Məmməd Əmin Rəsulzadə


Partiyası müfətişlərindən Yaroslavski yazırdı



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə21/25
tarix18.04.2022
ölçüsü1,06 Mb.
#85569
1   ...   17   18   19   20   21   22   23   24   25
M.Ə.Rəsulzadə


Partiyası müfətişlərindən Yaroslavski yazırdı: 
«Bakı  Azərbaycanın  paytaxtıdır.  Azərbaycan  —  bu,  bütün    Müsəlman   
Şərqinin  inqilabi   mərkəzidir.   Bakı   pantürkizm  ilə  panislamizm   ideyalarına 
qarşı    savaşan  internasionalizm  qalasıdır.  Buna  görə,  kommunizmin  Bakıdakı 
faciəli aqibəti haqqında yazı yazmaq anıdır. Bir Bakı ki, arxasında işçi hərəkatının 
on  illərcə  sürən  böyük  bir,  tarixi  vardır;  bir  Bakı  ki,  böyüklüyü  etibarı    ilə  Sovet 
İttifaqının   üçünçü   şəhəri   sayılır...   sovet  neftinin   70%-ni Azərbaycan verir. 
İmperializmin  gözü  Azərbaycandadır.  Müsavatçılar  gecəli-gündüzlü  Azərbaycan 
xalqının  etimadını  qazanmağa  çalışırlar.  İşçi  partiyasının  gücü  bu  ünsürlərə  qarşı   
mübarizə   aparmaqdadır.   Buna  görə   də   Bakı   haqqında pis şey yazmaq çox 
ağır və Kədərlidir». 
«Pravda»dan  sonra,  hökumət  orqanı  olan  «İzvestiya»  qəzeti  də 
Azərbaycandakı  vəziyyət  haqqında  bir  mərsiyə  yazır:  «Dövlət  sənayeni 
planlaşdırma idarəsinin başında «Musavat» hökumətinin nəqliyyat naziri olmuş bir 
mühəndis,  kənd  maarifi  və  abadlaşdırma  işlərinin  başında  da  müsavatçı  bir  vəkil 
durur»  —  deyə  şikayət  edir.  Bakıda  çıxan  «Kommunist»  qəzetində  AKP  Bakı 
komitəsi  katiblərindən  Səbiyev  sapıntıçılığın  Azərbaycan  şəraitində  türk 
millətçiliyi1  şəklini  aldığını  yazır.  Onun  söylədiyinə  görə,  1922-ci  ildə  beyinləri 
millətçilikdən  dumanlanan  kommunistlər  Azərbaycanı  burjua  demokratik 
respublikası elan etməyi planlaşdırırlarmış. 
AKP  Mərkəzi    Komitəsinin    katibi    Leon    Mirzoyan      1923-cü  ildə 
Kommunist  Partiyasının  Bakı  təşkilatında  oxuduğu  bir  raportda  bəzi  yerli 
kommunistlərin  Azərbaycanın  sənayeləşdirilməsi  planının  dəyişdirilməsini  tələb 
etdiyini  söylədi.  Və  sonra  dedi  ki,  bu  plan  onlara  görə  məmləkətin  iqtisadi  müs-
təqilliyini    tamamilə  təmin    etməli,  Azərbaycandan  toplanan  vergilərin      yerli   
ehtiyaclara      sərf      edilməsinə      yönəltməli,  Azərbaycana      rusları      köçürmə   


91 
 
siyasətinə    son      qoymalı,      Azərbaycana      rus      köçkünlərinin        deyil,        İdil
82
 
boyundakı    tatarların  gətirilib yerləşdirilməsinə   gətirib  çıxarmalıdır. Çünki eyni 
dil  və mədəniyyətə malik olduqları  üçün  bunlar yerli  türk  əhaliyə daha asanlıqla 
uyğunlaşar və məmləkətin milli simasını dəyişməzlər. 
Moskvadan  təyin  olunan  AKP  baş  katibi  Polonski  1932-ci  ildə 
Azərbaycanın  Rusiyadan  ayrılmasını  və  özbaşına,  müstəqil  bir  dövlət  olmasını 
istəyən  yerli  millətçiliyin  öhdəsindən  gəlməyi  qərarlaşdırdı.  1937-ci  ildə 
Azərbaycan  sovet  təşkilatının  konstitusiyanın  müzakirə  edildiyi  iclasında  Ruhulla 
Axundov,  Mikail  Hüseynov,  Məmməd  Qasımov,  Xanbəy  Balayev  və  Kərim 
Abdullayev  kimi  yerli  kommunist  xadimləri          burjua          millətçiliyində          və  
əksinqilabçılıqda ittiham edilərək konfrans nümayəndəliyindən çıxarıldılar. 
Bunlardan  hər  biri  Azərbaycan  sovet  idarələrində  və  Azərbaycan 
Kommunist  Partiyasında  yüksək  mövqeyə  malikdilər.  Ruhulla  Axundov  isə 
dövlətdə və partiyada yüksək mövqe tutan bir ideoloqdu. 
 
*    *    * 
İndi,  qısa  da  olsa,  Azərbaycan  xalqının bir rejim altında  belə, nə  şəkildə 
olursa-olsun əldə etmiş olduğu bəzi mədəni nailiyyətləri nəzərdən keçirək. 
 
Hər    şeydən  əvvəl  indi  Azərbaycanda  oxumağı-yazmağı    bilməyənlərin 
sayı  aşağı  səviyyəyə  enmişdir.  Türkcə  çap  edilən  qəzet  və  kitabların  tirajı  xeyli 
artırılmışdır.  Almaniyada  rast  gəldiyimiz  Azərbaycanlı  hərbi  əsirlər  arasında 
oxuyub-yazmağı  bilməyənlərə  rast  gəlmədik.  Azərbaycanlılar  arasında  müxtəlif  
ixtisaslar  sahəsində  yetişmiş  adamların    sayı  diqqətəlayiq  bir  vəziyyətdədir. 
Alimlik  qadınlara  da  aiddir.  Bakı  Universitetindəki  professorların  arasında 
Azərbaycanlı  qadın  professorları  da  vardır.  Ədəbiyyatda,  teatrda,  musiqidə  böyuk 
bir  irəliləyiş müşahidə edilir.  Elmi  araşdırmalar  sahəsində də bə'zi   irəliləyişlər  
qeyd olunur.  Bakıda Nizamiyə,    Füzuliyə,   Mirzə    Fətəli   Axundzadəyə   və    
Ələkbər  Sabirə  heykəllər  ucaldılmışdır.  Onların  əsərləri  yenidən  çap  edilmiş, 
külliyyatları  nəşr  olunmuşdur.  Adlarına  muzeylər,  məktəblər,  kitabxanalar 
açılmışdır.  Dünya  ədəbiyyatı  örnəklərindən  tərcümələr  var.  Şərq  və  Qərb 
klassiklərindən  bir  qisminin  əsərləri  Azərbaycan  dilinə  çevrilmişdir.  Bir  çox 
orijinal pyeslərdən başqa  Azərbaycan teatrının repertuarı Avropa dramaturqlarının 
tərcümə edilmiş pyesləri ilə zənginləşdirilmişdir. Əlbəttə ki, ilk növbədə rus yazı-
çılarına  üstünlük  verilmişdir.  Yeni  istedad  sahibi  artist  və  aktrisalar  meydana 
çıxmışdır.  Səhnə  sənəti    inkişaf  etmişdir.  Bundan      başqa      məşhur      bəstəkar   
                                                           
82
 
Volqa 
 


92 
 
Hacıbəyli    Üzeyir  bəylə  başlayan  Azərbaycan  musiqili  səhnəsi  böyük  addımlarla 
irəliləmişdir.  Sovet  İttifaqına  daxil  olan    millətlər  arasında  Azərbaycan  musiqisi  
qabaqcıl  bir  yer  tutmuşdur.  Musiqi  təhsili  ümumiləşmişdir.  Azərbaycanlılar  öz 
məmləkətlərinə   «şer  və  musiqi  yurdu» deməyi  sevirlər.   Elm,  tarix, ədəbiyyat 
tarixi  və  incəsənətə  dair  bəzi  ittifaqlar  və  jurnallar  təsis  olunmuş,  bəzi  tədqiqatlar 
və antologiyalar nəşr edilmişdir. 
Lakin  mədəniyyət  sahəsində  sayılan  bu  nailiyyətlər  nə  kəmiyyət,  nə  də 
keyfiyyət  baxımından  Azərbaycanlıları  təmin  edəcək  bir  şəkildə  deyildir. 
Kəmiyyət baxımından: yerlilər əmindirlər ki, «neft respublikası» milli mədəniyyət 
müəssisələrinə Moskvanın icazə verdiyindən daha çox sərf etmək imkanındadırlar.  
Bu  nöqtəni  Xanbudaqovun    tələblərində    də  gördük.  Ali  məktəblərin 
türkcələşdirilməsindəki yubanma şiddətli bir etiraz doğurur. Bakı Universitetində, 
məsələn,  tam  türkcələşdirmə  yalnız  müəyyən  fakültələrdə  həyata  keçirilmişdir. 
Türk  dili  hələ  ki,  özünə  qarşı  daha  yaxşı  rəftarı  gözləməkdədir.  Qonşu 
respublikalarda konstitusiyaya əsasən rəsmi dil yalnız ermənicə və gürcücə olduğu 
halda, Azərbaycanda türkcə ilə bərabər rusca da rəsmi dil səviyyəsindədir. 
Keyfiyyətə gəlincə, məsələ daha mürəkkəbdir. Bu xüsusda biz hökumətin 
milli  respublikalara  və  xüsusilə  Azərbaycanın  da  mənsub  olduğu  türk 
respublikalarına qarşı qərəzli siyasətlə rastlaşırıq. 
İşğal hökumətinin bu respublikalardakı ruslaşdırma siyasəti xüsusilə gözə 
çarpmaqdadır.  Bu  siyasətin  Azərbaycanda  kədərli  bir  tarixi  vardır.  Bu  məsələdə 
sıralarını  həqiqi  Azərbaycan  milliyyətçiliyinin  sıraları  ilə  birləşdirən  «milli 
sapıntıçılıq»ın faciələrlə dolu taleyini canlandıran da bu tarixdir. 
 
*** 
 
Azərbaycandakı  rus-bolşevik  hakimiyyətinin  ruslaşdırma  siyasəti  iki 
şəkildə  təzahür  edir:  iqtisadiyyatda  mərkəzləşdirmə,  mədəniyyət  sahəsində 
ruslaşdırma. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə