Məmməd Əmin Rəsulzadə


)  Terminlər  türkcələşdirilməlidir.  2)  Azərbaycanın  ruslaşdırılması  ilə



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə23/25
tarix18.04.2022
ölçüsü1,06 Mb.
#85569
1   ...   17   18   19   20   21   22   23   24   25
M.Ə.Rəsulzadə

1)  Terminlər  türkcələşdirilməlidir.  2)  Azərbaycanın  ruslaşdırılması  ilə 
nəticələnən  sovetləşməyə  meydan  verilməməlidir.  3)  Orfoqrafiya  məsələsində 
ümumi  ədəbi  əsaslara  dayanmalı  və  eyni  zamanda  mümkün  olduğu  qədər 
digər türk dilləri ilə olan ortaq xüsusiyyətləri qorumağa çalışmaq lazımdır. 
          Sovet  İttifaqında  çoxdilli 
mədəniyyətlərin  getdikcə  ruslaşdırılması 
bolşevizmin idealıdır. Bu idealı kerçəkləşdirmək istəyən Moskvanın himayəsindən 
qüvvət alan və siyasi müdaxilənin qaba təzyiqindən faydalanan «sovetçilik» həyata 
keçirilir.  «Sovetizm»  ilə  «nasyonalizm»  arasında  sərt  bir  savaş  alovlanır. 
Məmləkətdəki  mədəni  ənənələri  himayə  etmək  istəyən  ən  kiçik  bir  hərəkət  sovet 
rejiminə  qarşı  edilən  bir  sui-qəsd  hesab  edilir.  Milliləşdirmək  niyyətində  xalqın 
bütün mənəvi dəyərlərini tək bir varlıq halına gətirmək məqsədi güdülür. Halbuki, 
ortodoksal  kommunizm  dili  bir  millətin  müxtəlif  təbəqə  və  siniflərini  birləşdirən, 
ünsiyyət  yaradan  bir  vasitə  deyil,  sadəcə  sinfi  mübarizənin  silahı  sayılır.  Bunun 
üçün də xalq kütlələrinin ədəbi dili anlaya bilmək səviyyəsinə yüksəlməsinə deyil, 
ədəbi dilin işçi  xalqın anlayacağı bir  səviyyəyə  enməsi  gərəkdir. Və  bu qaydanın 
yalnız  türk  dillərinə  və  rus  dilindən  başqa  bütün  dillərə  tətbiq  olunması  da 
diqqətəlayiqdir. Leninlə Stalinin dili isə bu qaydaya tabe deyildir. Burada başqa bir 
qanun  hökm  sürür,  bu  qanuna  görə  yalnız  rus  xalqının  müxtəlif  təbəqələri  deyil, 
Sovetlər  Birliyindəki  bütün  millətlər  də  «oktyabr  inqilabının  müqəddəs  dili»ni 
bilmək  səviyyəsinə  yüksəldilməlidir.  Xalq  maarif  komissarı  Tağı  Şahbazi  ilə 


94 
 
Azərbaycan  Sovet  Sosialist  Respublikasının  icraiyyə  komitəsinin  sədri,  yəni 
respublikanın  prezidenti  S.  M.  Əfəndizadənin  fəal  şəkildə  iştirak  etdikləri  bir 
komissiya  vardı.  Sovet  Azərbaycanının  tanınmış  dilçiləri,  müəllim  və  alimləri  bu 
komissiyaya  daxildilər.  Bu  komissiya  1936-cı  ildə  Azərbaycan  türkcəsinin 
orfoqrafiyasının əsaslarını işləmiş və müəyyən bir sistemə salmışdı. Azərbaycanda 
o tarixə qədər işlədilən orfoqrafiya sistemi Azərbaycanı «oktyabr dili»nə, yəni rus-
caya deyil, «panturanizmin silahı olan ümumi təkcə»yə yaxınlaşdırmaq məqsədi ilə 
tərtib edildiyindən «sovetləşdirmə» mütəxəssisləri tərəfindən «inqilab əleyhinə bir 
sui-qəsddir» — deyə rədd edildi. 
Rusiyada  rus  vətənsevərliyinin  Aleksandr  Nevski,  Minin-Pojarski  kimi 
qəhrəmanları,  Suvorov,  Kutuzov,  Baqration  və  sairə  kimi  rus  imperatorluğunun 
tarixi sərkərdələri yüksək bir əda ilə öyülərək göylərə qaldırılarkən, Azərbaycanda 
vətən və milli istiqlal uğrunda unudulmaz mübarizəsilə tanınmış Dağıstanın böyük 
imamı  Şamil  ilə  Gəncənin  igid  müdafiəçisi  Cavaddan
83
 bəhs  etmirlər.  Bunun 
yerinə  isə  Azərbaycan  tarixinin  dərinlikləri  aranaraq,  oradan  Babək  kimi 
şəxsiyyətlər  çıxarılıb  ideallaşdırılır.  Babək  islamiyyətin  düşməni  idi.  Bir 
islamiyyətin  ki,  indiki  şəraitdə  «kommunizm»ə  az  əngəllər  törətmir.  Babək 
Azərbaycanı  Şimala  deyil,  Cənuba  qarşı  qoyurdu.  Bu  halda  da  o,  sovetlər 
Birliyinin  ehtimal  olunan  düşməninə  qarşı  savaşın  rəmzi  ola  bilər.  Hər  hansı  bir 
şəkil  və  rəngdə  olursa-olsun,  Rusiyanı  qorumaq  vətənpərvərlik  nümunəsidir, 
Rusiyadan  qorumaq  isə  əks-inqilabçıların  əməlidir.  Stalinin  bir  formulu 
məşhurdur:  «hər  hansı  bir  istismar  olunanın  hər  hansı  bir  imperatorluqdan 
ayrılması—i n q i l a b , hər hansı bir məmləkətin sovetlər Birliyindən çıxması isə 
əksinqilabdır». 
Eyni  metod  mədəniyyət  tarixinə  də  tətbiq  olunmaqdadır.  Məsələn,  XII 
əsrdə  yaşamış  Nizami  ideallaşdırılır.  Ümum-dünya  miqyaslı  bir  şair  kimi,  dünya 
ədəbiyyatındakı  müstəsna  mövqeyi  göstərilir.  Lakin  onun  türklüyünü  və  ruslar 
əleyhinə  misralarını  gizlədirlər.  Onlar  Nizamini  internasionalizmin  böyük  bir 
mübarizə  və  hətta sovet  hakimiyyətinin gələcəyini öncədən sezmiş bir mübəşşir
84
 
kimi  öyürlər.  Mirzə  Fətəli  Axundzadə  haqqında  da  yazırlar.  Onlara  görə 
Axundzadə XVIII əsr Avropasının əhvali-ruhiyyəsini yayan maarifçi bir yazıçıdan 
daha  çox  «inamlı  rusofildir»  və  «bu-böyük  rusluq  mənafeyinin  praktiki  nəticələr 
güdən  siyasi  böyük  rusluq  mənafeyinin  praktiki  nəticələr  güdən  siyasi 
mülahizələrindən başqa ciddi bir kökü yoxdur. 
Bu,  hər  şeyi  «rus  xalqı  ilə  birləşdirmək»  qərəzinə  tabe  edən  siyasət, 
nəhayət,      1939-cu  ildən  etibarən  Azərbaycan  mədəniyyətinin  formaca  da 
ruslaşdırılmasına  aparır.  Azərbaycan  yazısını  Avropa-latın  əlifbasından  kiril-rus 
əlifbasına keçirdilər. 
                                                           
83
 
Cavad xan nəzərdə tutulur.   
 
84
 
Xoş xəbər verən.
 


95 
 
*    *    * 
 
Əlifbadakı inqilaba Azərbaycanda amansız bir təmizləmə ili olan 1937-ci 
ildən etibarən başlayırdılar. 
1937-ci  ildə  Moskvada  qurulan  bir  inqilabi  məhkəmədə  Trotski 
tərəfdarlarını  təmizləmək  üzrə  məşhur  məhkəmələr  başlamışdı.  Bu  məhkəmələr 
əsnasında  Qafqaz  kommunistlərindən  Budu  Midivani  Qafqaz  millətçiliyində, 
xüsusilə  milli  Azərbaycan  partiyası  «Müsavat»la  münasibətdə  olmaqda  ittiham 
edilmişdi.  Bu,  Azərbaycanda  başlanacaq  geniş  miqyaslı  təmizləməyə  işarə  idi. 
Buna isə qorxunc bir sadizmlə başlandı. 
Konstitusiyanın tənzimi üçün çağırılan sovet Azərbaycanının doqquzuncu 
qurultayının  bir  çox  məşhur  Azərbaycan  kommunistlərini  öncə  nümayəndəlikdən 
çıxarıldığını  yuxarıda  qeyd  etmişdik.  Bu  qurultayda  keçirilən  seçkilər  əsnasında 
söz  söyləyən  o  zamankı  Azərbaycan  sovet  hökumətinin  baş  naziri  Rəhmanov 
Azərbaycanda  sovet  hökumətinə  qarşı  üç  növ  müxalifətin  mövcud  olduğunu 
söyləmişdi:  1)Dindarlığı  qüvvətləndirmək  məqsədi  ilə  məscidlər  və  kilsələr 
ətrafında birləşən klerikallar: 2) «Müsavat» partiyası ətrafında toplanan millətçilər: 
3)  Kommunist  partiyasından  ayrılmış  milli  əyintiçilər:  bunlar  da  digər  iki  qrupla 
birlikdə amansız təqiblərə məruz qalacaqdır. 
Həqiqətdə  də,  1937-ci  il  təmizləməsindən  sonra  nə  məşhur  yazıçılardan, 
nə  görkəmli  professor  və  müəllimlərdən,  nə  sevilən  artistlərdən,  nə  də  az-çox 
tanınan ictimai xadimlərdən kimsə meydanda qalmır. Az-çox ad-san sahibi olanlar 
məhv edilirlər. 
Bu  operasiyanın  nə  şəkildə  edilməsi  haqqında  oxucularda  müəyyən  bir 
fikir yaratmaq üçün aşağıdakı hadisələri qeyd edək: 
Azərbaycanın  sovetləşdirildiyi  ilk  gündən  başlayaraq  müsavatçılıq  və 
panturanizma  qarşı  amansız  mübarizə  aparan  Ruhulla  Axundov  «pantürkizmin 
zəhərli  bir  nümayəndəsi  və  «Müsavat»  partiyasının  zavallı  bir  agenti»  kimi 
günahlandırıldı.  Sovet  dərsliklərinə  panturanist  və  panislamist  fikirlərini 
soxuşduran  «Türkiyə  agentləri»ni  cidd-cəhdlə  üzə  çıxarmağı  özü  üçün  böyük  bir 
hünər  sayan  Əliheydər  Qarayev  «Müsavat»  partiyası  ilə  beynəlxalq  faşizmin 
«soysuz  bir  uşağı»  kimi  ifşa  edildi.  Milli  Azərbaycan  hökumətinə  qarşı 
konspirasiyası  ilə  məşhur  olan  Azərbaycanın  inqilabi  komitəsinin  keçmiş  üzvü, 
1920-ci ildə Gəncə üsyanının yatırılması tapşırılmış baş komissar Həmid Sultanov 
inqlabi  məhkəmənin  qərarı  ilə  Azərbaycanı»  sovetlər  Birliyindən  ayırmaq  istəyən 
silahlı üsyan qüvvələrinin başçısı olduğu üçün ölüm cəzasına məhkum edildi: eyni 
zamanda  o,  yabançı  bir  dövlətə  casusluq  etməkdə  də  günahlandırıldı.  Onunla 
birlikdə «sapıntıçı» kommunistlərin bir çoxu da cəzalandırıldılar. 
Sultanovun  məhkəməsində elan  edilən  ittihamnamələrdən anlaşıldığına 
görə  H.  Sultanova  işlərində  adları  aşağıda  qeyd  olunan  «pantürkistlər»  və 
«millətçilər» kömək etmişlər; məsələn:.1) R. Axundov — Azərbaycan kommunist 


96 
 
partiyasının  Mərkəzi  Komitəsinin  keçmiş  üzvü  və  Azərbaycan  sovet  sosialist 
Respublikasının keçmiş maarif komissarı: 2) D. Bünyadzadə — Azərbaycan  sovet 
sosialist  Respublikası    hökumətinin  keçmiş  prezidenti  və  keçmiş  kənd  təsərrüfatı 
naziri,      3)    S.    M.    Əfəndizadə  —  Azərbaycan      sovet      sosialist  Respublikası   
Mərkəzi   İcraiyyə   komitəsinin  sədri   —  yəni respublikanın prezidenti, 1904-cü 
ildən  bolşevik,  4)  Ə.  Qarayev  —  Azərbaycan      sovet    sosialist    Respublikasının   
keçmiş müdafiə və dəniz işləri komissarı və hərbi inqilabi komitənin  üzvü, keçmiş 
ASSR  Xalq  Komissarları  Şurasının  sədri,  Zaqafqaziya  Federasiyası  Mərkəzi  
İcraiyyə  Komitəsinin  sədri  və  sovet  İttifaqı  bolşeviklər  partiyasının  mərkəzi 
komitəsinin üzvü. 
Siyasət  adamlarından  sonra  ədəbiyyata,  incəsənətə,  elmə  mənsub  olan 
bütün  görkəmli  şəxsiyyətləri  eyni  şiddət  və  töhmətlərlə  təmizlədilər.  Onları 
ittifaqlardan çıxardılar ki, sovet şəraitində bu, bir adamı hər cür hüquqlardan məh-
rum  edərək  ac  qalmağa  məhkum  etmək  deməkdir.  Bir  çox  yazıçılar  sadəcə 
Yazıçılar İttifaqından çıxmadılar, eyni zamanda, partiya  üzvlüyündən çıxarıldılar. 
Bu,  insanı  bütün  hüquqlarından  məhrum  etməyə  bərabərdir.  Kommunizmin  əski 
çalışanlarından  bir  çoxu  da  sadəcə  «sovetləşdirmə»  siyasətini  «türkləşdirmə» 
qayəsinə qarşı yönəltmədikləri üçün QPU barmaqlıqları arxasına atıldılar. 
Yeni  sovet  konstitusiyasının  qəbulundan  və  rus  hərflərinin  tətbiqindən 
sonra  Azərbaycan  bolşevik  terrorunun  yeni  bir  mərhələsi  başlandı.  Məmləkətin 
həyatında az-çox rolu olan adamlar aradan götürüldü.  sovet Azərbaycanının  yubi-
leyi qeyd edildiyi gün, məsələn, «tarixi günün qəhrəmanı» kimi öyüləcək yerli bir 
ad  tapılmadı.  İlk  Azərbaycan  inqilabi  komitəsinin  sədri  doktor  Nərimanovun  adı 
belə  çoxdan  ölüb  getməsinə  baxmayaraq,  «milli  sapıntıçı  xainlərin  hamisi»  kimi 
ifşa edildi. 
Təmasda  olduğum  yeni  Azərbaycan  qaçqınları  istisnasız  1937-ci  il 
təmizləməsindən  böyük  bir  acı  ilə  danışırdılar.  Bu  ilə  onlar  «Azərbaycanda  qətli-
am ili» adını verirdilər. 
 
*    *     * 
 
Çağdaş  tarixdən  bəhs  edərkən  yabançı  süngüləri  ilə  məmləkət 
hüdudlarından bayıra atılan milli Azərbaycan emiqrasiyasının beynəlxalq aləmdəki 
siyasi  və  ideoloji  fəaliyyəti  üzərində  də  dayanmaq  istərdim.  Lakin  bu  fəaliyyətin 
ümumi mahiyyəti, məsələ ilə bağlı olanlara bəlli olduğundan bu cəhət üzərində çox 
durmağa ehtiyac yoxdur. Ancaq orasını qeyd etməliyəm ki, bu fəaliyyət sayəsində 
Azərbaycan davası beynəlxalq miqyasda tanıdıldı və Azərbaycan məsələsi bir mə-
sələ  kimi  dünya  mətbuatında,  müxtəlif  dairələrdəki  mübahisələrdə  etiraf  edilirdi. 
Bu  isə  Azərbaycanda  olduğu  kimi  bütün  sovet  mətbuatında  narazılığa  səbəb 
olmuşdur. 


97 
 
Azərbaycan tarixinin bu mərhələsini daha yaxşı izləmək üçün zəruri olan 
bir cəhəti aydınlaşdıraq: 
Tarixin  əsil  materialını  təşkil  edən  yeni  Azərbaycan  nəsli  nə 
vəziyyətdədir? 
Buraya  qədər  mövzumuzu  sovet  həyatından  və  mətbuatından  aldığımız 
məlumatlar  və  müşahidələr  əsasında  araşdırdıq.  İkinci  Dünya  müharibəsindən 
sonra bu imkandan da məhrum olduq. Lakin həmin müharibə bizə eyni mövzunun 
tədqiqi üçün yeni bir imkan verdi. Azərbaycanlı hərbi əsirlərlə təmasda ola bildik. 
1942  və  1943-cü  illərdə  Almaniyanın  xarici  işlər  nazirliyinin  dəvəti  ilə  digər 
Qafqazlı  siyasi  emiqrantlarla  birlikdə  Berlinə  getdiyim  zaman  biri  mənfi,  digəri 
müsbət  iki  şeyə  şahid  oldum.  Hitler  Almaniyasının  mövqeyi  bütün  milli 
məsələlərdə  olduğu  kimi  Qafqazya  məsələlərinə  olan  münasibətdə  də  mənfi  idi. 
Berlindən  milli  mübarizəmizin  əsaslarını  tanımasını  gözləmək  əbəsdi.  «Ali  irq»in 
nəzəriyyəçiləri ilə Polşadakı, Ukraynadakı  və işğal olunan  başqa məmləkətlərdəki 
alman  praktikləri  ən  kiçik  ümidə  belə  yer  vermirdilər.  Üzərimizə  düşən  yeganə 
vəzifə  milli  haqlarımızı  tanımayan  və  istiqlal  davamızı  tanımayan  bir  hökumətlə 
birgə  fəaliyyətin  baş  tutmayacaqını  təsdiq  edərək  meydandan  çıxmaqdı.  Elə  də 
etdik. 1943-cü il, 5 avqust tarixli bir memorandum imzalayaraq Berlini tərk etdik. 
Lakin bu sırada fürsət taparaq Almaniyadakı Azərbaycanlı hərbi əsirlər ilə təmasda 
olmağa  çalışdıq  və  buna  qismən  müvəffəq  olduq.  Bu  təmasları  Azərbaycandakı 
real  vəziyyəti  və  yeni  nəslin  hansı  əhvali-ruhiyyədə  olduğunu.  öyrənmək  üçün 
istifadə etdik. Bir az əvvəl bəhs etdiyim Berlin ziyafətinin müsbət hadisəsi budur. 
      Yuxarıdakı  fəsillərdə  qeyd  olunan  hadisələrin  təhlilindən  gəldiyimiz  təsəvvür 
və nəticələri təmasında olduğumuz bu azərbaycanlılardan  aldığımız  məlumatlarla 
qismən  təkmil,  qismən  də  təshih    edərək    Azərbaycanın  yeni    nəslinə  xas  olan 
cəhətləri  aşağıdakı  şəkildə xülasə etməyi  münasib bildik. 
Yuxarıda  biz  əhalinin  nə  dərəcədə  oxuyub-yazma  öyrənməsindən 
danışdıq. Yeni nəsil öz dilində, deyə bilərik ki,tamamilə oxuyub-yaza bilir. Hamısı 
ibtidai  məktəbləri  bitirmişlər.  Əsirlər  arasında  orta  təhsil  görənlər  də  az  deyil. 
Müxtəlif  ixtisaslı  ali  təhsillilərə  də  rast  gəlinir.  Müəllimlərlə  həkimlər  daha 
çoxdular.  Mənim  —  Azərbaycanda  məmləkətin  idari  və  iqtisadi  ehtiyaclarını 
ödəyəcək qədər bir neçə yüz ali  təhsil   görmüş   gəncləriniz  vardırmı? — sualıma  
müsahiblərim əsəbi halda: 
—  Siz  nə  deyirsiniz,  yüzlərdən  deyil,  minlərdən  danışın...  Biz    öz-
özümüzü   idarə  edəcək   bir   vəziyyətdəyik! — deyə   cavab verdilər. 
Ana  dili  ilə  bərabər,  əsirlər  ruscanı  da  bilirlər,  lakin  çox  zəif.  Məsələn, 
ruscanı kifayət dərəcədə bilməyən rus dili  müəlliminə rast  gəldim. Bizə anlatdılar 
ki,  ruscaya  qarşı  Qafqazyada  xüsusi  bir  müxalifət  vardır.  1937-ci  il  təmizlən-
məsini  xatırladaq:  O  zaman  «yerli  millətçiliyi»  ifşa  edənlər  sapıntıçıların  həm  də 
«Azərbaycan  məktəblərində  Lenin  və  Stalin  dilinin  öyrədilməsində  göstərdikləri 


98 
 
səhlənkarlıq»-da  günahlandırılırdılar.  Bu  səhlənkarlıq  «ali  məktəb  tələbələrinin 
belə rus dilini bilmədiklərinə» səbəb olubmuş. («Kommunist», Bakı, 28. III. 37). 
Sovet şəraiti və idarəsi ilə bağlı olaraq çox da yüksək səviyyədə olmayan 
ümumi məlumat və biliklərinə baxmayaraq, azərbaycanlı əsirlərin dini məsələlərdə 
tamamilə biliksiz olduqları nəzərə çarpırdı. 
Azərbaycandakı  yeni  nəsil,  deyə  biləriik  ki,  dinə  qarşı  laqeyddir.  Dini 
mərasim  və  ibadətlərdən  ən  bəsit  şeyləri  belə  bilmirlər.  Məmləkətdə  məscidlər 
bağlanmışdır.  Nə  Ramazan,  nə  də  Qurban  bayramı  sovet  gənclərinə  məlum 
deyildir. Azərbaycanda   əskidən    çox   böyük    əhəmiyyətə   malik   olan    bahar 
xalq  bayramı  —«Novruz»  da  dəbdən      düşmüşdür.    Azərbaycan,  bütün  sovetlər 
Birliyi  ilə  bərabər  yalnız  Oktyabr  inqilabının      siyasi      bayramlarını      və    bir  də  
Azərbaycanın    sovetləşdirildiyi    günü      qeyd  edir.  Yeni      nəsil    heç      bir  dua    və   
namaz bilməz. (Çox qüvvətli  ailə ənənələrinin təsiri ilə adətləri  yaxşı bilənlərə də 
təsadüf  olunur).  Krım  cəbhəsində  əsir  düşən      azərbaycanlı    kiçik    yaşlı    qızlar-
bacılar      namaz  qılan      nənələrini      necə      ələ      saldıqlarından      danışırdılar. 
Əsirlərdən  bəziləri  alman  ordusuna  legioner  yazılmışdılar:  bunlardan  bir  neçəsi 
faciəli bir hadisədən bəhs edirdilər. Bölük komandiri bir alman azərbaycanlılardan  
cəbhədə  ölən  arkadaşlarını  islam  adəti  ilə  basdırılmasını  tələb  edirmiş.  Onlar  nə 
edəcəklərini bilməmiş, lakin alman əl çəkməmişdir. İsrar edən komandirin əlindən 
qurtulmaq  üçün  azərbaycanlı  gənclər,  nəhayət  bir  çarə  tapmışlar.  Yeddi  dəfə  — 
«Ya  Məhəmməd,  ya  Məhəmməd»  —  deyə  bağıraraq  arkadaşlarını  torpağa 
tapşırmışlar. Bir başqa dəfə eyni növ məcburiyyətə düşərkən isə ölən arkadaşlarını 
«Arşın mal alan» operasından nəğmələr oxuyaraq basdırmışlar. 
Daha yaşlı nəsil bu xüsusda müəyyən bir faciə yaşayır və əzab çəkir, lakin 
gənclik  çox  nadir  istisna  ilə  bu  faciəni  hiss  etmir.  Mümkündür  ki,  sovet  rejimi 
aradan  götürüləndən  sonra  dindarlıq  sözün  fəlsəfi,  mücərrəd  mənasında  mənəvi 
həyatın  bir  təzahürü  kimi  cəmiyyətin  müəyyən  sahələrində  müəyyən  əksini  tapır. 
Lakin  burada  dinin  ictimai  həyatı  tənzim  edən  siyasi  və  idari  bir  müəssisə  ola 
biləcəyini təsəvvür etmək mümkün deyil. Bu mənada din sovet dövründə tamamilə 
öldürülmüşdür.  Gələcəkdə  din  yalnız  yurddaşın  şəxsi  həyatına  xas  olaraq 
qalacaqdır.  Bu,  Mirzə  Fətəli  Axundzadədən  başlayaraq  Sabirin  həcvlərinə  qədər 
dinin  təhqir  edilməsi  ənənələrinə  yiyələnən  çağdaş  Azərbaycan  ədəbiyyatının  bir 
nəticəsidir. 
Dinin  təqibindən  çox  az  mütəəssir  olan  indiki  Azərbaycan  nəsli  milli 
mədəniyyət məsələlərinə böyük bir həssaslıqla yanaşır. Mədəniyyət adamları, yəni 
ədəbiyyatçılar,  sənətkarlar,  müəlliflər,  humanitar  sahələrə  mənsub  olanlar—tarix-
çilər  və  başqaları  milli  mədəniyyətləri  ilə  atəşin  bir  eşqlə  bağlıdırlar.    Onlar    bu   
mədəniyyətin   ümumtürk   dəyərləri   və bağlarına çox böyük əhəmiyyət verirlər: 
onlar  milli  mədəniyyəti  məzmunca  da,  formaca  da  yüksək  tuturlar.  Bolşevizmin 
mədəniyyət haqqındakı «formaca milli, məzmunca kommunist» kimi ifadə olunan 
ikiüzlü  təhrifini  nifrətlə  rədd  edirlər.  Bu  formulun  necə  hiyləgər  bir  metod 


99 
 
olduğunun Azərbaycan həyatı tərəfindən ifşa edildiyini çox  gözəl bilirlər. 1937-ci 
ildəki  «sovetləşmə»nin  qələbəsi  ilə  1939-cu  ildəki  «əlifbada  inqilab»  onların 
fikrincə  Azərbaycan  türk  mədəniyyətini  yıxıb  sürüməkdən  başqa  bir  şey  deyildir. 
Milli  ruhlu  ziyalıları  yox  edən  və  mədəniyyətin  şəkillərini  dəyişdirən  sovet 
hökuməti  əsirlərə  görə  Azərbaycanlıları  ümumi  rus  qazanında  qaynadıb 
qarışdırmaq  niyyətiylə  Azərbaycanın  türk-müsəlman  dünyası  ilə  olan  ən  son 
mənəvi bağlarını da kəsib-atmaq istəyir. 
Yalnız  mədəniyyət  məsələləri  ilə  bilavasitə  əlaqəli  olanlar  deyil, 
təmasında  ola  bildiyimiz  hərbi  əsirlərin  bütün  zümrələri  milli  mədəniyyət 
dəyərlərinə  və  Azərbaycanın  ədəbiyyat,  teatr  və  musiqi  sahəsindəki  uğurlarına 
candan  bağlıdırlar.  Bu  adamlarla  söhbət  edərkən  onların  dəfələrlə?  Azərbaycanın 
şair  və  yazıçılarından  beytlər  və  aforizmlər  söylədiklərini  gördüm.  Bəzən 
ümumtürk  dünyasının  ortaq  malı  olan  böyük  klassiklərdən  də  nümunələr 
gətirirdilər.  Azərbaycanlı  əsirlər  tərəfindən  1943-cü  ildə  Berlində  çap  edilən 
«Azərbaycan»  qəzeti  Azərbaycan  ədəbiyyatının  müxtəlif  əsər  və  şəxsiyyətlərinə 
aid məqalələrlə dolu idi: onlar bu yazıları əllərində heç bir antologiya olmadan əz-
bərdən  yazırdılar.  Buna  baxmayaraq  bu  canlı  məqalələr  maraqlı  materiallar  və 
iqtibaslarla dolu idi. 
Göründüyü  kimi,  yeni  nəsil  öz  keçmişi  və  mədəniyyəti  ilə  öyünür.  Bu 
nəslin  nümayəndələri  «böyük  şair  və  alim  Nizami»,  «şer  günəşi»  Füzuli,  «ölməz 
düha» M. F. Axundzadə, «Peyğəmbər»in (pyes adıdır) müəllifi H. Cavid haqqında 
yüksək  bir  üslub  və  dərin  bir  sevgiylə  danışır  və  yazırlar.  Sabirin  (məşhur 
Azərbaycan  satiriki)  şerlərini  əzbər  oxuyurlar:  Cəfər  Cabbarlının  (dramaturq) 
pyeslərini  son  dərəcə  yüksək  qiymətləndirirlər:  bu  pyeslərin  sovet  senzurası 
tərəfindən  kəsilib  dəyişdirilməsindən  də  xəbərsiz  deyillər.  Öz  bəstəkarları  ilə  fəxr 
edirlər. 
«Leyli 
və 
Məcnun»dan, 
«Şahsənəm»-dən, 
«Xurşidbanu»dan, 
«Koroğlu»dan,  «Arşın  mal  alan»dan  və  başqa  əsərlərdən  bəzi  yerləri  oxuyurlar. 
Özləri də  müəyyən dərəcəyə  qədər  şairdirlər. «Azərbaycan» qəzetinin  «ədəbiyyat 
səhifəsi»  əsirlər  tərəfindən  yazılan  mənzum  parçalarla  dolu  idi:  bu  parçalar 
arasında həqiqi şer parçaları da az deyildi. Əsirlər arasında artist, musiqiçi olanlar 
da vardı, buna Azərbaycanın istiqlal gününün 25 illik yubileyi münasibəti ilə təşkil 
edilmiş  axşamda  iştirak  edənlərin  bir  ağızdan  ifadə  etdikləri  müsbət  təəssüratlar 
şəhadət etməkdə idi. 
Təsadüfən  almanların  əsirlərdən  təşkil  etdikləri  bölüklərə  mənsub 
azərbaycanlı  bir  legioneri  dinlədim.  O,  mənə  Azərbaycanın  teatr  və  musiqidəki 
uğurları 
haqqında 
danışdı. 
Moskvada 
Azərbaycan 
artistlərinin 
necə 
qiymətləndirildiyindən,  «musiqimizin  bütün  dünyada  birincilik»  qazandığından 
bəhs  edirdi.  Mən  onun  duyduğu  qürur  və  sözlərindəki  öyünmə  ədasını  gördüm: 
gözləmədiyi bir sualla onun sözünü kəsdim: 


100 
 
— 
Yaxşı,  madam  ki,  siz  sovetlərin  uğurlarından  bu  qədər 
məmnunsunuz,  bu  halda,  nə  üçün  çiyninizə  silah  alıb  bu  sovet  uğurlarına  qarşı 
döyüşürsünüz? 
O heç çaşmadan mənə belə cavab verdi: 
—Mən əsil sovet uğurlarına qarşı döyüşürəm: bu, kolxozdur; bu insanları 
fironlar  dövrünə  bənzər  işlətməkdir;  bu  QPU  və  NKVD  rejimidir;  bu,  qardaşın 
qardaşa inanmamasıdır. Bolşeviklərin uğurları bunlardır. Mədəniyyətə  gəlincə, bu 
sahədəki uğurlar bizim öz milli uğurlarımızdır. Sovet senzurasının həddindən artıq 
müdaxiləsi olmasaydı, bu uğurlar daha böyük olardı və mədəniyyətimiz daha çox 
açar, daha çox çiçəklənərdi. 
Əsirlərdən başqa birisiylə başqa bir söhbət: 
— 
Sizlər  hamınız  kolxozdan  şikayət  edirsiniz.  Yaxşı  bir  gün  qolu 
qüvvətli birisi gəlib bir vuruşda rejimi yıxdı, iqtisadi azadlıq elan etdi. Sizlərə bir 
parça torpaq ayırıb dedi ki, çalışın, əkin, biçin və məhsulunuzdan istədiyiniz kimi 
istifadə edin, lakin buraxın bu mənasız milli mədəniyyət xəyallarını. 
— 
Xeyr, min dəfə xeyr. Öz mədəniyyətimizdən heç bir vəchlə ayrıla 
bilmərik. İnsan heyvan deyil, o yalnız mədəsiylə deyil, ruhuyla da yaşar!.. 
— 
Yeri  gəlmişkən  bir  az  da  kolxozdan  bəhs  edim:  bu,  Azər-
baycanın  ən  ağrılı  yeri,  qanayan  yarasıdır..  Məmləkət  Moskvanın  istismar 
sisteminin  ölümcül  təsiri  altındadır.  Kolxoza  qarşı,  iqtisadi  istismara  qarşı 
mübarizə — Bu, bütün Azərbaycanı birləşdirən bir şüardır. Qırmızı imperializmin 
ən  qorxunc  koloniya  sistemi  Azərbaycanlıları  bir-birinə  qarşı  birləşdirir. 
Kommunistlər  Azərbaycan  kəndlilərinin  proletar  Bakısına  qarşı  müxalifətindən 
danışırlar.  Proletar  Bakısı  rus  müdirlərinin  əmrində  və  itaətində  olan  Bakı 
deməkdir.  Milli  Azərbaycan  paytaxtı  rus  təzyiqindən  qurtulmaq  üçün  çırpınır.  O, 
göz görə-görə Bakının ruslaşdırılmasına razı deyil. Kəndlərin şəhərlilərlə qarşı-qar-
şıya  gəlməsi  qətiyyən  söhbət  mövzusu  deyildir;  mövzu  xalqın  yabançı 
istismarçılara qarşı mübarizəsidir. 
Bükreşdə ikən sovetlərdən qaçıb gələn azərbaycanlı bir sürücü ilə söhbət 
etdim. Bu sürücü vətənində balıqçılıq edirmiş. Sadə təbiətli adi bir adamdır. Az-az 
hallarda oxuyub-yazırdı. Demək olar ki, təhsilsiz idi. Lakin sağlam düşüncəli, ağıllı 
bir kəndli idi. O, olduqca düzgün və aydın bir ifadə ilə Azərbaycan xalqının siyasi 
vəziyyətini anlatdı. Müstəmləkə qüvvələrinə qarşı gizli davam edən milli mübarizə 
və  müxalifətdən  bəhs  etdi.  Onun  sözlərindəki  bir  təhlildən  çox  heyran  qaldım: 
sovet  rejimindən  iki  növ  narazılar  var,  —dedi.  Bir  qismi  sovetlərdən  şəxsi 
motivlərə görə narazıdırlar. Bunlar var-dövləti əlindən alınan varlılar, mülkədarlar, 
fabrik  və  böyük  torpaq  sahibləridirlər.  Bu,  əhəmiyyətli  müxalifət  deyil. 
Əhəmiyyətli  olan  ikinci  növ  müxalifətdir.  Bu,  gənclərin  müxalifətidir.  Bunlar 
deyirlər:  Yaxşı,  bolşevik  olaq,  lakin  nəyə  görə  Azərbaycanı  azərbaycanlı 
kommunistlər deyil, Moskvadan gələn ruslar və başqa yabançılar idarə edirlər. Nə 
üçün  Azərbaycan  nefti  Azərbaycana  sərf  edilmir,  Moskvaya  göndərilir.  Nə  üçün 


101 
 
biz  öz  yurdumuzun  sahibi  deyilik.  Nə  üçün  milyonluq  Finlandiya  müstəqil  ola 
bilər, Azərbaycan ola bilməz. 
Adi bir balıqçının, professional bir siyasətçinin deyil, xalq kütləsindən bir 
balıqçının bu təhlilində dəryanın bir qətrəsinin suda əks olunduğu kimi Azərbaycan 
xalqının siyasi duyğusu əks olunur. 
Yeni  nəsil  bunu  yaxşı  başa  düşür.  O,  məsələnin  həllini  bolşevizmin 
tamamilə  aradan  kötürülməsində  axtarır.  Bolşevizmlə  mübarizə  onun  üçün  milli 
qurtuluş  uğrunda  mübarizə  deməkdir.  sadəcə  iqtisadi  deyil,  eyni  zamanda  milli-
mədəni baxımdan qurtuluşdur. 
Orfoqrafiya  və  əlifba  məsələsi  ilk  baxışda  qeyri-siyasi  və  az  əhəmiyyətli 
məsələdir.  halbuki  həqiqətdə  heç  də  belə  deyildir.  İlk  imkan  yaranan  kimi  yeni 
nəsil  (müharibə  səbəbindən  Almaniya  şəraitinə  düşən  hərbi  əsirlərin  şəxsində) 
kiril-rus  hərflərini  böyük  bir  nifrətlə  atdı.latın  kökündən  alınan  türk  hərflərini 
tutdu,  nəşriyyatlarını  bu  hərflərlə  işlətdi.  Bu  onun  üçün  bir  restavrasiya  rəmzi, 
mədəniyyətinə  edilmiş  təcavüzə  qarşı  bir  etiraz  idi.  «Azərbaycan»  qəzetində  bu 
mövzuda həyəcanlı müraciətlər, məqalələr çap edilib. 
Müsəlman  Şərqində  bir  çox  şeylər  dəyişmişdir.  İslamiyyətdən  əvvəlki 
dövrlərə aid olub dinə bağlılıq baxımından küfr rəmzi kimi rədd edilən milli oyanış 
dövründə özlərinə qarşı başqa münasibətdə olmağı istədilər. Babək Azərbaycanda 
belə adlardan biridir. 
«Babəki» sözü hələ XIX əsrdə Azərbaycanda söyüş kimi işlədilirdi. Dini 
ehkamlara  əhəmiyyət  verməyən  azad  düşüncəlilərə  «babəki»  deyirdilər.  İndi  isə 
Babək  vətənpərvərliyin  bir  ifadəsi  kimi  işlədilir.  Qırmızılar  islamiyyət  əleyhdar-
ları  olan  bu  simanı  idealizə  etməklə  Azərbaycandakı  vətənpərvərlik  duyğularını 
şimala  doğru  çevirmək  istədilər.  Lakin  haqqında  danışdığımız  «Azərbaycan» 
qəzetinin  müəllifləri  rus  imperializminə  qarşı  mübarizə  üçün  etdikləri 
müraciətlərdə  dəfələrlə  misal  olaraq  Babəki  fədakarlığın  bir  örnəyi  kimi  təqdim 
edirlər. 
Bolşeviklər, yuxarıda dediyimiz kimi, Qafqazya istiqlal qəhrəmanı böyük 
Şamilin xatirəsini çox da yad etməzlər; Azərbaycanlı Cavad xanın şəxsiyyətini də 
tərifləmək  istəmirlər.  Lakin  bu  məqsədlərinə  nail  ola  bilmirlər.  Qafqazyanın 
azadlığını  öyən  gənc  Azərbaycan  şairi  Almas  Yıldırım  Şamilin  adını  dini  bir 
həyəcanla  anır.  «Azərbaycan»  qəzetində  əsirlərin  qələmindən  çıxan  məqalələr 
arasında  Gəncənin  qəhrəman  müdafiəçisi  Cavad  xana  aid  az  bilinən  çox  maraqlı 
materiallara rast gəldim. 
Yeni  nəslin  siyasi  cəhətdən  şüurlu  qisminin  bütün  kini  milli  fəlakətlərin 
qaynağı Rusiya imperializminə qarşı çevrilmişdir. Alovlu şair Gültəkinin
85
 
                                                           
85
 Əmin Abid  (1898—1938) nəzərdə tutulur 
 


102 
 
 
«Qaldıqca ruslarda diyarım mənim,  
  İntiqam alacaq şüarım mənim!» 
        
beyti ümumi bir şüardır. 
Qafqazyalı millətlər arasında isə qarşılıqlı əlaqə və dostluq ruhunun üstün 
olduğu  görülməkdədir.  Bu  xüsusda  hər  tərəfdən  və  müxtəlif  qaynaqlardan 
təsdiqedici hadisələrdən xəbər tutmaq sevindirici bir haldır. 
Bolşevik dövrünün ictimai nəticələri hansılardır? Bu suala cavab verməyi 
üzərimizə  götürmürük.  Sadəcə  etdiyimiz  söhbət  və  mübahisələrdən  aldığımız 
təəssüratı sizlərə çatdıra bilərik: 
Məlum olduğu kimi, əski mənadakı sinif fərqləri ortadan qalxmışdır. Xalq 
kütləsi  müəyyən  bir  şəkildə  hərəkətə  gəlmişdir.  Bolşevik  diktatorluğunun  bütün 
şiddət  və  fəlakətlərinə  davam  gətirməklə  bərabər,  müəyyən  qədər  olsa  da,  xalq 
təbəqələri ictimai və siyasi həyatla təmasa girmişlər. Patriarxal ailə quruluşuna ağır 
bir  zərbə  vurulmuşdur.  Lakin  ailənin  təməlləri  kökündən  yıxılmamışdır.  Ər-arvad 
sədaqəti  əski  adətlərə  bağlıdır;  ayrılma  halları  o  qədər  də  çox  deyildir  əcnəbilərlə 
evlənmə  halları  çox  deyil  əcnəbi  qadınlarla  evlənən  kişilərin  sayı  əcnəbiyə  ərə 
gedən  qadınlardan  çoxdur.  Qafqazyalılar  arasındakı  qarışıq  evlənmələr 
azərbaycanlılarla ruslar arasındakı evlənmə hallarından çoxdur. Əski nəslə mənsub 
atalar öz arvadlarına əksər hallarda «uşaqların anası», daha sonralar «bizim xanım» 
deyirdilər. 
İndi  isə  ər-arvad  bir-birinə  «yoldaş»  deməkdədirlər.  Ailə 
münasibətlərində  müəyyən  dəyişikliklər  olmuşsa  da,  bunun  nədən  ibarət  olduğu 
haqqında  uzaqdan  hökm  vermək  müşküldür.  Mübaliğələndirilmiş  bir  optimizmə 
qapılmaq  təhlükəlidir.  Mənəviyyat  və  siyasət  sahəsində  özünəməxsus  mənfi 
təsirləri  ilə  bolşevizmin  müəyyən  izlər  buraxmadan  keçəcəyini  düşünmək  əlbəttə 
xatalı bir hərəkət olardı. 
İctimai  təbəqələrlə  siniflər  arasındakı  fərqlərin  aradan  götürüldüyünə 
ağlamayacağıq.  Ailə  ocağını  sağlamlaşdırmaq  lazımdır  və  bizə  görə  buna  imkan 
vardır. 
İnsan  qüvvələrinin  görünməmiş  dərəcədə  istismar  edilməsi,  şübhəsiz, 
xalqın  vücudunu  müdhiş  surətdə  halətdən  salmış  və  ümumi  sağlamlığı 
zədələmişdir.  Bunu  hərbi  əsirlər  üzərindəki  müşahidə  ilə  təsdiq  etmək  mümkün 
oldu. Lakin, eyni zamanda, az  əhəmiyyəti  olmayan  bir  qazanc  da  əldə  edilmişdir, 
— əski     nəsildə     nöqsanlı     olan     əmək     intizamı. 
Azərbaycandakı 
bolşevik 
dövründə 
həyata 
keçirilmiş 
əsgəri 
mükəlləfiyyəti  də  gəlirlər  qisminə  yazmaq  gərəkdir.  Azərbaycanlılar  çarlıq 
dövründə bu mükəlləfiyyətdən azad idilər. Keçmişdə Qızıl Orduda olmuş, indi isə 
alman  ordusunda  legioner  olan  birisi  ümumiyyətlə  əsgərin  millətlərin  həyatındakı 
rolu  və  əhəmiyyəti  barəsində  və  xüsusilə  bizim  əsgərlərin  oynayacaqları  rol 
haqqında mənimlə etdiyi söhbətdə bu sözləri söylədi: 


103 
 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə