Məmməd Əmin Rəsulzadə



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə15/25
tarix18.04.2022
ölçüsü1,06 Mb.
#85569
1   ...   11   12   13   14   15   16   17   18   ...   25
M.Ə.Rəsulzadə

HAQSIZ QAN YERDƏ QALMAZ 
 
1 — Məfkurənin qüvvəti, Gavə
48
 , Ergenokon, öksüz fikir. 2 — Fəlakətin 
dərsi. 3 — Son. 
 
Hun ərbab həmiyət qərq edər zalimləri  
Məşəli-əfkar əhraranə sönməz hun ilə. 
 
Namiq Kamal 
 
Haqsız  qan yerdə  qalmaz. Necə  ki, Siyavuş  qanı   qalmadı. Məzlum  ahı 
ovunmaz,  necə  ki    Kərbəla  zülmü  ovunmur.  Zalım  bədi  olmaz  —  necə  ki, 
Zöhhakın zülmü olmadı. İstiqlal nəşəsi  fədailər  yetişdirir 
necə      ki,    milli 
Türkiyə  yetişdi.  Fikir  öldürülməz  —  necə  ki,  Neronun  arslanları  xristianlığı 
parçalaya  bilmədi.  Abidə  iman  yanmaz  necə  ki,  Nəmruddun  atəşi  İbrahimi  yaxa 
bilmədi. 
Qonuşma  və  düşüncə  susdurulmaz  —  necə  ki,  inkvizisiya  hüzuruna 
çıxarılan Qaliley susmadı. 
Haqq,  əsla  qeyb  olmaz  —  necə  ki,  Musa  Firondan  qaçmağa  müvəffəq 
oldu. 
Azərbaycan  istiqlal  və  Cümhuriyyət  fikrinin  keçici  bolşevik  istilasının 
yaxıcı, yıxıcı qüvvələriylə qəhr olunacağını zənn edirsiniz. 
Bakının  hərarətli  torpağında  kök  salmış  müqəddəs  atəşi  Quzğun  dənizin 
(Xəzər  dənizi)  dalğaları  daimi  olaraq  söndürməyə  aciz  olduğu  kimi,  Azərbaycan 
türklərinin  ağlına  girən  fikir  və  qəlbinə  yerləşmiş  istiqlal  hissini  öldürməyə  də 
bolşevik cəlladları o dərəcədə acizdilər: Bir qüzey rüzgarıın zərbəsiylə dalğalanan 
Xəzər, Bayıl burnundakı mavi atəşi söndürsə də rüzgar keçib dəniz düzgün bir hal 
alanda,  sadə  bir  qığılcım  kifayətdir  ki,  bu  müqəddəs  atəş  təkrar  yansın,  təkrar 
Bayıl-burnunu aydınlatsın.
49
 
Azərbaycanda  İran təsiri   vardır:   İran  Zöhhak bəlasına uğramışdı. Öz 
hakimiyyət  və  istiqlalarının  qədrini  bilməyən  xalq  cənabi-haqqın  qəzəbinə 
gəlmişdi.  Zöhhak  adında  bir  hökmdar  İranı  cana  doydurmuşdu.  Bu  hökmdar 
ilanlara tapınırdı.  Gündə iki   uşaq beynini  o pis heyvanlara yedirirdi. 
                                                           
48
 
Zöhhakın zülmünə qarşı xalqı ayağa qaldıran məşhur iranlı dəmirçi (Arasoğlu).
 
49
 
Bakı limanındakı  buxtanın adı Bayıldır. Su içərisindən dənizə çıxan qaz,   dəniz   durğun   
olduğu   zaman   atəş   tutuntusıyla   alovlanıb   mavi   bir işıqla yanır. 
 


50 
 
Zöhhakın    zülmündən  bezən    xalqın    fəryadı      göylərə  çıxmışdı.  Xalqın 
şərəfi, namusu, dini, milliyyəti, tamamilə alçaldılırdı.   Şəhərlinin   varı,   kəndlinin   
mal-davarı      əlindən  alınırdı.  Burada  Cəmşid  dinində  olan  nə  qədər  iranlı  varsa 
qanundan  kənar  elan  edilmişdi.  Yaxalananların  özləri  həbs  olunur,  mallarına  əl 
uzanır  və  uşaqları  ilana  yedirilirdi.  Xalq  qorxudan  Zöhhak  dinini  görünüşündə 
qəbul  etmişdisə  də,  təriqətlərinə  mənsub  olan  adamlarla  gizlicə  toplanıb 
ibadətlərini yapırdılar. 
Fəqət  bütün  bu  zülm  və  təhlükələr  qarşısında  iranlıların  tək  bir  ümidi 
vardı. O ümidlə yaşayır, imanlarını gələcəkdə doğacaq o parlaq günəşin hərarəti ilə 
isidirlərdi. 
Bu ümid Firidun idi.  Cəmşidin anasız oğlu dağlara çəkilmişdi. Zöhhakın 
sui-qəsdindən qorunurdu. Firidun, hər nə qədər dağlarda xalqdan uzaq və gizli bir 
yerdə  qalırdısa  da,  xalqın  qəlbi  onun  eşqi  ilə  çırpınır,  gözünə  daima  onun  şəkli 
görünürdü.  Onlar  görünüşdə  Zöhhakın  ilanlarına  səcdə  qılır,  ürəklərində  isə 
Firidunun meydana çıxması üçün dua edirdilər. 
Vaxt kəldi, dəmirçi Gavənin bayrağını bir ağac başına taxması kifayət idi 
ki, bütün xalq onun arxasınca gəlsin. Firidunu dağlarda arayıb tapsın və götürüb öz 
taxtına oturtsun! 
Azərbaycanlılar  türkdürlər:  türklər  də  Ergenokon  tilsimində  iki  yüz  il 
qaldılar.  Nə  qədər  çalışdılarsa  da  bir  tərəfə  çıxmadılar.  Geniş  dünyaya  həsrət 
qaldılar.  Fəqət  yenə  bir  dəmirçinin  yaxşılığı  kifayət  idi  ki,  türklər  dəmir  dağları 
əridib geniş dünyaya çıxsınlar. 
Əsrimizin  Siyavuşu  ölmüşsə  də  onun  doğurduğu  istiqlal  fikri 
ölməmişdir—  Bu  fikrin  tərəfdarları  indiki  halda  dağlarda,  vətənlərindən  uzaq 
məmləkətlərdə,  həbsxanaların  qaranlıq  və  rütubətli  guşələrində  qaçaq,  qaçqın, 
köməksiz  bir  halda  yaşayırlar.  İstiqlal  və  hürriyyətimizin  kövrək  əlaməti  o  üç 
rəngli  istiqlal  bayrağı  zahirən  yoxsa  da,  qorxudan  bolşeviklik  ifadə  edən  gözlərin 
önündə olub, ürəklər onun eşqi ilə çırpınmaqdadır. 
Əlbəttə,  Azərbaycan  istiqlal  fikri,  müstəqil  Azərbaycan  Cümhuriyyətinin 
işğal və istilasına görə bu gün öksüzdür (anasızdır). 
Fəqət  dünyanın  öksüzlərin  tale  və  iradəsi  qarşısında  dəfələrlə  diz 
çökdüyünü görmədikmi? 
Üç  yüz  milyonluq  bir  ulu  kütlənin  hələ  ki,  hakim  mənəviyyata  olan 
islamiyyətin  o  yol  göstərici  əzmi  birdir,  öksüz  deyildirmi?  Dünyanın  ən  böyük 
hökumətini meydana gətirən Çingiz, Turanın Adsız bir öksüzü deyildirmi? 
Yüz  il  əvvəl  çeşidli  xanlıqlar  şəklində  hakimiyyətimizi  qeyb  etdiyimiz 
zaman bugünkü Azərbaycan birliyinə malik deyildik. 
Yüz  illik  əsarət dərsi ilə  iki illik  hürriyyət qovğası bizi özümüzə  tanıtdı. 
Birlik 
və 
istiqlaliyyətimizin 
işarəsi 
olaraq 
əlimizdə 
türklüyümüzü, 
müsəlmançılığımızı və çağdaş bir xalq olduğumuzu göstərən istiqlal bayrağı vardı. 


51 
 
Yazıqlar  olsun  ki,  biz  daha  səpələnmiş  etiqadımızla, 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə