Məmməd Əmin Rəsulzadə



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə16/25
tarix18.04.2022
ölçüsü1,06 Mb.
#85569
1   ...   12   13   14   15   16   17   18   19   ...   25
M.Ə.Rəsulzadə

«—  Bir  kərə 
yüksələn bayraq bir daha enməz!»
 idealına etdiyimiz afərinləri unutduq, canımız 
və malımız qorxusundan bu istiqlal bayrağını bir bezə dəyişdirdik. İntriqaçı və za-
lım bir qüvvət tərəfindən susdurulduq. Dilim gəlmir... təslim olduq! 
Fəqət bu «təslim» bizi qurtardımı? 
Canımız, malımız, namusumuz qurtuldumu? 
— 
Xeyr,  ilk  zərbədə  yerlə  bir  olanlar,  yenə  təslim  fikrinin  fədailəri 
oldular. 
Fəqət bütün bu fəlakətlərə rəğmən bir şey qazanıldı. Bir təcrübə meydana 
çıxdı. Elə bir təcrübə ki, intiqamçı gözləri daima bir «dəmirçi» arayır, elə bir xalq 
ki, hər ağacın ucunda bir «Bayraq» görmək istəyir. 
Azərbaycanlılar,  Mehdi zühuruna inanırlar. Bolşeviklərin bütün  sərvət və 
zənginliyi  dağıdaraq  hər  kəsi,  bir  loxma  çörəyə  möhtac  etmək  siyasətinin,  bir 
əlində  silah,  bir  əlində  çörək  tutan  bir  şeytani  siyasətin  xalqı  nə  kimi  vasitələrlə 
bolşevik  etdiyini  görüncə,  Azərbaycan  xalqı  həmin  Dəccalın  gəldiyini  görür, 
bundan sonra tab edib Mehdinin kəlməsini gözləyir. 
Azərbaycan Mehdisi xalqının idealından, milli istiqlalından ibarətdir. 
Bolşevik Dəccalının müdhiş zalımlığından bezən xalq, duyuram ki, yanaq 
bir ürəklə: 
— 
Ah, bu Mehdi nə vaxt gələcək? — deyə soruşur. 
Çox diqqətlə dinləyirəm, yuxarıdan ilahi bir səs cavab verir ki: 
— 
Azərbaycan   bayrağı  təkrar   açıldığı,  təkrar  dalğalandığı gün! 
Əvət, o gün, o böyük gün! 
Fəqət  indilik  biz  ümidimizi  qırmayaq,  o  bayrağı  qaldıracaq  başından 
keçən dəmirçiləri hazırlayaq. 
Bunun üçün hər şeydən əvvəl: 
Yalan  söyləməyin  ruhumuza  verdiyi  qorxunu:  «iş  düzəldən  yalan,  fitnə 
çıxaracaq  doğrudan  daha  yaxşıdır»  -  -  fəlsəfə  əxlaqının  xarakterimizə  verdiyi 
dözümü,  ölüm  qorxusunun  iradəmizə  verdiyi  zəifliyi  uzaqlaşdırıb  bədbəxt 
olmayaq! 
Qalileyə «Ah nə edim ki, bu lənətlənmiş dünya fırlanır!» — iddiasını başı 
üzərində  duran  cəlladlardan  qorxmayaraq  söylədən,  Sokrata,  imkanı  varkən 
cismani  ölümü  mənəvi  ölümə  tərcihlə  acı  ölüm  zəhərini  içirdən:  həzrəti-Hüseynə 
bütün dost və qoruyucularını itirdiyi halda təslim olmamaq cəsarətini verən: Həsən 
Sabbahın  (fədailərinə  dağ  başından  atılmaq  əfkəsini  verən  və  nəhayət  Anadolu 
hərbinin  o  şanlı  qəhrəmanı  Fəthi  bəyə  komandanın  əmrini  bir  neçə  dəqiqə  yubat-
dığı üçün, qalibkən intihar etmək igidliyini göstərən bir vəzifə hissi ilə silahlanaq. 
Bilək ki, çoxdan öldürüldüyü zənn olunan millətlərin birər-birər dirildiyi, bu böyük 
məhşərdə  ölmək  istəməyən  millətləri  diri-diri  gömmək  qətiyyən  mümkün  deyil.
 
Bunun  ən  böyük  misalı  qardaşımız  Türkiyədir.  Əvət,  ey  vətəndaşlar!  Və 


52 
 
dolayısıyla sizlər, ey gələcək nəsil, ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş 
oğlu! 
Sənin öhdəndə böyük bir vəzifə var. 
Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. 
Onu  min  müşkülatla  ucaldaraq  dedi  ki:  — 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə