Məmməd Əmin Rəsulzadə



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə2/25
tarix18.04.2022
ölçüsü1,06 Mb.
#85569
1   2   3   4   5   6   7   8   9   ...   25
M.Ə.Rəsulzadə

 
 



 
MƏMMƏD ƏMİN RƏSULZADƏNİN 
ÖMÜR YOLU

 
 
Azərbaycan  milli  istiqlal  hərəkatının  və  təkcə  türk  ellərində  deyil,  bütün 
islam  aləmində  ilk  respublika  üsul  –  idarəsi  olan  Azərbaycan  Demokratik 
Respublikasının  təməl  daşını  quran,  sonralar  ömür  yolu,  həyatı  zəngin  və 
keşməkeşli  hadisələrlə  dolu  bir  dastana  çevrilən,  xalqımızın  ölümsüz  lideri 
Məmməd Əmin Axund hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-
də  Bakının  Novxanı  kəndində  anadan  olmuşdur.  Atası  din  xadimi  olsa  da,  həyata 
açıq  gözlə  baxmış,  məktəb  yaşına  çatmış  oğlunu  şəriət  dərslərini  yox,dünyəvi 
elmləri öyrənməyə yönəltmişdir. Onun, oğlunu məşhur pedadoq S. M. Qənizadənin 
(1866- 1942) müdir olduğu ikinci  ―Rus  –  müsəlman‖  məktəbinə qoyması gələcək 
mütəfəkkirin  taleyində  böyük  rol  oynamışdır.  Buranı  bitirdikdən  sonra 
M.Ə.Rəsulzadə  öz  təhsilini  Bakı  texniki  məktəbində,  rus  dilində  davam 
etdirmişdir.  Onun  inqilabı  fəaliyyətinin  ilk  illəri  də  məhz  bu  dövrə  təsadüf  edir. 
1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə ―Müsəlman gənclik təşkilatı‖nı 
yaratmışdır (―Azərbaycan türk kültür dərgisi‖, Ankara № 269, 1989-cu il, səh.49). 
Bu XX  əsrdə  Azərbaycanda rus  müstəmləkə  üsul – idarəsinə  qarşı  gizli  mübarizə 
aparan  ilk  siyasi  təşkilat  idi.  Bir  az  sonra  ―Müsəlman  demokratik  ―Müsavat‖ 
cəmiyyəti‖ adı ilə gizli fəaliyyət göstərən bu təşkilatın bir qolu da İranda qurulmuş 
və  burada  başlanmış  məşrutə  inqilabına  istiqamət  verici  rəhbər  qüvvəyə 
çevrilmişdir.  M.Ə.Rəsulzadə  ədəbi  yaradıcılığa  da  bu  illərdə  başlamış, 
―Müxəmməs‖  adlı  ilk  yazısı  ―Şərqi  Rus‖  qəzetində  (1903-cü  il  №  20)  çap 
olunmuşdur.  
 
 
 
 
 
 
 
 
1904-cü ilin axırlarında ―Müsəlman demokratik ―Müsavat‖ cəmiyyəti‖nin 
əsasında  RSDFP  –  nin  Bakı  komitəsinin  nəzdində  ―Müsəlman  sosial  –  demokrat 
―Hümmət‖  təşkilatı‖  yaradılmışdır.  Bu  təşkilatın  baniləri  Mir  Həsən  Mövsümov 
(1882  -  1907),  Məmməd  Həsən  Hacinski  (1875  -  1931)  və  Məmməd  Əmin 
Rəsulzadə  olmuşlar.  (―Bakinski  raboçi‖  qəzeti,  №  60,  18  mart,  1923  –  cü  il).  M. 
Əzizbəyov,  N.  Nərimanov,  S.  M.  Əfəndiyev  və  başqa  görkəmli  inqilabçılar  da 
1905-ci  ildən  bu  təşkilatın  üzvü  idilər.  Təşkilatın  ―Hümmət‖  adlı  qəzeti  də  nəşr 
edilmiş,  (1904-  1905-ci  illər,  cəmi  6  nömrə),  qəzetin  əsas  naşirlərindən  biri  də 
M.Ə.  Rəsulzadə  olmuşdur.  Lakin  hələlik  onun  bir  nömrəsi  də  tapılmamışdır. 
Bundan sonra qəzet öz nəşrini dayandırır, 1906-cı ilin dekabrından ―Təkamül‖ adı 
ilə  çıxır.  Həmin  illərdə  Bakı  neft  mədənlərində  və  Azərbaycanın  qəzalarına  ana 
                                                           

 
Məmməd Əmin Rəsulzadənin həyatı və yaradıcılığı barədə daha geniş məlumat almaq 
üçün baxmaq: ―Odlar yurdu‖ qəzeti, № 17 (414), sentyabr 1988-ci il: ―Elm‖ qəzeti,  № 40 
(166), 7 oktyabr 1988-ci il və ―Azərbaycan‖ jurnalı,  № 3, 1989-cu il.
  
 



 
dilində 
inqilabi 
qəzet 
və 
intibahnamələrin 
göndərilməsi 
bilavasitə 
M.Ə.Rəsulzadənin  adı  ilə  bağlıdır.  1907-ci  il  sentyabrın  29-da  inqilabçı  fəhlə 
Xanlar  Səfərəliyevin  Bibi  –  Heybətdə  dəfni  günü,  onun  qəbri  üstündə  keçirilən 
böyük  yığıncaqda  P.  Caparidze,  S.  M.  Əfəndiyev,  İ.  V.  Stalin  ilə  birlikdə  M.  Ə. 
Rəsulzadə  də  alovlu  nitq  söyləmişdir.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  M.  Ə. 
Rəsulzadə əsrimizin  əvvəllərindən başlayaraq 1907-ci ilin axırlarına qədər Bakıda 
inqilabi  fəaliyyət  göstərən  İ.  Stalinlə  çox  səmimi  və  yaxın  dost  olmuşdur.  Hələ 
1905-ci ildə Balaxanı neft mədənlərində varlılar Stalini, fəhlələri tətilə dəvət etdiyi 
üçün,  neft  quyusuna  atmaq  istəmişlər.  Özünü  hadisə  yerinə  çatdıran  M.  Ə. 
Rəsulzadə  Stalini  ölümdən  xilas  etmişdir.  O,  Stalinin  Bayıl  həbsxanasından  gizli 
surətdə  qaçırılmasının  da  təşkilatçısı  olmuşdur.  1954-cü  ildə,  İstanbulda  çıxan 
―Dünya‖  qəzeti  M.  Ə.  Rəsulzadənin  ―Stalin  ilə  inqilab‖  adlı  sil  –  silə  xatirə 
məqaləsini  çap  etmişdir.  O,  həmin  yazıda  da  bu  barədə  söz  aşır  (―Dünya‖  qəzeti, 
23 may 1954-cü il).  
 
 
 
 
 
 
 
M. Ə. Rəsulzadənin  həmin dövrdə  Əlibəy Hüseynzadənin  (1864  -  1941) 
redaktor  olduğu  ―Füyuzat‖,  həmçinin  Əhmədbəy  Ağayevin  (1869  -  1939) 
redaktorluğu  ilə  çıxan  ―İrşad‖  və  ―Tərəqqi‖  qəzetlərində  müxtəlif  mövzularda 
məqalələri və şerləri çap olunmuşdur.  
 
 
 
 
 
Müəyyən  müddət  o  ―İrşad‖  qəzetinin  müvəqqəti  redaktoru  da  olmuşdur. 
1907-ci ildə çapdan çıxmış gələcəyin böyük bəstəkarı Üzeyir Hacıbəyovun (1885 - 
1948) ―Türk – rus və rus – türk lüğəti‖ kitabının naşiri M. Ə. Rəsulzadə olmuşdur. 
Yenə  də  həmin  ildə  o  A.  Bluyumun  ―Fəhlə  sinfinə  hansı  azadlıq  lazımdır  (Xalq 
nümayəndəliyi haqqında)‖ kitabını Azərbaycan dilinə tərcümə edib və ―Təkamül‖  
qəzeti redaksiyası adından Orucov qardaşlarının mətbəəsində çap etdirmişdir.  
 
Həmin  dövrlərdə  bolşeviklərin  Rusiya  imperiyasının  sərhədlərini 
saxlamaqla  və  yalnız  sinfi  ziddiyyətləri  aradan  qaldırmaq  uğrunda  mübarizə 
apardıqlarını  hiss  eləyən  M.Ə.Rəsulzadə  RSDFP  –  nın  sıralarından  uzaqlaşdı.  O, 
rus  müstəmləkə  üsul  –  idarəsinə  qarşı  Azərbaycan  milli istiqlal hərəkatının təməl 
daşını qurmağa başladı.    
 
 
 
 
 
 
1908-xci  il  dekabrın  5-də  Məmməd  Əminin  ―Qaranlıqda  işıqlar‖  pyesi 
tamaşaya qoyuldu. Pyesin ana xətti milli oyanış və istiqlal hərəkatının təbliği təşkil 
edirdi.  O,  özünün  bu  əsəri  ilə  ―Azərbaycana  muxtariyyət‖  şüarı  fikrini  yaymağa 
başlamış və rus çarizm üsul – idarəsi istibdadını yıxmağa çağırırdı. Onun bu pyesi 
Azərbaycanda  milli  –  istiqlal  hərəkatı  ilə  tam  bağlı  olan  ilk  dram  əsəridir.  Bu 
əsərdən başqa M. Ə. Rəsulzadənin həmin ildə yazdığı ―Nagəhan bəla‖ adlı pyesi də 
vardır.    
 
 
 
 
 
 
 
 
1908-ci  ilin  axırında  M.  Ə.  Rəsulzadə  çar  üsul  –  idarəsi  tərəfindən  onun 
həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək və İrana yola düşür. 
O,  İranda  şahlıq  üsul  –  idarəsinə  qarşı  başlanmış  məşrutə  inqilabının  əsas 
rəhbərlərindən  biri  olur.  M.  Ə.  Rəsulzadə  Təbrizdə  xalqımızın  milli  qəhrəmanı 
Səttərxanla  və  onun  silahdaşları  ilə  görüşür.  Cənubi  Azərbaycanın  şəhər  və 



 
kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edir. 
Bu  müşahidələr  sonralar  M.  Ə.  Rəsulzadənin  ədəbi  yaradıcılığına  da  təsirsiz 
qalmır.    
 
 
 
 
 
 
 
 
Məmməd  Əmin  Rəsulzadə  Avropa  təhsili  görmüş  bir  qrup  İran  ziyalısı 
(Seyid  Həsən  Tağızadə,  Hüseynqulu  xan  Nəvvab,Süleyman  Mirzə,  Seyid 
Məhəmməd  Rza  və  b.)  ilə  birlikdə  1910-cu  ilin  sentyabr  ayında  İran  demokrat 
partiyasının əsasını qoyur. O bu partiyanın əsas orqanı olan ―İrane nou‖ və ―İrane 
Ahat‖ qəzetlərinin baş redaktoru olur. Həmin qəzetlərdə M. Ə. Rəsulzadənin çoxlu 
məqalələri,  şer  və  publisist  yazıları  çap  olunmuşdur.  O,  öz  qələmi  ilə  İranda 
Avropa tipli jurnalist sənətinin əsasını qoymuşdur. Sonralar Seyid Həsən Tağızadə 
(1878  -  1969)  M.  Ə.  Rəsulzadənin  xatirəsinə  həsr  etdiyi  nekroloqda  yazacaq: 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə