Məmməd Əmin Rəsulzadə



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə19/25
tarix18.04.2022
ölçüsü1,06 Mb.
#85569
1   ...   15   16   17   18   19   20   21   22   ...   25
M.Ə.Rəsulzadə

Çağdaş 
Azərbaycan 
tarixi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


84 
 
Xanımlar, bəylər! 
«Azərbaycan  mədəniyyəti  birliyi»nin  inzibati  şurası  «Azərbaycan  tarixi 
Birinci  Dünya  müharibəsindən  zamanımıza  qədər»  mövzusunda  bizdən  bir 
məruzə
80
 istəmişdi.  Qısaca,  çağdaş  Azərbaycan  tarixi  deyə  biləcəyimiz  bu 
mövzuda bir söhbət etmək üçün 28 may gününü seçdim. 
Milli  Azərbaycan  Respublikasının  qurulduğu  1918-ci  ilin  28  mayı  qədər 
çağdaş  Azərbaycan  tarixinin  ünlü  bir  günü  yoxdur.  Çağdaş  Azərbaycan  tarixinin 
ibtidasını on doqquzuncu əsrin başlanğıcından saya bilərik. Bu tarixdən bəri Azər-
baycan  cəmiyyəti  düşdüyü  çətin  şəraitə  baxmayaraq  orta  çağların  əsaslarını 
zehniyyətlərindən  sıyıraraq  çağdaş  mədəniyyətə  doğru  getmişdir.  Həmin  tarixdə, 
bir  neçə  feodal  xanlıqlar  halında  istilaya  uğrayan  Azərbaycan  1918-ci  ilin  28 
mayında  beynəlxalq  həyat  səhnəsinə  tək  bir  millət  olaraq  çıxdı  və  respublika 
şəklində  qurduğu  dövlətin  istiqlalını  bütün  cahana  elan  etdi.  Çağdaş  Azərbaycan 
tarixi ancaq bu böyük hadisənin işığı altında həqiqətən tədqiq edilə bilər. Çünki bu 
tarix  çağdaş  tariximizin  keçmişini  və  gələcəyini  müşahidəyə  yarayan  yüksək  bir 
baxım
81
 nöqtəsidir. 
Bundan 32 il öncə açıqlanaraq Milli Azərbaycanın istiqlalını ehtiva edən 
qanunnamə,  sadəcə,  əsrlik  əsarət  altından  duran  və  öz  müqəddəratını  təyin  etmək 
haqqından  məhrum  olan  bir  millətin  azad  bir  dövlət  qurduğunu  elan  etməyə 
qalxındı. Eyni zamanda bu günkü beynəlxalq şəraitdə xüsusilə aktuallaşan azadlıq 
və  demokratiya  ümdələrinin  də  Azərbaycan  xalqı  tərəfindən  mənimsənmiş 
olduqlarını meydana qoydu. 
Otuz iki ildən bəri Azərbaycan türklüyü bu  yüksək ideyalar uğrunda  min 
bir  bəlaya  köks  gərmiş  və  bu  uğurda  ən  dəyərli  övladlarını  qurban  vermişdir. 
Verəcəyimiz  tarixi  xülasə  məhz  bu  qurbanların  izi  ilə  gedən  nəsillərin  müxtəlif 
forma  və  şərtlər  daxilində  baş  verən  mücadilələrin  bir  hekayəsidir.  Lakin  bu 
hekayəyə  başlamaqdan  əvvəl  Azərbaycan  istiqlal  qurbanlarını  və  onların  ardınca 
gedən  fədakar  qardaş  şəhidlərini  minnət  və  şükranla  anmaq  vəzifəmizdir.  Əziz 
xatirələrini anmaq üçün sizi ehtiram sükutuna dəvət edirəm. 
 
*** 
 
28  may  tarixindən  sonrakı  hadisələr  xülasə  etməkdən  əvvəl    bu  tarixdən 
əvvəl dövri qısaca gözdən keçirək. 
                                                           
80
 
Azərbaycan mədəniyyəti birliyinin təşəbbüsü ilə 1950-ci ilin  28 mayında Ankara Xalq 
evində oxunan məruzə
 
81
 
Mübarizə 
 


85 
 
XIX   əsrin   əvvəllərində İslam Şərqi dünyasının düçar  olduğu   ümumi   
tənəzzül  şəraiti  içində  bütün  Qafqaziya  ilə  birlikdə  Azərbaycan  da  rus  istilasına 
uğradı. Tarixən ənənəvi olaraq  türk və islam dünyası ilə mücadilədən ibarət olan  
rus  səltənətinə  ancaq  allah  gücü  ilə  boyunəymək  məcburiyyəti  qarşısında  qalan 
Azərbaycan  mənən  heç  bir  zaman  rus  dövlətinə  ram  olmadı  və  fürsət  düşdükcə 
milli  varlığını  izhar  etdi.  Yüz  illik  əsarət  həyatından  sonra  Birinci  Dünya  müha-
ribəsi  nəticəsində  çökən  rus  imperatorluğunun  xarabalıqları  altından  Azərbaycan 
milli  bir  bütöv  halında  qiyam  etdi  və  yuxarıda  qeyd  etdiyimiz  kimi  istiqlalına 
qovuşdu. 
Çarlığın  Azərbaycan  türklüyünə  endirdiyi  böyük  zərbələrdən  biri  onu 
əsgəri xidmətə cəlb etməməsi idi.Bu surətlə  fitrətən cəngavər olan bura türklərini 
əsgəri  xidmətdən  yadırğatmaq  və  beləliklə  onları  Rusiya  imperializmindənasılı 
vəziyyətə  salmaq  istəyirdilər.  Sonralar  1918-ci  il  hadisələri  zamanı      bunun      çox   
böyük zərəri göründü. Azərbaycan xalqı istiqlalını müdafiə üçün hərbi qüvvələrini 
dərhal  yaratmaqda  böyük  çətinliklər  çəkdi.  Yəni  başda  ermənilərlə  gürcülər 
olmaqla  özlərini  təmsil  edən  milli  təşkilatların  verdikləri  əmrnaməyə  görə  rus 
ordusunda xidmətdə olan əsgərlərini bir  anda  erməni   və   gürcü  qoşun hissələri 
halında  təşkil  edə  bildikləri        halda,  azərbaycanlılar  yox  idi.  Bu  səbəbdəndir  ki, 
respublika  qurulan  zaman  silahlı  rus  qüvvələrinə  dayanan  bolşeviklər 
Azərbaycanın  paytaxtı  Bakını  zəbt  etdilər,  türk  –  müsəlman  əhalisini  qırğına 
verdilər və Gəncədəki milli Azərbaycan qüvvələrini də hədələməyə başladılar. Bu 
təhlükə  qarşısında  1918-ci  il  4  iyunda  Batumdakı  o  zamankı  Osmanlı    hökuməti 
nümayəndələri  ilə  bir  müqavilə  imzalandı  və  bu  müqaviləyə  görə  türk  ordusu 
azərbaycanlı  qardaşlarının  köməyinə  gəldi  və  1918-ci  ilin  15  sentyabrında 
birləşmiş  qüvvələr  Bakını  qəsbkar  əllərdən  xilas  etdilər.  1918-ci  ilin  30 
oktyabrında imzalanan Mondros sülh müqaviləsinə  görə türk ordusu Azərbaycanı 
tərk  etdi,  onun  yerini  ingilis  işğal  ordusu  tutdu,  daha  sonra  ingilislər  çəkildikdən 
sonra Azərbaycan respublikası öz işlərini özü idarə etməyə başladı.  
 
 
Azərbaycan respublikası çox ağır şərait və mərhumiyyətlər içində qısa bir 
zamanda hüquqi, idari, siyasi, iqtisadi, hərbi və milli maarif sahələrini tənzim etdi, 
məmləkətdə  asayiş  və  intizamı  yoluna  qoydu  və  nəticədə  1920-ci  ilin  12 
yanvarında  böyük  dövlətlər  tərəfindən  istiqlalı  tanındı.  Qonşu  türk  və  İran 
dövlətləri  daxil  olmaqla,  başda  Amerika  Birləşmiş  Ştatları  böyük  –  kiçik  bir  çox 
dövlətlərlə münasibətlər yaradıldı.   
Lakin  Yaxın  Şərqdəki  hadisələrdən  istifadə  edən  bolşeviklər  Rusiyadakı 
daxili  müharibədə  müvəffəqiyyət  qazanaraq  Qafqazyanı  yenidən  fəth  etməyə 
qalxdılar  və  1920-ci  ilin  27  aprelində  üstün  qüvvələrlə  hücuma  keçərək 
Azərbaycan Respublikasını istila etdilər və nəticədə sovetləşdirdilər. 
 
 
 


86 
 
*    *    * 
 
Əsas  hissələrini  ixtisarla  qeyd  etdiyimiz  bu  hadisələr  haqqında  türkcə 
jurnal  və  ensiklopediyalarda  və  ayrı-ayrı  cildlər  halında  nəşr  olunan  kitab  və 
broşuralarda  ətraflı  məlumat  verilmiş  olduğu  halda,  istiladan  sonrakı  hadisələr 
haqqında  toplu  olaraq  oxucunu  təmin  edəcək  və  tədqiqatçıların  müraciət  edə 
biləcəkləri qaynaqlar o qədər də kifayət deyildi. Buna  görə söhbətimizdə xüsusilə 
məsələnin bu tərəfi üzərində dayanacağıq. 
Milli Azərbaycan Respublikasının bolşeviklər tərəfindən istilası  işğalçılar 
üçün  çox  əlverişli şəraitdə baş verdi. 
Birinci  Dünya  müharibəsindən  sonrakı  hadisələri  yaxından  müşahidə 
edənlər  bilirlər:  Antanta  dövlətləri  müharibədən  sonra  Rusiyada  ortaya  çıxan 
bolşevikliyi  məhv  etməyə  təşəbbüs  etdilər.  Bu  məqsədlə  Rusiyanın  müxtəlif 
yerlərinə  xüsusi  hissələr  halında  quru  və  dəniz  qüvvələri  göndərdilər.  Lakin  bu 
təşəbbüslər  bütün 
yerlərdə  eyni  müvəffəqiyyətlə  nəticələnmədi.  Baltik 
sahillərindəki  respublikaların  bolşeviklərə  qarşı  istiqlal  mücadilələrinə  yardım 
etmək  mümkün  oldu:  lakin  cənubda,  Qara  dəniz  sahillərindəki  məmləkətlərdə 
Avropa  qüvvələrinin  yardımı  uğursuzluqla  nəticələndi.  İstənilən  siyasi  məqsədə 
nail olmadan mənsub olduqları məmləkətlərin daxili vəziyyətindən doğan səbəblər 
üzündən  fransız  hərbi  hissələri  Ukraynadan,  ingilislər  isə  Türküstan  və 
Qafqazyadan geri çağırılmış oldular. Bu vəziyyət bolşevikləri Qafqazyaya hücuma 
cəsarətləndirdi: bununla bərabər, o zamankı ingilis baş naziri Lloyd Corc Londona 
gəlmiş Sovet xarici ticarət komissarı  Krasinə Kral hökumətinin Qafqazya işlərinə 
qarışmadığını bildirmişdi. 
Qafqazyanın ən yaxın qonşuları olan İran və Türkiyə, xüsusilə sonuncusu, 
bu  sıralarda  milli  varlıqlarını  qorumaq  üçün  bolşeviklərlə  dostluq  etmək  və  hətta 
ittifaq bağlamaq məcburiyyətində idilər. 
Beynəlxalq  vəziyyətin  bu  şəkildə  olması  daha  möhkəmlənməyən 
Azərbaycan  Respublikası  üçün  çox  faciəli  bir  sonluqla  nəticələndi.  Azərbaycanı 
zorla işğal edən bolşeviklər, Qızıl Ordunun  yunanlara qarşı  müharibədə sıxışdırıl-
mış      Kamal      Türkiyəsinin      yardımına      getmək      istədiklərini,  Müsavat 
hökumətinin  isə  buna  mane  olduğunu  müxtəlif  vasitələrlə  məharətlə  təbliğ 
edirdilər.  Bu  şeytan  taktikası  istənilən  nəticəni  verdi.  Bolşeviklər  əməllərinə 
asanlıqla  nail  ola  bilməzdilər.  Azərbaycanda  sadəcə  bolşeviklərə  xas  sosial 
motivlərlə  iş  görmək  mümkün  deyildi.  Məmləkətin  sosial,  tarixi  və  mənəvi 
quruluşu  bu  təbliğata  uyğun  gəlməzdi.  Bakının  kommunist  partiyasının  təşkilində 
müstəsna  bir  yeri  olmasına  baxmayaraq,  bolşevizmin  bir  doktrina  kimi  Azər-
baycanda  bir  o  qədər  də  çoxlu  möminləri  yoxdu.  Bakıdakı  müsəlman  işçilərin 
böyük əksəriyyəti Milli Azərbaycan Müsavat partiyasının ardı ilə gedirdi. 1907-ci 
ildə Bakı işçiləri şurası seçkilərində bu partiya səslərin 70%-ni qazanmışdı. Yalnız 
Bakı  qarnizonundakı  rus  əsgərləri  ilə  eyni  limanda  yerləşən  hərbi  donanmaya 


87 
 
mənsub rus dənizçilərinin qüvvələrinə arxalanan bolşeviklər seçkilərin yenidən ke-
çirilməsini tələb etdilər və bu dəfə min bir hiylə və müdaxilə ilə istədikləri çoxluğu 
təmin  edə  bildilər.  Bolşevik  partiyasının  Cənubi  Qafqazya  komitəsinə  görə  Qızıl 
Ordu  tərəfindən  tutulmasından  əvvəl  Bakıdakı  türk  (yəni  azərbaycanlı) 
kommunistlərin  sayı  300-dən  çox  deyildi.  Rus  kommunist  partiyasının  Bakı 
komitəsində 3 erməni, 2 rus və bir də gürcü vardı. 
Milli  Azərbaycan  Respublikasının  müdafiə  qüvvələrini  qırdıqdan  sonra 
sovet  Ordusu  irəliləyərək  Ermənistan  ilə  Gürsüstanı  «sovetləşdirdi»  və  sadəcə, 
Qafqazyanı tutaraq 1914-cü ildəki sərhədlərini bərpa etdi. Zatən istədiyi də bu idi. 
Türkiyəyə  yardım  təbliğatı  artıq  söhbət  mövzusu  deyildi.  Lakin  əsil 
bolşevik hakimiyyəti indi başlanırdı. Bütün milli müəssisələr bağlanılır, milli ordu 
dağıdılır,  ziyalılar  öldürülür,  «Çeka»  vəhşiliklər  törədir,  «soyğunçuluq  həftəsi» 
təşkil edilir, sinfi mübarizə alovlandırılır, ictimai nifrət qızışdırılır, qardaş qardaşa 
qarşı təhrik edilir, bir sözlə, məmləkət sovetləşdirilirdi. 
Bütün  bunlarla  bərabər  milli  müqavimət  davam  edirdi  və  Azərbaycanın 
hər  tərəfində  qanlı  hadisələr  olurdu.  Müxtəlif  yerlərdə  davam  edən  üsyanlar 
arasında  1920-ci  ildə  baş  vermiş  Gəncə  üsyanı  xüsusilə  diqqətəlayiqdir.  Buradakı 
üsyanı  yatırmaq  üçün  Qızıl  Ordu  8000  nəfərlik  hərbi  hissə  göndərmişdi.  silahlı 
üsyanlar  məmləkətdə  daimi  hal  almışdı.  1925-ci  ildə  verdiyi  bir  raportunda 
Azərbaycan Daxili İşlər komissarı Bağırov 52-dən artıq üsyan hadisəsini qeyd edir. 
Kəndlərin  kollektivləşdirilməsi  illərində  (1930—1932)  Azərbaycandakı  üsyanlar 
xüsusilə  şiddətlənir. Bəzi  şəhərlər minlərlə  üsyançının  əlində  qalırdı. Bu zamankı 
vəziyyətin  «qorxuncluğu»na  sovet  komissarı  Elinvanın  məşhur  bir  bəyanatında 
rəsmən  şəhadət  edilmişdir.  Milli  müqavimət  kütləvi  üsyanlardan  başqa,  müxtəlif 
növ təxribatçılıq xarakterinidə daşıyırdı. 
Bu  əməli  müqavimət  hadisələri  ilə  bərabər  məmləkətdə  siyasi 
konspirasiya,  yəni  gizli  çalışma  aktları  da.  güclü  şəkildə    davam    etdi.      Gizli   
bəyannamələr, 
hətta 
qəzetlər 
 
nəşr 
olundu.  Bakıda,  «Çeka»nın  lap 
yaxınlığında"gizli bir mətbəə işləyirdi:  burada  çap edilən   «İstiqlal» qəzeti   19-
cu  nömrəsini buraxmağa müvəffəq olmuşdu. Bu mətbəənin sirri yalnız bir təsadüf 
nətisəsində  açıldı:  polis  qəlp  pul  düzəldən;  maşın  axtararkən  «Müsavat» 
mətbəəsinin üstünə çıxdı, 
Bu  hadisə  sovet  hökumətinin  görünməmiş  təzyiqinə  səbəb  olur. 
Yaxalanan  müsavatçılara  işgəncələr  verilir.  Məhbuslar  gördükləri  zülmlərə  görə 
aclıq  elan  edirlər.Müsavatçıların  Solovki  adı  ilə  məşhur  olan  sürgün  yerindəki 
qəhrəmandıq  mücadiləsinin  keçmişdə  «çekist»  ikən,  sonra  qaçaraq  1936-cı  ildə 
Şanxayda  «sovetlərdə  ölüm  kampaniyaları»  adı  ilə  nəşr  etdirdiyi  əsərdə  Kiselev-
Qromov  təfsilatı  ilə  bəhs  edilir.  Solovki  və  buna  bənzər  sürgün  yerləri  ilə  bütün 
sovet zindanlarında iztirab çəkənlər, təbii, sadəcə müsavatçılar deyil, ümumiyyətlə 
bütün  milli  zümrələrin  nümayəndələri  idi.  Bolşevik  leksikonu  Azərbaycandakı 


88 
 
bütün  vətənpərvərləri  müsavatçı    adlandırır.  Müsavatçılıq  vətənpərvərliyin 
sinonimidir. 
Azərbaycan Kommunist Partiyasının XVI Bakı qurultayında söz  söyləyən   
partiya katibi   Bağırov demişdir   ki:   «İndiki halda «Müsavat» partiyası mərkəzi  
komitəsinin üzvlərindən dördü   «Çeka»  həbsxanasındadır.  Bunlardan  hər   biri   
sovet  dövlət  idarəsində  yüksək  mövqe  tuturdu,  sovet  məmurluğu  ilə  müsavat 
partizanlığını bir şəxsdə necə birləşdirdiklərini onlardan soruşduqda onlar: bu həm 
asan,  həm  də  ucuz  başa  gəlir  deyə  zarafat  edirlərmiş.  Bolşeviklərin  — 
milliyyətçiliyi tamamilə yox etdik, — dedikləri bir çox  bəyanatlarına baxmayaraq 
sovet mətbuatı  ilə hökuməti son illərə qədər Azərbaycan vətənpərvərliyinin rəmzi 
kimi  tanınan  müsavatizmlə  şiddətli  mübarizə  aparmışlar.  1932-ci  ildə  toplanan 
AKP-nin qurultayının qərarına görə «Müsavat» partiyası  ilə sadəcə daxildə deyil, 
xaricdə də mübarizə aparılmalıdır. 
1937-ci  ildə  sovet  Azərbaycanının  IX  qurultayında  Azərbaycan 
hökumətinin baş naziri Rəhmanov yeni Sovet konstitusiyasına dair çıxışında 1918-
ci  ilin  28  mayında  Azərbaycanı  sovet  Rusiyasından  ayırmağa  cəsarət  etmiş 
«Müsavat»  partiyasının  üstünə  düşür.  Ona  görə  «Müsavatçıların  Azərbaycandakı 
hakimiyyəti  tarixin  ən  qaranlıq  dövrüdür»,  o,  «inqilab  əleyhdarı  olan  müsavat 
Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə