
3.  Yazı mətnin (semantik informasiyanın)  uzun müddət və ya əbədi qorunmasına xidmət
edir. Deməli, yazı zaman anlayışı ilə bağlıdır. 
4.  Yazı mətnin (semantik informasiyanın)  daha geniş ərazilərə yayılmasına,  onun uzaq
məsafələrə ötürülməsinə xidmət edir. Deməli, yazı məkan anlayışı ilə bağlıdır.  
5. Yazı ədəbi dilin təşəkkülündə və normalaşdırılmasında başlıca rol oynayır. 
Düzdür,  dil şifahi informasiya növü kimi ilkindir,  yazı ikincidir.  Yazısız dil var,  dilsiz yazı
yoxdur. Dil olmasa, yazı da olmazdı. Məhz informasiyanın fiziki təbiəti ilə işarənin maddi cəhəti
arasında təbii əlaqənin olmaması bəşəriyyətin tarixi ərzində yazının müxtəlif formalarının mey-
dana gəlməsinə və ya bir-birini əvəzləməsinə imkan vermişdir.  Bu baxımdan iki məqama
diqqət yetirmək olar:        
1) Ayrı-ayrı xalqlarda və ya regionlarda yazı formaları bir-birini əvəz etmiş, hər yeni forma
əvvəlkini sıradan çıxarmışdır.  “Yazının qrafemləri uzun müddət tətbiq edildikdə dəyişikliklərə
uğrayır. Bu xüsusən müvafiq milliyyətin mədəni inkişaf prosesinin coşqun templərlə irəli getdiyi
şəraitdə özünü daha güclü göstərir.  Odur ki,  yazı qrafikasının durmadan inkişafı haqqında
danışmaq mümkündür” [181, s.49].
Burada həmçinin yazının mötəbərliyi də əsas şərtlərdən biri sayılır. Yazı dili gücü çatan ən
yüksək səviyyədə əks etdirməyi bacarmalıdır.   
Yazının etibarlı olması nə ilə izah edilir? 
1.  Hər şeydən əvvəl sözün qrafik obrazı dilin vəhdətini əsrlər boyu təmin etmək üçün
səsdən nə isə daha sabit və dəyişməz, daha çox yararlıdır.
2.  İnsanların çoxunda görmə təəssüratı eşitmədən daha aydın,  daha davamlıdır ki, 
birinciyə üstünlük verilməsi də bununla izah edilə bilər. Qrafik obraz nəticə etibarilə səsi özünə
tabe edir.
3.  Ədəbi dil yazının layiq olmadığı əhəmiyyəti daha da artırır.  Onun lüğətləri və
qrammatikaları var, məktəblərdə kitablardan və ya kitablar vasitəsilə öyrənirlər;  burada ədəbi
dil kodlaşdırılmış sistem kimi çıxış edir və müvafiq imla qaydaları tətbiq olunur.  Bütün bunlar
yazıya birinci dərəcəli əhəmiyyət verilməsinə səbəb olur. 
4.  Nəhayət,  dillə orfoqrafiya arasında fərqlər üzə çıxanda onların arasındakı ziddiyyəti
yalnız dilçilər həll edə bilirlər və bu zaman yazılı formanın təntənəsi,  demək olar ki, 
qaçılmazdır. Hər halda yazı birinci dərəcəli rolu özü üçün mənimsəmişdir ki, əslində buna onun
haqqı yoxdur [bax: 19, s.89].  
2) Ümumdünya səviyyəsində götürdükdə,  yazı formalarının,  demək olar ki,  hamısı bu və
ya digər təkmilləşdirilmiş şəkildə müasir dövrə gəlib çatmışdır.
“Hansı nitq ünsürlərinin yazı işarələri və ya təsvirlərlə verilməsindən asılı olaraq,  yazının
dörd tipini fərqləndirirlər: piktoqrafik yazı, loqoqrafik yazı, heca yazısı və səs yazısı” [123, s.95].


Piktoqrafiya – latınca “pictus” – “rənglə yazılmış, çəkilmiş” + yunanca “grapho” – “yazıram” 
(şəkilli yazı)  deməkdir.  Piktoqrafik yazı e.ə.  VIII-VI minilliklərdə neolit dövrünə keçid zamanı
yaranmışdır.  
Piktoqrafik yazının sonrakı inkişaf etmiş forması ideoqramdır. 
İdeoqram – yunanca “idea” – “anlayış”  +  “gramma” – “yazı,  qeyd”  deməkdir.  İdeoqram
əşyanın şərti işarəsidir.  İdeoqrafik yazıda işarələrin ifadə olunan predmetlə heç bir əlaqəsi
olmaya bilər. İdeoqram anlayışın rəmzi işarəsidir.
Loqoqrafiya – yunanca “logos” - “söz, nitq” + “grapho” - “yazıram” (sözlü yazı) deməkdir. 
Heca yazısı – bu yazı sistemləri (burada işarə bütöv bir hecanı göstərir) e.ə. II minillikdə
meydana gəlmişdir.
Səs yazısı: “Əsl səs yazısı sistemini ilk dəfə finikiyalılar yaratmışlar. Bizə gəlib çatmış ən
qədim Finikiya yazılı abidələri e.ə. XI-X əsrlərə aiddir” [120, s.9].
Bütün bu yazı formalarının özü də qrafemlərin inkişaf səviyyəsinə görə bir neçə növə, 
növlər də öz növbəsində yarımnövlərə bölünür.  Məsələn,  Qədim Misirdə heroqlifin üç
formasından istifadə edilirdi: 
1) ieratik forma – dini yazılarda işlədilirdi;
2) demotik forma – başqa işlərdə istifadə edilirdi;
3) kursiv forması – sürətli yazıda istifadə edilirdi.
Qədim suriyalılar sətrəncil xəttindən dini yazılarda istifadə edir,  qalan adi yazılarda isə
nəbati xəttini işlədirdilər.
*
Jahiliyyə Yəmənində müsnəd yazısının səfəvi, lihyani, səmudi, himyəri və s. formalarından
geniş istifadə edilirdi [76, s.9].      
“Urartuda əsas etibarilə mixi yazı sistemi işlədilirdi. Bununla yanaşı, Urartuda yerli heroqlif
yazısı da mövcud idi” [149, s.33].
“E.ə.  II minilliyin əvvəllərinə məxsus mixi yazı nümunələri arasında şumer və akkad
mətnləri ilə yanaşı, subari-hürri və elam ovsun mətnləri də vardır” [108, s.68]. 
Quldarlıq dövründən başlayaraq,  hər bir cəmiyyət yazını öz dilinin quruluşuna uyğun
şəkildə yaratmağa can atır,  bir-birinin ardınca müxtəlif yazı variantlarını təcrübədən keçirir, 
daha münasib olanı götürərək, inkişaf etdirirdi. Piktoqrafik, loqoqrafik və heca yazılarında bütöv
anlayışları və ya morfemləri əks etdirən əlifbalar sistemi özünün işarələr çoxluğu və mürəkkəb-
liyi ilə fərqləndiyi halda, həmin bütöv anlayışların dildə inikasını (sözləri) və morfemləri daha da
atomikləşdirən səs yazısı ilk baxışda bundan daha çox işarələrdən istifadə etməli idi. Lakin “ya-
zının ümumdünya inkişafı yazı işarələri ilə getdikcə daha çox xırda dil ünsürlərinin verilməsi
istiqamətində cərəyan edirdi və bu getdikcə daha az sayda müxtəlif işarələrlə keçinməyə im-
kan verirdi.  Bu zaman yazı işarələri özünün ilkin təsviri xarakterini dəyişdirirdi”  [123,  s.95]. 
Maraqlıdır ki,  sözləri və hecaları vermək üçün yazıda ilk baxışda daha çox işarəyə ehtiyac
olduğu halda, əslində, səsləri ifadə etmək üçün bundan bir neçə dəfə az hərf tələb olunurdu. 
Bu nüans qlobal miqyasda əlifbaların daha böyük piktoqrafik işarə formasından daha atomik
işarələrə doğru inkişafının rəhninə çevrildi.          
Dilin tarixi bəşəriyyətin tarixi qədər qədimdir. Yazının meydana çıxması tarixi isə əvvəlcə
dinin, sonra isə dövlətçiliyin yaranması ilə eyni vaxta düşür.  
İbtidai icma quruluşunda dil özü də yalnız işarə mahiyyəti daşıyırdı və belə vəziyyətdə
mətn yarana bilməzdi.  İbtidai insanlar üçün ilahi anlayışı hələ formalaşmamışdı.  Onlar hələ
                                                          
* Эюрцндцйц кими, дини мятнлярин  йазылышы цчцн ялащиддя хятт нювцнцн сечилмясинин тарихи щяля антик дюврдян 
башланмышды.  Бу  принсипя  бцтцн  орта  ясрляр  бойу  мцсялман  йазыларында,  о  жцмлядян  Азярбайжан 
ялйазмаларында да риайят едилмишдир.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə