Məmməd Əmin Rəsulzadə



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə24/25
tarix18.04.2022
ölçüsü1,06 Mb.
#85569
1   ...   17   18   19   20   21   22   23   24   25
M.Ə.Rəsulzadə
Eliade Mircha SHamanizm. Arhaicheskie tehniki ekstaza Litmir.net bid92527 2d962, 766399(meqale), 52dcd652ed495cc2ce9feffd932b1850
«Biz  indi  universal  əsgərik  iki  böyük  orduda  ən  kəskin  hərbi  intizam 
gördük  və  tarixin  də  qanlı  bir  müharibəsində  ölümlə  qarşılaşaraq  təcrübələr 
keçdik. Hər millət öz azadlığını yalnız mübarizədə qazanır. Biz xalqımızın tarixən 
böyük məsuliyyət daşıyan mübariz kadrlarını təşkil edirik. 1918-ci ildə Azərbaycan 
xalqı  bizim  kimi  hərbi  təcrübə  görmüş  kadrlara  malik  olsa  idi,  şübhəsiz,  məmlə-
kətimizin tarixi tamamilə başqa cür inkişaf edəcəkdi». 
Keçmişdə    bir      müəllim,      indi      isə      bir    legioner      olan      bu  zat 
söhbətimizdəki səmimilikdən cəsarətlənərək monoloqunu bu sözlərlə bitirdi: 
İçinə  düşdüyümüz  bu  böyük  müharibənin  necə  bitəcəyini  nə,  buradakı 
Hitler,  nə  də  oradakı  Stalin  bilirlər.  Lakin  tarixi    təcrübələrdən  öyrəndiyimiz    bir  
şey   vardır  ki, o da bu kimi hadisələrin sonunda millətlərin öz haq və azadlıqla-
rına qovuşacağıdır. Emin bəy mənə üz tutaraq dedi ki, siz burada, yabancı torpaqda 
qonaqsınız,  imkanınız  çox  məhduddur.  Sizdən  burada  çox  şey  istəməyə  haqqımız 
yoxdur.  Sizdən  istəyəcəyimiz  şey  öz  torpaqlarımızdadır.  Haq  da,  vəzifə  də 
oradadır...» 
        Legioner  formalı  müəllim  bolşevik  istilasına  uğrayan  Azərbaycanı  tərk 
edərkən vətəndə qoyub getdiyim hələ 10 yaşa çatmamış nəslə mənsub bir adamdı. 
Keçən  26  illik  qorxunc  bir  ayrılığa  baxmayaraq  aramızdakı  mənəvi  əlaqənin  bu 
qədər  sağlam  qaldığına  və  qarşılıqlı  anlaşmanın  bunca  səmimiliyinə  nə  qədər 
sevindiyimi  təqdir  edə  bilərsiniz.  Bundan  otuz  iki  il  əvvəl  qırmızı  istiladan  sonra 
vətəndən xaricə gedən və mühacirət həyatında Azərbaycan davasını fikrən müdafiə 
və siyasi cəhətdən təmsil edən emiqrafiya ilə içində müdhiş işgəncələr və təzyiqlər 
altında yaşayan yeni nəsil bir-birini anlamaq qabiliyyətindədir. 
Nəsillər  arasındakı  mənəvi  əlaqə  qırılmamışdır.  Əski  nəslə  mənsub  milli 
mühacirətin  şüurlu  qismi  tərəfindən  təmsil  olunan  siyasi  proqramın  milli 
həmrəylik, ictimai ədalət və siyasi istiqlaldan bəhs edən üç əsası yeni nəslin ictimai 
və  siyasi  şüurunu  müəyyən  edir.  Yeni  mühacirətin  siyasi  düşüncəli  qismi  siyasi 
etiqadımızın  yuxarıdakı  «üçlü»  ümdəsini  böyük  bir  sevinc  və  vicdan  rahatlığı  ilə 
xəbər alırdı. Onlar qırmızıların  siyasətinin  milli  mühacirəti  ictimai irtica ilə siyasi 
təhqir nümunəsi kimi tanıtdığının yalan və böhtandan ibarət olduğunu görürdülər. 
Milli  Azərbaycan  respublikasının  yaşadığı  istiqlal  dövrü  Azərbaycan 
tarixinin  ən  parlaq bir  dövrüdür.  Əski  və  yeni  mühacirətin  ilham  qaynağı  1918-ci 
ildə  elan  olunan  istiqlal  bəyannaməsindəki  demokratik  əsaslardır.  Əldə  edilmiş 
milli  istiqlalı  yenidən  qazanmaq  əvvəlki  kimi,  yeni  nəslin  də  idealıdır:  lakin  bir 
şərtlə:  yenidən  qurulacaq  Azərbaycanda  əski  ictimai  uyğunsuzluğa,  siyasi 
haqsızlıqlara  meydan  verilməyəcək,  sosial  həmrəylik  və  ədalətin  təmininə  xüsusi 
əhəmiyyət veriləcəkdir. 
 
 
 
 


104 
 
*    *    * 
 
Xanımlar, bəylər! 
Tarixdən  gələcək  təhlükəni  görən  Stalin  müharibədən  əvvəlki  illərdə  öz 
rəhbərliyinə  müxalifət  təşkil  edəcəkləri  ehtimal    olunan      bütün      ünsürləri   
«təmizlədi».    Azərbaycanda  bütün  zərbə  ictimai  və  siyasi  həyatın  hər  sahəsində 
milliyyətçilərlə milli sapıntıçılara dəydi. 
Bayaqdan 
dediyimiz 
sözlərdən 
göründüyü 
kimi,  Azərbaycanda 
«sosializmin  zahirən  «türkizm»  üzərində  qələbəsi  təmin  olunmuşdur.  Rus 
bolşevizmi  Azərbaycan  millətçiliyi  üzərində  qələbəsini  bayram  edir.  Yabançı 
totalitarizm yerli demokratiyaya qələbə çalmışdır. 
Lakin bu, məsələnin sadəcə zahiri tərəfidir. Həqiqətdə isə, mübarizə hələ 
bitməmişdir:  onun  müqəddəratı  müasir  şəraitdə  dünya  miqyasında  cərəyan  edən 
böyük mübarizənin müqəddəratı ilə bağlıdır. 
Azadlıq  və  demokratiyanın  son  qələbəsi  müqəddərsə
86
 (buna  qətiyyən 
şübhəmiz  yoxdur)  o  zaman  1918-ci  ilin  28  mayında  hüquqi  ifadəsini  tapan  Milli 
Azərbaycan  Respublikasının  həyata  keçirdiyi  azadlıq  və  istiqlala  yenidən 
qovuşacağı əlbəttə ki, həqiqət və müqəddərdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                           
86
 
Qabaqcadan müəyyən edilmiş 


105 
 
 
 
 
 
Мамед Амин Расулзаде 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə