Məmməd Əmin Rəsulzadə



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə13/25
tarix18.04.2022
ölçüsü1,06 Mb.
#85569
1   ...   9   10   11   12   13   14   15   16   ...   25
M.Ə.Rəsulzadə

QATİL KİMDİR? 
 
1 — Rusiyanın hiyləsi. 2 — Yalanın ömrü az olur. 3 — Millətçiləri təqib. 
 
Tarix  təkrarlardan  ibarətdir  deyirlər:  fəqət  bu  təkrar,  belə  təsəvvür 
olunmasın  ki,  irili-xırdalı  təfsilatı  ilə  yenidən  yoxlanır.  Heç  bir  hadisə  zaman  və 
məkan təsirindən qurtula bilməz. 
«Siyavuş gərd» Turan torpağının şərqində — Çin sərhəddində   meydana   
gəlmiş,      bütünlüklə      Turan      əsgərləri      ilə  çevrələnmiş  və  Siyavuş  Türk 
sərkərdəsinin əmri ilə öldürülmüşdü. Halbuki, Bakı, Qaf dağının ətəyində, Turanın 
bir  kənarında  deyil,  düz  göbəyində  Rusiyanın  qonşusu  olmuş,  Azərbaycan 
Cümhuriyyəti  də  Turan  sərkərdəsi  və  əsgərləri  tərəfindən  deyil,  turanlılardan 
aldanmış  bir  qisminin  yardımları  ilə  Turan  dostu  qiyafəsinə  girən  əski  Türk 
düşmanı tərəfindən qətl olundu. 
Firdovsinin rəvayətinə görə, Yəcuc və məcüclar əcaib bir varlıq olub Qaf 
dağını keçir, bu tərəfdəki insanları həlak edirdilər. Bunların əcaibliyi elə şəkildə idi 
ki, qulaqlarının biri kilim, digəri yorğan kimi görünürdü. Gözləri dəniz suyu kimi 
mavi,  üzləri  heyva  kimi  sarı  idi.  Müqəddəslik  bilməyən  bu  əcaib  varlıqdan  hər 
kəsin  iyrənməsinə  baxmayaraq,  qarışqa  kimi  çox  olan  saylarından  qorxaraq, 
qarşılarına çıxa bilmirdilər. 
Rusiya  yəcuc  və  məcucları  üzərində  də  zonanın  böyük  təsiri  görünürdü. 
Avropanın  amansız  düşmənliyinə  qarşı  şeytanla  da  olsa  ittifaq  anlaşma  yaratmaq 
zərurətində  olan  Türkiyə  inqilabçılarının  bu  düşüncəsini  bolşevik  Rusiyası  öz 
haqqıyla  təqdir  etmişdi.  Türklərin  Azərbaycan  üzərində  mənəvi  nüfuzundan 
                                                           
46
 
Qoca dünyanın gərdişi belədir. Gah nəşəli edər, gah ümidsiz. 
 


47 
 
istifadə  ilə  bolşeviklər  Yaxın  Şərqdə  özlərini  o  qədər  sevdirə  bildilər  ki,  bunlar 
müsəlmanların  könlünü  fəth  edərək,  Azərbaycanın  istila  deyil,  əksinə  İstambulu 
belə qurtaracaqlarına inandılar. 
Hər  nə  qədər  «Müsavat»  partiyasına  mənsub  olan  millətsevərlər  xalqı  bu 
yuxudan  oyatmaq  istəyir,  «camaat,  aldanmayın»  —  deyir,  bunlar  dərhal  Quranın 
buyurduqu,  «İnnə  Yəcücə  və  məcucə  müfsidunə  filərz»  —  edərlər.  Eyni 
məxluqlərdir  ki,  Krım,  Türküstan  və  Mart  faciələrini  icad  etdilər.  «Bunların  əsl 
arzusu İstambulun qurtarılması deyil, əksinə Bakı və Azərbaycandır» — dedilərsə 
də,  «Müstəvər    bozbaşı»
47
 yemiş  kimi    xalq,  «hay,  dəli,  şaftalı»
46a
— deyə onlarla 
cəmlənir və özlərini ingilisə satılmış kimi görürdülər. 
Hətta  iş  o  mərhələyə  gəlmişdi  ki,  küçə  baqqalları  belə  bolşevikin,  artıq 
gördükləri  «spekulyasion»  düşmanı  olmadığına  inanmışdılar,  dar  görüşlü 
İttihadçılar da  Qarayevin qızıl  yalanlarına  qapılmışdılar. Düşünürdülər  ki,  Rusiya 
gələcək,  Ermənistanı  ortadan  qaldıracaq  və  ordularını  Mustafa  Kamal  Paşanın 
yardımına göndərəcəkdir. 
Yalanın ömrü az olur. Xalq hikmətincə açıq olan bu həqiqət bir daha isbat 
olundu. Bolşeviklərlə bolşevik təbliğatı aparanların yalanlarına aldanan xalq, Qızıl 
Ordunun  Ermənistana  təsavüzünü  gözlərkən,  Moskvanın  Ermənistanın  istiqlalını 
tanıdığı xəbəri alındı. Ermənilər əks-hücumlarına Qarayevin üsyankar məqaləsi və 
Həsənovun  göyərtədəki  nitqilərinə  baxmayaraq,  Qarabağdakı  hərəkat  durduruldu. 
Gürcüstana  verilən  24  saatlıq  notanın  nəticəsi  hərbi  xalq  komissarının  gürcü 
nazirlərini  Bakıya  çağırmaq  üçün  etdiyi  israra  rəğmən  Tiflisə  gedib  gürcü 
menşeviklərinin  tələblərinə  imza  atmaqla  bitdi.  Erivandan  keçərək  Türkiyə  yolu 
Şəki ilə Lənkərana döndü. İstambulun imdadına getmək şüarı, «Ləhistanı qovaq!» 
— şüarına döndərildi. 
Ucuz  çörək  və  daha  ziyadə  rahatlıq  gözləyən-fəhlə  ilə  kəndli,  birə-on 
çətinliklə çörək tapmayıb daha çox çalışdı və qatı bir istibdad altında qaldıqda: 
 
 —     Eyvah! — dedi. 
                                                           
47
 
«Şah Abbas və Xurşud Banu» operasında bir «müstəvər» (məst edən — M. Ə) tipi var. 
Bu  tip  alipozdur.  İnsanları  çalar,  öldürüb  ətlərindən  şorba  asarmış.  («Bozbaş»  bir  növ 
Azərbaycan  şorbasıdır).  İsfahanlılar  Şah  Abbasın  yanına  gəlmiş,  hər  gün  qeyb  olan 
vətəndaşların  ucbatından      xalqın  qorxuda  olduğunu  ərz  etmişlər.    Şah  Abbas  dəyişik  
qiyafədə  İsfahana  getmiş,  bu  sirri  öyrənmək  istəmişdir.  Təqdiq  əsasında  müstəvərin 
dükanına  gəlib  görmüşdür  ki,  bu  dükanın  müştəriləri  həddən  çoxdur.  Səbəbini  öyrənmək 
istəmişdir. Xalq, bu aşpazın çox ləzzətli şorba bişirdiyini ona anladarkən, pərişan hallı birisi 
―müstəvər‖in şorbanı insan ətindən bişirdiyini söylədikdə hər kəs onu ―hay, dəli, şaftalı ‖ – 
deyə  alçatmışdır.  Halbuki,  Şah  Abbasın  araşdırmasını  davam  etdirəndə  kəşf  etdiyi  həqiqət, 
―dəli‖nin doğru söylədiyini isbat etmişdir.   
 


48 
 
Bakının  bütün  sərvəti  talana  getdi.  Dükanlar  elə  bil  çapğınçı,  basqınçı 
kimi  soyuldu.  Evlər  sahiblərindən  alınaraq  miras  kimi  paylandı.  Kəndliyə  torpaq 
kağız üzərində verilirdisə də, əkinin məhsulu ərzaq məmurları tərəfindən çalınırdı. 
İllərdən bəri anbara yığılan neft, əvəzsiz olaraq Rusiyaya aparıldı. 
Sarı  bal,  şirniyyat,  çay,  şəkər,  qumaş  —  nə  varsa,  vaqonlara,  gəmilərə 
yüklənərək Moskvaya götürüldü. 
Xalqın  həqiqi  sərvəti,  varı-yoxu  qəsb  edildi,  «pul»  —  deyə  bolşevik 
kağızları hər tərəfi sardı. 
Çörək  istəyən  ac  xalqa  top  və  çaxmaqlı  tüfənk  göstərdilər.  Bir-iki 
«müsəlman»  komissarı  pərdəsi  altında  bütün  idarə  işləri  rus  agentləri  və 
məmurlarının  əlinə  keçdi.  Məmləkəti,  guya  ki,  Azərbaycan  kommunist  partiyası 
idarə  edirdi.  Halbuki,  bu  partiyanın  söykəndiyi  əksəriyyətlə  düşmən  və  xristian 
işçidən  təşkil  olunan  Bakı  sovetindən  ibarət  idi.  İmzanı  Nərimanlar,  Əliheydərlər 
atırdısa da, hökmləri Mikoyanlar, Çorayevlər və Solovyovlar yazırdı. 
Zahirən  qırmızı  Azərbaycanın  istiqlalı  tanınmışsa  da:  nə  hüdud  bəlli  idi, 
nə  də  Rusiyalı  ilə  Azərbaycanlının  hüququ  bir,  Azərbaycan  ordusu  11-ci  rus 
komandanlığına tabe, dənizçisi rus admiralı Roskolnikovun əmrində. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə