Məmməd Əmin Rəsulzadə


“Modern  Avropa  qəzet  formasını  ilk  dəfə  İrana  gətirən  M.  Ə.  Rəsulzadə



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə3/25
tarix18.04.2022
ölçüsü1,06 Mb.
#85569
1   2   3   4   5   6   7   8   9   ...   25
M.Ə.Rəsulzadə

“Modern  Avropa  qəzet  formasını  ilk  dəfə  İrana  gətirən  M.  Ə.  Rəsulzadə 
olmuşdur”
 (―Suhən‖ jurnalı, Tehran, 1955-ci il, № 4).   
 
 
 
İranda  həmin  il  mürtəce  ―Etidaliyyun‖  (―  Mötədillər‖)  partiyası  təşkil 
edildi.  Bununla  əlaqədar  M.  Ə.  Rəsulzadə  Tehranda  1910-cu  ildə  fars  dilində 
―Tənqidi  –  firqeyi  -  etidaliyyun‖  adlı  kitabını  çap  etdirmişdir.  1911-ci  ildə  isə 
Ərdəbildə müəllifin farsca ―Səadəti – bəşər‖ adlı kitabı nəşr olunmuşdur.   
 
Çar  höküməti  İrandakı  inqilabi  hərəkatdan  qorxuya  düşərək,  onun  əsas 
rəhbərlərindən  biri  olan  M.  Ə.  Rəsulzadənin  ölkədən  xaric  olunması  haqqında 
şahlıq üsuli – idarəsindən tələb eləyir. M. Ə. Rəsulzadə təqiblərdən yaxa qurtarmaq 
üçün  İstanbula  mühacirət  edir.  O,  Türkiyənin  paytaxtında  həmyerliləri  Əlibəy 
Hüseynzadə  və Əhməd bəy Ağayevlə görüşmüş, Yusif bəy Ağçura oğlu (1876  - 
1935),  Ziya  Gök  Alp  (1876  -  1924)  və  başqa  alimlərlə  yaxınlıq  etmişdir.  M. 
Ə.Rəsulzadə  ―Gənc  türklər‖  təşkilatına  rəğbət  bəsləmiş,  ―Türk  ocağı‖ 
cəmiyyətində çalışmış və onun əsas orqanı olan, 1911-ci ilin noyabr ayından nəşrə 
başlayan  ―Türk  yurdu‖  jurnalının  fəal  yazanlarından  biri  olmuşdur.  Onun  bu 
jurnalın səhifələrində bir neçə məqaləsi çap olunmuşdur. Bunlardan ―İran türkləri‖ 
(1911-ci il, № 4) məqaləsi xüsusilə  maraq doğurur. Həmin  məqalədə  müəllif türk 
oxucularına  Cənubi  Azərbaycanın  ümumi  coğrafiyası  və  əhalisi  haqqında  ətraflı 
məlumat verir və  yazır: ―Azərbaycanın Qafqaziyada vaqe Rusiya  tabeliyində olan 
bir  qismi  də  İrəvan,  Gəncə  və  Bakı  vilayətlərini  təşkil  ediyor‖  (səh.  108).  O  vaxt 
Türkiyədə  çap  olunmuş  kitablarda  və  mətbuatda,  həmçinin  məşhur  türk 
ensiklopedisti Şəmsəddin Saminin ―Qamusi – aləm‖inin birinci cildində (İstanbul, 
1889-cu il, səh. 67) ―Azərbaycan‖ məfhumu altında ancaq Araz çayından cənubda 
yerləşən ərazi nəzərdə tutulurdu. M. Ə. Rəsulzadə, xeyli sonra, 1918-ci il oktyabrın 
13-də Bakıda çap olunan ―Azərbaycan‖ qəzetində də bu məsələyə toxunur: ―İslam 
mərkəzi  İstambulda  Qafqaziya,  xüsusən  Azərbaycan  haqqında  məlumatlar  çox 
azdır‖.    
 
 
 
 
 
 
 
 
İstambulda  olarkən  M.  Ə.  Rəsulzadə  görkəmli  islam  mütəfəkkiri  Şeyx 
Cəmaləddin  Əfqaninin  (1836  -  1897)  ―Vəhdəti  cinsiyə  fəlsəfəsi‖ni  (―Milli  birlik 
fəlsəfəsi‖ni)  farscadan  türkcəyə  tərcümə  edir,  öz  doğma  xalqının  məişətindən 



 
alınmış ―Acı bir həyat‖ əsərini yazır (bu əsər 1912-ci ildə Bakıda nəşr edilir).  
 
1913-cü  ildə  Romanovlar  sülaləsinin  300  illiyi  ilə  əlaqədar  əfv  – 
ümumidən sonra M. Ə. Rəsulzadə  vətənə  qayıdır.  O,  hələ  İstambuldan  onun 
göstərişi ilə 1911-ci ilin oktyabrında keçmiş hümmətçilər Tağı Nağıyev, Məmməd 
Əmin  Rəsulzadə  və  Abbasqulu  Kazımzadə  tərəfindən  əsası  qoyulan  ―Müsəlman 
demokratik  ―Müsavat‖  partiyasına‖  daxil  olmuş  və  tezliklə  onun  rəhbərinə 
çevrilmişdir.  (Məmməd  Əmin  Rəsulzadə.  ―Müsavat‖  partiyasının  quruluşu, 
―Azərbaycan‖  Ankara,  №  15  (167),  1966-cı  il.  səh.12  –  18).  Bu  illərdə  M.  Ə. 
Rəsulzadə  ədəbi  –  publisistik  fəaliyyətini  də  davam  etdirir.  ―Yeni  lisançılar  və 
türkçilər‖ məqaləsini, Təbriz həyatından bəhs edən ―Bir xan‖ adlı kiçik hekayəsini, 
―Dil  –  ictimai  bir  əməldir‖  yazısını  ―Şəlalə‖  jurnalında  çap  etdirir.  Sonuncu 
məqalədə  o,  Azərbaycan  dilini  göz  bəbəyi  kimi  qorumağı  xalqının  qarşısında  ən 
mühüm problem kimi qaldırır. Bundan başqa, o proletar  ədibi M. Qorkinin ―Ana‖ 
əsərindən bir parçanı Azərbaycan dilinə çevirib çap etdirir. Bu tərcümənin o illərdə 
Azərbaycan ədəbiyyatına müəyyən təsirini də inkar etmək olmaz.  
 
 
1914-cü  il  sentyabrın  16-da  şair,  yazıçı  və  jurnalist  Əlabbas  Müznibin 
(1882  -  1938)  redaktorluğu  ilə  ayda  iki  dəfə  nəşr  edilən  ədəbi  –  ictimai,  iqtisadi, 
tarixi  və  siyasi  jurnal  olan  ―Diriliyin‖in  birinci  nömrəsi  çapdan  çıxdı.  M.  Ə. 
Rəsulzadənin  ―Dirilik  nədir?‖  adlı  baş  məqaləsi  jurnalın  ideya  istiqamətini 
müəyyənləşdirirdi və xalqımızı milli oyanışa çağırırdı. O, bu jurnalın səhifələrində 
çap  etdirdiyi  ―Milli  dirilik‖  başlığı  altındakı  baş  məqalələrdə 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə