MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə34/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   30   31   32   33   34   35   36   37   ...   49

Mövlana Hacı Məhəmməd Bəndçi (Əmir Bədrəddin) - Seyrəfinin qohumu və şagirdi olmuş
və onunla birlikdə “Ustad - XIV şagird”  kimi kitabə yaratmışdır;  1386-cı ildə Əmir Teymurun
münşisi olmuşdur. 
Abdulla    Qazı    Xoylu    (?-1583)    -    təliq    və    nəsxin ustadı sayılmış,  üç dildə əsərlər
köçürmüş, münşi işləmiş və şeirlər yazmışdır. 
Mir Nemətullah ibn Məhəmməd Bəvvab - süls və nəsx ustası kimi tanınmışdır, şikəstə-təliqi
də yaxşı bilirdi, Şirinqələm  Təbrizinin müəllimi olmuşdur.
Mirzə Məhəmməd Rəzi Bəndə - şikəstədə yenilik yaratmış,  gözəl nəstəliq ustası kimi
tanınmışdı. Fətəli şahın birinci Napoleona məktubunun münşisidir. 
Mirzə Bağır Təbrizli (XIX əsr), 
Mirzə Əli Xoşnəvis Təbrizli (XIX əsr),
Əzhər Təbrizi (?-1475), 
Əlaəddin Məhəmməd ibn Məhəmməd ibn Əmir Əli Hüseyn Təbrizi - XVI əsrin görkəmli
nəsx və süls ustası, Molla Əbülbaqi,  Molla Əli Rza Abbasi,  Həsən bəy Zərrinqələm Mahmud
bəy Salim oğlu kimi xətt ustalarının müəllimi olmuşdur.
Mövlana Şah Qasım Şeyx Məxtumi oğlu (?-1541), 
Şəmsəddin Məhəmməd Şirinqələm Təbrizi (?-1523),
Mövlana Əla bəy - Şirinqələm Təbrizinin şagirdi.
Seyid Məhəmməd Şərifi,
Müinəddin Təbrizi,
Mühibb Əli Təbrizi - qızıl suyu ilə yazan xəttat kimi tanınmış,  həm də miniatürçü rəssam
olmuşdur. 
Mübarək şah Zərrinqələm Təbrizi (XIV əsr),
Münşi Mirzə Məhəmməd Təbrizi (1682-?) - 13 xətdə yaza bilən mahir  usta idi.
Məhəmməd Hüseyn Məhzun Təbrizi (?-1574)  - II Şah İsmayıl zamanında tikilən binaların
kitabələri də ona tapşırılırdı. 
Məhəmməd Hüseyn Məhinustad Təbrizi, 
Məhəmməd Əli Təbrizi - qızıl suyu ilə yazının ustadı olmuşdur. 
Məhəmməd bəy (?-1574) - Şah Təhmasibin münşisi olmuş, təliqin ustadı sayılmışdır.
Xacə Mirək (XVI əsr)  - münşi işləmiş,  həm də qızıl suyu ilə ornament çəkməkdə misilsiz
rəssam olmuşdur. 
Şəmsəddin Məhəmməd Məşriqi Əqtabi Sə’dəddin (?-1409)  - oğulları Əbülhəyy və Xacə
Əbdürrəhim Xəlvəti (?-1454) də gözəl xətt ustaları olmuşlar.
Mövlana Jəfər Təbrizi (Abdullah Təbbax) – Baysunqur kitabxanasının rəisi olmuş altı xətt
növünün ustadı kimi tanınmışdır; xüsusi zərəfşani və vüsali xətlərində yazılar yazmışdır.
Faiz Molla Heydərəli (?-1670), 
Əlaəddin Məhəmməd oğlu Molla Allahverdi (XVII əsr) və s. [bax: 71].
Şəmsəddin    Məşriqidən,    təbrizli    ustad Mir Əlidən və onun oğlu Abdulladan dərs almış
Jəfər Təbrizi xəttatlar xəttatı idi.  Herat kitabxanasında surəti çoxaldılan xeyli kitabın üzünü
onun özü köçürmüşdü: Nizaminin “Xəmsə”si (1431), Hafizin “Divan“ı (1432) və s. Bu kitabların
bəziləri hazırda İstanbul, Tehran, Sankt-Peterburq və s. şəhərlərin kitabxanalarında saxlanılır
[73, s.66].
Mir İmad cəlli xəttinin böyük ustadı kimi məşhur olmuş,  incə xəfi xəttində onun tayı-
bərabəri olmamışdır. O.F.Akimuşkin yazır ki, Mir İmad nəstəliq üslubunda işləmiş sonuncu ən
görkəmli fars (?) xəttatı olmuşdur. Ondan sonra gələnlər Mir İmadla müqayisədə uduzurlar [80, 
s.66-67].


Qazı Əhməd göstərir ki,  Mövlana Məhəmməd Zaman ibn Hacı Yusif Təbrizinin nəsli
Kirman şəhərindən olsa da, özü paytaxt şəhəri Təbrizdə anadan olmuş və orada tərbiyə almış-
dı. O, “təbrizi” adlanan xətt növü ilə böyük  zövqlə savadlı yazılar yazırdı [80, s.169].
Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində Seyyid Həsən Şirvani və Əbdi Şirvani
kimi gözəl xətt ustalarının adını xüsusi çəkmişdir.  
O.F.Akimuşkin təəssüflə qeyd edir ki, bütün mənbələr yalnız katiblərin elitasına - xəttatlara
üstünlük verir,  ancaq onların hansı yolla seçilməsi bizə heç də həmişə aydın olmur,  çünki
zəmanəsinin bir sıra yüksək səviyyəli xətt ustaları nə müasirlərinin,  nə də sonrakı nəsillərin
etirafını qazana bilməmişlər. 1969-cu ildə İran alimi Mehdi Bəyaninin nəşr olunmuş kitabında
nəstəliq xətti ilə yazan 1526  xəttatın adı çəkilmişdir,  halbuki bütün başqa mənbələr bizə heç
400 xəttatın adını vermir [27, c. 7, s.64].
Peşəkar xəttatlar bu incə sənətin sirlərini təkcə şagirdlərinə deyil,  həm də özlərinin
övladlarına öyrətmiş,  beləliklə, bu sənət həm də irsi səciyyə daşımışdır.  Müsəlman
dünyasında, eləcə də Azərbaycanda geniş yayılmış irsi xəttatlıq bu peşənin cəmiyyətdə necə
dərin hörmət qazandığını göstərir,  eyni zamanda bu fakt həm də ona işarə edir ki,  ətraf
reqionlarda da katiblik sənətinin həmin cür nüfuz qazanmasında güclü rol oynamışdır. 
Məlumdur ki,  məhz bu təsirin sayəsində “gürcülər arasında da katiblik vəzifəsi bəzi nəsillər
üçün irsi xarakter almışdır” [87, s.32].
Xəttatlıq bütün orta əsrlər boyu elə cazibədar bir məşğuliyyət növü olmuşdur ki,  bununla
təkcə peşəkar xəttatlar deyil, şahlar və xanlar, cəmiyyətdə yüksək mövqe tutan görkəmli tarixi
şəxsiyyətlər də müvəfəqiyyətlə məşğul olmuş,  hətta onlardan bəziləri özlərinin xüsusi xətt
növlərini də icad etmişlər. 
XII əsr abidəsi “Munisnamə“də göstərilir ki, şahzadə həm də mahir xəttat idi [75, s.480].
Tusinin kitabxanasında xazin (mühafiz) vəzifəsinə işə başlayan ərəb alimi İbn əl-Füvati
başqa işlərlə yanaşı, özü də əsərlər yazır və sifarişçilər üçün əlyazmaların üzünü köçürməklə
öz dolanışığını təmin edirdi [173, s.18].  
Öz əsrinin ensiklopedik zəkası,  musiqişünas,  musiqi ifaçısı,  bəstəkar,  ədəbiyyatşünas, 
Şeyx Səfiəddin Urməvi (1230-1294)  öz əmək fəaliyyətinə xəttatlıqdan başlamış,  xeyli kitaba
həyat vermişdir [73, s.204].                  
Hafiz Şirazi Əmir Xosrov Dəhləvinin “Xəmsə”sini,  şair,  tarixçi və xəttat Munis Xarəzmi
(1778-1829)  Əlişir Nəvainin “Xəmsə”sini və başqa əsərlərini gözəl xətlə köçürmüşdülər [83, 
s.47].
Baysunqur mirzə həm də məşhur xəttat,  mətnşünas,  alim və şair olmuş,  Məşhəddəki  
islam-türk  memarlığının  şah  əsərlərindən  sayılan Gövhərşad cümə məscidinin kitabələrini öz
əli ilə yazmışdır [11, s.168]. 
Atilla Ç ətin yazır ki, “XV-XVI əsrlərdə Babur böyük bir dövlət qurucusu, komandan olduğu
kimi, həm də ədəbiyyat və fikir adamı idi. Gözəl saz çalar, bəstələr yapar, yazı yazardı. “Xətti-
Baburi” (Babur yazısı) deyilən bir yazı çeşidi icad etmişdi” [193, s.28-30].
I Təhmasibin həm də rəssam və gözəl xəttat olması barədə faktlar vardır [bax: 77, s.5-8].
1584-cü ildə padşahın öz xətti-humayunu ilə yazılmış səfər hökmləri yerlərə göndərilmişdi
[174, s.18].
Bəzən tədqiqatçılar peşəkar xəttatların əməyini qiymətləndirərkən onların necə yox,  nə
qədər yazı yazdığından çıxış edirlər.  Məsələn,  Azərbaycan kitab tarixi üzrə mütəxəssis
İmaməddin Zəkiyev göstərir ki, “xəttatların da yaxşısı və pisi olmuşdur. Yaxşı və böyük nüfuza
malik xəttat gündə 8 beytə qədər yaza bilirdi. Ustad xəttatlar isə daha səylə işləyib gündə 10 
beytə qədər söz köçürə bilirdilər” [73, s.42]. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə