Məmməd Əmin Rəsulzadə



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə6/25
tarix18.04.2022
ölçüsü1,06 Mb.
#85569
1   2   3   4   5   6   7   8   9   ...   25
M.Ə.Rəsulzadə

Mövsüm Əliyev      
 
 
 
 
 
 
 
         
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


14 
 
ÖN SÖZ 
 
Milli  Azərbaycan  nəşriyyatının  ikinci  sayısını  təşkil  edən  bu  risaləmizin 
özünə  məxsus bir macərası vardır. Bu macəra özü – özülüyündə bir mövzu təşkil 
etməklə  birlikdə,  əsrimizdə  görülən  həyəcan  və  təsirləri  izah  baxımından  da 
diqqətə layiqdir.   
 
 
 
 
 
 
 
―Əsrimizin  Səyavuşu‖  müəyyən  bir  məqsədlə,  vətənimizin,  ictimai  – 
fikrimizin    və  inanımızın  düşmənlərinə  qarşı  xüsusi  bir  düşmənlik  yaratmaq 
məqsədiylə, əvvəlcədən düşünülmüş bir  əsər deyildir. Nəşriyyatımızın ilk  sayısını 
təşkil  edən  ―Azərbaycan  Cümhuriyyəti‖ni  Türkiyənin  mətbuat  aləmində 
gördüyümüz  bir  əksikliyi  qüdrətimiz  daxilində  ortadan  qaldırmaq  məqsədiylə, 
nəzərdə  tutulmuş  bir  planla  yazmışdıq.  Halbuki  ―Əsrimizin  Səyavuşu‖  belə  bir 
müəyyən məqsəd və planla yazılmamışdır.    
 
 
 
 
Biz onun necə yazıldığını, nə kimi şərtlər içində vücuda gəldiyini qısa da 
olsa,  anlatmasaq  da,  əsərin  nə  üçün  və  hansı  hədəflə  yazıldığını  aydınlaşdıra 
bilməyəcəyimizi  hiss  edirik.  Bunun  üçün  möhtərəm  oxucularımızın  icazəsi  ilə 
macəra həyatımızdan bir qismini nəql edəlim:  
 
 
 
 
Bolşevik  istilası  kədərli  -  ələmli  bir  fakt  idi.  Bir  aya  qədər  Bakıda 
saxlandıqdan  sonra,  bir  arkadaşla  bərabər  Bakını  tərk  etmiş,  Gürcüstana  keçmək 
üçün  yola  çıxmışdıq.  Hadisələr  və  təsadüflər  bizi  bir  çox  dağları  və  dərələri 
gəzdirdikdən  sonra  Şamaxı  qəzasında  Lahıc  adında  tanınmış  bir  qəsəbədə 
saxlanmaq məcburiyyətində buraxmışdı.  
 
 
 
 
 
Lahıcda bir vətəndaşın evində müsafir idik. Bu evdə kiçicik bir kitabxana 
vardı.  Bir  qismi  farsca,  bir  qismi  türkcə,  bir  qismi  də  rusca  kitab  və  dərgilərdən 
ibarət olan bu kitabxananın, məncə ən diqqətə layiq cildi Firdovsinin ―Şahnamə‖si 
idi.  
 
 
 
 
 
 
 
 
 
―Şahnamə‖ni  razılıq  alıb  oxumağa  başladım.  Şərqin  ən  böyük  romantik 
əsəri  o  zaman  çox  həssas  olan  ruhumu  istila  etdi.  Keçirdiyimiz  macəralı  həyatı 
şairanə bir surətdə, qarşılıqlı şəkildə yaşayan necə hekayələr, necə dastanlar, necə 
tiplər,  necə  fəlsəfələr  vardı.  Bunların  yanında  marağımı  ən  çox  cəlb  edən  və 
ruhumun  ən  həssas  nöqtələrinə  qədər  nüfuz  edən  bir  hekayəydi:  ―Siyavuş‖ 
dastanını oxudum. Əvvəlcə aşina olduğum dastanı ilk dəfə oxuyurmuş kimi oldum. 
O  qədər  sevdim,  o  qədər  anladım  ki,  bir  daha  təkrar  etdim.  Yüksəkdən  oxudum. 
Arkadaşıma  dinlətdim.  Heç  şübhə  yoxdur  ki,  ilham  almışdım.  ―Arkadaş, 
tariximizin  Siyavuşunu  dinlədin.  İndi  sənə  əsrimizin  Səyavuşunu  yazacağam‖  – 
dedim.    
 
 
 
 
 
 
 
 
O, buna, heyrət etmişdi. Hər saat və hər anda bir basqın təhlükəsinə məruz 
qaldığımız belə bir vəziyyətdə yazı yazılacağına inanmamışdı.  
 
 
Fəqət mən başladım. Bir neçə səhifə yazmışdım  ki, qaldığımız evi tədbir 
üçün  dəyişmək  lazım  gəldi.  İkinci  dəyişdiyimiz  yer  mənə  çox  uyğun  gəlmişdi. 


15 
 
Ehtimal ki, təqibdən bir müddət uzaq olmaq üçün bura daha sərfəli idi. Fəqət Lahıc 
dağlarının  ən  möhtəşəmi  olan  Nihala  baxan  gözəl  mənzərəsi,  Girdiman  çayının 
gecə ay işığında oxşayıcı axıntısı və yad gözündən uzaq olan kiçik bağçası ilə o, o 
anda yaşadığım ruh halını kağız üzərinə tökmək üçün ən əlverişli şərtlərə malik idi. 
 
Altıncı  gün  yenə  yerimizi  dəyişməyə  məcbur  olduq.  İki  günlüyünə  bizi 
başqa bir evə köçürtdülər. Burada sonuncu bölümün qaralamasını bitirirdim.  
 
Artıq Lahıcda qala bilmirdik. Evlərində müsafir olduğumuz vətəndaşların 
bir qismi qaralanmış, kənd ümumi gözətləmə təhdidi altında qalmışdı. Bir an əvvəl 
Lahıcı tərk etmək gərək idi. Boşa çıxan iki təşəbbüsdən sonra dağlıq sahədən enib 
ovalığa  gəlmişdik.  Keçdiyimiz  kəndlərdən  birisində  qaralama  halında  olan 
―Siyavuş‖un  üzünü  köçürtdüm.  Təmizə  çıxarılan  nüsxəni  qonağı  olduğumuz 
kəndliyə verib, qaralamasını özümlə götürdüm. Qəzaya uğramayacağımızdan əmin 
ola bilməzdim. Tələf və ya yaxalanacağı təxmin olunan yanımdakı nüsxədən başqa 
digər  bir  nüsxəsi  də  olsun  deyə  bir  tədbirə  lüzum  görmüşdüm.  Burası 
arkadaşlarıma  xitabən  əlavə  etdiyim  vəsiyyətnamədə  daha  açıqca  görülməkdədir. 
Qorxduğum bir əmr vaqe olmuş, bulunduğumuz yer təsadüfən kəşf edilmiş, evimiz 
basılaraq, həbs olunmuşduq.  
 
 
 
 
 
 
Təslim olmzadan qabaq, yanımdakı nüsxəni təbii ki, tələf etmişdim.  
 
Bir çox qəza və qədər keçirdikdən sonra Moskvaya aparıldım. İki il mənfi 
bir  həyat  keçirdim...  Bu  iki  il  müddətində  ―Səyavuş‖un  ikinci  nüsxəsinin  əmanət 
verdiyim  kəndlidə  sağ  –  salim  qaldığına  aid  açıqca  bir  məlumat  ala  bilmədim. 
Nüsxə,  arkadaşların  da  əlinə  keçməmişdi.  Kəndli,  xəbərdarlıq  etdiyimə  görə 
kağızımı almadan kitabı kimsəyə verməyəcəyini anlatmışdı.    
 
 
İki  illik  mənfi  həyatdan  sonra  daha  az  macəralı  olmayan  bir  təşəbbüslə 
qurtularaqFinlandiyaya  keçdim.  Nəhayət,  buraya  (İstambul  nəzərdə  tutulur.  –  M. 
Ə.)  gəldim.  Tam  üç  il  sonra  itirdiyimi  buldum.  ―Əsrimizin  Siyavuşu‖  bir  çox 
muşkulat və macəralara məruz qaldıqdan sonra bolşevik çəpərini yararaq İstambula 
qədər gəlmiş, yazarının özünə aid üzüntüsünü yox etmişdir.    
 
 
Arkadaşlardan  bəziləri  itirdiyim  bu  əsərə  görə  duyduğum  üzüntünü 
gördüyü  zaman,  ―madam  ki  mövzu  məlumunuzdur,  yenidən  yazarsınız‖  –  deyə 
təsəlli verirlərdi.   
 
 
 
 
 
 
Ehtimal ki, bu mövzu yenidən yazıla bilərdi, fəqət o zamankı hal, ruh halı 
və vəziyyət bir daha geri gələmməz. 1920-ci ildə Lahıcda qaçaq bir həyat yaşayan 
Əli  Əhmədoğlunun
1
 əsəri  ilə  1923-cü  ildə  İstambulda  yaşayan  Məhəmməd  Əmin 
Rəsulzadənin əsəri arasındakı fərq aşkar olsa gərək.   
 
 
 
―Əsrimizin  Səyavuşu‖  Türklə  başlayan  iki  tarixin  də  həzin  bir  vaqeə  və 
hadisənin  yanğılı  bir  ağısıdır.  Yazılan  vaqeədə  iştirak  etmiş  bir  fərd  sifətiylə  və 
ətdən,  qandan,  sinirdən  yaranmış  bir  canlı  olmaqla  hisslərinin  təsirinə  qapılmış, 
                                                           
1
 
Saxlandığım zaman daşıdığım gizli ad.  


16 
 
fəqət  adı  çəkilən  şərtlər  içərisində  təsadüfən,  bəlirli  bir  qayə  güdmədən,  bu  anda 
duyulan  çox  dərin  bir  təsiri  hekayə  edən  bu  əsərin  səmimiyyəti  əlbəttə,  inkar 
olunmaz. Təsadüf edilən qüsurların xoş niyyətli qarşılanması rica olunur.  
 
Belə ki, əsər yazılarkən bir çox istiarə və misalları etibarı ilə Azərbaycan 
ədəbi mühitini nəzərə alınmışdır. Bu qədər macəraların sonunda özünü İstambulda 
nəşr  etmək  qismət  olmuşdur.  Bu  qismət  özünə  bir  şivə  təshihi  ilə  bir  bölük  yaxın 
adamların əlavəsindən başqa itkiyə uğramamışdır.    
 
 
 
―Siyavuş‖,  meydana  gəlməsi  ilə  Lahıcdakı  kitabxana  sahibi,  bizi  bir  ata 
kimi  bəsləyən  o  sevimli  ixtiyar  və  nəhayət,  ölüm  təhlükəsinə  qarşı  əmanəti  şahid 
kimi göstərən o mərd kəndlilərə borcludur. Burada onlara mənən təşəkkür etməyi 
vəzifə  sayıram.  Bolşeviklərin  qəhrinə  məruz  qalmasınlar  deyə  adlarının  açıq 
göstərməmək zərurəti ilə üzgünəm. İnşallah, onun da növbəsi gələr.    
 
 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə