Məmməd Əmin Rəsulzadə


«Tanrı sənə qara gün göstərməsin»



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə12/25
tarix18.04.2022
ölçüsü1,06 Mb.
#85569
1   ...   8   9   10   11   12   13   14   15   ...   25
M.Ə.Rəsulzadə

«Tanrı sənə qara gün göstərməsin».
37
 
 
 
 
 
CÜMHURİYYƏTİN BƏXTSİZLİYİ 
 
1  —  Əsrimizin  Gərsivəzləri.  2  —  Siyavuşun  qabaqcadan  duyumu.  3  — 
Siyavuşun dəhşətli röyası. Cümhuriyyətin qatili, Firəngizin nitqi. 
 
Firdovsi, Siyavuşun diliylə deyir ki: 
 
Çu hurrəmi  şəvəd sayi arəstə  
Pe did ayəd əz hər sui hastə. 
 
Pərişan  və  düşgün  bir  haldan  «süslənmiş»  olub  çıxan  Azərbaycanın   
içdən   və   qıraqdan   çoxlu   «duyğu»ları   çıxdı. 
                                                           
36
 
Xalidə Ədib Adıvarın nitqindən.
 
37
 
Bir yer gözəl və yaşıllıq olsa, hər tərəfdən ona istək  və arzu  çoxalır.  
 


41 
 
Sağından  və  solundan  bir-bir  qarışıqlıq  şəklində  ortaya  çıxan  «qara 
bastı»lar
38
 min  cürə  hiylə,  fitnə  və  pis  niyyətlərlə  Azərbaycanda  qatmaqarışıqlıq 
yaradır,  onu  rahat  buraxmırdılar.  Birisi  əlində  Denikinin  siyah  örtüsü,  digəri  isə 
Leninin qanlı pərdəsi ilə Azərbaycanın ağ gününü qara, mavi səmasını qanlı etmək 
istəyirdilər. 
Nəhayət,  bu  iki  qüvvə  Azərbaycana  qarşı  düşmanlıqlarında  əl  birliyi 
edərək  dünya  millətləri  arasında  tam  bərabərliyə  malik  bir  hüquqla  yaşamaq 
istəyən  bu  gözəl  məmləkətin  aydın  həyatını  bulandırdılar,  mühitini  qara  qırmızı 
buludlarla örtdülər. 
Əsrimizin  Siyavuşundan  xüsusi  bir  sıxıntı  ilə  daralan  və  ondan  intiqam 
almaq  istəyən  Gərsivəzlər  də  az  deyildi.  Bu  Gərsivəzlər  özlərinə  türk  kommunist 
qrupunun bəzəyini vermişdilər. 
Bir  tərəfdən  belə  qüvvətli  irfan  ordusunun  hazırlanmasıyla  məşğul  olan 
milli  maarif nazirliyi, digər tərəfdən də oxu  kitablarını tərtib və tərcümə etdirərək 
öz hesabına çap etdirir, məktəblərə vəsaitlər hazırlayırdı. 
Azərbaycan  türk  teatrı  ilə  musiqisinin  inkişaf  edən  bir  göstəricisidir. 
Cümhuriyyət zamanında teatr sənəti olduqca irəlilədi. Hökumət himayəsinə alınan 
türk səhnəsi ilə musiqisi ona verilən dövlət teatrında on illik bir irəliləmə əlaməti 
göstərdi. Dekor, oyun, rəqs, səs və ifa cəhətincə parlaq nümunələr, zəngin çiçəklər 
verdi.  Az  zamanda  Azərbaycan  sənəti  Avropavari  bəstəkar,  tragediya,  komediya, 
opera,  operetta,  aktyor  və  aktrisaları  ilə  ümid  verən  rəssamlara  sahib  olduğunu 
sübut etdi. 
Yeni  dövrə  keçid  zamanları  ədəbiyyatın  durduğu  bir  dövrdür.  Bununla 
belə, Azərbaycan ədəbiyyatı gənc şairlər — yeni şairlər yetişdirir, üç rəngli istiqlal 
bayrağı zaman şairinin ən ilhamlı bir hədəfini təşkil edirdi. 
Azərbaycan  həyat  qabiliyyətini  yalnız  öz  içində  deyil,  xaricdə  də  hiss 
etdirirdi.  Dünyanın  hər  tərəfindən  yeni  Türk  Cümhuriyyətinə  heyətlər,  səfirlər 
gəlir, burada görülən həyatı hüriyyəti, sənəti və gözəlliyi təqdir edib heyran olurdu-
lar. Az keçmədi ki, Avropanın, Amerikanın seçkin elçiləri Azərbaycanın paytaxtını 
ziyarət  edərək  onu  tanıdıqlarını  və  onunla  hər  növ  mədəni  və  ticarət  əlaqəsinə 
girmək istədiklərini bildirdilər. 
Anarxiya dövrünün bərbadlığından yavaş-yavaş çıxaraq özünü doğrultmuş 
olan  Azərbaycan,  dünya  millətləri  tərəfindən  tanınaraq  şən  və  şaqraq  bir  həyata 
başlamışdı. 
 
 
 
 
 
 
 
Bakının  vəziyyəti,  ziyafətləri,  teatrları  yeni  təsis  edilən  sənət  və  ticarət 
                                                           
38
 
Qara basdı Azərbaycan xalq türkcəsində kabus mənasında işlənir. 
 


42 
 
müəssisələri, ordusunun rəsmi keçid və manevrləri, şənlik topları, şənlik fişəngləri 
və böyüklü-kiçikli bütün şəhərin ağzından eşidilən: 
 
«İrəli, irəli, Azərbaycan əsgəri!» — 
 
nəğmə  optimizmi   ilə   həmən    «Siyavuş-gərd»ə  bənzəyirdi   ki, Firdovsi onun 
haqqında 
 
                                          Xoşu hürrəmi xub arastə 
Be hərsayi kunsi pir əzhastə —
39
 
 
demişdi. 
Azərbaycan  belə  məsud  bir  həyata  başlayınca,  şöhrəti  bütün  üfüqləri 
tutdu.  Bu  xəbər  bilavasitə  Azərbaycanın  qoruyucusu  -  olan  Türkiyədə  sevincə 
səbəb oldu. 
Gərsivəzlər  qrupu  artıq  Siyavuşu  devirmək  qərarını  vermiş,  intiriqalarına 
başlamışdılar.  Bu  intiriqa,  hər  şeydən  əvvəl  Azərbaycanla  türklüyə  xəyanətlə 
suçlamağa yönəlmişdi. 
Gərsivəzlər  Türkiyədəki  Turançıları  inandırdılar  ki,  Azərbaycanın  fikri 
ayrıdır.  İngiltərə,  Fransa  və  Amerika  ilə  əlaqəsi  var.  Yanına  gizli  elçilər  gəlir. 
Turan düşməni ermənilərlə barışır. İran ilə sıxışıb birləşir. Əcəm siyasəti yeridilir. 
Şiəliyi irəlilədir. Bu məqsədlə o, İrana heyət göndərmiş, İrandan da bir heyət qəbul 
etmişdir. 
Sözlərinə  daha  artıq  təsir  vermək  üçün,  beynəlmiləl  nəzakət  üsulu  olan 
alışılmış siyasi ziyafətləri mənfi anlamda yozaraq Gərsivəzin: 
 
«Həmi yadi Kavus girəd becam» — 
 
dediyi  kimi bunlar da  «Azərbaycanlılar ingilis  imperialistlərinin  sağlığına  içirlər» 
— deyə öldürücü bir zərbə ilə çox mütəəssir olan türk xalqını aldadırdılar. 
Rusiya  ölüm-qalım  mücadiləsində  olan  Türkiyəyə  yardıma  gedirmiş  və 
ingilis  tərəfdarı  Azərbaycan  hökuməti  ona  yol  vermirmiş  —deyə  apardığı 
təbliğatları  bolşevlk  sui-qəsdlərinin  ortaq  suçlusu  olub,  Qafqasyanın  Rusiya 
tərəfindən təkrar istilasını hazırlayırdı. 
Halbuki,  Azərbaycan  öz  qoruyucularından  və  qurtarıcılarından  olan 
türklərin, kommunist olsalar da, onların əleyhinə sui-qəsd bəsləməyəcəklərini ümid 
etmiş, dəniz qüvvələrini, zirehli maşın və dəmir yol qatarlarını və şəhərin qoruyucu 
qüvvələrini bütünlüklə bunlara əmanət etmişdi. 
                                                           
39
 
Xoş, şad, yaxşı və əmin – aman olan hər tərəfdə istədiyin qədər dolu xəznilər. 


43 
 
Firdovsidə  böyük  bir  «fatalizm»  var.  Hər  bir  vaqeəni,  o  qatı  çarəsizlik 
kimi  göstərir.  Onun  hər  qəhrəmanı  başına  gələcəkləri  ya  röyasında  görür,  ya  da 
ilahidən eşidir və nə  qədər çalışıb qeyrət etsə də, öz qədər və taleyindən bir təhər 
qurtula bilməz. «Şahnamə» şairi, bu şəkildə ən sevdiyi qəhrəmanlarından ayrılarsa 
da, daima: 
«Çinin əst ayin çərx-bülənd» (Dünyanın adəti belədir) — deyə ovunması 
olur. 
Fatalizm  yalnız  Firdovsi  kimi  bioqrafiya  romantiklərində  deyil,  İranın 
qəzəl yazan lirik şairlərində var. Başda gələn qəzəl ustası Hafiz Şirazinin 
 
...Dər kui nik pəsəndi-təğyir de gəzara» — 
40
 
 
beyti şahidi deyilmi? 
Firdovsi  ilə  Hafizdəki  fatalizm  çağdaş  Avropa  ədiblərindən,  Belçikanın 
şöhrətli şairi Meterlinqdə də var. Meterlinq də həyata, insanların arzu və iradələri 
fövqündə bir qüvvənin idarə etdiyinə inanır. Təqdirə böyük mövqe verir. Dünyada 
nə  olursa,  insanın  başına  nə  gəlirsə.  «Göy  quş»  müəllifinə  görə,  o,  qabaqcadan 
müəyyən  olunub.  hekayələrinin  birində  məhz  bu  fəlsəfəni,  o,  baxınız  necə  izah 
edir:  «Doğan  qadının  başı  üstünə  şəhərin  ən  usta  həkimi  gəlir.  Qadında  bir  şey 
yoxdur,  sağ-salamat  qurtarır  deyə  arxayın  olur.  Halbuki,  evin  ağsaqqal  babası 
məyusdur. Onun gözünə kölgə kimi bir şey görünür. Bu kölgə qapıdan Əzrail kimi 
girir.  Baba  bütün  bu  təsəllilərə  rəğmən  müztəribdir.  Nəhayət,  yeni  doğulan  cocu-
ğun  səsi  gəlir.  Cocuq  rahatca  doğulduğu  halda,  anası  həyatını  xilas  edə  bilmir. 
Mamaçanın işarəsindən hamı qadının öldüyünü öyrənir. Cocuqla bərabər bütün ev 
adamları da ağlamağa başlayır. 
Firdovsi  sözünün  hərəkəti  ilə  yaranan  Siyavuş,  Meterlinqin  «ixtiyar 
babası»  kimi  qapıdan  girən  Əzrailini  görmüş,  təcrübəli  doktorun  təsəlli  və 
arxayınlıqlarına rəğmən demişdi ki: 
 
                                       «Şum zarin kuşte bər bi günah 
Kəsi-digər ayəd bər in taco gah»
41
 
 
Azərbaycana  da  içdə  sığındığı  qüvvələrin  bir-bir  qara  ilan  zəhəri  ilə 
vücudunu  zəhərləməyə,  dost  bildiyi  yaxşıların  bir  qisminin  düşmən  olduğunu 
sezməyə,  Qarabağ  dağlarında  erməni  üsyanını  yatırtmaq  üçün  bütün  əsgər 
qüvvələrini  Rusiya  hüdudundan  oraya  çəkmək  məcburiyyətində  qalmağa  və  bu 
minvalla  şimalda  toplanan  bolşevik  qüvvəsinin  qorxu  ilə  düşünməyə  başlarkən, 
                                                           
40
 
Xoşbəxtlik   məhəlləsinə bizi  buraxmadılar. Bəyənmirsənsə, qədərini dəyişdir.
 
41
 
Məni düşmən kimi öldürərlər. Bu tac və taxta başqa birisi sahib olar.  


44 
 
hökumət  başçısının  istiqbaldan  ümidi  qırılmış,  yaxın  dostlarının  yanında  Siyavuş 
kimi  məyusanə bir tərzdə demişdi  ki:  «sanki Cümhuriyyətin son  günləridir.  Sanki 
artıq mövqemizi digərlərinə verəcəyik» 
Bu sözlərilə Cümhuriyyətin son baş naziri bir şeyi daha əlavə etmişdi ki, 
onu biz Siyavuşun aşağıdakı sözləri ilə nəql edirik: 
 
...Pür əz sənki gərdəd səasəri-zəmin 
Zəmanə şəvəd pür zi şəmşiri-kin 
Bəsi qarət o bürdən hastə 
Pürakəndən günc arəstə 
Be sa kişvəra kan be paye sütur 
Bs ku bənd gərdəd be cayi abi-şur»
42
 
 
 
Siyavuş öz nəzəriyyə və yozumu ilə fəlakəti sezdiyi halda təhlükənin felən 
həyata  keçdiyini  və  fikrindən  gəlib-keçən  Gərsivəzin  sui-qəsdin  bir  şeytanı 
olduğunu  görə  bilmirdi.  Bir  gecə  rahat  yatmışkən,  Siyavuş  gördüyü  qorxunc 
röyadan sərsəm oyanmış, arvadı Firəngizə anlatmışdı ki: 
 
Be yek dəst atəş, be yek dəst ab 
Be piş əndərun pile Əfrasiyab  
Be didi mera ruyi gərdi-dejəm  
Denidi-bəran atəşi-tizdən  
Denidi-bəran atəşi-tizdəm  
Çu Gərsivəz an atəş əfruhti  
Əz əfruhtiyi-mer məsasuhti 
43
 
 
Azərbaycan  Cümhuriyyəti  hökuməti  aprel  ayının  27-də  yuxusundan 
sərsəm bir halda qalxdı. Bir tərəfdə Bakı limanında lövbər salan dəniz qüvvələrinin 
üsyan  bayrağı  açdığını,  digər  tərəfdə.,..  «Bena  qazi»  (Binəqədi  —  M.  Ə.)  yanar 
dağı  səmtindən  Qızıl  Ordunun  atəş  saçaraq  gəldiyini  və  geri  qaçmaq  istərkən 
yolunun  Türkiyəli  bir  zabit  komandasında  olan  «Yardım  alayı»  tərəfindən 
kəsildiyini gördü»
44
 
 
 
 
 
 
 
 
İşi belə gördükcə, içdəki bolşeviklər çıxdılar, «təslim ol!» dedilər. 
                                                           
42
 
Dünya hərb və döyüşlə düşmanlıq və kinlə dolur. Bir çox qarət və soyğunçuluqlar vücuda 
gəlir,  süvarilərin  ayağı  altında  Bir  çox  qarət  və  soyğunçuluqlar  vücuda  gəlir,  süvarilərin 
ayağı altında bir çox məmləkətlər çığnanır, yerlərində çöllər meydana çıxır.  
43
 
Bir  tərəfdə  od,  bir  tərəfdə  su,  o  tərəfdə  isə  Əfrasiyabın  filini  gördüm.  Məni  görüncə, 
üzünü turşutdu, odu üflədi. Bu odu Gərsivəz alovlandırmış, məni yıxmışdı.
  
 
44
 
Bu  xüsusda  daha  ziyadə  və  açıq    bilgi  almaq  üçün  ―Azərbaycan  Cümhuriyyəti‖  adlı 
əsərimizin 8-ci bölümünə baxınız.  


45 
 
Millət  məslisi,  sonuncu  iclasını  topladı.  Bolşeviklərin  tələbləri  müzakirə 
edildi.  Ərz  edici  sifətlə,  intiqamçılığı  və  təslimçiliyi  ilə  məşhur,  əsrimizin  Gərvi 
əlində xəncər qınına bənzər bir dolama, birinci və sonuncu dəfə xitabət kürsüsünə 
çıxdı: 

 
Hazır olanlar, təslim olun —dedi. 
Məclis  üzərində  ölüm  uçuşurdu.  Hər  kəs  artıq  hər  kəs  deyən  —  özünü 
uçacaq bir qaya altında hiss edir və bu hisslə müztərib olunurdu. 
Ağ  saqqallı  bir  sosialist  çıxdı.  Bu  faciəli  gündə  də  adəti  olan 
şəbədəçilikdən qalmadı, operetta qəhrəmanı Məşədi İbad kimi: 

 
O olmasın, bu olsun! — dedi.
45
 
Ömür boyu Siyavuşa isinə bilməyən bir qardaş da: 
— Bizim istədiyimiz elə bu idi —deyə hayqırdı. Birinci dəfə İranı, ikinci 
dəfə Turanı satmış olan qara üzlü birisi də çıxdı, üçüncü dəfə Azərbaycanı satdı. 
Bir qismi isə, hər zaman olduğu kimi, yenə tərəfsiz qaldı. 
Hamı əsrimizin Siyavuşunu ölüm xəncərinə təslim etmişdi ki, halı pərişan 
bir  surətdə  Firəngiz  gəldi.  Azərbaycan  Cümhuriyyətinin  təmiz  suyunu  daşıyan 
istiqlal pərisi bir natiq şəklində bürünərək dedi: 
«Yalandır.  Gərsivəzlərə  aldanmayınız:  Gərvin  əlindəki  dolama  zəhər 
bulaşmış bir intiqam xəncəridir, ona inanmayınız! 
Rus  ordusunun  hüdudumuzu  keçdiyi  bir  vaxtda,  müsəlman  da  olsalar,   
bolşeviklərin   parıltılı   yalanlarına   uymayınız! 
Türkiyə  Azərbaycanın  sığınacaq  yeridir.  Öz  sığınacaq  yerini  qurtarmağa 
gedən  bir  qüvvənin  səmimiyyətinə  inanarsa,  Azərbaycan  elə  bir  qüvvəyə  özü  yol 
verər,  fəqət  bizim  istiqlal  və  hakimiyyətimizi  ayaqları  altında  çığnayıb  sərhəd 
gözətçilərimizi torpağı ölü sərən xain bir qüvvə Turan yardımçısı ola bilməz.! 
Əfəndilər,  eşitdiyiniz  gurultular  millətin  deyil,  düşmənlərin  səsidir. 
Hakimiyyətinizə  doğru  uzanan  və  bizdən  təslim  olma  tələb  edən  əllər,  millətin 
müqəddəs  hüququna  uzanmış  qəsbçi  əllərdir.  Ağ  saqqallı  generalımızın  məyus 
halda komandanlıq zirvəsində deyil, deputat kürsüsündə oturması, bizi məyus etsə 
də, bilinməlidir ki, millətdən alınan haqq başqasına təslim edilə bilməz! 
Bu  kürsüdən  çox  kərə  istiqlalılımızı  göz  bəbəyi  kimi  saxlamağa, 
hüruriyyətimiz  yolunda  canımızı  sipər etməyə, öldü var,  döndü  yoxdur, deyə  son 
damla qanımıza qədər dayanmağı and içmiş adamlar deyilikmi? 
 
Hazır  olanlar,  məsum  qanı  üçün  çox-çox  qanlar,  axacaq,  gözəl 
                                                           
45
 
―O  olmasın  bu  olsun‖  Üzeyir  bəy  Hacıbəylinin  bir  operettasının  adıdır.  Operetta 
qəhrəmanı  Məşədi  İbadı  evlənərkən  aldatmışlar,  qadının  gözəlini  göstərmiş,  fəqət  ona 
xidmətçi qızı göndərmişlər. Məşədi İbad etiraz etmək istərkən təhdid edilmiş və nəhayət, ―O 
olmasın, bu olsun‖ – deyə razı olmuşdur.
 


46 
 
Siyavuşumuzu  aldanmış  Əfrasiyabların  qəzəbinə,  xain  Gərsivəzlərin  hiyləsinə 
xəbis yaradılışlı Gərvlərin xəncərinə təslim etməyək! 
Qoy  bizi  bu  haqqımızdan  vaz  keçməyə  yalnız  düşmən  süngüləri  məcbur 
etsin! 
Orada  olan  əhali,  bu  nitqi  ağlayan  gözlərlə  alqışladısa  da,  məclisin 
əksəriyyəti tarixin gedişatına təslim oldu, Siyavuşun öldürülməsinə razı oldu. 
 
«Çinin əst razi sipəhri bülənd  
Kəhi şaddarəd, kəhi müstənənd.
46
 
 
 
 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə