Məmməd Əmin Rəsulzadə



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə11/25
tarix18.04.2022
ölçüsü1,06 Mb.
#85569
1   ...   7   8   9   10   11   12   13   14   ...   25
M.Ə.Rəsulzadə

 
AZƏRBAYCAN CÜMHURİYYƏTİ 
 
1 — Təbii gözəllikləri, 2  —  Maddi və  mənəvi  sərvətləri,  3  — İslahat  və 
inşaatı. 4 – Xariclə əlaqə və gözəl şöhrəti. 
 
Firdovsi deyir ki, Əfrasiyab Turanın  gözəl bir parçasını damadı Siyavuşa 
verdi. 
Azərbaycan  həqiqətən  də  əsrimizdəki  Turan  torpağının  gözəl  bir 
parçasıdır. 
Əski Albaniya, Şirvan, Arrak və Bərdə ölkəsindən meydana gələn bu yeni 
Azərbaycan, əsrimizin ən böyük qüvvətini təşkil edən zəngin mədənlərindən başqa, 
təbii gözəllikdən də pay almış bir yamyaşıl yerdir. 
Şirvan  tarixini  yazan  mərhum  Abbasqulu  ağa  bura  «Gülüstani-İrəm»  adı 
vermişdir. Firdovsi isə Bərdə haqqında 
 
Xoşa mülkü Bərdə və aksayi vey  
Ki ordi behişt əst hənkami dey
31
 
deyir.  «Bərdə  və  aksayi  vey»  —  deyəndə  indiki  Qarabağ  yaylaları  ilə  qışlaqları 
anlanmalıdır  ki,  Gəncə  vilayətinin  mühüm  qismini  təşkil  edən  bu  yerə  «Zenda 
Vesta», «Aryatum İsu» — Aryanilərin cənnəti adını verir. 
                                                           
29
 
1918-si   ildə   bolşeviklər   tərəfindən   Bakıda   müsəlman   əhali   üzərində icraolunan 
qətl. Təfsilatı üçün yazarım: «Azərbaycan Cümhuriyyəti» adlı əsərinə baxınız. 
 
30
 
Bakıda  nəşr  olunan  bolşevik  qəzeti  bizimlə  apardığı  bir  söz  münaqişəsində  «siz 
Azərbaycan muxtariyyəti deyil, nəticədə bir xarabazar olacaqsınız» deyirdi.
 
31
 
Bərdə, mülkünə və ətrafına eşq olsun ki, elə bil cənnətdir. 
 


35 
 
Həqiqətən də Lənkəran, Quba, Şamaxı, Şəki, Zaqatala, Gəncə, Qarabağ və 
Naxçıvanın  ormanlarına,  bağlarına,  dağlarına,  yaylalarına,  irmaqlarına  və 
bulaqlarına,  soyuq  və  isti  sularına,  dağ  keçisi  və  ceyranlarına,  nəhayət,  Şirvan 
şairləri  ilə  Qarabağ  sazına  və  sənətkarlarına  baxılarsa,  Firdovsinin  «Siyavuş  — 
gərd» təbiəti haqqındakı rəngarənk şeri nəzərimizdə göz önünə gəlmiş kimi olur. 
Bakı  və  Abşeron  yarımadasının  «Quzğun  dəniz»  (Xəzər  dənizi) 
sahilindəki  mənzərələri  ilə  limanda  gəzən  ağ  çarşablı  nazənin  qızlarını  da  buna 
əlavə etsək, o zaman Firdovsinin də təsəvvür edə bilmədiyi bir gözəllik hasil olar. 
Firdovsi  çox  haqlıdır.  Qüvvət  olmayan  yerdə  gözəllik  olmaz,  gözəllik 
olmayan yerdə qüvvət ola bilməz. Zövq ərbabı bu iki qarşı-qarşıya zidd qütbü bir-
birindən  ayırmaz.  Firdovsinin  şairanə  bir  zövqlə  ifadə  etdiyini,  «sağlam  bədəndə 
sağlam ruh» — deyən tərbiyə öyrətmənləri elmi şəkildə iddia etmirlərmi? 
Firdovsi zamanında məmləklətin qüvvəti pəhləvanlıqlara dayanmışdı. İndi 
isə ən böyük qüvvət təbii sərvətdir. İçərisində yanacağı ilə mədən, əsrin ən böyük 
Rüstəmi, yenilməz və yılmaz «herkül»üdür. Yanacaqlar arasında daş kömürlə neft 
dünyanın  ən  qüvvətli  itələyən  gücləridir.  Dünya  müsabiqəsi  adətən  dəmirlə  yarış 
idi. Kimin ki, dəmiri ilə kömürü və ya nefti çox idi, qalibiyyət onun idi. 
Neftin  kömürdən  keyfiyyət  üstünlüyü  əskidən  bəri  məlumdur.  Odla 
işləyən  gəmilərin  icadından  sonra  daş  kömür  məlum  olmuşsa  da,  qara  neft  daha 
çox  əvvəl  insanlara  məlum  olub,  dəmir  ordular  yaradılmasına  xidmət  etmişdi. 
Firdovsi, İskəndəri-Ruminin Hindistan filləri üzərinə dəmirdən yapılma süvarilərlə 
hücum etdiyini nəql edir. Hindistan padşahı Fur İsgəndərə qarşı külli miqdarda fil 
çıxarmışdı. Bu fillər Rum ordusunu qorxutmuşdu. İskəndər mühəndislərini və fikir 
adamlarını  toplamış,  düşündürmüş,  nəhayət  dəmirdən  atlar  döydürərək,  içlərinə 
neft doldurulmuş və fillərə qarşı sövq etdirmişdir. Dəmirdən yapılmış atlardakı neft 
od  alan  kimi  alovlanmağa  başlamış  və  üzərlərinə  yüyürən  fillərin    xortumlarını   
yaxaraq məğlubiyyətlərinə  səbəb  olmuşdur.
32
 
Təbiidir  ki,  Fironun  fillərini  məğlub  edən  bu  dəmir  süvariləri  Ford 
hazırlamadığı  kimi,  onları  hərəkətə  gətirən  neft  də  Amerikadan  gələ  bilməzdi: 
çünki o zaman nə Xristof Kolomb anadan olmuş, nə də Amerika kəşf olunmuşdu. 
Qafqasyadamı,  yoxsa  Mazandarandamı  zühur  edən  bir  yırtıcı  vəhşi  heyvanın  yox 
                                                           
32
 
Be əsn və be neft atəş əndər zədənd  
Həmə ləşkari for bər sər zədənd  
Əz atəş bər əfruhd nəfti-siyah 
 
Be cümbid əz an kahineyni bəd sinah  
Çu pilan be didənd əz iyşan qureyz  
Be rəftənd ba ləşkər əz səyi tiyz 
 


36 
 
edilməsi  üçün  neft  bulaşmış  məşəllərdən  istifadə  olunduğu  yenə  Firdovsidə 
oxuduğumuzdan  iddia  edə  bilərik  ki,  bu  gün  çaplinlər
33
 uçuran,  tanklar  yürütən 
benzinin dəmir  ordular  sövq edən   ulu   babası,  şübhəsiz ki,  Azərbaycandır. 
Azərbaycan  neftinin  çoxluğu  və  kimyəvi  maddələrinin  dünyada  mövcud 
olan bütün neftlərə olan uyğunluğu, tarixin ən əskiliyi ilə uyğun bir mahiyyətdədir. 
Bu, elə bir qüvvədir ki, bütün dünyanı özüylə əlaqədar edir. Rusiya bütün 
əzəmət  və  qüdrətini  ona  bağlamışdır.  Qafqasya  onunla  canlı,  yaşar  olduğuna 
qanedir.  Avropanın  yanacaq  həsrətiylə  yanan  könlü  bunun  eşqiylə  yanır. 
Azərbaycanın həyatı isə damarlarında cərəyan edən bu siyah qanla ayaq üstə durur. 
Nefti ondan aldığınız gün o, bütün gözəlliklərini itirər və iflic olmuş hala gələr. 
Dünyanın  ikinci  pəhləvanı  dəmirdir.  Dəmir  nə  qədər  Azərbaycan 
dağlarının içərisində miqdarı bilinməyən bir halda qapalı qalsa da, onun ən böyük 
yavəri  olan  əl  dəyməmiş  Gəncə  dağları  ilə  Qarabağ  zirvələrində  (Gədəbəy  və 
Zənkəzur mədənləri) çoxca bulunur. 
Hazırkı  dünyanın  qüvvəti  yalnız  yanacaqla,  mədənlərmi  məhdudlaşır? 
Yanacaqla  mədənə  bolluqla  malik  olan  Almaniyanı  aclıqla  məğlub  etmək 
istəmirdilərmi? Demək, bu iki pəhləvandan sonra meydan ərzağındır. Azərbaycan, 
orada  olan  Muğan,  Mil,  Aran  və  s.  ovalığındakı  münbit  ərazisi  sayəsində  özünə 
artıqlıq edən buğda anbarı vücuda gətirə bilər. Bu ovalıqlar Muğan çöllərində izləri 
hələ  qalan  qədim  arxlar  kimi  kanallar  və  yaxud  daha  müasir  vasitələrlə  başdan- 
başa sulanarsa, o zaman Azərbaycan yalnız özünə deyil, qonşularına da ərzaq verər 
və yalnız insanları deyil, böyük fabrikləri də kətanı və ipəyi ilə doydurar. 
Ərzaq  qüvvəti  heyvan  qüvvəti  ilə  dəstəklənməsə  heçdir.  Azərbaycan  bu 
xüsusda  da  xoşbəxtdir.  Azərbaycanda  olan  mal-davar  Qafqasyanın  heç  bir 
səmtində  yoxdur.  Balıq  məhsulu  isə  Mavereyi-Qafqasyada  yalnız  buraya  aiddir. 
Buradakı  atın,  malın,  qoyunun  və  sairənin  bölümlərini  saymaq  isə  mövzumuz 
xaricindədir. 
Sağlam  ruh  sağlam  bədəndə  olduğu  kimi,  inkişaf  bir  həyat  da  zəngin  bir 
yerdə ola bilər. Azərbaycanlıların doğuluşdan inkişafda olanlarının bir səbəbi də bu 
çox iqtisadi həyatları deyilmi? 
İnkişafa  meylli  olduqlarını  göstərmək  üçün  bu  kafi  deyilmi  ki,  ilk  türk 
dramaturqu Azərbaycanlı, ilk türk bəstəkarı Azərbaycanlı, Rusiya türkləri arasında 
ilk qəzet yaradısıcı Azərbaycanlı, məzhəb uzlaşmadığını ilk olaraq ortadan qaldıran 
yenə  Azərbaycanlı,  əlifba  islahını  ilk  düşünən  Azərbaycanlı,  nəhayət,  islam 
aləmində ilk dəfə Cümhuriyyət elan edən də Azərbaycanlıdır. 
                                                           
33
  
Təyyarə mənasındadır — M. Ə. 
 


37 
 
Siyavuş,  öz  yerinin  təbii  gözəlliyinə  süni  gözəlliklər  qataraq  «Siyavuş 
gərd»  adını  binalar,  qalalar,  köşklərlə  bəzəmişdi.  Azərbaycan  Cümhuriyyəti  də 
ölkəsinin təbii çatışmazlıqlarını  sənaye  təşəbbüsləri ilə  təmir etməyə  başlamış, az 
zamanda çox uğurlar qazanmışdı. 
Hər  şeydən  əvvəl,  Azərbaycan  Cümhuriyyətinin  əsas  idarəsi  bütün 
vətəndaşlarının  bərabər  hüquqla  yaşaması  üzərində  qurulmuşdu.  Burada  hər  bir 
insanın  möhtərəm  şəxs,  Azərbaycan  vətəndaşı  olduğu  üçün  hüququ  saxlanırdı. 
Kişi-qadın,  müsəlman,  xristian,  Türk-Türk  olmayan,  cins  və  miliyyət  fərqi 
qoymadan  varlı-kasıb,  sahibkar  işçi,  torpaq  sahibi-muzdur,  öyrətmən-tələbə, 
möhtərəm-cahil, sinif, məslək, təbəqə, rütbə, vəzifə, nəsil, bilgi imtiyazı aramadan 
bütün  vətəndaşlar  məmləkətin  idarəsində  iştirak  edir,  qanun  verən  qurumlara 
girmək haqqına da sahib idilər. Burada bir sinif digər sinfə hakim deyildi. İnsan nə 
varına  görə  haqlı,  nə  də  yoxsulluğuna  görə  haqsız  görünürdü.  Bunun  kimi  nə 
yoxsulluğu üçün sayğılanır, nə də zənkinliyi üçün alçaldılırdı. 
Burada  məktəb,  elm,  texnika  tərəfsiz  tutulub  ondan  bəlirli  bir  partiya  və 
ya  sinfin  haqlı-haqsız  tələblərinə,  qulağı  sırğalı  əsir  kimi  tabe  olması  istənilmir, 
əksinə  məktəblə  alimlərdən  yaxşı  ilə  pisi  şəxsən  müstəqil  fərqləndirən  vasitələrə 
sahib namuslu bir Azərbaycan vətəndaşı tərbiyə etmələri istənirdi. 
Xoşbəxt  həyatın  ancaq  hürriyyətlə  hasil  olacağını  Azərbaycan 
Cümhuriyyəti  hökuməti  ona  izin  verilməsini  istəmişdi.  Burası  söz  azadlığı, 
mətbuat azadlığı, vicdan azadlığı ilə o dərəcəyə çatmışdı ki, sanki: 
Hər ki hahəd, ku biya və hərçi hahəd ku  be ku  gibro  nazu hacibə dərban 
dərin dərgah nüst
34
— tərifi bunun haqqında söylənmişdir. 
Hər kəs nə istərsə söylər, oxuyar, yazardı. Millətin hər partiyasının özünə 
xas  təşkilatı,və  qəzeti  vardı.  Bu  qəzetlər  əksəriyyətlə  hökuməti  tənqid  və 
çəkişdirmələriylə  məşğul  olduqları  halda,  özlərinə  qarşı  böyük  zəiflik  və  səbr 
göstərirdilər. 
Millət məclisi, məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin 
təmamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir  məsrəf  yapılmaz, 
heç    bir  müharibə  başlanmaz,  heç  bir  barışıq  bağlanmazdı.  Hökumət  məclisin 
etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim  olacaq vasitə-vəzifə də 
yox  idi.  Parlament  hakimi-mütləq  idi.  Burada  Avropada  tətbiq  olunmayan  həqiqi 
bir xalq cümhuriyyəti qurulmuşdu. 
Azərbaycan 
Xalq 
Cümhuriyyətində  vətəndaşlar  arasında  siyasi   
bərabərlik  bir   qərar   olmaqla,  bərabər   sosial   ədalətsizliyin   zərərli   nəticələri   
də   aydın   tərzdə  dəyişdirilirdi. Azərbaycan zehniyyətincə, dünyanın əvvəlindən 
                                                           
34
 
Kim dilərsə, söylə  gəlsin,  kim  nə istərsə söyləsin. Yox   bizim  dərgahda qapısı, gərdası, 
kibr və paz. 
 


38 
 
bəri  insanların  yaşayış  və  iqtisadiyyatda  qarşılaşdıqları  ədalətsizliyi  birdən-birə 
ortadan  qaldırmaq,  inqilabçı  bir  zərbəylə  mülkiyyəti  və  bununla  bağlı  insanlar 
arasında  ortaya  çıxan  səfaləti  ortadan  qaldırmaq  mümkün  deyildi.  Bundan 
anarxiya, daha çox səfalət çıxar və iç qarışıqlıqlarından başqa aydın bir nəticə alına 
bilməzdi. Onlara  görə, bu bir kərə siyasi ədalət təmin olunduqdan  sonra öz-özünə 
təkamül  edəcək  və  yavaş-yavaş  həll  olunacaq  bir  məsələ  idi.  Azərbaycanlılar 
düşünürdülər  ki,  mülkiyyəti  tamamilə  ortadan  qaldırmaq,  indiki  durum  içərisində 
şəxsi təşəbbüs qüvvəsini zorakı şəkildə aradan qaldırar. Sosial həyat irəliləmədən 
düşər,  insanlar  bəsit  ibtidaiyə  doğru  dönərlər:  aləmin  nizamı  pozular.  Fəqət, 
bununla  bərabər  hər  şeyin  ifratından  zərər  gəldiyi  kimi,  mülkiyyətin  də  ifrat   
tərəflərini   yox   etmək  sosial   islahatın   əsasını meydana gətirməlidir. Mülkiyyət 
ancaq  ümumi    aləmə  yayılıb  təsirli  oluncaya  qədər  müdafiə  olunub  —  bu 
olmayanda  ümumi  zərər  gətirən  lüzumsuz  bir  artıqlıq  kimi  kəsilib  atılmalıdır. 
Ərazi  məsələsində  misal  kimi  desək:  hər  əkinçi  özü  əkib-becərdiyi      müəyyən  
miqdar torpağa sahibliyini   qəbul etməklə bərabər, Azərbaycan islahatçıları geniş 
torpaqları  ölü  halında  saxlayan  torpaq  sahiblərinin    mülkiyyət  hüququnu    rədd 
edirdi.  Millət  məclisində  hazır  olan  qanun  layihəsinə  görə,  xüsusi  ərazi 
sahiblərindən  alınıb  dövlət  malı  olduqdan  sonra  əkin  yeri,  vətəndaşların 
mülkiyyətinə  bölünür,  dövlətin  sərvət  və  gəlir  qaynağını  təşkil  edən  yeraltı 
mədənlər isə tamamilə dövlət xəzinəsinə qalırdı. 
Dikər  əmlak  və  istehsal  vasitələrindən  olan  fabrik  və  digər  bu  kimi 
quruluşlara  gəlincə,  bunların  xırda  mülkiyyətlərə  bölünməsi  tətbiqi  imkansız 
olduğundan  burada  çalışan  işıqlının  yüksək  tutulması  xüsusi  surətdə  hazırlanan 
əmək qanunlarının nəşri ilə təmin olunub, dəmir yolu, işıq, su, telefon, teleqraf və 
sairə  bu  kimi  ümumi  işlərə  xidmət  edən  quruluşlar    ya  milliləşir  və  yaxud 
bələdiyyələşdirilirdi.  
 
 
 
 
 
 
Azərbaycanlılar  Rusiya  istilası  zamanında  əsgərlik  etməyə  məcbur 
olmadıqlarından, əsgərlikdən tamamilə məhrum qalmışdılar. 
Azərbaycanın əsgər ehtiyacını hər nə qədər türk komandanlığı öz üzərinə 
almışdısa  da,  Azərbaycanı  tələsik  tərk  etmək  məcburiyyətində  qaldığından  buna 
müvəffəq  ola  bilməmişdi:  ordunun  quruluşu  azərbaycanlıların  çox  az  olan  öz 
zabitlərinin  öhdəsinə  buraxılmışdı.  Başda  ağsaqqal  Səməd  bəy  olmaqla,  müxtəlif 
ordularda  xidmət  etmiş  Azərbaycan  zabitləri  qeyrət  etdilər.  Çox  çətinliklər  və 
ənkəllər içində bir ildə yoxdan 25 000-ə qədər çeşidli silaha sahib piyada, süvari, 
topçu,  lağımçı,  çaxmaqlı  tüfəngçi,  mühəndis  hissələrindən  meydana  gəlmiş  bir 
ordu  vücuda  gətirdilər.  İki  ilə  yaxın  davam  edən  hərbiyyə  məktəbindən  yüzlərcə 
kiçik  yaşlı  oğlan  yetişərək,  meydana  gətirilən  ordunun  cavan  komandasını  təmin 
etdilər.  Son  Novruz  bayramında  Azərbaycanın  paytaxtı  Bakıda  keçirilmiş  rəsmi 
keçid,  mükəmməl  və  müntəzəm  bir  ordunun  vücudunu  paytaxtın  sevincdən 
boyanan sürəkli alqışları və övladını birər böyümüş aslan qılığında görən anaların 
göz yaşları içində dost və düşmənə göstərdi. Az zaman içində Azərbaycan ordusu 


39 
 
öz  başlanğıc  tarixinə  Lənkəranın  əsgərlər  tərəfindən  fəthi  kimi  şanlı  sətirlər  yaz-
dırdı  ki,  bir  sağalmaz  xəstəlik  də  o  intizam  və  itaətin  son  dərəcə  yetişdiyini, 
ikincisində isə mənəviyyat və fədakarlığının bənzərsiz olduğunu göstərirdi. 
Azərbaycan hökuməti icraata başlarkən Xəzər dənizinə malik deyildi. 6—
7  ay  içində  öz  hakimiyyətini  dəniz  üzərinə  də  yaydıqdan  sonra  ticarət 
donanmasından başqa 6—7 gəmilik bir donanmaya aid işlər hazırlanmış, qarşıdakı 
ada ilə liman sahillərini uzaqdan vuran toplarla silahlandırıb Bakını istehkam liman 
halına gətirmişdi. 
Anarxiya  əsnasında  Azərbaycan  dəmir  yolları,  qonşusu  Gürcüstanın 
yollarına  nisbətlə  məhv  olmuş  kimi  idi.  Stansiyalar  bərbad  olmuş,  körpülər 
uçurulmuş,  lokomotivlər  qaçırılmış,  vaqonlar  parçalanmış,  oturacaqlar  (divanlar) 
qoyulmuşdu. Az zamanda bunlar düzəldilmiş, yolun işləkliyi müharibədən əvvəlki 
halına gəlmiş, müntəzəm dəmir yolu hərəkəti təmin olunmuşdu. 
Bundan başqa yol və körpü nazirliyi Cümhuriyyətin ticarət, gəmi və siyasi 
həyatını genişlətmək üçün həyati əhəmiyyəti olan Bakı-Culfa yolunu inşa edir, Kür 
çayı üzərində qurduğu   böyük   körpünün   açılışı   təntənəsinə   hazırlaşırdı. 
Dəmir yolu işçisi hazırlamaq məqsədiylə türklərə aid dəmir yolu, teleqraf 
və s. texniki ustalar hazırlamaq üçün yol idarəsi nəzdində xüsusi məktəblər açılmış, 
dəmir yolu məmurları yüzdə-əlli miqdarında milliləşmişdi
35
 
Dəmir yolu idarəsi, eyni zamanda fəna halında pozulmuş Bakı-Batum neft 
borusunu  gözlənməyən  bir  sürət  və  məharətlə  təmir  etmiş,  əvvəlkindən  daha  fəal 
şəkildə neft alverinə başlanmışdı. 
Cümhuriyyətin  quruluşundan  əvvəl  bir-birinin  ətini  yeyən  əhali  arasında 
hər yerdə meydana gətirilən zabitə sayəsində rus istilası zamanından daha yaxşı bir 
əmin-amanlıq  və  intizam      vücuda    gəlib,    hər    tərəfdə    bələdiyyə    və    məhəlli   
idarələri qurulurdu. 
Boş  buraxılan  ərazi  ciddiyyətlə  əkilməyə  başlanmış,  hər  tərəfdə  əkinçilik 
əvvəlki halını almışdı. 
Şəhərlər  telefonlarla  bir-birinə  bağlanmış,  teleqrafla  da  təbii  bir  dildə 
müharibəyə girmişdilər. 
Təhsil-tərbiyə  təşkilatına  ayrı  bir  təzəlik  verilmişdi.  Məmləkəti    irfanın 
nuruyla  işıqlandırmaq  üçün  ciddiyyətlə  işə  başlanmışdı.  Ümumi  ögrənimin   
(təhsilin — M. Ə.) həyata keçirilməsi əsas tutularaq, bunu təmin üçün bir tərəfdən 
məktəblər  açılır,  digər  tərəfdən  yeni  qurulmuş  erkəklər  və  qızlar  universitetləri 
vasitəsiylə öyrətmənlər hazırlanırdı. İbtidai məktəblərin çoxalmasına xidmət etmək  
üçün  xüsusi  şəkildə  İstambuldan  öyrətmənlər  gətirilmişdi.  Bundan  başqa,  xüsusi 
                                                           
35
 
Bolşevik  istilasından  sonra  bu    quruluşlar  tamamiylə  aradan  qaldırıldı.  Son  rəsmi 
məlumata görə, hal-hazırda dəmir yolu məmurlarından yalnız yüzdə otuzu türkdür. 
 


40 
 
olaraq  hər  bir    qəza  mərkəzində  öyrətmənlər  kursu  açılmışdı.  Maarif  nəşriyyatı 
işində  qadınların  tərbiyəsi      də    kişilərlə      bərabər    tutulurdu.      Mövcud      rus 
gimnaziya litseylərindən   biri   tamamilə    milliləşdirilmiş,   bir   çox qız ibtidai 
məktəbləri   açılmış,  hamısı   da  qızlarla dolmuşdu. 
Məktəb yaşından böyük vətəndaşlar da unudulmamışdı. Bunlar üçün gecə 
kursları  açılmışdı.  Bu  xüsusda  qadınlar  da  unudulmayaraq,  onlara  fərdi  gündüz 
kursları açılmış və cəmiyyətlə ilgili dərslər tərtib edilmişdi. 
Azərbaycan  gəncliyini  elm  və  texnika  əsrinə  hazırlamaq  üçün  Bakı 
Universiteti açılmışdı. Bundan başqa, yüzə yaxın tələbə müxtəlif texniki sahələrdə 
təhsil  almaq  üçün  dövlət  məsrəfi  ilə  Avropanın  universitetlərinə  və  digər  yüksək 
məktəblərinə  göndərilmiş,  bir  o  qədər  də  tələbənin  İstambula  yollanması  qərara 
alınmışdı. 
Sülh  konfransı  Azərbaycan  istiqlalını  təsdiq  etdiyi  zaman  Türkiyə  öz 
mühitini unutdu, İstambul böyük təntənələr etdi, mitinqlər keçirdi. Bu mitinqlərdə 
Azərbaycanın  «Yavru  bayrağı»nı
36
 Türkiyənin  qoca  bayrağı  ilə  yan-yana  asaraq 
təbrik  edib  qutladı,  sevindi.  O  üç  rənkli  köksü  hilallı  gənc-bayrağa  arzular 
diləyərək dedi ki, 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə