Məmməd Əmin Rəsulzadə



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə22/25
tarix18.04.2022
ölçüsü1,06 Mb.
#85569
1   ...   17   18   19   20   21   22   23   24   25
M.Ə.Rəsulzadə
Eliade Mircha SHamanizm. Arhaicheskie tehniki ekstaza Litmir.net bid92527 2d962, 766399(meqale), 52dcd652ed495cc2ce9feffd932b1850
İqtisadi  mərkəzçilik,
  məmləkəti  Moskvanın  nəzərdə  tutduğu  iqtisadi 
planlara  tabe  etməkdən  ibarətdir.  Bu  məqsədlə  Azərbaycanın  neft  sənayesi 
bilavasitə Moskvadan idarə olunur.  Azərbaycan, Sovet İttifaqı sənayesinin ümumi 
mənfəəti  üçün  Türküstandan  sonra,  ikinci  pambıqçılıq  regionuna  çevrilir. 
Azərbaycanın  ərazisi  Rusiyadan  köçənlərlə  məskun  edilir.  siyasi  və  iqtisadi 
müəssisələrdə Rusiyadan gələn yabançı ünsürlər hökm sürürlər. Şəhərlər getdikcə 
milli  özünəməxsusluqlarını  itirirlər.  Sənaye  işçilərinin  sayı  azərbaycanlıların 
zərərinə  olaraq  dəyişir.  Bir  sözlə  ən  demokratik  Stalin  konstitusiyası  baxımından 
sözdə müstəqil Azərbaycan Respublikası metropoliya tərəfindən qeyri-məhdud bir 
miqyasda soyulmaqda və istismar edilməkdədir. 
Mədəniyyətin  ruslaşdırılması
—  bu,  Azərbaycanın  həqiqi  bir  faciəsidir. 
Sovetləşdirmənin  ilk  dövrlərində  bu  siyasət  mədəniyyətin  «formaca  milli, 


93 
 
məzmunca  kommunist»  olmasından  bəhs  edən  bolşevik  formulu  ilə  maskalanırdı. 
Sovet hökuməti əvvəlcə ərəb hərfləri ilə yazmağa icazə verirdi. Lakin sonra  sovet 
mədəniyyət  xadimləri  Azərbaycan  ədəbiyyatını  dayandığı  öz  mədəni  və  tarixi 
köklərindən qoparıb, onu və onunla bərabər xalqın mədəniyyətinin bütün sistemini 
yeni  sovet  yoluna  salmaq  istədilər.  Başqa  sözlə,  onu  öz  zəminindən  götürüb  rus 
zəmininə görürdülər. 
Bildiyimiz   kimi,  Azərbaycanın    milli   ənənələrinə  sadiq qalan qüvvələr 
bu  siyasətə  qarşı  qalxdılar.  Bu  qarşıdurma  nəticəsində  Azərbaycanda  iki  düşmən 
cərəyan  arasında  kəskin  bir  mübarizə  başladı:  Bir  yanda  sovetləşdirmə,  yəni  rus-
laşdırma  siyasətinin  partizanları,  o  biri  yanda  mədəniyyətin  milli  və  türk 
xüsusiyyətlərinin  davam  etdirilməsi  və  təkmilləşdirilməsi  tərəfdarları  üz-üzə 
gəldilər. 
Bu  iki  zümrənin  bir-birini  rədd  və  inkar  edən  əsaslı  müddəaları  1937-ci 
ildə  Bakıda  keçirilən  «Orfoqrafiya  və  terminologiya»  konfransında  öz  ifadə  və 
formulunu  tapdı.  Bu  konfransda  rusofillər  mütləq  bir  sovetləşdirmə  məqsədi  ilə 
bunları  istəyirdilər:  1.  Beynəlxalq  terminlər  əslində  -  olduğu  kimi  deyil,  yalnız 
ruslarda  olduğu  şəkildə  istifadə  edilməlidir.  2)  Ruscadan  terminləri  tərcümə 
etmədən eynilə saxlamaq lazımdır. 3) Başqa türk dillərindən sözlər alınmamalıdır. 
4)  Ərəbcədən,  farscadan  və  osmanlıcadan  alınan  sözlər  eyni  mənanı  verən  rus  
sözləri ilə əvəz edilməlidir. 
Buna qarşı olaraq «türkçülər» bunları istəyirdi: 
 
       

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə